Pharmed
SANUKEHL MYC D6 1ML 10ML DAMLA
SANUKEL MİK, D6 daxilə qəbul edilən və xaricə istifadə olunan damcı
SANUKEL MİK tərkibi
Təsiredici maddələr: 10 ml məhlulun tərkibində 10 ml Mycobacterium bovis (BCG) extractum (lyophil., steril.) D6 dilution vardır. 1 ml = 22 damcı.
İstifadəsinə göstərişlər
Tənəffüs xəstəlikləri: bronxial astma, plevrit, xroniki rinit; dəri və selikli qişa membranlarının residivverən xəstəlikləri - gənclik aknesi, övrə, itdirsəyi, psoriaz, qırmızı qurdeşənəyi, artrit, osteoxondroz, xolesistit, enterokolit, mədə və oniki barmaq bağırsağın xorası, baş ağrısı, metrit, nefrit və otit.
Əks göstərişlər
Bu preparat Mikobacterium bovis (BCG) - ə qarşı yüksək həssaslığı olanlara təyin edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə, uşaqlarda və autoimmun xəstəliyi olan pasientlərdə istifadəsi haqqında kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından, Sanukel Mik D6 damcısı yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul edilməlidir.
SANUKEL MİK istifadə qaydası və dozası
Digər təyinat yoxdursa: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: Daxilə qəbul: gündə 1-2 dəfə 5-10 damcı. Dəri səthinə: gündə 1-2 dəfə 5-10 damcı dirsək büküşünə. 8 həftədən artıq istifadəsi həkim təyinatından asılıdır. Müalicə müddəti Müalicə müddəti həkim tərəfindən təyin edilir.