PharmEd

Pharmed

SALISIL REZORSIN 2% 40ML MEHLUL

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının sədri

_____________ E.M.Ağayev

 “___”__________ 2019-cu il

 

 

 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

REZORSİN VƏ SALİSİL TURŞUSUNUN SPİRTDƏ 2%-Lİ MƏHLULU xaricə istifadə üçün

 məhlul

ALCOHOL SOLUTION OF RESORCINOL AND SALICYLIC ASID 2%

 

Tərkibi

Təsiredici maddələr: 1 flakonda 0,5 q və ya 0,8 q rezorsin, 0,5 q və ya 0,8 q salisil turşusu vardır.

Köməkçi maddələr: etil spirti 96%, distillə olumuş su.

 

Təsviri

Açıq-bənövşəyi rəngli spesifik iyli məhluldur.

 

Farmakoterapevtik qrupu

Antiseptik və dezinfeksiyaedici vasitə.

 

İstifadəsinə göstərişlər

Dərinin infeksion xəstəlikləri, piyli seboreya, dərinin buynuzlaşması, adi sızanaqlar, piodermiya,

ekzema, seboreya, dərinin göbələk xəstəlikləri.

 

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq.

 

İstifadəsinə məhdudiyyətlər

Dərinin və selikli qişanın ümumi zədələnməsi, dəri örtüyünün tamlığının pozulması.

İstifadə qaydası və dozası

Xaricə istifadə olunur. Dəri gündə 2-3 dəfə preparatın məhlulu hopdurulmuş pambıq tampon

vasitəsilə silinir. Müalicə müddəti xəstəliyin xarakterindən asılıdır.

 

Əlavə təsirləri

Yerli qıcıqlanma (qaşınma, cızılmış yerlərdə göynəmə), allergik reaksiyalar.

 

Buraxılış forması

25 və ya 40 ml preparat, şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya

qablaşdırılır.

 

Saxlanma şəraiti

10-15 °C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

AZƏRFARM MMC,

Azərbaycan Respublikası,

Bakı ş., Bünyatov küç., 14.