Pharmed
ROSVAKS 40MG N28 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“____”________________ 2022-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə oxuyun,
çünki burada Sizin üçün mühüm məlumatlar vardır.
• Bu içlik vərəqəni saxlayın. Daha sonra onu təkrar oxumağa ehtiyac duya bilərsiniz.
• Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin.
• Bu dərman xüsusi olaraq Sizin üçün yazılmışdır, onu başqalarına verməyin.
• Bu dərmandan istifadə zamanı həkimə və ya xəstəxanaya müraciət etsəniz həkiminizə
bu dərmandan istifadə etdiyinizi söyləyin.
• Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə tövsiyə olunan dozasını
artıraraq və ya azaldaraq istifadə etməyin.
• Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd
edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, lütfən həkiminizə və ya əczaçınıza
bildirin.
ROZVAKS 40 mq örtüklü tabletlər
ROZVAKS
Beynəlxalq patentləşdirilməmiş adı: Rosuvastatin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq rozuvastatinə ekvivalent miqdarda rozuvastatin kalsium
vardır.
Köməkçi maddələr:mikrokrstallik sellüloza, laktoza monohidrat, susuz natrum karbonat,
krospovidon, maqnezium stearat, çəhrayı opadri AMB 80 W34464 (polivinil spirti,
titan dioksid, talk, soya lesitini, qırmızı dəmir oksidi, sarı dəmir oksidi, ksantan
kitrəsi).
Təsviri
Rozvaks uzunsov, çəhrayı rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Hipolipidemik vasitə. Statinlər.
ATC kodu: C10AA07.
Farmakoloji xüsusiyyətləri
ROZVAKS 40 mq örtüklü tabletlər, “statinlər” adlandırılan farmakoloji qrupa daxil olan dərman
vasitəsidir.
Həkiminiz tərəfindən Sizə ROZVAKS yazılmışdırsa, deməli Sizdə xolesterinin səviyyəsi yüksəkdir. Yəni
ürək tutması və insult riski daşıyırsınız.
Xolesterin səviyyənizi düzəltmək üçün qidalanma tərzinizi dəyişdirməyiniz və fiziki məşqlər etməyiniz
kifayət etmədiyindən həkiminiz Sizə ROZVAKS təyin etmişdir. ROZVAKS qəbul etdiyiniz müddətdə
xolesterinin səviyyəsini aşağı salan pəhrizinizi və fiziki məşqlərinizi davam etdirməlisiniz, əks təqdirdə
ürək tutmalarının başverməsi, insult və ya onlarla bağlı digər sağlamlıq prolemləri riskinizi artıran
faktorlara sahib olmuş olursunuz. Ürək tutması, insult və ya digər problemlər ateroskleroz adlandırılan
bir xəstəliyin nəticəsi ola bilər. Aterosklerozun səbəbi damarlarınızda yağ qalıqlarının yığılaraq
kirəcləşməsidir.
ROZVAKS, qanda olan, lipid adlandırılan maddələrin səviyyəsini tənzimləmək üçün istifadə olunur.
Qanda olan lipidlərin ən məşhuru xolesterindir.
Qanda olan xolesterinin müxtəlif növləri vardır. “Pis” xolesterin (“ASLP-X” – aşağı sıxlıqlı lipoprotein
xolesterini) və “yaxşı” xolesterin (“YSLP-X”- yüksək sıxlıqlı lipoprotein xolesterini).
• ROZVAKS “pis” xolesterini azaldır, “yaxşı” xolesterini artıra bilir.
• Orqanizminizin “pis” xolesterin sintez etməsinin qarşısını almaq və “pis” xolesterinin qandan
xaric edilməsi üçün orqanizminizə yardımçı olur.
İnsanların çoxu, yüksək xolesterinin onlara təsir etmədiyini düşünürlər, çünki, bu vəziyyətlə bağlı hər
hansı bir əlamət hiss etmirlər. Amma, bu vəziyyət müalicə olunmazsa yağ qalıqları qan damarlarınızın
divarlarında toplanaraq kirəcləşir və damarlarınızı daraldır.
Bəzən daralan bu damarlar tutula bilər. Ürəyə və ya beyinə qan getməzsə, miokard infarktı və ya insult
baş verə bilər. Xolesterinin səviyyəsini aşağı salmaqla ürək tutmalarının və insultun başvermə və ya
bunlarla bağlı digər sağlıq problemləri riskinizi azaltmış olursunuz.
Xolesterininiz lazım olan səviyyəyə düşsə belə, ROZVAKS qəbul etməyi davam etdirməyiniz zəruridir.
Çünki, ROZVAKS xolesterinin səviyyəsinin yenidən yüksəlməsinə və damarlarda kirəcləşməsinə mane
olur. Yalnız, həkiminiz bu dərmanın qəbulunu dayandırmanızı məsləhət bildiyi və ya hamilə qaldığınız
zaman ROZVAKS-ın qəbulunu dayandırmalısınız.
İstifadəsinə göstərişlər
• Yüksək xolesterin səviyyəsini aşağı salmaq üçün.
• Miokard infarktı və insult və ya onunla bağlı sağlıq problemlərinin riskini azaltmaq üçün.
ROZVAKS, anamnezdə ailəvi xolesterin səviyyəsinin yüksək olması bildirilən 10-17 yaşlı uşaqlarda da
istifadə oluna bilər.
Əks göstərişlər
• ROZVAKS-a və ya preparatın tərkibində olan maddələrin hər hansı birinə qarşı əvvəllər Sizdə
allergiya baş vermişdirsə,
• Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə. ROZVAKS-la müalicə müddətində hamilə qalsanız,
dərmanın qəbulunu dərhal dayandırın və həkiminizə müraciət edin. ROZVAKS qəbul edən
qadınlar müvafiq üsullardan istifadə etməklə hamilə qalmaqdan qorunmalıdırlar.
• Qaraciyər xəstəliyiniz varsa,
• Ciddi böyrək problemləriniz varsa,
• Təkrarlanan və ya səbəbi məlum olmayan əzələ ağrıları və ya sancı varsa,
• Siklosporin adlandırılan dərman qəbul edirsinizsə (bu dərman orqan köçürülməsindən sonra
istifadə olunur).
Yuxarıda sadalanan hallardan hər hansı biri Sizdə varsa və ya olduğuna şübhəniz varsa, lütfən həkiminizə
müraciət edin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
ROZVAKS 40 mq-ı ( ən yüksək doza) aşağıdakı hallarda İSTİFADƏ ETMƏYİN.
• Orta dərəcəli böyrək probleminiz varsa (şübhəniz varsa, həkiminizə söyləyin),
• Qalxanabənzər vəzinizin çatışmazlığı varsa,
• Təkrarlanan və ya mənşəyi məlum olmayan əzələ ağrılarınız və ya sancınız varsa (anamnezdə
şəxsi və ya ailəvi əzələ problemləri və ya anamnezdə əvvəllər digər xolesterin azaldıcı dərmanlar
qəbul etdiyiniz zaman yaranan əzələ problemləriniz olmuşdursa),
• Davamlı olaraq və yüksək miqdarda alkoqol qəbul edirsinizsə,
• Asiya mənşəlisinizsə (yapon, çinli, filippinli, vyetnamlı, koreyalı və hindli),
• Xolesterininizi aşağı salmaq üçün fibratlar adlandırılan dərmanlar qəbul edirsinizsə,
• Yaşınız 18-dən aşağıdırsa.
Yuxarıda sadalanan hallardan hər hansı biri Sizdə varsa və ya olduğuna şübhəniz varsa, lütfən həkiminizə
müraciət edin.
ROZVAKS-ı aşağıdakı hallarda ehtiyatla istifadə edin.
• Böyrəklərinizdə problem varsa,
• Qaraciyərinizdə problem varsa,
• Anamnezdə təkrarlanan və mənşəyi məlum olmayan əzələ ağrıları və ya sancı, Sizdə və ya
ailənizdə anamnezdə əzələ problemləri və ya digər xolesterin salıcı (hipoxolesterinemik)
dərmanları qəbul edərkən, onların qəbulu ilə əlaqədar əzələ problemləri baş vermişdirsə. Xüsusilə
özünüzü yaxşı hiss etmirsinizsə və ya qızdırmanız varsa, mənşəyi məlum olmayan əzələ ağrıları
və ya sancı hiss etsəniz, dərhal və mütləq həkiminizə müraciət etməlisiniz.
• Davamlı olaraq və yüksək miqdarda alkoqol qəbul edirsinizsə,
• Qalxanabənzər vəzinizin çatışmazlığı varsa,
• Xolesterininizi aşağı salmaq üçün fibratlar adlandırılan dərmanlar qəbul edirsinizsə, lütfən, yüksək
xolesterinə qarşı digər dərmanları əvvəllər qəbul etmiş olsanız belə, bu içlik vərəqədə dərmanın
istifadəsinə dair təlimatı diqqətlə oxuyun.
• Xəstə 10 yaşdan kiçik uşaqdırsa: ROZVAKS 10 yaşdan aşağı uşaqlarda istifadə olunmamalıdır.
• Xəstənin yaşı 18-dən aşağıdırsa:ROZVAKS 40 mq tablet uşaqlarda və yaşı 18-dən aşağı olan
yeniyetmələrdə istifadə üçün münasib deyildir.
• Yaşınız 70-dən yuxarıdırsa (həkiminiz ROZVAKS-ın sizə uyğun olan başlangıç dozasını
müəyyən etməlidir),
• Ağır tənəffüs çatışmazlığınız varsa,
• Şəkərli diabet xəstəliyiniz varsa vəya şəkərli diabetlə bağlı risk daşıyırsınızsa,
• Asiya mənşəlisinizsə (yapon, çinli, filippinli, vyetnamlı, koreyalı və hindli). Həkiminiz
ROZVAKS-ın sizə uyğun olan başlangıç dozasını müəyyən etməlidir,
Yuxarıda sadalanan bu hallardan hər hansı biri sizdə varsa və ya olmasını düşünürsünüzsə, 40 mq-lıq
doza (ən yüksək doza) istifadə etməyin. ROZVAKS-ın hər hansı bir dozasını qəbul etməyə başlamazdan
əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Bəzi insanlarda statinlər qaraciyərə təsir göstərir. Belə bir vəziyyətin yaranıb-yaranmadığını sadə qan
analizi ilə (qaraciyər fermentlərinin səviyyəsi) müəyyən etmək olar. Bununla bağlı həkiminiz, ROZVAKS
qəbul etməyə başlamazdan əvvəl və qəbul edərkən qaraciyər funksiyalarının müayinə edilməsi üçün
analiz məsləhət görəcəkdir.
Bu hallar hətta keçmişdə olsa belə Sizə aiddirsə, lütfən həkiminizə bildirin.
ROZVAKS-ın tərkibində olan bəzi köməkçi maddələr haqqında mühüm məlumatlar
Əgər həkiminiz Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu bildirmişdirsə, bu preparatı qəbul
etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər reseptlə və ya reseptsiz buraxılan hər hansı dərmanı hazırda istifadə edirsinizsə və ya yaxın
zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.
Bu dərmanlardan hər hansı birini qəbul edirsinizsə, həkiminizə bildirin.
Siklosporin (məsələn, orqan köçürülməsindən sonra), varfarin (və ya bir başqa antikoaqulyant dərman
vasitəsi), fibratlar (hemfibrozil, fenofibrat kimi), digər hipoxolesterinemik (xolesterin azaldıcı) dərmanlar
(ezetimib kimi), həzm pozğunluğu zamanı istifadə olunan preparatlar (mədə turşuluğunu aradan
qaldırmaq üçün istifadə edilir), eritromisin (antibiotik), doğuşa nəzarət tableti, hormonəvəzedici müalicə,
lopinovir/ritonavir (İİV infeksiyasının müalicəsi üçün istifadə olunur). ROZVAKS bu dərmanların təsirini
dəyişdirə bilər və ya bu dərmanlar ROZVAKS-ın təsirini dəyişdirə bilər.
Əgər reseptlə və ya reseptsiz buraxılan hər hansı dərmanı hazırda istifadə edirsinizsə və ya yaxın
zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Dərmanı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin.
Hamiləsinizsə, ROZVAKS istifadə etməyin. ROZVAKS istifadə edən qadınlar münasib qorunma
vasitələri ilə hamilə qalmaqdan qaçmalıdırlar.
Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçınıza bildirin.
Laktasiya
Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.
Əgər uşaq əmizdirirsinizsə, ROZVAKS qəbul etməyin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Çox insan ROZVAKS qəbul edərkən maşın və mexanizmləri idarə edə bilər, çünki, ROZVAKS bu
insanların qabiliyyətlərinə təsir etmir. Bununla belə, bəzi insanlar ROZVAKS qəbul edərkən
başgicəllənmə hiss edə bilər. Əgər başgicəllənmə hiss etsəniz, nəqliyyat vasitələrini və potensial təhlükəli
mexanizmləri idarə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
İstifadə qaydası və dozası
ROZVAKS-ı hər zaman həkiminizin tövsiyə etdiyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizdən və
ya əczaçınızdan soruşun.
Tableti bütöv şəkildə su ilə udun.
ROZVAKS-ı gündə bir dəfə qəbul edin. ROZVAKS-ı günün hər hansı vaxtında qəbul edə bilərsiniz.
ROZVAKS tabletinin qəbulunu unutmamaq üçün onu hər gün eyni saatda qəbul etməyə fikir verin.
Böyüklər üçün normal dozalar
ROZVAKS-ı yüksək xolesterin səviyyəsini aşağı salmaq üçün qəbul edirsinizsə:
Başlanğıc doza
ROZVAKS ilə müalicə, əgər əvvəllər hər hansı bir statin istifadə edilmişdirsə – 5 mq doza ilə, əgər
əvvəllər başqa bir statin istifadə edilməmişdirsə – 5 mq və ya 10 mq doza ilə başlanmalıdır. Başlanğıc
dozanın seçilməsi aşağıdakı hallardan asılıdır.
• Xolesterinin səviyyəsi,
• Ürək tutması və ya insult keçirmə riskinin mövcudluğu,
• Mümkün əlavə təsirlərə səbəb ola biləcək özəlliyin olub-olmaması.
Həkiminizlə ROZVAKS-ın Sizə ən uyğun olan başlanğıc dozası barədə məsləhətləşin.
Aşağıdakı hallarda həkiminiz Sizə ən aşağı doza, yəni 5 mq təklif edə bilər:
• Asiya mənşəlisinizsə (Yapon, Çinli, Filippinli, Vyetnamlı, Koreyalı və Hindli),
• Yaşınız 70-dən yuxarıdırsa,
• Orta dərəcəli böyrək probleminiz varsa,
• Əzələ ağrıları və sancıları yaşama riskiniz varsa (miopatiya).
Dozanın artırılması və ən yüksək gündəlik doza
Həkiminiz dozanın artırılmasına qərar verə bilər. Beləliklə Sizin üçün ən münasib dozadan istifadə edə
bilərsiniz.
Əgər müalicəyə 5 mq doza ilə başlamısınızsa, həkiminiz dozanı əvvəlcə 10 mq-a, daha sonra 20 mq-a,
lazım gələrsə, hətta 40 mq-a çatdıra bilər. Dozanın hər yüksəldilməsi 4 həftəlik intervallarla həyata
keçirilir.
ROZVAKS-ın ən yüksək gündəlik dozası 40 mq-dır. Bu doza adətən, xolesterin səviyyəsi yüksək və ürək
tutmaları və insult riski yüksək olan, eyni zamanda 20 mq doza ilə xolesterininin səviyyəsi kifayət
dərəcədə düşməyən xəstələr üçündür.
ROZVAKS-ı ürək tutmalarının baş verməsini, insult və ya onunla bağlı sağlıq problemlərinizin riskini
azaltmaq üçün istifadə edirsinizsə
Tövsiyə edilən doza gündə 20 mq-dır. Bununla birliktə, Sizdə yuxarıda göstərilən faktorlardan hər hansı
biri varsa, həkiminiz daha aşağı dozadan istifadə etməyinizə qərar verə bilər.
10-17 yaş arası uşaqlar üçün normal dozalar
Normal başlanğıc doza 5 mq-dır. Həkiminiz Sizin üçün ROZVAKS-ın ən uyğun dozasını tapmaq üçün
dozanızı arıra bilər. ROZVAKS-ın ən yüksək gündəlik dozası 20 mq-dır. Dozanızı gündə bir dəfə qəbul
edin. ROZVAKS 40 mq uşaqlarda istifadə olunmamalıdır.
Xolesterinin səviyyəsinə müntəzəm nəzarətlər:
Xolesterinin səviyyəsinə müntəzəm olaraq nəzarət etmək üçün həkiminizin yanına getməyiniz çox
vacibdir. Bu yolla Siz, xolesterininizin lazım olan səviyyəyə düşdüyünə və bu səviyyədə qaldığına əmin
ola bilərsiniz.
Həkiminiz qəbul edəcəyiniz dozanı artıra bilər. Beləliklə, Siz ROZVAKS-ın Sizin üçün ən uyğun
dozasını ala bilərsiniz.
Əgər ROZVAKS-ın təsirinin çox güclü və ya zəif olduğunu müşahidə etsəniz, bunu həkiminizə və ya
əczaçınıza bildirin.
ROZVAKS-ın qida və içkilərlə birlikdə qəbulu
ROZVAKS-ı acqarına və ya yeməkdən sonra qəbul edə bilərsiniz.
ROZVAKS-ı qəbul etməyi unutmusunuzsa
Əgər ROZVAKS qəbul etməyi unutmusunuzsa, narahat olmayın, növbəti dozanı öz vaxtında qəbul edin.
Unudulan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
ROZVAKS ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər
ROZVAKS-ın qəbulunu dayandırmaq istəyirsinizsə, həkiminizlə məsləhətləşin. ROZVAKS-ı qəbul
etməyi dayandırsanız, xolesterinin səviyyəsi yenidən yüksələ bilər.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, ROZVAKS-ın tərkibində olan maddələrə qarşı həssas olan insanlarda əlavə
təsirlər meydana çıxa bilər. Bu əlavə təsirlərin nədən ibarət olmasını bilməyiniz vacibdir. Əlavə təsirlər
ümumilikdə zəif olur və keçici xarakter daşıyır.
Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, ROZVAKS-ın qəbulunu dayandırın və
DƏRHAL həkiminizə məlumat verin və ya Sizə ən yaxın olan xəstəxananın təcili yardım şöbəsinə
müraciət edin.
• Üzdə, dodaqlarda, dildə və/və ya boğazda şişkinliklə (ödemlə) birlikdə və ya şişkinlik olmadan
baş verən təngnəfəslik,
• Üzdə, dodaqlarda, dildə və/və ya boğazda şişkinlik və bununla bağlı udmanın çətinləşməsi
• Dəridə səpgi və güclü qaşınma.
Əzələlərinizdə gözlədiyinizdən daha uzun sürən qeyri-adi ağrı və ya sancı varsa, ROZVAKS-ın qəbulunu
dayandırın və dərhal həkiminizə müraciət edir. Əzələlərdə hiss edilən bu simptomlar uşaq və
yeniyetmələrdə böyüklərə nisbətən daha çox rast gəlir. Diğər statinlərdə olduğu kimi, çox az sada insanda
əzələlərdə narahatlıq yaradan təsirlər meydana çıxa bilər. Bu təsirlər nadir hallarda rabdomioliz
adlandırılan və həyat üçün təhlükəli olan əzələ zədələnməsinə qədər inkişaf edə bilər.
Çox ciddi ola bilən belə hallarla qarşılaşdıqda həkiminizə müraciət edin. Bu çox ciddi əlavə təsirlərin
hamısı çox nadir hallarda meydana çıxır.
Əlavə təsirlər aşağıdakı kateqoriyalarda göstərildiyi kimi sadalanmışdır.
Çox tez-tez: 10 xəstənin ən azı birində meydana çıxa bilir.
Tez-tez: 10 xəstənin birindən azında , lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilir.
Bəzən: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa bilir.
Nadir hallarda: 1000 xəstənin birindən azında meydana çıxa bilir.
Çox nadir hallarda: 10000 xəstənin birindən azında meydana çıxa bilir.
Tez-tez
Aşağıdakılardan hər hansı birini hiss etsəniz, həkiminizə söyləyin:
• Baş ağrısı,
• Qarın ağrısı
• Qəbizlik,
• Nasazlıq,
• Əzələlərdə ağrı,
• Zəiflik,
• Başgicəllənmə,
• Sidikdə zülalın artması. Bu hal ümumiyyətlə ROZVAKS-ın qəbulu dayandırılmadan da öz-özünə
normal vəziyyətə dönür (tez-tez adətən ROZVAKS 40 mq üçün).
• Digər HMG-KoA reduktaza inhibitorlarında da olduğu kimi rozuvastatin ilə müalicə alan
xəstələrdə də HbA1C və qan şəkəri səviyyəsində yüksəlmə müşahidə oluna bilrər.
Bəzən
• Səpgi, qaşınma və ya digər dəri reaksiyaları
• Sidikdə zülalın artması. Bu hal ümumiyyətlə ROZVAKS-ın qəbulu dayandırılmadan da öz-özünə
normal vəziyyətə dönür (adətən ROZVAKS 5 mq, 10 mq və 20 mq üçün).
Nadir
• Güclü allergik təsirlər: üzdə, dodaqda, dildə və/və ya boğazda şişkinlik, udmanın və nəfəsalmanın
çətinləşməsi, səpgilərlə müşayiət olunan dəri qaşınması. Allergiya baş verdiyi halda, ROZVAKS-
ın qəbulunu DƏRHAL dayandıraraq, tibbi yardım üçün müraciət edin.
• Böyüklərdə əzələlərin zədələnməsi: əzələlərinizdə gözlədiyinizdən daha uzun sürən qeyri-adi ağrı
və ya sancı varsa, ROZVAKS-ın qəbulunu DƏRHAL dayandırın və həkiminizə müraciət edin.
• Güclü qarın ağrısı (mədəaltı vəzinin iltihabı),
• Qanda qaraciyər fermentlərinin səviyyəsinin artması.
Çox nadir
• Sarılıq (dəridə və gözlərdə saralma),
• Hepatit (qaraciyərin iltihabı),
• Sidikdə qan,
• Əl və ayaq sinirlərində zədələnmə (hissizlik kimi),
• Oynaq ağrısı,
• Yaddaşın itməsi.
Tezliyi məlum olmayan əlavə təsirlər
• Diareya (ishal),
• Stivens-Conson sindromu (ağızda, gözlərdə, dəridə və genital nahiyədə ciddi ölçüdə səpgilərin
olması),
• Öskürək,
• Təngnəfəslik,
• Ödem (şişkinlik),
• Yuxusuzluq və qorxulu yuxugörmələr kimi yuxu pozğunluqları,
• Cinsi problemlər,
• Depressiya,
• Davamlı öskürək və/və ya təngnəfəslik və ya qızdırma ilə müşayiət olunan tənəffüs problemləri.
Əgər bu içlik vərəqədə (istifadə üçün təlimatda) qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa,
bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Əgər lazım olduğundan artıq miqdarda ROZVAKS qəbul etmisinizsə, həkim və ya əczaçı ilə
məsləhətləşin. Xəstəxanaya gedərkən və ya başqa bir səbəbdən müalicə alarkən, müalicənizlə məşğul
olan tibbi personala ROZVAKS qəbul etdiyinizi söyləyin.
Buraxılış forması
7 tablet blisterdə. 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
250C-dən aşağı otaq temperaturunda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Ətraf mühiti qorumaq məqsədi ilə istifadə etmədiyiniz ROZVAKS-ı çirkab sularına və ya məişət
tullantılarının içərisinə atmayın. Bu barədə əczaçınızla məsləhətləşin.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Yararlılıq müddəti göstərilən ayın son gününə şamil edilir.
Yararlılıq müddəti bitmiş və ya daha istifadə etməyəciyiniz dərmanı əczaçınıza verin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Gen İlaç ve Sağlık Ürünleri San.ve Tic. A.Ş.
ASO 2 ve 3. OSB Alcı OSB Mah. 2013 Cad.No.24 Sincan/Ankara/Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Gen İlaç ve Sağlık Ürünleri San.ve Tic.A.Ş.
Mustafa Kemal Mah.2119 Sok.N:3 D:2-3
06520, Çankaya/Ankara/Türkiyə.