Pharmed
RILEPTID 2MG N20 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2019-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman preparatının istifadəsinə başlamazdan əvvəl, bu içlik vərəqəni sona qədər və diqqətlə
oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat vardır.
Bu içlik vərəqəni saxlamaq lazımdır. Onun təkrar oxunması lazım gələ bilər.
Əlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Bu dərman preparatı hər bir pasiyentə fərdi olaraq təyin olunur və onu digər şəxslərə vermək
olmaz. Digər şəxslərdə eyni xəstəlik simptomlarının olmasına baxmayaraq, preparat onlar üçün
zərərli ola bilər.
Hər hansı əlavə təsir meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər
aşkar olunarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır (bax: “Əlavə təsirləri”).
RİLEPTİD
® 1 mq, 2 mq, 3 mq, 4 mq örtüklü tabletlər
RILEPTID®
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində, müvafiq olaraq, 1 mq, 2 mq, 3 mq və ya 4 mq
risperidon vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, mikrokristallik sellüloza, maqnezium
stearat, susuz kolloidal silisium dioksid, natrium laurilsulfat.
Örtük:
Rileptid 1 mq: Opadry-Y-1-7000 ağ: hipromelloza, titan dioksid (E 171), makroqol 400.
Rileptid 2 mq: sarı Opadry 03B220015: hipromelloza, titan dioksid (E 171), makroqol 400,
xinolin sarısı (E 104).
Rileptid 3 mq: yaşıl Opadry 03B21372: hipromelloza, titan dioksid (E 171), makroqol 400,
indiqokarmin (E 132), xinolin sarısı (E 104).
Rileptid 4 mq: yaşıl Opadry 03B21368: hipromelloza, titan dioksid (E 171), makroqol 400,
indiqokarmin (E 132), xinolin sarısı (E 104).
Təsviri
Rileptid 1 mq: uzunsov, hər iki tərəfi qabarıq, bir tərəfində “751” rəqəmi və üslublu “E” hərfi
həkk olunmuş, digər tərəfi xətli, qoxusuz və ya demək olar ki, qoxusuz, ağ və ya demək olar ki,
ağ rəngli örtüklü tabletlər.
Rileptid 2 mq: uzunsov, hər iki tərəfi qabarıq, bir tərəfində “752” rəqəmi və üslublu “E” hərfi
həkk olunmuş, digər tərəfi xətli, qoxusuz və ya demək olar ki, qoxusuz, sarı rəngli örtüklü
tabletlər.
Rileptid 3 mq: uzunsov, hər iki tərəfi qabarıq, bir tərəfində “753” rəqəmi və üslublu “E” hərfi
həkk olunmuş, digər tərəfi xətli, qoxusuz və ya demək olar ki, qoxusuz, açıq-yaşıl rəngli örtüklü
tabletlər.
Rileptid 4 mq: uzunsov, hər iki tərəfi qabarıq, bir tərəfində “754” rəqəmi və üslublu “E” hərfi
həkk olunmuş, digər tərəfi xətli, qoxusuz və ya demək olar ki, qoxusuz, yaşıl rəngli örtüklü
tabletlər.
Tabletlərin üzərində olan xəttin (qırılma üçün çərtmənin) köməyi ilə, onları iki bərabər dozaya
bölmək olar.
Farmakoterapevtik qrupu
Antipsixotik preparatlar.
ATC kodu: N05AX08.
İstifadəsinə göstərişlər
Rileptid preparatı, antipsixotik adlandırılan dərman preparatları qrupuna aiddir.
Rileptid preparatı, aşağıda göstərilən xəstəliklərin müalicəsi üçün istifadə olunur:
- şizofreniya – bu zaman pasiyent, qeyri-real hadisələri eşitmək, görmək və ya hiss etmək,
həqiqətən baş verməyən hadisələrə inanmaq qabiliyyətinə malik olur, həddindən artıq şübhəli
olur və ya şüurun dumanlanması hissi keçirir;
- maniya – bu zaman pasiyent, həddindən artıq oyanıqlıq hiss edə bilər, həddindən artıq yüksək
əhval-ruhiyyədə ola bilər və ya yüksək aktivlik hiss edə bilər. Maniya, “bipolyar pozğunluq”
adlandırılan xəstəlik zamanı müşahidə olunur;
- özlərinə və ya ətrafdakılara zərər yetirə bilən Alsheymer (demensiya) xəstəliyindən əziyyət
çəkən pasiyentlərdə uzunmüddətli aqressiyanın qısamüddətli (6 həftəyə qədər) müalicəsi. Həmin
pasiyentlərə müalicə təyin etməzdən əvvəl, onlarda qeyri-medikamentoz müalicə aparmaq
lazımdır;
- əqli səviyyəsi aşağı olan 5 yaşdan yuxarı uşaqlarda və ya əqli inkişafın ləngiməsi qeyd olunan
yeniyetmələrdə müşahidə olunan davranış pozğunluqları zamanı davamlı aqressiyanın
qısamüddətli (6 həftəyə qədər) müalicəsi.
Rileptid
® preparatının örtüklü tabletlərinin təsiri barədə və ya pasiyentə təyin olunması barədə
suallar meydana çıxdığı halda, həkimlə məsləhətləşmək lazımdır.
Əks göstərişlər
Aşağıdakı hallarda Rileptid
® preparatının örtüklü tabletlərindən istifadə etmək olmaz:
- pasiyentdə risperidona və ya “Tərkibi” bölməsində göstərilən hər hansı köməkçi maddəyə qarşı
allergiya olduqda;
- pasiyent, bu halların ona nə dərəcədə aid olduğuna əmin olmadığı halda, həkimlə
məsləhətləşməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Pasiyentdə aşağıda göstərilən xəstəliklərdən hər hansı biri müşahidə olunduğu halda, Rileptid
®
preparatının örtüklü tabletlərinin istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək
lazımdır:
- ürək-damar xəstəlikləri (məsələn, ürək ritminin pozulması, arterial təzyiqin aşağı düşməsinə
meyllilik və ya pasiyent, yüksək arterial təzyiqin aradan qaldırılması üçün preparatlardan istifadə
etdikdə). Rileptid® preparatı arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilər və onun dozasını
korreksiya etmək lazımdır;
- insultun inkişaf etməsinə səbəb olan faktorlar (yüksək arterial təzyiq, ürək-damar xəstəlikləri və
ya beyin damarlarında baş verən pozğunluqlar);
- pasiyentdə və ya pasiyentin ailə üzvlərində damarların trombozu ilə müşayiət olunan xəstəliklər
mövcud olduqda, çünki, Rileptid preparatı trombların əmələ gəlməsinə səbəb olur;
- Parkinson xəstəliyi və ya demensiya;
- şəkərli diabet;
- epilepsiya;
- kişi cinsli pasiyentlərdə əvvəllər uzunmüddətli ağrılı ereksiya halları qeyd olunduqda. Rileptid
preparatı ilə müalicə müddətində göstərilən pozğunluqlar müşahidə olunduqda, dərhal həkimə
müraciət etmək lazımdır;
- bədən temperaturuna nəzarətlə bağlı problemlər olduqda və ya həddindən artıq qızdırma olduğu
halda;
- böyrək funksiyalarının pozulması;
- qaraciyər funksiyalarının pozulması;
- pasiyentdə qanda prolaktin səviyyəsi qeyri-normal yüksək olduqda və ya prolaktindən asılılığı
ehtimal edilən şiş olduğu halda;
- əvvəllər pasiyentdə ağ qan hüceyrələrinin miqdarının azalması qeyd olunduqda.
Pasiyentdə aşağıda göstərilən vəziyyətlər inkişaf etdiyi halda, dərhal həkimə məlumat vermək
lazımdır:
- dilin, ağızın və ya üz nahiyəsinin qeyri-iradi ritmik hərəkətləri. Bu hallarda, risperidonun
istifadəsinin dayandırılması tələb oluna bilər;
- qızdırma, əzələlərin ağır dərəcəli bərkiməsi, tər ifrazının yüksəlməsi və ya şüurun
dumanlanması (“bədxassəli neyroleptik sindrom” adlandırılan pozğunluq). Pasiyentə təcili tibbi
yardımın göstərilməsi tələb oluna bilər.
Hər hansı şübhələr meydana çıxdığı hallarda, pasiyent həkimlə və ya əczaçı ilə
məsləhətləşməlidir.
Antipsixotik preparatlarla aparılan müalicə müddətində çox nadir hallarda bəzi pasiyentlərdə ağ
qan hüceyrələrinin (o cümlədən, orqanizmi bakterial infeksiyalardan qoruyan hüceyrələrin)
miqdarının azalmasının qeyd olunmasını nəzərə alaraq, həkim, Rileptid preparatı ilə aparılan
müalicə müddətində pasiyentdə ağ qan hüceyrələrinin miqdarına nəzarət edə bilər.
Rileptid preparatı bədən kütləsinin artmasına səbəb ola bilər. Bədən kütləsinin əhəmiyyətli
dərəcədə artması, pasiyentin sağlamlığına mənfi təsir göstərə bilər. Həkim, pasiyentin bədən
kütləsinə müntəzəm nəzarət etməlidir.
Risperidonla aparılan müalicə müddətində bəzi pasiyentlərdə şəkərli diabetin inkişaf etməsini və
ya mövcud şəkərli diabetin ağırlaşmasını nəzərə alaraq, həkim, qanda şəkərin səviyyəsinə
nəzarət etməlidir. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə, qanda qlükozanın səviyyəsinə
müntəzəm nəzarət etmək lazımdır. Tez-tez risperidon “prolaktin” adlandırılan hormonun
səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər ki, bu da menstrual siklin pozulması və ya
qadınlarda fertilliyin pozulması, kişilərdə süd vəzilərinin böyüməsi kimi əlavə reaksiyaların
meydana çıxmasına səbəb ola bilər (“Əlavə təsirləri” bölməsinə bax). Göstərilən əlavə
reaksiyalar meydana çıxdıqda, qanda prolaktinin səviyyəsini müəyyən etmək tövsiyə olunur.
Kataraktanın (billur cismin tutqunlaşması) çıxarılması əməliyyatı aparıldıqda, göz bəbəyinin
diametri tələb olunan ölçüyə qədər böyüməyə bilər. Bundan əlavə, əməliyyat müddətində gözün
qüzehli qişasının qeyri-stabilliyi sindromunun inkişaf etməsi mümkündür ki, bu da gözün
zədələnməsinə gətirib çıxara bilər. Kataraktanın çıxarılması əməliyyatı planlaşdırıldığı halda,
göstərilən preparatın istifadəsi barədə cərrah-oftalmoloqu məlumatlandırmaq lazımdır.
Demensiyadan əziyyət çəkən yaşlı pasiyentlər
Yaşlı pasiyentlərdə insultun inkişaf etməsi riski yüksəkdir. İnsultdan sonra demensiya inkişaf
edən pasiyentlərdə risperidonu istifadə etmək olmaz.
Risperidonla aparılan müalicə müddətində tez-tez həkimə müraciət etmək lazımdır.
Pasiyent və ya ona qulluq edən şəxslər, psixi vəziyyətin qəflətən dəyişməsini və ya qəflətən
inkişaf edən zəifliyi və ya üz nahiyəsinin, əllərin və ya ayaqların, xüsusilə bədənin bir hissəsində
keyləşməsini və həmçinin, hətta qısa müddət ərzində nitqin qeyri-aydın olmasını aşkar etdikləri
halda, təcili tibbi yardıma müraciət etmək lazımdır. Göstərilən dəyişikliklər insult simptomları
ola bilər.
Uşaqlar və yeniyetmələr
Davranış pozğunluqları müşahidə olunduğu halda, müalicəni başlamazdan əvvəl, aqressiv
davranışın digər səbəblərini istisna etmək lazımdır.
Risperidonla aparılan müalicə müddətində yorğunluq qeyd olunduğu halda, preparatın qəbul
vaxtını dəyişməklə, diqqət pozğunluqlarını yaxşılaşdırmaq mümkündür.
Uşaqların müalicəsinə başlamazdan əvvəl uşaqların bədən kütləsini müəyyən etmək və
gələcəkdə müntəzəm olaraq, onların bədən kütlələrinə müntəzəm nəzarət etmək tövsiyə olunur.
Risperidon qəbul edən uşaqların böyüməsinin sürətlənməsi müşahidə olunduğu nəticələrin
formalaşdırılması üçün yetərli olmayan kiçik klinik tədqiqat aparılmışdır, lakin bunun,
risperidonla aparılan müalicənin nəticəsi olub-olmadığı və ya digər səbəblərdən qaynaqlandığı
məlum deyil.
Rileptid preparatının örtüklü tabletinin hər birinin tərkibində 76 mq laktoza vardır.
Həkim pasiyentdə bəzi şəkər növlərinə qarşı dözümsüzlüyün mövcudluğunu təsdiq etdiyi halda,
göstərilən dərman preparatının istifadəsinə başalamzdan əvvəl, həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və ya bir müddət əvvəl qəbul edilən və ya qəbulu planlaşdırılan istənilən dərman
preparatları barədə həkimi məlumatlandırmaq lazımdır.
Aşağıda göstərilən dərman preparatlarının istifadəsi barədə həkimi və ya əczaçını
məlumatlandırmaq vacibdir:
- sakitləşdirici təsirə malik preparatlar (benzodiazepinlər), bəzi ağrıkəsici preparatlar (opiatlar),
bəzi allergiyaəleyhinə (antihistamin) preparatlar – nəzərə almaq lazımdır ki, risperidon bütün bu
preparatların sedativ effektlərini gücləndirə bilər;
- ürəyin elektrik aktivliyini dəyişən preparatlar, məsələn, malyariyaəleyhinə preparatlar, ürək
ritminin pozulması üçün istifadə olunan preparatlar (məsələn, xinidin), allergiyanın müalicəsi
üçün istifadə olunan preparatlar (antihistamin preparatlar), bəzi antidepressantlar və ya psixi
pozğunluqların müalicəsi üçün istifadə olunan digər dərman preparatları;
- ürək yığılmalarının tezliyini ləngidən preparatlar;
- qanda kaliumun səviyyəsini aşağı salan preparatlar (bəzi sidikqovucu preparatlar);
- yüksək arterial təzyiqin müalicəsi üçün istifadə olunan preparatlar. Rileptid preparatı arterial
təzyiqin aşağı düşməsinə səbəb ola bilər;
- Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunan preparatlar (məsələn, levodopa);
- orqanizmdən suyun xaricolmasını stimullaşdıran preparatlar (məsələn, sidikqovucular) – bu
preparatlar (məsələn, furosemid və ya xlorotiazid), orqanizmdə suyun toplanması müşahidə
olunan bəzi ürək xəstəliklərində və ödemlərdə təyin olunurlar. Rileptid preparatının (digər
preparatlar olmadan) və ya Rileptid preparatının furosemidlə birlikdə istifadəsi, demensiyadan
əziyyət çəkən yaşlı pasiyentlərdə insultun inkişaf etməsi riskini və ya ölüm təhlükəsini yüksəldə
bilər.
Aşağıda göstərilən preparatlar risperidonun effektini zəiflədə bilər:
- rifampisin (bəzi infeksiyaların müalicəsi üçün istifadə olunan preparat);
- karbamazepin, fenitoin (epilepsiyanın müalicəsi üçün istifadə olunan preparatlar);
- fenobarbital.
Qeyd olunan preparatlarla müalicəyə başladıqda və ya onların istifadəsi ilə aparılan müalicə sona
çatdıqda, pasiyentə risperidonun digər dozasının təyin olunması tələb oluna bilər.
Aşağıda göstərilən preparatlar risperidonun effektini gücləndirə bilərlər:
- xinidin (ürək xəstəliklərinin bəzi növlərinin müalicəsi üçün istifadə olunan preparat);
- antidepressantlar, məsələn, paroksetin, fluoksetin kimi trisiklik antidepressantlar;
- beta-blokatorlar kimi məlum olan preparatlar (yüksək arterial təzyiqin müalicəsi üçün istifadə
olunan preparatlar);
- fenotiazinlər (antipsixotik və sakitləşdirici preparatlar);
- simetidin, ranitidin (mədə turşuluğunun blokatorları);
- itrakonazol və ketokonazol (göbələk infeksiyalarının müalicəsi üçün istifadə olunan
preparatlar);
- İİV/QİÇS-in müalicəsi üçün istifadə edilən bəzi preparatlar, məsələn, ritonavir;
- verapamil – yüksək arterial təzyiqin və/və ya ürək ritminin pozulmasının müalicəsi üçün
istifadə olunan preparat;
- sertralin və fluvoksamin – depressiyanın və digər psixiastrik xəstəliklərin müalicəsi üçün istifadə olunan preparatlar.
Paliperidonun risperidonla kombinasiyası tövsiyə olunmur, çünki, bu iki preparatın
kombinasiyası, əlavə effektlərin artmasına gətirib çıxara bilər.
Göstərilən məlumatların, pasiyentə nə dərəcədə aid olduğuna əmin olmadıqda, həkimlə və ya
əczaçı ilə məsləhətləşmək lazımdır.
Rileptid preparatı tabletlərinin qida və alkoqol ilə birlikdə istifadəsi
Rileptid preparatı ilə aparılan müalicə müddətində spirtli içkilərin istifadəsindən çəkinmək
lazımdır.
Rileptid preparatını qida qəbulu vaxtından asılı olmayaraq, istifadə etmək olar. Rileptid preparatı
tabletlərini daxilə, bütöv, bir qədər su ilə birlikdə qəbul etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Pasiyent hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya
hamiləliyinin planlaşdırılması barədə həkimi məlumatlandırmalıdır.
Hamiləlik və laktasiya dövründə Rileptid preparatının istifadəsi barədə qərarı, həkim təsdiq
etməlidir.
Hamiləliyin sonuncu trimestrində (hamiləlik dövrünün son üç ayı) Rileptid preparatından istifadə
edən qadınların dünyaya gətirdikləri yenidoğulmuş körpələrində aşağıdakı simptomlar inkişaf
edə bilər: əsmə, əzələlərin gərginliyi və ya zəifliyi, yuxuya meyllilik, oyanıqlıq, tənəffüs
pozğunluqları, qidalanma zamanı çətinliklər. Uşaqda göstərilən simptomlardan hər hansı biri
inkişaf etdiyi halda, həkimə müraciət etmək lazımdır.
Fertillik
Risperidon, reproduksiya qabiliyyətinə təsir göstərə bilən, “prolaktin” adlandırılan hormonun
səviyyəsinin yüksəlməsinə səbəb ola bilər (“Əlavə təsirləri” bölməsinə bax).
Hamiləlik və ya laktasiya dövründə hər hansı dərman preparatının istifadəsinə başlamazdan
əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparat başgicəllənmənin, yorğunluğun və görmə qabiliyyətinin pozulmasının meydana
çıxmasına səbəb ola bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə
etməzdən əvvəl, həkimlə məsləhətləşmək lazımdır.
İstifadə qaydası və dozası
Rileptid preparatını hər zaman həkimin təyinatlarına dəqiq riayət edərək istifadə etmək lazımdır.
Preparatın istifadəsinə dair hər hansı şübhə olduğu halda, həkimlə və ya əczaçı ilə məsləhətləş-
mək lazımdır.
Dozalanma rejimi
Preparatın pasiyent üçün ən effektiv dozasını həkim fərdi olaraq seçməlidir. Preparatın təyin
olunan dozasını dəqiq qəbul etmək çox vacibdir.
Şizofreniyanın müalicəsi
Böyüklər
- preparatın tövsiyə olunan başlanğıc dozası 2 mq təşkil edir, ikinci gün dozanı 4 mq-a qədər
artırmaq olar;
- sonra, pasiyentin aparılan müalicəyə cavabından asılı olaraq, zərurət yarandığı halda, həkim
dozanı tədricən dəyişə bilər;
- sutkalıq 4 mq-dan 6 mq-a qədər dozalardan istifadə etdikdə, pasiyentlərin əksəriyyətində
yaxşılaşma müşahidə olunur;
- preparatın sutkalıq dozasını birdəfəyə qəbul etmək və ya iki dəfə (səhər və axşam) qəbul etmək
üçün bölmək lazımdır. Həkim, pasiyentin vəziyyətini nəzərə alaraq, tabletlərin miqdarını təyin
etməlidir.
Yaşlı pasiyentlər
preparatın başlanğıc dozası, bir qayda olaraq, gündə 2 dəfə 0,5 mq təşkil edir;
- daha sonra həkim, sutkalıq dozanı gündə 1 və ya 2 mq-a qədər tədricən artıra bilər – bu dozanı
2 dəfə qəbul etmək üçün bölmək lazımdır;
- həkim, pasiyentin vəziyyətini nəzərə alaraq, tabletlərin miqdarını təyin etməlidir.
Uşaqlar və yeniyetmələr
18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə şizofreniyanın müalicəsi üçün Rileptid preparatından
istifadə etmək olmaz.
Maniyanın müalicəsi
Böyüklər
- preparatın tövsiyə olunan başlanğıc dozası gündə 1 dəfə 2 mq təşkil edir;
- sonra, pasiyentin aparılan müalicəyə cavabından asılı olaraq, həkim dozanı tədricən dəyişə
bilər;
- pasiyentlərin əksəriyyətində yaxşılaşma, gündə 1 mq-dan 6 mq-a qədər dozalar intervalında
müşahidə olunur.
Yaşlı pasiyentlər
- preparatın tövsiyə olunan başlanğıc dozası, gündə 0,5 mq təşkil edir;
- daha sonra həkim, sutkalıq dozanı gündə 1 və ya 2 mq-a qədər tədricən artıra bilər – bu dozanı,
pasiyentin aparılan müalicəyə cavabından asılı olaraq, 2 dəfə qəbul etmək üçün bölmək lazımdır.
Uşaqlar və yeniyetmələr
18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə bipolyar maniyanın müalicəsi üçün Rileptid
preparatından istifadə etmək olmaz.
Alsheymer demensiyasından əziyyət çəkən pasiyentlərdə uzunmüddətli aqressiyanın müalicəsi
Yetkin yaşlı pasiyentlər (yaşlı pasiyentlər daxil olmaqla)
- preparatın tövsiyə olunan başlanğıc dozası adətən 0,25 mq təşkil edir – bu dozanı 2 dəfə qəbul
etmək üçün bölmək lazımdır;
- sonra, pasiyentin aparılan müalicəyə reaksiyasından asılı olaraq, həkim dozanı tədricən artıra
bilər;
- pasiyentlərin əksəriyyətində gündə 0,5 mq dozadan istifadə etdikdə, yaxşılaşma müşahidə
olunur – bu dozanı 2 dəfə qəbul etmək üçün bölmək lazımdır. Bəzi pasiyentlərə preparatı
sutkalıq 1 mq dozada təyin etmək tələb oluna bilər – bu dozanı 2 dəfə qəbul etmək üçün bölmək
lazımdır;
- Alsheymer demensiyasından əziyyət çəkən pasiyentlərdə müalicənin davametmə müddəti 6
həftədən artıq olmamalıdır.
Uşaqlarda və yeniyetmələrdə davranış pozğunluqları
Davranış pozğunluqlarının müalicəsi üçün preparatın tələb olunan dozası, uşağın bədən
kütləsindən asılıdır.
Bədən kütləsi 50 kq-dan aşağı olan uşaqlar və yeniyetmələr
- preparatın tövsiyə olunan başlanğıc dozası, gündə 1 dəfə 0,25 mq təşkil edir;
- zərurət yarandıqda, bu dozanı, iki gündə 1 dəfədən tez olmamaqla, sutkada 0,25 mq artırmaq
olar;
- preparatın adi dəstəkləyici sutkalıq dozası 0,25-0,75 mq təşkil edir.
Bədən kütləsi 50 kq və daha artıq olan uşaqlar və yeniyetmələr
- preparatın tövsiyə olunan başlanğıc dozası, gündə 1 dəfə 0,5 mq təşkil edir;
- zərurət yarandıqda, bu dozanı, iki gündə bir dəfədən tez olmamaqla, sutkada 0,5 mq artırmaq
olar;
- preparatın adi dəstəkləyici sutkalıq dozası 0,5-1,5 mq təşkil edir.
Göstərilən pozğunluqlardan əziyyət çəkən 5 yaşa qədər uşaqlarda müalicə təcrübəsinin
olmamasını nəzərə alaraq, 5 yaşa qədər uşaqlarda Rileptid preparatını istifadə etmək olmaz.
Böyrək və qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Xəstəlikdən asılı
olmayaraq, risperidonun bütün başlanğıc və dəstəkləyici dozalarını iki dəfə aşağı salmaq
lazımdır. Bu qrup pasiyentlərdə dozanın artırılmasını daha ləng aparmaq lazımdır. Belə
pasiyentlərdə risperidonu ehtiyatla istifadə etmək lazımdır.
İstifadə qaydası
Tabletlər daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur.
Qida qəbulu Rileptid preparatının sorulmasına təsir göstərmir. Rileptid preparatını daxilə, bütöv,
bir qədər su ilə birlikdə qəbul etmək lazımdır.
Preparatın pasiyent üçün tələb olunan dozası və müalicə müddəti həkim tərəfindən təyin
olunmalıdır. Bu, pasiyentin vəziyyətindən asılıdır və müxtəlif pasiyentlərdə fərqli ola bilər.
Dərman preparatının tövsiyə olunan miqdarı “Dozalanma rejimi” hissəsində göstərilmişdir.
Rileptid preparatı tabletinin istifadəsinin ötürülməsi
Ötürülən dozanı mümkün qədər tez qəbul etmək lazımdır. Lakin, növbəti dozanın qəbul vaxtı
yaxınlaşdığı halda, ötürülən dozanı qəbul etmək vacib deyil və preparatın istifadəsini adi rejimdə
davam etdirmək lazımdır. İki və ya daha çox dozaların qəbulu ötürüldüyü halda, həkimlə
məsləhətləşmək lazımdır.
Ötürülən dozanı bərpa etmək üçün, heç bir zaman preparatın ikiqat dozasını (bir qəbulda iki
doza) istifadə etmək olmaz.
Rileptid® preparatı tabletinin istifadəsinin dayandırılması
Xəstəlik simptomlarının təkrar qayıda bilməsini nəzərə alaraq, hətta pasiyentin vəziyyəti
yaxşılaşdığı halda belə, həkim icazə verməyənə qədər, Rileptid preparatının istifadəsini
dayandırmaq olmaz. Həkim preparatın istifadəsinin dayandırılması barədə qərar qəbul etdiyi
halda, bunu tədricən, bir neçə gün müddətində həyata keçirmək lazımdır.
Gələcəkdə pasiyentdə göstərilən dərman preparatının istifadəsi ilə əlaqəli sualları meydana
çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər,
lakin bu təsirlər hər pasiyentdə müşahidə olunmur.
Aşağıda göstərilən vəziyyətlər inkişaf etdiyi halda, dərhal həkimə müraciət etmək lazımdır:
- venaların trombozu (qan laxtaları), xüsusilə, aşağı ətraflarda (trombozun əlamətlərinə ətraflarda
ödem, ağrı hissi və qızarma aiddir). Həmin qan laxtaları qan damarları ilə hərəkət edərək,
ağciyərlərə düşə bilər və bu zaman, döş nahiyəsində ağrının və tənəffüsün çətinləşməsinin
meydana çıxmasına səbəb ola bilər. Yuxarıda qeyd olunan simptomlardan hər hansı biri aşkar
olunduğu halda, dərhal həkimə müraciət etmək lazımdır;
- demensiyadan əziyyət çəkən pasiyentlərdə psixi vəziyyətin qəflətən dəyişməsi müşahidə
olunduqda və ya qəflətən inkişaf edən zəiflik və ya üz nahiyəsinin, əllərin və ya ayaqların,
xüsusilə bədənin bir hissəsində keyləşməsi və ya nitqin qeyri-aydın olması (hətta qısa müddət
ərzində) aşkar edildikdə. Göstərilən dəyişikliklər insult simptomları ola bilər.
- bədən temperaturunun yüksəlməsi, əzələlərin rigidliyi (gərginliyi), yuxuya meyllilik, şüurun
dumanlanması, tər ifrazının güclənməsi (“bədxassəli neyroleptik sindrom” adlandırılan
pozğunluq). Belə halda, təcili tibbi yardımın aparılması tələb oluna bilər;
- kişilərdə – adətən, cinsi meyllilik olmadan, uzunmüddətli ağrılı ereksiya (“priapizm”). Bu
zaman, təcili tibbi yardımın aparılması tələb oluna bilər;
- dilin, ağızın və ya üz nahiyəsinin qeyri-iradi ritmik hərəkətləri (gecikmiş diskineziya). Belə
dəyişikliklər müşahidə olunduqda, risperidonun istifadəsinin dayandırılması tələb oluna bilər;
- qızdırma, ağızın, üz nahiyəsinin, dodaqların və ya dilin şişkinliyi, hava çatışmazlığı hissi, dəri
üzərində səpgilər və ya arterial təzyiqin düşməsi ilə müşayiət olunan ağır dərəcəli allergik
reaksiyalar.
Aşağıda göstərilən əlavə reaksiyalar inkişaf edə bilər.
Çox tez-tez müşahidə olunan əlavə təsirlər (10 haldan 1-də müşahidə olunur):
- parkinsonizm. Bu tibbi termin bir sıra simptomları əhatə edir. Hər bir fərdi simptom 10 haldan
birindən az müşahidə oluna bilər. Parkinsonizm simptomları: ağız suyu ifrazının yüksəlməsi və
ağız suyu miqdarının artması, skelet-əzələ rigidliyi, ağız suyu axması, ətraflar büküldükdə kəskin
sarsıntılar, bədən hərəkətlərinin ləngiməsi, zəifləməsi və ya pozulması, üz nahiyəsində ifadənin
olmaması, əzələ hərəkətlərinin çətinləşməsi, boyun nahiyəsinin rigidliyi, əzələ rigidliyi, kiçik, səndələyən, tələskən addımlar, yerimə zamanı normal əl hərəkətlərinin olmaması, burunun üst
nahiyəsinə tıqqıldatdıqda, gözlərin uzun müddətli qırpası (qeyri-normal refleks);
- baş ağrısı, yuxuya getmənin və yuxunun pozulması, sedasiya/yuxuya meyllilik.
Tez-tez müşahidə olunan əlavə təsirlər (100 haldan 1-10-da müşahidə olunur):
- ağciyər infeksiyaları (pnevmoniya), tənəffüs yolları infeksiyaları, qripəbənzər xəstəliklər,
sinusit, sidik-ifrazat yolları infeksiyaları, qulaq infeksiyaları, qrip;
- qanda prolaktin hormonunun səviyyəsinin yüksəlməsi (simptomsuz və ya simptomlarla
müşayiət olunan). Qanda prolaktin səviyyəsinin yüksəlməsi simptomları bəzən inkişaf edə bilər.
Prolaktin səviyyəsinin yüksəlməsi simptomlarına aşağıdakılar aiddir: süd vəzilərinin böyüməsi,
kişilərdə ereksiyanın pozulması və ya cinsi funksiyanın digər pozğunluqları, süd vəzisində
narahatlıq hissi, süd vəzisindən ifrazatlar, qadınlarda menstruasiyanın olmaması və ya menstrual
siklin pozulması;
- bədən temperaturunun yüksəlməsi, iştahanın yüksəlməsi, iştahanın pisləşməsi;
- yuxu pozğunluqları, oyanıqlıq, depressiya, narahatlıq, hərəki narahatlıq;
- qeyri-iradi, uzunmüddətli əzələ yığılmalarını əhatə edən distoniya. Həmin hərəkətlər bədənin
istənilən nahiyəsində meydana çıxa bilər, distoniya tez-tez üz nahiyəsi əzələlərində müşahidə
olunur və gözlərin, ağızın, dilin və ya çənənin qeyri-iradi hərəkətlərinin meydana çıxmasına
səbəb olur;
- başgicəllənmə;
- qeyri-iradi hərəkətlər, ritmik hərəkətlər və dartınmalar daxil olmaqla, diskineziya;
- tremor (əsmə);
- bulanıq görmə, göz infeksiyaları və ya gözlərin qızarması;
- ürək yığılmaları tezliyinin artması, arterial təzyiqin yüksəlməsi, tənəffüsün çətinləşməsi;
- boğazda ağrı, öskürək, burun qanaxmaları, burunun tutulması;
- qarın nahiyəsində ağrı və ya narahatlıq hissi, qusma, ürəkbulanma, qəbizlik, diareya,
dispepsiya, ağızda quruluq, diş ağrısı;
- dəri üzərində səpgilər, dərinin qızarması;
- əzələ spazmı, sümük və əzələ ağrıları, bel nahiyəsində ağrı, oynaq ağrıları;
- sidiyi saxlaya bilməmək;
- bədənin, əllərin və ayaqların ödemi, qızdırma, döş nahiyəsində ağrı, asteniya, yorğunluq,
ağrılar;
- yıxılmalar.
Bəzən müşahidə olunan əlavə təsirlər (1000 haldan 1-10-da müşahidə olunur):
- tənəffüs yolları infeksiyaları, sidik kisəsi infeksiyaları, göz infeksiyaları, badamcıqların
infeksiyaları, maya göbələkləri ilə dırnaqların infeksion zədələnməsi, dərialtı infeksiyalar, yerli
infeksiyalar, virus infeksiyaları, gənə səbəbli dəri iltihabı;
- ağ qan hüceyrələrinin miqdarının aşağı düşməsi (o cümlədən, orqanizmi bakterial
infeksiyalardan qoruyan hüceyrələrin), qan lövhəciklərinin miqdarının aşağı düşməsi
(qanaxmaların dayanmasına səbəb olan qan elementləri), hemoqlobin səviyyəsinin və qırmızı
qan hüceyrələrinin miqdarının aşağı düşməsi (anemiya), eozinofillərin səviyyəsinin artması
(xüsusi ağ qan hüceyrələri);
- allergik reaksiyalar;
- şəkərli diabet, qanda şəkərin miqdarının artması, susuzluq hissinin güclənməsi və maye
qəbulunun artması;
- bədən kütləsinin aşağı düşməsi və həddindən artıq üzülməyə gətirib çıxaran iştahanın
pisləşməsi;
- qanda xolesterinin səviyyəsinin yüksəlməsi;
- əhval-ruhiyyənin həddindən artıq yüksəlməsi (maniya), şüurun dumanlanması, seksual
meylliliyin aşağı düşməsi, əsəbilik, gecələr dəhşətli yuxugörmələr;
- beyin qan dövranının kəskin pozulması (insult və ya mikroinsult);
- qıcıqlandırıcılara qarşı cavabın olmaması, şüurun itməsi, şüurun aşağı vəziyyəti;
- qıcolmalar, şüurun itməsi;
hərəki narahatlığın yüksəlməsi hissi, müvazinətin pozulması, hərəkətlərin koordinasiyasının
pozulması, bədən vəziyyətinin dəyişməsindən sonra, başgicəllənmənin meydana çıxması, diqqət
pozğunluqları, nitq pozğunluqları, dadbilmə qabiliyyətinin itməsi və ya dəyişməsi, dərinin ağrıya
və ya toxunmaya qarşı həssaslığının aşağı düşməsi, dəridə sancma və ya qeyri-həssaslıq hissi;
- işığa qarşı ağrılı həssaslıq, işığa qarşı həssaslığın yüksəlməsi, gözlərdə quruluq, göz yaşı
hasilatının yüksəlməsi, gözlərin hiperemiyası (qan təchizatının artması);
- fırlanma hissi ilə müşayiət olunan başgicəllənmə (vertiqo), qulaqlarda cingilti, qulaqlarda ağrı;
- mədəciklərin fibrillyasiyası (səyriyyən aritmiya), qulaqcıq-mədəcik blokadası, ürəyin elektrik
keçiriciliyinin dəyişməsi, elektrokardioqrammada QT intervalınlın uzanması, ürək yığılmalarının
tezliyinin ləngiməsi (bradikardiya), EKQ-də dəyişikliklər, ürək yığılmalarının qeyri-normal
tezliyi;
- aşağı arterial təzyiq, oturan yerdən ayağa durduqda arterial təzyiqin aşağı düşməsi, isti qan
axınları;
- qıdanın tənəffüs yollarına düşməsi ilə əlaqəli ağciyər infeksiyaları, ağciyərlərdə durğunluq,
tənəffüs yollarında sekretin durğunluğu, ağciyərlərdə xışıltılı xırıltılar, tənəffüs zamanı kobud
fışıltılı xırıltılar, xırıltılı səs və ya səsin dəyişməsi, tənəffüs yollarından hava hərəkətinin
pozulması;
- nəcisi saxlaya bilməmək, həddindən artıq möhkəm nəcis, mədə və bağırsaq infeksiyaları, udma
qabiliyyətinin çətinləşməsi, bağırsaqlarda qazların toplanması (meteorizm);
- övrə, dərinin şiddətli qaşınması, saçların tökülməsi, dərinin qalınlaşması, ekzema, dəridə
quruluq, dərinin rənginin dəyişməsi, akne, yağlı dərinin iltihabı, dəridə dəyişikliklər, dərinin
zədələnməsi;
- qanda kreatininfosfokinaza fermentinin səviyyəsinin yüksəlməsi, qeyri-normal qamət, oynaq
hərəkətlərinin ağırlaşması, oynaqlarda ödemlər, əzələ zəifliyi, boyun nahiyəsində ağrı;
- sidik ifrazının tezliyinin yüksəlməsi, sidiyi ifraz etmə qabiliyyətinin olmaması və ya sidik
kisəsinin natamam boşaldılması, sidik ifrazı zamanı ağrı;
- menstruasiyaların olmaması, cinsi fəaliyyətin pozulması, ereksiyanın pozulması,
eyakulyasiyanın pozulması, süd vəzilərindən spontan süd ifrazı, kişilərdə süd vəzilərinin
böyüməsi, menstrual siklin pozulması, süd vəzisində ağrı, süd vəzisində narahatlıq hissi, uşaqlıq
yolundan ifrazatlar;
- üz nahiyəsinin ödemi, üşütmə, bədən temperaturunun yüksəlməsi, yerişin pozulması, susuzluq
hissi, döş nahiyəsində narahatlıq hissi, əzginlik, pis əhval-ruhiyyə, diskomfort;
- yerişin dəyişməsi;
- qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi, transaminazaların səviyyəsinin yüksəlməsi
qamma-qlutamiltransferaza fermentinin səviyyəsinin yüksələməsi;
- tibbi müdaxilələr zamanı ağrı.
Nadir hallarda müşahidə olunan əlavə təsirlər (10000 haldan 1-10-da müşahidə olunur):
- infeksiyalar;
- orqanizmi infeksiyalardan qoruyan ağ qan hüceyrələrinin miqdarının kəskin aşağı düşməsi
(aqranulositoz);
- sidiyin miqdarına, sidikdə şəkərin meydana çıxmasına nəzarət edən hormonun qeyri-adekvat
sekresiyası;
- suyun təhlükəli dərəcədə artıq qəbul edilməsi, qanda şəkərin miqdarının aşağı düşməsi, qanda
insulin səviyyəsinin yüksəlməsi, qanda triqliseridlərin səviyyəsinin yüksəlməsi;
- emosiyaların olmaması, orqazma çatma qabiliyyətinin olmaması;
- beyinin qanla təchizatının aşağı düşməsi;
- nəzarətolunmayan diabet nəticəsində meydana çıxan koma;
- başın əsməsi;
- qlaukoma, göz hərəkətlərinin pozulması, göz qapaqlarının qıraqlarında qabığın əmələ gəlməsi,
gözlərin dönməsi;
- Rileptid preparatından istifadə edən pasiyentlərdə kataraktanın (billur cismin tutqunlaşması)
çıxarılması əməliyyatı aparıldıqda, qüzehli qişanın intraoperasion qeyri-stabillik sindromunun (IFIS sindrom) inkişaf etməsi mümkündür. Kataraktanın çıxarılması əməliyyatı planlaşdırılan
pasiyentlər, həkimi göstərilən preparatın istifadəsi barədə məlumatlandırmalıdırlar;
- ürək yığılmaları tezliyinin dəyişməsi (sinus aritmiyası);
- tez-tez və səthi tənəffüs, yuxuda tənəffüsün pozulması;
- mədəaltı vəzinin iltihabı, bağırsaq keçməməzliyi, dilin ödemi, dodaqların iltihabı;
- dərman allergiyası, kəpəklənmə;
- əzələ liflərinin dağılması, əzələ ağrıları (rabdomioliz);
- qanda insulin (qanda şəkərin miqdarını tənzimləyən hormon) səviyyəsinin yüksəlməsi;
- dərman preparatının istifadəsinin ləğvetmə sindromu;
- menstruasiyaların yubanması, süd vəzilərinin kobudlaşması, süd vəzilərinin böyüməsi, süd
vəzilərindən ifrazat;
- bədən temperaturunun aşağı düşməsi, əllərin və ayaqların soyuması, dərinin bərkiməsi;
- dərinin və gözlərin rənginin saralması (sarılıq).
Çox nadir hallarda müşahidə olunan əlavə təsirlər (10000 haldan 1-dən az müşahidə olunur):
- nəzarətolunmayan diabetin həyat üçün təhlükəli olan ağırlaşmaları;
- üz nahiyəsinin və qırtlağın ödeminə (angionevrotik ödem) səbəb olan ağır dərəcəli allergik
reaksiyalar; bu reaksiyalar tənəffüsün çətinləşməsinə gətirib çıxara bilər;
- bağırsaq peristaltikasının olmaması – bağırsaq keçməməzliyinə gətirib çıxara bilər.
Paliperidonun (risperidona bənzər dərman preparatı) istifadəsi zamanı müşahidə olunan əlavə
effektlər aşağıda göstərilmişdir və həmin əlavə effektlər həmçinin, risperidondan istifadə etdikdə
də meydana çıxa bilər: ayağa qalxdıqda, ürək yığılmalarının tezliyinin artması.
Uşaqlarda və yeniyetmələrdə müşahidə olunan əlavə arzuolunmayan effektlər
Ümumiyyətlə, uşaqlarda müşahidə olunan əlavə reaksiyaların növlərinin böyüklərlə eyni olması
gözlənilir. Aşağıda göstərilən əlavə effektlər böyüklərə nisbətən, uşaqlarda və yeniyetmələrdə (5
yaşdan 17 yaşa qədər) daha tez-tez müşahidə olunmuşdur: yuxuya meyllilik/sedasiya, yorğunluq,
baş ağrısı, iştahanın yüksəlməsi, ürəkbulanma, yuxarı tənəffüs yolları infeksiyaları, burun
tutulması, qarın nahiyəsində ağrı, başgicəllənmə, öskürək, qızdırma, əsmə, ishal və sidiyi saxlaya
bilməmək.
İstənilən əlavə effektlər meydana çıxdığı halda həkimə müracviət etmək lazımdır.
Əlavə təsirlər barədə məlumatların verilməsi
Ehtimal olunan əlavə təsirlər barədə məlumat vermək vacibdir və bu, dərman preparatından
istifadə etdikdə, fayda/risk nisbətinin fasiləsiz monitorinqinin aparılmasına imkanı verir. Tibb
işçiləri milli məlumat sistemi vasitəsi ilə, istənilən ehtimal edilən əlavə təsir barədə məlumat
verməlidirlər.
Doza həddinin aşılması
Rileptid® preparatı örtüklü tabletlərini həddindən artıq miqdarda qəbul etdikdə:
- dərhal həkimə müraciət etmək lazımdır. Həkimə göstərmək məqsədi ilə pasiyent, içlik vərəqəni
və qalan tabletləri özü ilə götürməlidir;
- doza həddinin aşılması zamanı, pasiyentdə yuxuya meyllilik, yorğunluq, qeyri-normal bədən
hərəkətləri, bədənin şaquli vəziyyətdə saxlanılması ilə və ya yerişlə əlaqəli problemlər,
başgicəllənmə, arterial təzyiqin aşağı düşməsi, qeyri-normal ürək yığılmaları və qıcolmalar
inkişaf edə bilər.
Buraxılış forması
10 örtüklü tablet, blisterdə. 1, 2 və ya 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dərman preparatlarını məişət tullantıları ilə birlikdə və ya axar sulara tullamaq olmaz. Lazım
olmayan dərman preparatının qalıqlarının ləğv edilməsi tələb olunduqda, əczaçı ilə
məsləhətləşmək lazımdır. Bu tədbirlərin aparılması, ətraf mühitin çirklənməsinin qarşısını
almağa kömək edir.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“EGİS əczaçılıq zavodu” QSC.
1165 Budapeşt, Bokenfold ut, 118-120, Macarıstan.
Marketinq lisenziyasının sahibi
“EGİS əczaçılıq zavodu” QSC.