Pharmed

REGIDRON N1 PAKET

REHİDRON    daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz REHYDRON

Beynəlxalq patentləşdirilməmiş adı: Potassium Chloride + Sodium Chloride + Sodium Citrate + Dextrose

Tərkibi
Təsiredici maddə: 1 saşedə 2,5 q kalium xlorid, 3,5 q natrium xlorid, 2,9 q natrium sitrat, 10 q susuz qlükoza vardır.

Təsviri
İysiz, kristallik, ağ rəngdə tozdur.

Farmakoterapevtik qrupu
Elektrolit preparatlar karbohidratlarla. Peroral rehidratasiya üçün duz tərkibləri.
АТC kodu: А07СА.

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Diareyada və qusma zamanı Rehidron məhlulu elektrolitlərin itirilməsini tənzimləmək üçün istifadə olunur. Qlükoza, duzların absorbsiyasına təsir edir, sitratlar metabolik asidoz zamanı balansın tənzimlənməsinə təsir edir. Rehidron məhlulu preparatının osmolyarlığı 235-255 mОsm/l, təşkil edir. рH zəif qələvi ‒ 8,2.
Rehidron preparatının tərkibində vardır (1 litr məhlulun tərkibi):
ÜST-ün tövsiyəsi etdiyi peroral rehidratasiya üçün standart məhlullarla müqayisədə Rehidron preparatının osmolyarlığı aşağıdı (sübut olunmuşdu ki, osmolyarlığı aşağı olan rehidratasiya üçün məhlullar nisbətən effektivdir) kaliumun tərkibi isə yüksəkdir (kaliumun səviyyəsinin bərpasını tezləşdirmək üçün).
Famakokinetikası
Rehidron preparatının tərkib hissəsinə daxil olan su, elektrolit və qlükozanın farmakokinetikası orqanizmdə bu maddələrin təbii farmakokinetikasına uyğun gəlir.
 
İstifadəsinə göstərişlər

Su-elektrolit tarazlığının bərpası, kəskin diareya zamanı asidozun korreksiyası, yüngül və orta dərəcəli dehidratasiya (məsələn, uşaqlarda bədən çəkisinin 3-9% itkisi), su-elektrolit mübadiləsinin pozulması ilə müşayiət olunan istivurma zamanı zədələnmələrdə.
Profilaktik məqsədilə: intensiv tərləməyə gətirib çıxaran istilik və fiziki yüklənmələr.

Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, ağır dehidratasiya, hemodinamik şok, həddindən artıq qusma, bayılma, bağırsaq keçməzliyi, ileus.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağır dehidratasiya (uşaqlarda bədən çəkisinin 9%-dən çox itməsi, anuriya) ilk növbədə rehidratasiya üçün venadaxili preparatlardan istifadə etməklə müalicə olunmalıdır. Bundan sonra Rehidron müalicənin davamı üçün təyin oluna bilər. Əgər xəstəyə əlavə elektrolitlərin yeridilməsinə ehtiyac varsa və bu barədə laborator testlər təsdiqlənməyibsə, o zaman preparatın tövsiyə olunan dozasını artırmaq olmaz.
Preparat peroral qəbul olunur, həll olunması üçün sudan istifadə olunur. Saşedə olan Rehidron preparatını 1 l suda həll etmək lazımdır. Məhlula şəkər əlavə etmək olmaz. Qida qəbulu dərhal rehidratasiyadan sonra mümkündür. Qusma zamanı 10 dəqiqə gözləmək lazımdır və məhlulu yavaş-yavaş, kiçik qurtumlarla içmək lazımdır.
Doza həddinin aşılması zamanı pasiyentdə hipernatriemiya yarana bilər. Dehidratasiyanın böyrək çatışmazlığı, diabet və ya turşu-qələvi, elektrolit və ya karbohidrat balansını pozan digər xroniki xəstəliklər fonunda inkişaf edən pasiyentlər Rehidron preparatı ilə müalicə zamanı ciddi monitorinq tələb edir və xəstəxanaya yerləşdirilməsi lazım gələ bilər.
Qaraciyər xəstəliyi olan, natrium və kaliumu məhdudluğu ilə əlaqədar pəhriz saxlayan pasiyentlər Rehidron preparatı ilə müalicə aldıqda ehtiyatlı olmalıdırlar. Diareya diabeti, böyrək çatışmazlığı və ya bəzi digər xroniki xəstəlikləri olan pasiyentlərdə maye və qlükoza balansına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Ona görə də, diareyanın simptomları saxlanılan müddət ərzində laborator qiymətləndirmələrlə və xəstəxana bazasında hospital dehidratasion müalicə ilə daha ciddi monitorinqin aparılması lazımdır.
Rehidron böyrək çatışmazlığında, oliquriya və ya anuriya, parenteral rehidratasiya terapiyası zamanı ehtiyatla istifadə olunmalıdır.
Həkim məsləhəti olmadan 6 aya qədər uşaqlarda istifadə etmək olmaz.
Yenidoğulmuşlarda kəskin diareya dehidratasiya və elektrolit pozğunluqları yarada bilər ki, bu da pasiyentin tez bir zamanda vəziyyətinin pisləşməsinə gətirib çıxarar. Bütün diareya və dehidratasiya hallarında tez bir zamanda həkimə xəbər vermək lazımdır.
Rehidron preparatından istifadə zamanı həkim müdaxiləsi tələb edən vəziyyətlər:
•    Pasiyentin psixi vəziyyətində dəyişiklik (qıcıqlanma, apatiya, letargiya);
•    Pasiyentdə nitqin ləngiməsi meydana çıxarsa, yuxululuq baş verir, o, sürətlə tükənir və suallara cavab vermir;
•    daimi qusma;
•    temperatur 39С-dən yüksək olur;
•    sidik ifrazı dayanır;
•    duru qanlı nəcis olur;
•    diareya 2 gündən artıq davam edir;
•    qarın nahiyəsində kəskin ağrılar;
•    qəflətən diareya dayanır, kəskin ağrılar yaranır;
•    əgər evdə müalicə uğursuzdusa və ya mümkün deyilsə.
Rehidronun tərkibində kalium, natrium vardır ki, bunu böyrək funksiyası pozulmuş, kaliumun və ya natriumun istifadəsinə nəzarətedici pəhriz saxlayan pasiyentlərə məhlul istifadə edərkən nəzərə almaq lazımdır.
Preparatın tərkibində qlükoza olduğu üçün, qlükoza-qalaktoza malabsorbsiyasının pozğunluğu kimi nadir irsi xəstəliyi olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər.
 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Rehidron preparatının digər preparatlarla qarşılıqlı təsiri barədə məlumat yoxdur. Preparat məhlulunun рН-ı zəif qələvidir, ona görə də dərman vasitələrinə təsir edə bilər, sorulma bağırsaqda olan pH-dan asılıdır. Həmçinin dərman vasitələrinin absorbsiyası diareya zamanı, əsasən də nazik və ya yoğun bağırsaqda absorbsiya olunan preparatlarla və ya onların bağırsaq-qaraciyər sirkulyasiyası zamanı dəyişə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparat tövsiyə olunan dozalarda istifadə oluna bilər. Ana südü ilə qidalandırmanı, hətta peroral rehidratasiya və ya rehidratasiyadan dərhal sonra da davam etdirmək olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası
1 saşenin içərisindəki tozu 1 litr qaynadılmış, otaq temperaturuna qədər soyudulmuş suda həll etmək lazımdır. Preparatın təsirini pozmamaq üçün, məhlula heç bir digər komponent əlavə etmək olmaz. Məhlul peroral və ya həkim nəzarəti altında nazoqastral zondla qəbul olunur.
Müalicəyə başlamazdan əvvəl bədən çəkisinin itkisini və susuzlaşma dərəcəsini müəyyən etmək üçün pasiyenti çəkisini müəyyənləşdirmək lazımdır.
Yağlı qida və tərkibində yüksək miqdarda sadə şəkərlər olan qida qəbulundan çəkinmək lazımdır. Rehidron preparatı ilə müalicəni diareyanın başlamasından sonra başlamaq lazımdır. Hazır məhlulu hər maye ifrazatından sonra kiçik qurtumlarla qəbul etmək lazımdır. 6-10 saat müddətində Rehidron preparatının dozası bədən çəkisinə 30-60 ml/kq ola bilər.
Adətən preparatı 3-4 gündən çox qəbul etmək olmaz, diareya bitdikdən sonra preparatı istifadəsi dayandırılır. Ürəkbulanma və qusma zamanı məhlulu soyuq halda, az-az təkrarlanan dozalarla qəbul etmək məqsədəuyğundur.
Rehidratasiya: dehidratasiyanın korreksiyası üçün preparat ilk 6-10 saat müddətində diareya zamanı bədən çəkisi itkisindən iki dəfə artıq miqdarda istifadə etmək lazımdır, başqa sözlə, əgər bədən çəkisinin itkisi 400 ml təşkil edirsə, preparatın miqdarı 800 ml təşkil edir. Rehidron preparatı ilə müalicə müddətində digər mayelərdən istifadə etməyə ehtiyac yoxdur.
Sonrakı istifadə: əgər dehidratasiyanın tənzimlənməsindən sonra 24 saat müddətində diareya davam edirsə, Rehidron preparatını və cədvəldə göstərilən digər mayedən istifadə etmək olar:
 
Uşaqlar
Rehidron uşaqlar istifadə edə bilər. Bu dərman vasitəsinin uşaqlarda istifadəsi üçün yaş həddi yoxdur.

Əlavə təsirləri
Tövsiyə olunan dozalara riayət olunduqda əlavə təsirlərin inkişafı yox dərəcəsindədir. Allergik reaksiyaların inkişafı potensial olaraq mümkündür. Böyrək funksiyaları normal olan pasiyentlərdə Rehidron preparatının istifadəsi zamanı hipernatriemiya və ya hiperhidratasiyanın yaranma riski aşağıdır. Preparatın çox sürətlə yeridilməsi zamanı qusma halları ola bilər.
Doza həddinin aşılması
Həddindən çox miqdarda və ya çox qatı Rehidron preparatının məhlulunun yeridilməsi zamanı hipernatriemiya yarana bilər. Böyrək funksiyası aşağı olan pasiyentlərdə metabolik alkaloz və hiperkaliemiya yarana bilər. Hipernatriemiyanın simptomları – zəiflik, sinir-əzələ oyanıqlığı, yuxuyameyillik, şüurun dumanlanması, koma, bəzi hallarda hətta tənəffüsün dayanması. Metabolik alkaloz ağciyərlərin ventilyasiyasının azalması zamanı, sinir-əzələ oyanıqlığında və tetanik qıcolmalarda meydana çıxa bilər.
Ağır nəticələrə səbəb olan həddindən artıq doza həddinin aşılması zamanı Rehidron preparatının istifadəsini dayandırmaq lazımdır. Həkim məsləhəti tələb olunur. Elektrolitlərin və maye balansının tənzimlənməsi, göstərilən laborator tədqiqatların əsasında aparılmalıdır.

Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti
25C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazır məhlulu soyuducuda 2-8C temperaturda 24 saat müddətində saxlamaq lazımdır.
Buraxılış forması.
18,9 q toz, saşedə. 20 saşe, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

İstehsalçı
Recipharm Parets, S.L.U., Spain.
C/Ramon y Cajal, 2, Parets del Valles, 08150 Barcelona, Spain.
Orion Corporation, Finland.
Orionintie 1, Orionintie 1, 02200 Espoo, Finland.
Qeydiyyat vəsiqəsinin sahibi
Orion Corporation, Finland.
Orionintie 1, Orionintie 1, 02200 Espoo, Finland.