Pharmed

REFLUBİN

TƏSDİQ EDİLMİŞDİR

 Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının sədri

_____________ E.M.Ağayev

 ___________________ 2023-ci il

 

 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə və axıra qədər

oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumat vardır.

- Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz.

- Əgər Sizdə əlavə suallar yaranarsa, həkiminizdən və ya əczaçıdan və ya tibb bacısından soruşun.

- Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin.

- Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, bu dərmandan istifadə

etdiyinizi həkimə bildirin.

- Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə tövsiyə olunan dozasından yüksək və ya

aşağı doza istifadə etməyin. ”.

REFLUBİN DABL AKŞN oral suspenziya

REFLUBIN DOUBLE ACTION

Beynəlxalq patentləşdirilməmiş adı: Sodium alginate + Sodium bicarbonate + Calcium carbonate

 

Tərkibi

Təsiredici maddələr: 1 ml suspenziyanın tərkibində 50, 00 mq natrium alginat, 21, 30 mq

 natrium bikarbonat, 32,50 mq kalsium karbonat vardır.

Köməkçi maddələr: karbomer 974 P, natrium saxarin, metilparaben (E 218), propilparaben

 (E 216), nanə yağı 957675, natrium hidroksid, təmizlənmiş su.

 

Təsviri

Qeyri-şəffaf, ağımtıl krem rəngli, nanə ətirli özlü suspenziyadır.

 

Farmakoterapevtik qrupu

Mədə xorası, qastro-ezofageal reflüks xəstəliklərinin müalicəsi (QERX) üçün istifadə edilən digər

dərman vasitələri.

ATC kodu: A02BX13.

 

Farmakoloji xüsusiyyətləri

Preparat tərkibcə iki antasid maddə ilə bir alginatın kombinasiyasından ibarətdir. Dərmanın

təsiri tamamilə fiziki təsirdir.

REFLUBİN DABL AKŞN qəbul edildikdən sonra mədə turşusu ilə reaksiyaya girir. Bu

reaksiya nəticəsində mədə turşusunun neytrallaşması baş verir, neytral pH-a malik gel yaranır.

Beləliklə, mədə möhtəviyyatının qida borusuna geri qayıtmasının tezliyi azalır. Ağır hallarda

bu gel qida borusuna keçərək mədə möhtəviyyatı ilə qida borusunun kontaktının qarşısını alır,

selikli qişanı bürüyərək onun qıcıqlanmasının qarşısını alır və sağalma başlayır.

REFLUBİN DABL AKŞN reflüksü birbaşa tormozlamaqla və turşunu azaltmaqla, mədə turşusu

və ödün qida borusuna münasibətdə reflüksü ilə bağlı ağrını sağaldır.

 

İstifadəsinə göstərişlər

REFLUBİN DABL AKŞN mədə turşusunun artıqlığı və turşunun requrgitasiyası (turşunun

mədədən ağız boşluğuna daxil olması və dispepsiya) və mədə möhtəviyyatının qida borusuna

qayıtması (qastroezofageal reflüks) ilə bağlı yaranan qıcqırma və döş qəfəsində yanma kimi

şikayətlərin müalicəsi üçün istifadə olunur.

 

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

(Xüsusi göstərişlər və ehtiyat tədbirləri bölməsinə baxın).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər Sizdə aşağıda sadalanan problemlərdən hər hansı biri varsa, Sizin müalicəniz həkiminiz

tərəfindən ehtiyatla aparılacaqdır.

• Əgər Siz duz tərkibi məhdudlaşdırılmış pəhriz saxlayırsınızsa,

• Əgər Sizdə böyrək və ya qaraciyər xəstəliyi varsa və ya keçmişdə olmuşdursa (bəzi duzlar

bu tipli vəziyyətlərə təsir göstərə bilər)

• Mədə turşusu çox aşağı olan pasiyentlərdə bu dərmanın aktivliyinin aşağı düşməsi

mümkündür.

• Əgər Sizdə ağır böyrək çatışmazlığı və ya hipofosfatemiya varsa,

• Əgər yeddi gündən sonra simptomların yaxşılaşması baş verməzsə,

• Əgər uşaqlarda qastroenteritin və ya böyrək çatışmazlığının olmasına şübhə olarsa, klinik

vəziyyət həkim tərəfindən nəzərdən keçirilməlidir.

Preparat, tərkibində olan metilparabenin (E218) və ya propilparabenin (E216) hesabına allergik

reaksiya törədə bilər.

REFLUBİN DABL AKŞN-ın bəzi komponentləri barədə mühüm məlumat

Hər bir 10 ml-lik dozanın tərkibində 124,33 mq natrium və 130,12 mq kalsium vardır. Məhdud

pəhriz saxlayan pasiyentlər bu preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Preparatın tərkibində olan metilparaben (E218) və propilparaben (E216) allergik reaksiyalar

törədə bilər (ola bilsin ki, gecikmiş).

Bir qayda olaraq, 12 yaşdan kiçik uşaqların müalicəsində istifadə etmək tövsiyə edilmir.

İstifadə etməli olduğunuz müddətdən artıq müddət ərzində istifadə etməyin.

Digər antasidlər kimi, REFLUBİN DABL AKŞN-dan istifadə ciddi tibbi vəziyyətlərin

mövcudluğunu maskalaya bilər.

Əgər bu xəbərdarlıqlar hətta keçmişdə hər hansı dönəmdə olsa belə Sizin üçün keçərlidirsə,

lütfən, həkiminizlə məsləhətləşin.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Daxilə qəbul edilən digər dərmanların təsirini dəyişə bildiyindən, preparatın qəbulundan sonra 2

saat müddətində aşağıda qeyd edilmiş digər dərman vasitələrini qəbul etməyin.

• Tetrasiklinlər, norfloksasin kimi xinolon qrupu antibiotiklər (infeksion xəstəliklərin

müalicəsi zamanı),

• Tərkibində dəmir olan dərman vasitələri,

• Penisillamin (sidiklə mis ifrazını artıran ion tənzimləyicisi)

• Ketokonazol (göbələk əleyhinə dərman vasitəsi),

• Atenolol, metoprolol, propanolol və digoksin kimi β-blokatorlar (ürək xəstəliklərin

müalicəsi üçün),

• Neyroleptiklər (sinir xəstəlikləri üçün)

• Qlükokortikoid (hormon preparatı)

• Xlorokin (malyariya üçün)

• Bifosfonatlar (sümük rezorbsiyası üçün)

• Estramustin (prostat vəzi xərçəngin müalicəsi zamanı)

• Antihistaminlər (allergiya və qaşınma əleyhinə dərman vasitələri)

REFLUBİN DABL AKŞN ilə Levotiroksin tərkibli dərman vasitələrinin birlikdə qəbulu zamanı,

sonuncunun orqanizmdə mənimsənilməsi prosesinin pozulmasına səbəb ola bilər; iki dərman

vasitələri ən azı 4 saat fasilə ilə qəbul edilməlidir.

Əgər resept əsasında və ya reseptsiz buraxılan hər hansı dərman vasitəsi istifadə edirsinizsə

və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçıya

məlumat verin.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə REFLUBİN DABL AKŞN həkim tövsiyəsi ilə istifadə edilə

bilər. Hamiləlik dövründə digər dərman vasitələri ilə birlikdə uzun zaman həkim tərəfindən təyin

edilmiş müddətdən artıq istifadə etmək tövsiyə edilmir.

Əgər müalicə dövründə hamiləlik baş verərsə, həkimlə və ya əczaçı ilə məsləhətləşmək

lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

REFLUBİN DABL AKŞN nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri

idarəetmə qabiliyyətinə heç bir mənfi təsir göstərmir.

 

İstifadə qaydası və dozası

Həmişə REFLUBİN DABL AKŞN-ı həkiminizin göstərişlərinə uyğun olaraq qəbul edin.

Müntəzəm olaraq və hər gün qəbul edin.

Preparatın qəbulu ilə bağlı nəyəsə əmin olmasanız, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin.

Daxilə qəbul edilir. Yüksək özlülüyə malikdir. İstifadə etməzdən bilavasitə əvvəl yaxşı

çalxalamaq lazımdır.

Yaşlılar daxil olmaqla böyüklər həmçinin 12 yaş və böyük uşaqlar: yeməkdən sonra və yatan

zaman 10-20 ml (gündə 4 doza).

Müxtəlif yaş qrupları

Uşaqlarda istifadəsi

12 yaşdan kiçik uşaqlar: yalnız tibbi tövsiyə əsasında verilməlidir.

Yaşlılarda istifadəsi

Heç bir doza dəyişikliyi tələb olunmur.

Xüsusi hallarda istifadəsi

Böyrək/ Ürək çatışmazlığı

REFLUBİN DABL AKŞN-ın tərkibində kalsium və natrium olduğundan, hiperkalsiemiya,

nefrokalsinoz və təkrarlanan kalsium böyrək daşlarından müalicə olunan xəstələrdə və tərkibində

natrium olduğu üçün ciddi duz tərkibi məhdudlaşdırılmış pəhriz tövsiyə edildiyi hallarda ehtiyatla

istifadə edilməlidir.

Qaraciyər çatışmazlığı

Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsinə dair məlumatlar yoxdur.

 

Əlavə təsirləri

Bütün dərmanlar kimi, REFLUBİN DABL AKŞN-ın komponentlərinə həssaslığı olan

pasiyentlərdə əlavə təsirlər meydana çıxa bilər.

Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, REFLUBİN DABL AKŞN-dan

istifadəni dayandırmaq və dərhal həkimə və ya yaxınlıqdakı xəstəxananın təcili yardım

şöbəsinə müraciət etmək lazımdır:

Bədənin hər hansı hissəsini əhatə edən dəri səpgisi.

Əllərdə, ayaqlarda, biləklərdə, üzdə və dodaqlarda şişkinlik.

Üzdə, dodaqlarda, dildə və ya boğazda tənəffüsün çətinləşməsinə səbəb olan şişkinlik

Bunlar çox ciddi əlavə təsirlərdir. Əgər bunlardan hər hansı biri baş verərsə, bu, o deməkdir ki,

Sizin REFLUBİN DABL AKŞN-a qarşı allergiyanız var. Sizin təcili tibbi yardıma və ya

xəstəxanaya yerləşdirilməyinizə ehtiyac yarana bilər.

Əlavə təsirlərin rast gəlmə tezliyi aşağıdakı kimidir.

çox tez-tez (≥ 1/10),

tez-tez (<1/10 və ≥1/100),

bəzən (<1/100 və ≥1/1000),

nadir (<1/1000 və ≥1/10,000),

çox nadir (<1/10,000)

rast gəlmə tezliyi məlum deyil (mövcud məlumatlar əsasında rast gəlmə tezliyini müəyyən etmək

mümkün deyil).

İmmun sisteminin pozğunluqları

Çox nadir: dərman vasitəsinin tərkibində olan hər hansı komponentlərinə qarşı həssas olan xəstələrdə

çox nadir hallarda səpgi, anafilaktik və ya anafilaktoid reaksiyalar kimi allergik reaksiyalar inkişaf

edə bilər.

Qidalanma və maddələr mübadiləsi pozğunluğu

Rast gəlmə tezliyi məlum deyil: həddindən artıq kalsium karbonat qəbulu alkaloz (qanda turşu

miqdarının azalması nəticəsində qanın qələviləşməsi), hiperkalsiemiya (qanda kalsiumun

səviyyəsinin yüksəlməsi), qida qəbulundan sonra mədədə turşuluğun artması (rebond turşuluq), süd

qələvi sindromu (laborator analizlər zamanı qanda kalsiumun səviyyəsinin yüksəlməsi, turşu

səviyyəsinin azalması, qanda azotun artması və sidik daşlarının formalaşması), qəbizliyə səbəb ola

bilər. Ümumiyyətlə, bu əlavə təsirlər dərman vasitəsini təyin edilmiş dozadan artıq qəbul edildikdə

baş verə bilər.

Respirator, torakal və medistinal pozğunluqlar

Çox nadir hallarda: bronxospazm

Mədə-bağırsaq pozğunluğu

Rast gəlmə tezliyi məlum deyil: qəbizlik

Əgər hər hansı əlavə təsir meydana çıxarsa, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Dərman vasitəsinin dövlət qeydiyyatından sonra içlik vərəqədə qeyd edilməyən hər hansı şübhəli

əlavə təsirlər barədə məlumat vermək vacibdir. Bu, dərman vasitəsinin fayda/risk nisbətinin davamlı

monitorinqinə imkan verir. Tibb işçiləri hər hansı şübhəli əlavə təsirlər barədə Türkiyə

Farmakonəzarət Mərkəzinə (TUFAM) məlumat verməlidirlər.

(www.titck.gov.tr; e-mail: tufam@titck.gov.tr; tel: 0 800 314 00 08; faks: 0312 218 35 99).

Doza həddinin aşılması

Əgər Siz, lazım olduğundan artıq REFLUBİN DABL AKŞN qəbul etmisinizsə, əlavə təsirlərin

başvermə tezliyi arta və ağırlığı yüksələ bilər.

Əgər Siz, lazım olduğundan artıq REFLUBİN DABL AKŞN qəbul etmisinizsə, lütfən, həkiminizlə və

ya əczaçı ilə məsləhətləşin.

 

Buraxılış forması

200 ml ağ polietilen qapaqlı kəhrəba rəngli şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton

qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

30°C otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq

lazımdır.

Quru və sərin yerdə (dondurmaq olmaz) saxlayın.

İstifadə müddəti bitmiş və ya istifadə olunmamış dərman vasitələri qaydalara uyğun olaraq

tullanılmalıdır.

Dərmanları orijinal qablaşdırmada atmaq olmaz. Dərmanları qutudan çıxarıb kağıza bükmək və zibil

vedrəsinə atmaq lazımdır və ya dərman şüşəsinin üzərindən dərmanın adını qopartmaq lazımdır.

Uşaqlar və heyvanların onları udmaması üçün həmin dərmanları əvvəlcədən diqqətçəkməyən bir

şeylə qarışdırmaq lazımdır.

 

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir.

Yararlılıq müddəti bitdikdən sonar istifadə etmək olmaz.

Qablaşdırma açıldıqdan sonar 6 ay müddətində istifadə edilməlidir.

Əgər preparatda və ya qablaşdırmada hər hansı defekt hiss etsəniz, REFLUBİN DABL AKŞN-ı

istifadə etməyin.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

Vefa İlaç San. ve Tic. A.Ş., Turkey.

Beylikdüzü OSB Mah. 2. Cadde No:3/2 Beylikduzu/Istanbul/Turkey.

Tel.: +90 212 438 70 85.

Faks: +90 212 438 70 87.

Qeydiyyat vəsiqəsinin sahibi

Vefarma İlaç San.ve Tic. Ltd. Şti., Turkey.

HUZUR MAH. AZERBAYCAN CAD. 467 / 4 B İSTANBUL / SARIYER., Turkey.