PharmEd

FarmaMedical

PROZINKTOL N30

PROZINKTOL

 

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

 

PROZINKTOL TƏRKİBİ


Bir kapsulun tərkibinə daxildir:
Sink pikolinat (Zinc picolinate) -122,5 mq (Zn 24,5 mq)
Vitamin C (Vitamin C) - 50 mq
Köməkçi maddələr: bitki mənşəli maqnezium stearat, silisium, talk, dikalsium fosfat, jelatin, kalsium
karbonat.
Excipients: vegetable magnesium stearate, silica, talc, dicalcium phosphate, gelatin, calcium carbonate.

 


XÜSUSİYYƏTLƏRİ


PROZINKTOL - sink və Vitamin C əsasında olan qida əlavəsidir.
Sink orqanizm üçün vacib mikroelement olub, bir sıra hormonların sintezində iştirak edir: LH, FSH,
insulin, testosteron və somatotrop hormon. Sink orqanızmin infeksion xəstəliklərə qarşı müqavimətini
artırır və sağalmanı sürətləndirir. Sink saç tökülməsinin qarşısını alır, tük soğanaqlarını möhkəmləndirir
və saçları möhkəmləndirir. Orqanizmdə keratin, kollagen, hialuron turşusunun sintezini artırır, dəridə
bərpa olma və yara sağalma proseslərini sürətləndirir.
Vitamin C orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Güclü
antioksidant təsirə malikdir.
Bu kombinasiya hüceyrələrin oksidativ stresdən qorunmasını təmin edir.


İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR


Sink (Zn) mineralın və C vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida
əlavəsi.


PROZINKTOL İSTİFADƏ QAYDALARI VƏ DOZA


Böyüklər 1 kapsula gündə 1 dəfə.


ƏLAVƏ TƏSİRLƏR
Tərkib hissələrinə qarşı həssaslıq olduqda, allergik reaksiyaların yaranması mümkündür.


ƏKS GÖSTƏRİŞLƏR
Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı fərdi həssaslıq.


EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal
qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı
həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Uşaqların əli çatmayan yerdə saxlayın.


SAXLANMA ŞƏRAİTİ
15-25oC arası temperaturda, quru, işıq düşməyən yerdə saxlanılmalıdır.


BURAXILIŞ FORMASI
Kapsul №30 (2x15) blisterdə, karton qutu qablaşmada.


DƏRMAN VASİTƏSİ DEYİL.


İSTEHSALÇI
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brughero (MB)
İtaliya