PharmEd

Herba Flora

Prostal 10

Prostal 10

Prostat vəz xəstəlikləri əleyhinə kapsul

 

Tərkibi:

Cırtdan palma meyvəsinin ekstraktı, ikievli gicitkən ekstraktı, dərman zəncəfili poroşoku, udi-hindi poroşoku

 

Kimyəvi tərkibi:

Cırtdan palma meyvəsinin ekstraktının tərkibində E vitamini, ikievli gicitkənin tərkibində təbii steroidlər, dərman zəncəfilin tərkibində oleorezin,gingerol, udi-hindinin tərkibində üzvi turşular,20 adda amin turşular (qlütamin,asparagine, qlisin,sitrullin və s.), efir yağları,xolamin, sirinqin,pikrizid B vardır.

 

Farmakoloji təsiri: Testosteronun dihidrotestosterona çevrilməsinin  qarşısını alaraq prostat vəz hüceyrələrinin böyüməsini dayandırır.Dihidrotestosteron hüceyrələrini blokada edərək prostat vəzin adenoması zamanı vəzin ölçüsünün kiçilməsinə səbəb olur.Nəticədə aralıq nahiyəsində olan ağrılar,gecələr tez-tez sidiyə getmələr,qalıq sidik hissi,sidik şırnağının zəifləməsi,damcı-damcı sidik ifrazı və s-nin azalmasına səbəb olur.Cinsi aktivliyi və nəsilartırma qabiliyyətini gücləndirir.Saç tökülməsi əleyhinə təsir göstərərək kişi tipli keçəlləşmənin qarşısını alır. Prostat vəz hüceyrələrində maddələr mübadiləsini,oksidləşmə-reduksiya reaksiyalarını sürətləndirir,antilipid və ateroskleroz əleyhinə təsir göstərir. Prostat vəzidə regenerasiyanı yaxşılaşdırır.Prostat vəzin və sidik-cinsiyyət yollarının infeksion-iltihabi xəstəliklərində antiseptik,antibakterial və antifunqal təsir göstərir.

 

İstifadəsinə göstəriş: Prostat vəzi adenoması, impotensiya,kəskin və xroniki prostatitlər,sidik yollarının iltihabı,androgenetik saç tökülməsi.

 

Əks göstəriş: Ateroskleroz,hipertoniya,tromboflebit.

 

Əlavə təsirləri: Arterial təzyiqin yüksəlməsi,nadir hallarda qəbizlik.

 

İstifadə qaydası: Gündə 2 dəfə 1 kapsul.

Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorun- maqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.

 

Buraxılış forması: N 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.