Pharmed
PERSEN N40 TB
PERSEN
PERSEN Tərkibi
Təsiredici maddələr: 35 mq pişikotu köklərinin quru ekstraktı (Valeriana officinalis L.,
radix); 17,5 mq bədrənc yarpaqlarının quru ekstraktı (Melissa
officinalis L., folium); 17,5 mq nanə yarpaqlarının quru ekstraktı
(Mentha piperita L., folium).
Köməkçi maddələr: duru qlükoza, maltodekstrin, susuz kolloidal silisium dioksid, nanə tozu
esensiyası, laktoza monohidrat, mikrokristallik sellüloza, qarğıdalı
nişastası, krospovidon, talk, maqnezium stearat, hipromelloza, natrium
karmelloza, povidon, saxaroza, kalsium karbonat, qəhvəyi dəmir oksidi
piqmenti(E 172), titan dioksid (E 171), qliserin, sintetik mum.
Farmakoterapevtik qrupu
Bitki mənşəli digər yuxugətirici və sedativ vasitələr.
ATC kodu: N05CM.
Farmakoloji xüsusiyyətləri
Persen – mülayim sakitləşdirici təsirə malik fitopreparatdır.
Pişikotu köklərinin ekstraktı sakitləşdirici effektə malikdir. Əsəb gərginliyi simptomlarını
yüngülləşdirir, yuxusuzluq zamanı yuxuya getməyə səbəb olur.
Bədrənc yarpaqlarının ekstraktı tabletlərin sakitləşdirici təsirini tamamlayır.
Nanə yarpaqlarının ekstraktı pişikotu köklərinin ekstraktı ilə kombinasiyası ənənəvi olaraq
sakitləşdirici vasitə kimi istifadə olunur.
Güclü preparatların istifadəsi əsassız olduğu zaman Persen nevrozların müalicəsində xəstəliyin
ilk mərhələsində istifadə olunur.
İstifadəsinə göstərişlər
Aşağıdakı hallarda Persen preparatından istifadə tövsiyə olunur:
- müvəqqəti yüngül sinir gərginliyi zamanı simptomların yüngülləşdirilməsi üçün (yüksək
zehni gərginlik, həyəcan, oyanıqlıq zamanı gündəlik sedativ vasitə kimi);
- yuxuyagetmənin müvəqqəti çətinləşməsi zamanı.
Əks göstərişlər
Pişikotu köklərinin, bədrənc yarpaqlarının, nanə yarpaqlarının ekstraktına qarşı və preparatın hər
hansı komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Persen preparatının 12 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür, çünki bu yaş qrupunda
preparatın istifadəsinin klinik təcrübəsi yoxdur.
Öddaşı xəstəliyi və digər öd yolları pozulmaları olan xəstələr nanə yarpağı preparatlarını
ehtiyatla istifadə etməlidirlər.
Qastroezofageal reflüks xəstəliyi ilə xəstələr nanə yarpaqları preparatlarının istifadəsindən
qaçınmalıdırlar, çünki qıcqırıq arta bilər.
Persen preparatının bəzi komponentləri haqqında vacib məlumat:
Persen tabletlərinin tərkibində laktoza və saxaroza vardır. Bəzi şəkərlərə qarşı dözümsüzlük
olduqda bu dərman vasitəsinin istifadəsindən əvvəl həkimlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Siz, reseptsiz buraxılan dərman vasitələri də daxil olmaqla, son vaxtlar digər dərman
preparatı qəbul etmişsiniz və ya hal-hazırda qəbul edirsinizsə, o zaman həkimə və ya əczaçıya bu
haqda məlumat verin.
Digər dərman vasitələri ilə farmakoloji qarşılıqlı təsirinə dair məlumatlar çox məhduddur.
CYP2D6, CYP3A4/5, CYP1A2 və CYP2E1 izofermentlərin iştirakı ilə metabolizə olunan
preparatlar ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri müəyyən olunmayıb.
Sintetik sedativ vasitələrlə kombinəolunmuş müalicə tövsiyə olunmur. Onun yalnız göstərişlərə
görə və davamlı həkim nəzarəti altında aparılması mümkündür.
Əgər Siz qəbul etdiyiniz preparatların hansılar olduğunu bilmirsinizsə, həkimə və ya əczaçıya
müraciət edin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər bir dərman vasitəsinin qəbulundan əvvəl həkimlə məsləhətləşin!
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi təsdiq olunmayıb, buna
görə Persenin bu dövrdə qəbulu məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərman vasitəsinin istifadəsi avtomobili və digər texnikanı idarəetmə qabiliyyətinə təsir
göstərə bilər. Müalicə dövründə yüksək diqqət tələb edən fəaliyyət növləri ilə məşğul olmaqdan
çəkinmək lazımdır.
PERSEN İstifadə qaydası və dozası
Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr.
Yüksək zehni gərginlik, həyacan və ya oyanıqlıq zamanı gündə 3 dəfə 3 və ya 4 tablet.
Yuxusuzluq zamanı – yuxudan 1 saat əvvəl 3 və ya 4 tablet.
Tabletlər qida qəbulundan asılı olmayaraq, su ilə qəbul edilir.
Persen preparatının təsiri tədricən meydana çıxır. Optimal effektin alınması üçün tabletlər
fasiləsiz olaraq 2 həftədən az olmayaraq qəbul olunmalıdır.
Müalicə kursu qeyri-məhduddur. Persen preparatının tövsiyə olunan dozalarda uzunmüddətli
qəbulu vərdiş və ya ləğvolunma sindromu əmələ gətirmir.
Əgər 14 gündən sonra simptomlar saxlanılarsa və ya kəskinləşərsə, o zaman həkimlə
məsləhətləşin.
12 yaşa qədər uşaqlarda istifadəsinə dair kliniki təcrübə olmadığı üçün, 12 yaşdan kiçik
uşaqlarda Persen istifadəsi məsləhət görülmür.
Persenin qida və içkilərlə qəbulu:
Qida qəbulundan asılı olmayaraq istifadə olunur.
Əgər siz Persenin qəbulunu unutmusunuzsa:
Əgər siz tabletin qəbulunu unutmusunuzsa, o zaman unudulmuş tableti dərhal qəbul edin.
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz. Növbəti dozalar adi rejimdə
qəbul olunur.
Doza həddinin aşılması
20 q pişikotu kökləri (təxminən 103 Persen tabletinə bərabər) yorğunluq, qarında spazmlar, döş
qəfəsində ağırlıq, başgicəllənmə, ağır tremor və midriaz kimi simptomlar əmələ gətirə bilər. Bu
simptomlar 24 saat ərzində aradan qalxır. Əgər Siz Persenin qəbul dozasını aşmısınızsa və
simptomlar 24 saatdan çox qalarsa, dərhal həkimlə əlaqə saxlayın.
Hər-hansı oxşar simptomlar yaranarsa dəstəkləyici terapiya aparılmalıdır.
Bədrənc və nanə ilə doza həddinin aşılması halları qeyd olunmayıb.
Əlavə təsirləri
Hər bir dərman preparatı kimi Persendən istifadə zamanı da əlavə təsirlər meydana çıxa bilər,
lakin onlar hər bir xəstədə meydana çıxmır.
Tərkibində pişikotu kökləri olan preparatlardan istifadə zamanı mədə-bağırsaq pozğunluqları
əmələ gələ bilər (ürəkbulanma, qarında spazmlar). Bu effektlərin əmələ gəlməsinin tezliyi
məlum deyil.
İstiotlu nanənin daxilə qəbulundan sonra qastroezofageal reflüks xəstəliyinin simptomları
(qıcqırma) güclənə bilər.
Ciddi və bu içlik vərəqədə qeyd olunmayan yeni əlavə təsirlər meydana çıxarsa həkimə və ya
əczaçıya müraciət edin.
Buraxılış forması
10 tablet, PVX/TEP/PVDX və alüminium folqadan hazırlanmış blisterdə. 4 blister, içlik vərəqə
ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.