pharmed

PERSEN FORTE N20 CAP

PERSEN FORTE

 

Tərkibi

 

Təsiredici maddələr: 1 kapsulda 87,5 mq pişikotu köklərinin (Valeriana officinalis L., Valeriana
 Radix extractum siccum) quru sulu spirtli ekstraktı, 17,5 mq bədrənc
 yarpaqlarının (Melissa officinalis L., Melissae folium extractum siccum)
 quru ekstraktı, 17,5 mq istiotlu nanə yarpaqlarının (Mentha piperita L.,
 Menthae piperitae folium extractum siccum) quru ekstraktı vardır .
Köməkçi maddələr: duru qlükoza, maltodekstrin, susuz kolloidal silisium dioksid, nanə tozu esensiyası,
 maqnezium oksid, laktoza monohidrat, talk, maqnezium stearat.
Kapsulun örtüyü: jelatin, dəmir oksidi (E172), titan dioksid (E 171).

 

Farmakoterapevtik qrupu

Bitki mənşəli digər yuxugətirici və sedativ vasitələr.
 

ATC kodu:

N05CM.


Farmakoloji xüsusiyyətləri

Persen Forte kapsulunda Pişikotu (Valeriana officinalis L.), bədrənc (Melissa officinalis L.) və istiotlu
nanənin (Mentha piperita L.) quru ekstraktı vardır.
Pişikotu köklərinin əsas aktiv komponentləri monoterpenlər, seskviterpenlər və az uçucu seskviterpen
karbon turşuları ilə efir yağları (valerian turşusu və törəmələri), qamma-aminoyağ turşusu (QAYT),
qlutamin, arginin və liqnanlardır.
Dərman Bədrənci yarpaqlarının əsas aktiv komponentləri monoterpen aldehidlər (geranial, neral və
sitronellal) ilə efir yağları, flavonoidlər, monoterpen qlikozidləri, hidroksidarçın turşusu törəmələri
(kofein və xlorid turşusu, rozmarin turşusu) və həmçinin triterpenlərdir.
İstiotlu nanə yarpaqlarının əsas aktiv komponentləri mentol efir yağı, müxtəlif flavonoidlər, fenol turşuları
və həmçinin triterpenlərdir.
Göstərilən bitkilərin təsir mexanizmi axıra qədər tam izah olunmur.
Pişikotu kökü sedativ təsir göstərir, həmçinin yuxunun keyfiyyətini və davametmə müddətini
yaxşılaşdırır. Pişikotu kökünün tərkibində olan aktiv maddələr QAYTA reseptorlarına, adenozin
reseptorlarına, həmçinin barbitur və benzodiazepin reseptorlarına affinlik nümayiş etdirmişdir.
Qlutaminin sulu ekstraktında yüksək konsentrasiyası hesabına liqnan hidroksipinorezinol sedativ effekti
gücləndirir, eyni zamanda serotonin reseptorlarına qarşı affinlik nümayiş etdirir.
Dərman Bədrənci yarpaqlarının aktiv maddələri sakitləşdirici və işlədici təsirə malikdir, bu isə in vivo
tədqiqatlarda təsdiq olunmuşdur. Dərman Bədrənc yarpaqları ənənəvi olaraq sakitləşdirici və yuxugətirici
təsirə malik fitopreparatlarda istifadə olunur.
İstiotlu nanə yarpaqlarının aktiv maddələri həzm traktının saya əzələlərinə spazmolitik effekt göstərir;
onlar həmçinin ödqovucu və işlədici təsirə malikdir. İstiotli nanə yarpağı pişikotu kökü ilə birlikdə ənənəvi
olaraq sakitləşdirici fitopreparatların tərkibində istifadə olunur.
Pişikotu, dərman bədrənci və istiotlu nanə kombinasiyasının təsiri qarşılıqlı tamamlanır. Kombinasiya
yüngül sakitləşdirici effektə malikdir və müvəqqəti əsəb gərginliyi simptomlarının yüngülləşdirilməsi
üçün (həddən artıq əsəb gərginliyi, narahatlıq, yüksək oyanıqlıq zamanı gündəlik sakitləşdirici qismində)
və (və ya) yuxunun müvəqqəti pozulması zamanı nəzərdə tutulmuşdur.
ÜST tövsiyələrinə uyğun olaraq, effektivliyinin təsdiq olunması dərəcəsi IIb (B sinfi) tipinə aid edilə bilər.


Farmakokinetikası

Elmi ədəbiyyatda pişikotu kökü, dərman bədrənci və istiotlu nanə yarpaqları ekstraktlarının
farmakokinetikasına dair məlumatlar yoxdur.


İstifadəsinə göstərişlər

Persen Forte – bitki mənşəli dərman preparatı olub, müvəqqəti əsəb gərginliyi simptomlarının
yüngülləşdirilməsi üçün (həddən artıq əsəb gərginliyi, narahatlıq, yüksək oyanıqlıq zamanı gündəlik
sakitləşdirici kimi) və (və ya) müvəqqəti yuxu pozğunluğu zamanı istifadə olunur.


Əks göstərişlər

Pişikotu kökü, dərman bədrənci yarpaqları, istiotlu nanə yarpaqları preparatlarına və ya preparatın hər
hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq.


Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İstifadəsinə dair təcrübənin olmaması ilə əlaqədar Persen Forte 12 yaşdan kiçik uşaqlar üçün tövsiyə
olunmur.
İstiotlu nanə yarpağı
Öddaşı xəstəliyi və ödçıxarıcı yolların digər xəstəlikləri olan xəstələr nanə yarpağı preparatlarını ehtiyatla
istifadə etməlidirlər.
Qastroezofaqeal reflüks xəstəliyi olan xəstələr istiotlu nanə yarpaqları preparatlarının istifadəsindən
qaçmalıdırlar, çünki onların istifadəsi qıcqırmanı gücləndirə bilər.
Köməkçi maddələrə aid xüsusi ehtiyatlılıq.
Bu preparatın tərkibində laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya
qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir formalı irsi patologiyaları olan xəstələrə bu preparatı qəbul
etmək olmaz.


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Persen Fortenin digər preparatlar ilə qarşılıqlı təsirinə dair tədqiqat aparılmayıb. Hər-hansı digər
preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Pişikotu kökü
Digər dərman vasitələri ilə farmakoloji qarşılıqlı təsirinə aid məlumatlar məhduddur. CYP2D6,
CYP3A4/5, CYP1A2 və CYP2E1 izofermentlərinin iştirakı ilə metabolizə olunan təsiredici maddələrlə
klinik əhəmiyyətli qarşılıqlı təsiri olmayıb.
Sintetik sedativ preparatlar ilə kombinəolunmuş müalicə mövcud tibbi göstərişlər zamanı və davamlı
həkim müşahidəsi altında aparılır.


Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləliyə və ana südü ilə qidalandırmaya arzuolunmaz təsiri barədə məlumat yoxdur. Kifayət
qədər məlumatlar olmadığı üçün ehtiyat tədbiri kimi preparatın hamiləlik və laktasiya dövründə istifadəsi
məsləhət görülmür.


Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Preparatı
istifadə etdikdə yüksək diqqət tələb edən fəaliyyət növləri ilə məşğul olmaqdan, nəqliyyat vasitəsini idarə
etməkdən çəkinmək lazımdır.

 

Persen Forte istifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar
Əsəbilik, həyəcan və ya yüksək oyanıqlıq zamanı – gündə 2 dəfə 2 kapsul.
Yuxusuzluq zamanı: yuxudan bir saat əvvəl 2 kapsul.
Kapsullar su ilə, bütöv halda, qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.
Persen Forte preparatının təsiri tədricən özünü büruzə verir. Optimal terapevtik effektin əldə olunması
üçün kapsullar ən azı 2 həftə müddətində qəbul edilməlidir.
Müalicə kursu məhdud deyil. Persen Forte preparatının tövsiyə olunan dozalarda uzunmüddətli istifadəsi
vərdişə və ya “ləğvolunma” sindromunun əmələ gəlməsinə gətirmir.
Əgər, müalicədən 14 gün sonra simptomlar müşahidə olunarsa və ya kəskinləşərsə, həkimlə məsləhətləşin.
Persen forte yalnız böyüklərə və 12 yaşdan yuxarı uşaqlara təyin olunmalıdır.


Əlavə təsirləri

Pişikotu kökü
Tərkibində pişikotu kökü ekstraktı olan preparatların istifadəsindən sonra mədə-bağırsaq traktı tərəfindən
pozulmalar yarana bilər (məsələn, ürəkbulanma, qarında spastik ağrılar). Bu hadisələrin tezliyi məlum
deyil.
İstiotlu nanə yarpağı
Qastroezofaqeal reflüks xəstəliyinin simptomları kəskinləşə və qıcqırıq güclənə bilər.
Yuxarıda göstərilməyən hər-hansı digər əlavə təsirlər yaranan zaman həkimə və ya əczaçıya müraciət
etmək lazımdır.


Doza həddinin aşılması

Pişikotu kökü
Pişikotu kökü preparatları 20q dozada keçici simptomlar (yorğunluq, qarın nahiyyəsində ağrı, döş
qəfəsində sıxıntı, başhərlənmə, əllərin titrəməsi və bəbəklərin genişlənməsi) yaratmışdır, bunlar isə 24
saat ərzində keçib getmişdir. Belə simptomlar yaranan zaman dəstəkləyici terapiya aparılmalıdır.
Dərman bədrənci yarpaqları/istiotlu nanə yarpaqları ekstraktı
Dərman bədrənci yarpaqları və istiotlu nanə yarpaqları preparatları ilə doza həddinin aşılması hadisələri
barədə məlumat verilməyib.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.