Pharmed
OKSOLINOVAYA 0,25% 10GR MELHEM UKR
OKSOLİN MƏLHƏMİ
OKSOLİN MƏLHƏMİ Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 2,5 mq oksolin vardır.
Köməkçi maddələr:mineral yağ, ağ yumşaq parafin.
Farmakoterapevtik qrupu
Hiss orqanlarına təsir edən vasitələr. Virusəleyhinə vasitələr.
ATC kodu: S01AD.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Preparat yerli istifadə zamanı qrip viruslarına və adenoviruslara virusid təsir göstərir.
Farmakokinetikası:
Qrip virusunun (əsasən A2 tipli) hüceyrə membranının səthi ilə birləşmə sahəsini blokada edir,
virusun hüceyrəyə nüfuz etməsinin qarşısını alır.
İstifadəsinə göstərişlər
- Epidemiya zamanı qripin fərdi profilaktikası;
- virus rinitlərinin, rinokonyunktivitlərinin müalicəsi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Məlhəm. Gözün selikli qişasına istifadə üçün nəzərdə tutulmayıb.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Burun boşluğunun selikli qişasının mümkün quruluğu nəticəsində, preparatı intra-nazal istifadə
üçün adrenomimetik vasitələrlə eyni vaxtda istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatı, yalnız o zaman ehtiyatla istifadə etmək olar ki, ana
üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun.
Pediatriyada istifadəsi
Oksolin məlhəminin uşaqlarda istifadəsinin təhlükəsizliyini və effektivliyini öyrənən tədqiqatlar
aparılmamışdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Oksolin məlhəminin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə təsiri barədə məlumat yoxdur.
OKSOLİN MƏLHƏMİ İstifadə qaydası və dozası
Virus rinitlərinin müalicəsi və qripin profilaktikası məqsədilə preparat intranazal istifadə edilir.
Virus rinitinin müalicəsi üçün preparat 3-4 gün ərzində sutkada 2-3 dəfə burunun selikli qişasına
sürtülür. Epidemiya zamanı qripin fərdi profilaktikası məqsədilə preparatı hər gün səhər və
axşam burunun selikli qişasına sürtmək məsləhət görülür, eləcə də, qripli xəstə-lərlə mümkün
kontaktdan bilavasitə əvvəl sutka ərzində istifadə edilməlidir.
Əlavə təsirləri
Məlhəmdən istifadə zamanı bəzi hallarda, preparatın istifadə edildiyi nahiyədə qısamüddətli
yanma hissi, rinoreya müşahidə edilmişdir.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları məlum deyil.
Buraxılış forması
10 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.