Pharmed
NOVASAN NEURO 2ML N10 AMP
NOVASAN NEURO, inyeksiya üçün məhlul
NOVASAN NEURO tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq Vitamin B1, 5 mq Vitamin B6, 10 mkq Vitamin B12 vardır.
İstifadəsinə göstərişlər
Nevrit və nevralgiyalar. Üz sinirinin parezi. Pleksitlər. Polinevritlər.
Onurğadakı degenerativ dəyişikliklərlə bağlı olan sindromlarda.
Əks göstərişlər
Aktiv maddələrə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Levadopa ilə yanaşı müalicə. Leber xəstəliyi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərman vasitəsinin hamiləlik zamanı embriona, prenatal və postnatal inkişafa təsiri ilə bağlı yalnız heyvanlar üzərində az saylı tədqiqatlar aparılmışdır. İnsanlar üçün mümkün risk məlum deyil. Müalicə edən həkim risk -fayda nisbətini diqqətə alaraq, ham iləlik dövründə bu məhsulun istifadəsi barədə qərar verməlidir. Laktasiya B vitamini kompleksi insan ana südü ilə ifraz olunur.
B 6 vitamininin yüksək konsentrasiyası ana südünün istehsalını maneə törədə bilər. Heyvanlar üzərində aparılan tədqiqatlar nəticəsində ana südünə ifraz olunma dərəcəsi ilə bağlı məlumatlar mövcud deyil. Buna görə də, ana südü ilə qidalanmanın dayandırılmasına və ya vitamin B1, B 6, B 12 inyeksiyası ilə müalicəyə qərar vermək üçün körpə üçün ana südü ilə qidalandırmanın üstünlükləri qadınlar üçün terapevtik fayda ilə diqqətlə ölçülməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Vitamin B 1, B 6, B1 2 inyeksiyası nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
NOVASAN NEURO istifadə qaydası və dozası
İstifadə qaydası – əzələ daxili yeridilir. Vitamin B 1, B 6, B 12 inyeksiyanı əzələdaxili (sağrı əzələsinə dərin olaraq) yeritmək lazımdır. Ağır (kəskin) hallarda: kəskin simptomlar yox olana qədər gündə bir ampula. Simptomlar yaxşılaşdıqdan sonra: həftədə 1 -3 dəfə bir ampul.
Uşaqlarda və yeniyetmələrdə istifadəsi ilə b ağlı yalnız məhdud təcrübə var.