Pharmed
NATAMIKS 100MG N3 SAM
NATAMİKS
Beynəlxalq patentləşdirilməmiş adı: Natamycin
NATAMİKS Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq natamisin vardır. Köməkçi maddələr: setil spirti, sorbitan trioleat, polisorbat 80, natrium hidrokarbonat, adipin turşusu, bərk yağ.
Farmakoterapevtik qrupu
Ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptik və antimikrob dərman vasitələri. Antibiotiklər.
ATC kodu: G01AA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Makrolidlər qrupundan olan geniş antifunqal (göbələkəleyhinə) təsir spektrinə malik, polien antibiotiki. Funqisid təsir göstərir. Natamisin hüceyrə membranlarının sterolları ilə birləşərək onların tamlığını və funksiyalarını pozur ki, bu da mikroorqanizmlərin məhvinə səbəb olur. Mayayabənzər göbələklərin (xüsusilə, Candida albicans), dermatomisetlərin (Trychophyton, Microsporum, Epidermophyton), maya göbələklərinin (Torulopsus və Rhodotorula), həmçinin digər göbələklərin (Aspergillus, Penicillium, Fusarium, Cephalosporium) əksəriyyətinə və həmçinin bəzi ibtidailərə (trixomonad) qarşı aktivdir. Qrammüsbət və qrammənfi bakteriyalara təsir göstərmir. Klinik təcrübədə Natamisinə qarşı rezistentliyə rast gəlinmir.
Farmakokinetikası: Ümumi təsir göstərmir, daha doğrusu, praktiki olaraq selikli qişa səthindən sorulmur. Preparatın vaginal şamlarından istifadə zamanı bədən temperaturunun təsirindən köpüklü kütlə əmələ gəlir ki, bu da natamisinin selikli qişaya bərabər paylanmasını təmin edir
İstifadəsinə göstərişlər
Vulvanın və uşaqlıq yolunun göbələklə zədələnmələri; sitostatiklərlə, qlükokortikoidlərlə və geniş təsir spektrinə malik antibiotiklərlə müalicə zamanı profilaktik məqsədlə.
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Menstruasiya vaxtı suppozitoriyalarla müalicə dayandırılır. Suppozitoriyalarla müalicə müddətində cinsi əlaqədən imtina etməyə ehtiyac yoxdur. Lakin, cinsi tərəfdaşın da müayinə edilməsi və əgər cinsi tərəfdaşda kandidoz zədələnmə aşkar edilərsə, onun da müalicə edilməsi tövsiyə olunur. Preparatın tərkibindəki setil spirti və sorbitan trioleat lokal dəri reaksiyalarına (məs., kontakt dermatit) səbəb ola bilər.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Öyrənilməmişdir. Peroksid, yod, hipoxloritlər kimi oksidləşdirici xüsusiyyətə malik vasitələr natamisini təsirsiz hala gətirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə olan qadınlara diqqətli müayinədən sonra təyin olunmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
NATAMİKS İstifadə qaydası və dozası
Preparat intravaginal istifadə olunur. Mümkün qədər uşaqlıq yolunun dərinliyinə yeridilir (uzanıqlı vəziyyətdə). Böyüklər üçün gündə bir dəfə (gecələr) 100 mq (1 şam) təyin edilir. Müalicə kursu – 3-6 gün. Menstruasiya vaxtı müalicə dayandırılır.
Əlavə təsirləri
Yerli reaksiyalar – selikli qişanın yüngül qıcıqlanması, yanma hissi.
Doza həddinin aşılması
Bu vaxta qədər Natamiksin doza həddinin aşılması barədə məlumat yoxdur.
Buraxılış forması
3 suppozitoriya, PVX/PE konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.