Pharmed
MUKOLIN 30MG 150ML SRP
MUKOLİN, 30 mq/5 ml şərbət
MUKOLİN tərkibi
Təsiredici maddə: 5 ml (1 ölçü qaşığı) şərbətin tərkibində 30 mq ambroksol hidroxlorid vardır.
İstifadəsinə göstərişlər
MUKOLİN tənəffüs yollarının özlü və yapışqanlı bəlğəmlə müşayiət olunan kəskin və xroniki xəstəliklərinin müalicəsində bəlğəmgətirici vasitə kimi istifadə olunur.
Əks göstərişlər
Bromheksinə və ya ambroksola və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərmanı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Adekvat klinik tədqiqat aparılmadığından, o, hamiləliyin birinci trimestrində yalnız zəruri hallarda və fayda-risk nisbəti qiymətləndirildikdən sonra istifadə edilə bilər. Əgər müalicə müddətində hamilə olduğunuzu hiss etsəniz, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Laktasiya dövründə xüsusi ehtiyatla istifadə edilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
MUKOLİN preparatının nəqliyyat və digər maşın və mexanizmlərdən istifadə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur; ona görə də xüsusi ehtiyatlılıq tələb olunur.
MUKOLİN istifadə qaydası və dozası
Preparat yeməkdən sonra qəbul edilir. MUKOLİN, yalnız oral qəbul üçün nəzərdə tutulub. Su və ya şirə ilə durulaşdırıla bilər. MUKOLİN preparatı ilə müalicə müddətini həkim müəyyən edir.
Böyüklərdə Müalicənin ilk 2-3 günü 1 ölçü qaşığı (5 ml),sonrakı 8-10 gün ərzində 1 ölçü qaşığı gündə 2 dəfə təyin edilir. Pediatriyada istifadəsi 0-2 yaşlı uşaqlara gündə 2 dəfə ¼ ölçü qaşığı (1,25 ml) təyin edilir. 2-5 yaşlı uşaqlara gündə 3 dəfə ¼ ölçü qaşığı (1,25 ml) istifadə edilir. 5-12 yaşlı uşaqlara gündə 2-3 dəfə ½ ölçü qaşığı (2,5 ml) təyin edilir.
Yaşlılarda istifadəsi Yaşlı pasiyentlərdə istifadəsi üçün xüsusi hal yoxdur. Əgər MUKOLİN istifadə etməyi unutmusunuzsa Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etmək olmaz.