Pharmed
MIRAMISTIN G 0,01% 50ML MEHLUL
MİRAMİSTİN-G
MİRAMİSTİN-G Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,1 mq miramistin vardır. Köməkçi maddə: təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Antiseptik və dezinfeksiyaedici maddə.
ATC kodu : D08AJ.
Farmakoloji xüsusiyyətləri.
Farmakodinamikası :Miramistinin təsiri mikroorqanizmlərin membran lipidləri ilə molekulun birbaşa hidrofob qarşılıqlı təsirinə əsaslanmışdır ki, bu da onların parçalanmasına və dağılmasına gətirib çıxarır. Eyni zamanda miramistin molekulunun bir hissəsi membranın hidrofob hissəsinə yapışaraq membranüstü təbəqəni dağıdır, membranı qabardır, membranları yüksəkmolekullu maddələr üçün keçiriciliyini artırır, ferment sistemini inhibə etməklə mikrob hüceyrəsinin fermentativ aktivliyini dəyişir ki, bu da mikroorqanizmlərin həyat fəaliyyətlərinin dayanmasına və sitolizinə gətirib çıxarır. Digər antiseptiklərdən fərqli olaraq miramistin mikroorqanizmlərə qarşı yüksək selektiv təsirə malikdir, belə ki, praktiki olaraq insan hüceyrələrinin membranlarına təsir göstərmir. Bu təsir insanın hüceyrə membranının fərqli strukturu ilə əlaqədardır (miramistinin hüceyrələrlə hidrofobik qarşılıqlı təsirini kəskin olaraq məhdudlaşdıran lipid radikallarının əhəmiyyətli dərəcədə uzunluğu) Miramistin xəstəxana infeksiyaları da daxil olmaqla monokultur və mikrob assosiasiyaları şəklində qrammüsbət və qrammənfi, aerob və anaerob, sporəmələgətirən bakteriyalara qarşı məlum antimikrob təsirinə malikdir. Cinsi yolla ötürülən xəstəliklərin törədicilərinə qarşı məhvedici təsir göstərir: qonokoklar, solğun treponemlər, trixomonadlar, xlamidiyalar, eləcə də herpes və insan immun çatışmazlığı virislarına qarşı. Aspergillus və Penicillium cinsindən olan askomisetlərə, maya (Rhodotorula rubra, Torulopsis gabrata) və mayayabənzər göbələklərə (Candida albicans, Candida tropicalis, Candida krusei), dermatofitlərə (Trichophyton rubrum, Trichophyton mentagrophytes, Trichophyton verrucosum, Trichophyton schoenleini, Trichophyton violaceum, Epider Xmophyton Kaufman-Wolf, Epidermophyton floccosum, Microsporum gypseum, Microsporum canis), eləcə də monokultur və mikrob assosiasiları şəklində digər patogen göbələklərə (məsələn, Pityrosporum orbiculare (Malassezia furfur)) qarşı göbələkəleyhinə təsirə malikdir. Miramistinin təsiri altında mikroorqanizmlərin antibiotiklərə qarşı müqaviməti azalır.
Farmakokinetikası: Yerli istifadə zamanı dəri və selikli qişalardan sorulmur.
İstifadəsinə göstərişlər
Cərrahiyyə, travmatologiya: müxtəlif lokalizasiyalı və etiolgiyalı infeksiyalaşmış yaraların yerli müalicəsi; qranullaşmış yaraların ikincli infeksiyasının profilaktikası. Kombustiologiya: II və III А dərəcəli yanıqların müalicəsi; yanıq yaralarının dermatoplastikaya hazırlığı. Mamalıq və ginekologiya: doğuşdan sonrakı dövrdə irinləmiş yaraların, doğuşdansonrakı infeksiyaların profilaktikası və müalicəsi; aralıq və uşaqlıq yolu yaraları; xarici cinsiyyət orqanlarının və uşaqlıq yolunun (vulvovaginit) iltihabi xəstəlikləri . Dermatologiya: dəri və selikli qişaların kandidozlarının, ayaqların və böyük büküşlərin mikozlarının kompleks müalicəsi. Venerologiya: cinsi yolla ötürülən xəstəliklərin ( sifilis, süzənək, genital herpes) fərdi profilaktikası. Оtorinolarinqologiya: kəskin və xroniki otitlərin, haymoritlərin, tonzillitlərin kompleks müalicəsi. Stomatologiya: paradontitlərin, stomatitlərin müalicəsi; çıxarılan protezlərin gigiyenik təmizlənməsi; ağız boşluğunun selikli qişasının cərrahi müdaxilədən sonra rast gələn mikrob mənşəli ağırlaşmalarının profilaktikası.
Əks göstərişlər
Miramistinə qarşı fərdiyüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Venerologiya. Sidikçıxarıcı kanalın, vaginanın, budların daxili səthlərinin, qasıq və xarıcı cinsiyyət orqanlarının Miramistinlə təmizlənməsindən sonra 2 saat müddətində sidiyəgetmə məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Antibiotiklərin miramistinlə kombinəolunmuş istifadəsi zamanı mikroorqanizmlərin antibiotiklərə qarşı müqavimətinin azalması müşahidə olunmuşdur
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın rezorbsiyasının faktiki olaraq mövcud olmamasına görə Miramistin in hamiləlik zamanı və ya laktasiya dövründə istifadəsinə icazə verilir. Pediatriyada istifadəsi :Uşaqların müalicəsi üçün miramistin məhlulunun istifadə edilməsinə dair kifayət qədər təcrübə olmadığına görə pediatrik praktikada istifadə edilməməlidir
Nəqliyyat vasitələrini və ya digərpotensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat yuksək diqqət və psixomotor reaksiyaların tezliyini tələb edən nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
MİRAMİSTİN-G İstifadə qaydası və dozası
Böyüklərdə yerli olaraq istifadə edilir. Cərrahiyyə, travmatologiya və kombustiologiya. Profilaktika və müalicə məqsədilə Miramistinlə yaraların və yanıqların üzərini yumaq, yara və sürtünmə hissələrini yavaşca tamponlamaq, antiseptiklə nəmləndirilmiş cuna tamponlar fiksə etmək lazımdır. Müalicə prosedurunu 3-5 gün və gün ərzində 2-3 dəfə təkrarlamaq lazımdır. Effektiv üsul yaraların və boşluqların sutka ərzində 1 litr preparatla aktiv drenaj olunmasldır. Mamalıq və ginekologiya. Postpartum infeksiyanın qarşısını almaq məqsədi ilə doğumdan əvvəl (5-7 gün) vaginal yuma kimi və doğuşdan sonra 50 ml preparatla nəmlənən intravaginal tamponlar şəklində 5 gün ərzində 2 saat müddətində istifadə edin. Qadın cinsiyyət orqanlarının iltihablı xəstəliklərinin müalicəsi iki həftə ərzində preparatdan ibarət tamponların intravaginal tətbiqi, xarici cinsiyyət orqanlarının dərisinin müalicəsi, habelə dərmanın elektroforezi ilə həyata keçirilir. Dermatologiya. Dəri və selikli qişaların kandidamikozu, ayaq və böyük büküşlərin mikozunun müalicəsi püskürdücü ucluğun köməyilə sutka ərzində 2-3 dəfə 3-4 püskürtmə və ya aplikasiya ilə yuyulmaqla həyata keçirilir. Venerologiya. Cinsi yolla ötürülən xəstəliklərin fərdi profilaktikası zamanı miramistin məhlulu cinsi aktdan sonra 2 saatdan gec olmayaraq istifadə edildiyi halda effektli olur. Flakonun tərkibi uretral ucluğun vasitəsilə 2-3 dəqiqə müddətində sidikçıxarıcı kanala -2-3 ml (kişilərdə), 1-2 ml (qadınlarda), vaginaya 5-10 ml yeridilir. Prosedurdan sonra 2 saat müddətində sidik kisəsinin boşaldılması məsləhət görülmür. Budların daxili səthinin dərisini, qasıq və xarici cinsiyyət orqanlarını yumalı. Оtorinolarinqologiya. İrinli haymoritdə punksiya zamanı yuxarı sinus cibi 10 ml preparatla yuyulur. Tonzillit və laringitin müalicəsi zamanı Miramistin məhlulu ilə boğazın çoxsaylı qarqarası həyata keçirilir. Оtitlər zamanı preparatla isladılmış tampon gün ərzində 4-6 dəfə olmaqla 10-14 gün müddətində xarici eşitmə kanalına yeridilir. Stomatologiya. Pparadontitlərin müalicəsi zamanı miramistin məhlulu 15 dəqiqə müddətində dişlərə aplikasiya nəticəsində paradontal ciblərə yeridilir. Ağırlaşma hallarında parodontal ciblərin Miramistinlə yuyulması şpris vasitəsilə həyata keçirilir və irinli sahəyə preparatla turundalar yeridilir. Vestibuloplastika və frenulektomiya tətbiq edildikdən sonra preparat ambulator şəraitdə vanna şəklində qəbul edilir. Çıxarıla bilən protezlərin gigiyenik yuyulması məqsədilə protezləri gecə ərzində miramistin məhlulunda saxlamaq və istifadə etməzdən öncə axar suyun altında təmiz yumaq lazımdır.
Əlavə təsirləri
Bəzi hallarda 15-20 dəqiqə müddətində öz-özünə keçib gedən və preparatın istifadəsinin dayandırılmasını tələb etməyən qısamüddətli yanma hissinin yaranması mümkündür. Hiperhəssaslıq reaksiyaları, eləcə də, dərinin yerli qıcıqlanması halları: qaşınma, hiperemiya, yanma hissi, dəridə quruluq.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları müşahidə edilməmişdir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.