Pharmed

MEDOTILIN 400MG N14 CAP

MEDOTİLİN, kapsullar

MEDOTİLİN tərkibi

Təsiredici maddə: 1 kapsulda 400 mq xolin alfosserat (L-alfa-qliserofosforilxolin şəklində (85%-li yağlı məhlulu)) vardır.

İstifadəsinə göstərişlər

Degenerativ-involyusion beyin psixoüzvi sindromları və ya yaşlı pasiyentlərdə birincili və ya ikincili koqnitiv pozulmalar kimi yaddaşın pozulması, şüurun dumanlanmaı və dezorientasiya, motivasiyanın azalması və inisiativliyin azalması, eləcə də, diqqəti toplama qabiliyyətinin azalması kimi pozuntularla xarakterizə olunan ikincili serebrovaskulyar çatışmazlığın nəticəsi. Yaşlı pasiyentlərdə emosional və davranış sferasında dəyişiklik: emosional qeyri-stabillik, qıcıqlanma, ətraf mühitə qarşı marağın azalması. Yaşlı psevdomelanxoliya.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - hamiləlik.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Lakin xüsusi tədqiqatlar teratogen və embrional effektin olmadığını göstərmişdir. Məlumat olmadığı üçün preparatın laktasiya dövründə istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Medotilin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

MEDOTİLİN istifadə qaydası və dozası

Medotilin sutkada 2-3 dəfə 1 kapsul daxilə qəbul edilir. Həkim məsləhətilə sutkalıq doza artırıla bilər. Uşaqlar 18 yaşa qədər uşaqlarda xolin alfosseratın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib.