Pharmed

LIMFOMIOZOT N50 TB

LİMFOMİOZOT tabletlər
LYMPHOMYOSOT®


Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Myosotis arvensis D3 15 mq; Veronica
 officinalis D3 15 mq; Teucrium scorodonia D3 15 mq; Pinus sylvestris D4
 15 mq; Gentiana lutea D5 15 mq; Equisetum hyemale D4 15 mq;
 Sarsaparilla D6 15 mq; Scrophularia nodosa D3 15 mq; Juglans regia D3
 15 mq; Calcium phosphoricum D12 15 mq; Natrium sulfuricum D4 15 mq;
 Fumaria officinalis D4 15 mq; Levothyroxinum D12 15 mq; Araneus
 diadematus D6 15 mq; Geranium robertianum D4 30 mq; Nasturtium
 officinale D4 30 mq; Ferrum jodatum D12 30 mq.
Köməkçi maddələr: maqnezium stearat.


Təsviri
Ağdan sarı-ağ rəngə qədər dəyişən, sporadik olaraq sarı-qəhvəyi nöqtələr müşahidə edilən
tabletlər.


Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Bütün digər terapevtik məhsullar.
ATC kodu: V03AX.


Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Tək təsiredici maddələrin kliniki təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman
vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya
modulyasiyası ilə izah edilə bilər.


Farmakokinetikası
Homeopatik dərman vasitələrində, adətən, potensiya olunmuş təsiredici maddələr olur.
Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri
olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.


İstifadəsinə göstərişlər
Limfatizm (limfatik orqanların hipertrofiyasına, ödemlərin formalaşmasına və infeksiya
yoluxmalarına meyillilik); vəzilərin şişməsi; tonzilyar hipertrofiya və xroniki tonzillit.


Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq). Preparatı
qalxanvarı vəzin xəstəliklərində həkimlə məsləhətləşmədən qəbul etmək olmaz.


Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu preparatın tərkibində laktoza vardır. Əgər Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük müşahidə
olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Əgər simptomlar
davam edərsə və ya pisləşərsə, həkimə müraciət etmək lazımdır.


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı
qarşılıqlı təsir gözlənilmir.
Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz
buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.


Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və
laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və
laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən
mütəxəssislə məsləhətləşin.


Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir
göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.


İstifadə qaydası və dozası
Digər təyinat olmadıqda
Standart doza
Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet gündə 3 dəfə.
Pediatriya
2 yaşa qədər: 1 tablet gündə 1 dəfə.
2-5 yaş: 1 tablet gündə 1-2 dəfə.
6-11 yaş: 1 tablet gündə 2 dəfə.
Kəskin və ya başlanğıc doza
Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet hər 30 dəq., yaxud, 1 saatdan bir – gündə 12
dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir.
Pediatriya
2 yaşından kiçik: 1 tablet hər 1, yaxud, 2 saatdan bir, gündə 4 dəfəyə qədər, sonra isə standart doza
ilə davam edilir.
2-5 yaş: 1 tablet hər 1, yaxud, 2 saatdan bir, gündə 6 dəfəyə qədər, sonra isə standart doza ilə
davam edilir.
6-11 yaş: 1 tablet hər 1, yaxud, 2 saatdan bir, gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə
davam edilir.
Qəbul qaydası
Tableti ağızda həll edərək udmaq olar. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə
edilməsi mümkündür. Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir.


Əlavə təsirləri
Çox nadir hallarda allergik reaksiyalar baş verə bilər.


Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç
bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.


Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Buraxılış forması
50 tablet flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.


İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Biologische Heilmittel Heel GmbH.
Dr.-Reckeweg-Str. 2-4
76532 Baden-Baden, Germany.


Azərbaycanda rəsmi distribyuter
Planeta PCC.