Pharmed

LIDOFEN 15ML DAMLA

LİDOFEN, qulaq damcısı

LİDOFEN tərkibi

Təsiredici maddələr: 1 q məhlulun tərkibində 40 mq fenazon, 10 mq lidokain hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Yerli anesteziyaedici və simptomatik müalicə üçün: -kəskin orta otit; -qripin ağırlaşması nəticəsində əmələ gələn otit; -barotravmatik otit.

Əks göstərişlər

Təbil pərdəsinin tamlığının pozulması. Preparata qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilələr üzərində ciddi və adekvat klinik tədqiqatlar aparılmayıb. Laktasiya dövr ündə xüsusi göstərişlər zamanı istifadə etmək mümkündür.

LİDOFEN istifadə qaydası və dozası

1 yaşa qədər uşaqlara gündə 2-3 dəfə 1-2 damcı, 1-2 yaşlı uşaqlara 3 damcı, 2 yaşdan yuxarı uşaqlara və böyüklərə 3-4 damcı təyin olunur. Müalicə kursu 3-10 gün təşkil edir. Hər istifadədən sonra flakonu bağlamaq məsləhət görülür.