Pharmed
LEYNER 20GR MELHEM
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
_______________________ 2022-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LEYNER MƏLHƏMİ xaricə istifadə üçün məlhəm
LEYNER OINTMENT
Tərkibi
Təsiredici maddə: 100 q Leyner məlhəminin tərkibində 1,0 q bor turşusu vardır.
Köməkçi maddələr: günəbaxan yağı, susuz lanolin, distillə edilmiş su.
Təsviri
Bircinsli, sarımtıl rəngli məlhəmdir.
Farmakoterapevtik qrupu
Antiseptik.
ATC kodu: D08AD.
Farmakoloji xüsusiyyətləri
Bor turşusu antiseptik xassəyə malikdir. Yerli istifadə zamanı bor turşusu dərinin qıcıqlanmasını
azaldır. Məlhəm dəriyə yumşaldıcı təsir göstərir.
İstifadəsinə göstərişlər
Pediatriyada qaşınmada, dərinin səpməsində və qıcıqlanmasında istifadə olunur.
Əks göstərişlər
Dəri bor turşusuna qarşı həssaslıq göstərən hallarda preparatın istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyük nahiyəyə və ya zədələnmiş dəriyə həddindən artıq və uzun müddət tətbiq edilməsi
toksikliyin artmasına səbəb ola bilər. Təsadüfən daxilə qəbul edildikdən sonra arzuolunmaz
nəticələr baş verdiyi üçün uşaqların əli çatmayan yerdə saxlayın. Dərman oftalmik istifadə üçün
istifadə edilməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Xaricə istifadə üçün olan Leyner məlhəminin digər dərman vasitələri ilə bilinən qarşılıqlı təsiri
yoxdur.
İstifadə qaydası və dozası
Məlhəm yerli istifadə olunur. Dərinin zədələnmiş nahiyəsinə gündə 2-4 dəfə olaraq 1 q çəkilir.
Əlavə təsirləri
Əlavə təsirlər müşahidə olunmamışdır.
Buraxılış forması
20 q məlhəm alüminium tubda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanılma şəraiti
10-15C-dən çox olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
AZƏRFARM LTD.
Azərbaycan Respublikası, Bakı ş., Bünyadov küç., 14.