Pharmed

LEVOMEKOL 40GR MELHEM (NIJFARM)

TƏSDİQ EDİLMİŞDİR

 Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının sədri

_____________ E.M.Ağayev

_______________________ 2023-cü il

 

 

 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LEVOMEKOL® xaricə istifadə üçün məlhəm

LEVOMEKOL®

 

Beynəlxalq patentləşdirilməmiş adı: Dioxomethyltetrahydropyrimidine + Chloramphenicol

 

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 40 mq dioksometiltetrahidropirimidin (metilurasil),

 7,5 mq xloramfenikol vardır.

Köməkçi maddələr:makroqol-1500, makroqol-400.

 

Təsviri

Ağ və ya sarımtıl çalarlı ağ rəngli məlhəmdir.

 

Farmakoterapevtik qrup

Mikrob əleyhinə kombinəolunmuş vasitə.

 

ATC kodu: D06C.

 

Farmakoloji xüsusiyyətləri

Yerli istifadə üçün kombinəolunmuş preparat olub, iltihab əleyhinə (dehidratasiyaedici) və mikrob

əleyhinə təsir göstərir, qrammüsbət və qrammənfi mikroorqanizmlərə (stafilokokk, göy-yaşıl irin və

bağırsaq çöplərinə) qarşı aktivdir.

Bioloji membranları zədələmədən toxumalara asanlıqla dərindən nüfuz edir, regenerasiya

proseslərini stimullaşdırır. İrin və nekrotik kütlələr olduğu halda antibakterial təsirini qoruyur.

 

İstifadəsinə göstərişlər

Yara prosesinin ilkin fazasında müxtəlif lokalizasiyalı infeksiyalaşmış yaralar (porez və sıyrıntılar

daxil olmaqla) (eləcə də qarışıq mikrofloraya yoluxmuş yaralar).

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; 1 yaşadək uşaqlar (yenidoğulmuşlarda

xloramfenikolun biotransformasiyası böyüklərə nisbətən daha ləng baş verir).

Digər dərman preparatları ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri və ya uyuşmazlğı halları təsvir edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı istifadəsi, yalnız ana üçün fayda dölə olan riskdən üstün olduğu halda

mümkündür.

Laktasiya dövründə ya preparatdan istifadəni, ya da ana südü ilə qidalandırmanı dayandırmaq

lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

 

İstifadə qaydası dozası

Yerli istifadə edilir. Preparat steril tənzif salfetlərə yaxılıb, yara onlarla boş şəkildə doldurulur.

Şprisin köməyi ilə kateter (drenaj borusu) vasitəsilə irinli boşluqlara daxil edilməsi mümkündür. Bu

halda məlhəmi qabaqcadan 35-36С-dək qızdırırlar. Sarğı yara irinli-nekrotik kütlədən tam

təmizlənənədək hər gün, gündə 1 dəfə aparılır. Yara səthi böyük olduqda, məlhəmin gündəlik

dozası xloramfenikol hesabı ilə 3 q-ı aşmamalıdır.

 

Müalicə müddəti xəstəliyin ağırlığından və gedişindən asılıdır.

 

Əlavə təsirləri

Allergik reaksiyalar (dəri səpgiləri).

 

Doza həddinin aşılması

Levomekol məlhəminin doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.

 

Buraxılış forması

Xarici istifadə üçün məlhəm 40 mq/q+7,5 mq/q.

10 q, 20 q, 30 q, 40 q və ya 50 q məlhəm, alüminium və ya polietilen laminat tubda. 1 tub içlik

vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlama şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il 6 ay.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı/İradları qəbul edən təşkilat

“Nijfarm” SC, Rusiya.

603105, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7.

Tel.: (831) 278-80-88.

Faks: (831) 430-72-28.

E-mail: med@stada.ru