Pharmed

KLOTRIMAZOL 10MG 20GR KREM GLAXO

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “ _____ ”_____________ 2020-ci il

 


 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
 
Preparatı qəbul etməzdən öncə içlik vərəqə ilə diqqətlə tanış olun, çünki burada sizin üçün 
çox vacib məlumatlar vardır.
Preparat reseptsiz buraxılır. Klotrimazol Basidən istifadə etməyə ehtiyac yaranarsa, preparatdan 
yüksək nəticə əldə etməyə çalışın.
İçliyi saxlayın, çünki onu təkrar oxumağa ehtiyac yarana bilər. Əgər simptomlar ağırlaşarsa və
ya içlikdə nəzərdə tutulmuş müalicə müddətinin sonunda effektiv nəticə əldə olunmazsa, həkimə
bu haqda mütləq məlumat verin. Əlavə məlumata ehtiyac yaranarsa, əczaçı ilə məsləhətləşin.
Əgər hər hansı ciddi əlavə təsirlər, və yaxud içlikdə qeyd olunmuş əlavə təsirlərdən başqa hallar 
yaranarsa, həkiminizə və ya əczaçınıza müraciət edin. 

 


KLOTRİMAZOL BASİ krem
CLOTRIMAZOL BASI

 


Beynəlxalq patentləşdirilməmiş adı: Clotrimazole

 


Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq klotrimazol vardır.
Köməkçi maddələr: setil palmitat, oktildodekanol, polisorbat 60, sorbit stearat, benzil spirti, 
 setostearol spirti, təmizlənmiş su.

 


Təsviri
Ağ rəngli, homogen kremdir.

 


Farmakoloji xüsusiyyətləri
Yerli istifadə üçün göbələkəleyhinə dərman vasitəsi.


ATC kodu: D01AC01.

 


İstifadəsinə göstərişlər
Klotrimazol Basi aşağıdakı hallarda dərinin göbələk mənşəli infeksiyalarında göbələkəleyhinə
vasitə kimi istifadə olunur:
- Ayaqlarda mikoz;
- Bələk dermatiti (səpgilər);
- Ağımtıl və ya qırmızımtıl, az və ya çox yayılmış, daha çox kürək və ya arxa tərəfdə
müşahidə olunan (Pityriasis versicolor) dəyirmi ləkələr;
- Əgər siz özünüzdə və yaxud körpənizdə infeksiyanın göbələk mənşəli olub-olmamasına 
əmin deyilsinizsə, həkiminizə və ya əzcaçınıza müraciət edin

 


Əks göstərişlər
Klotrimazola və ya preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Kremi dırnaq və baş dərisi infeksiyalarının müalicəsi üçün istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Klotrimazol Basi xaricə istifadə olunur, dəri səthinə tətbiq olunur, lakin gözə və ya ağıza 
düşməsinə yol vermək olmaz.
Klotrimazol Basi kremin tərkibində setostearil spirti vardır ki, bu da yerli dəri reaksiyalarına 
(məsələn, kontakt dermatiti) səbəb ola bilər. Əgər setostearil spirtinə qarşı allergiyanız varsa, bu 
zaman preparatı tərkibində həmin inqredient olmayan digər vasitə ilə əvəz edə bilərsiniz 
(Klotrimazol Basi məhlul).
Qaraciyərin funksiyaları pozulmuş xəstələrdə qaraciyərin funksional vəziyyəti müntəzəm olaraq 
nəzarətdə saxlanmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və yaxud yaxın keçmişdə hər hansı dərman qəbul etmisinizsə (reseptsiz buraxılan 
dərmanlar daxil olmaqla) bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.
Klotrimazol Basi ilə digər dərman vasitələrinin qarşılıqlı təsirinə dair hər hansı məlumat yoxdur.

 


Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər siz hamiləsinizsə və yaxud hamilə olmağı planlaşdırırsınızsa və ya südəmər uşağınız varsa, 
Klotrimazol Basini istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin. Əgər artıq həkiminizin bu 
haqda məlumatı varsa, o zaman həkimin tapşırıqlarına ciddi şəkildə riayət etmək lazımdır. 
Hamiləlik dövründə Klotrimazol Basi, yalnız həkim nəzarəti altında istifadə oluna bilər.
Laktasiya zamanı ana südü ilə qidalandırmanın və ya klotrimazolla müalicənin ləğvi uşaq üçün 
ana südü ilə qidalanmanın və ana üçün klotrimazol ilə terapiyanın faydası nəzərə alınaraq, qərar 
verilməlidir.
Preparatdan istifadə etməzdən öncə həkiminizə və ya əczaçıya məlumat verin.

 


İstifadə qaydası və dozası
Klotrimazol Basi-ni həkiminizin və ya əczaçının tövsiyyə etdiyi şəkildə istifadə edin. 
Əgər Klotrimazol Basi sizə həkiminiz tərəfindən təyin edilibsə, bu zaman onun təlimatına əməl 
etmək lazımdır. Əgər siz bu preparatı həkimin təyinatı olmadan əldə etmisinizsə, o zaman 
aşağıdakı göstərişlərə riayət etmək lazımdır:
Klotrimazol Basi kremi dərinin zədələnmiş sahəsinə nazik qat şəklində və bərabər səviyyədə
yaxılır. Adətən, gündə 2-3 dəfə təxminən 0,5 sm qalınlığında yüngül masaj ilə istifadə olunur.
Ağrı və ya səpgi kimi simptomlar olarsa, müalicəni bir neçə gün sonra davam etdirmək olar. 
Lakin qızartı və qabıqlanmanın tam yox olması bir qədər vaxt apara bilər. 
Əgər hər bir xüsusi vəziyyət üçün yuxarıda qeyd olunduğu müalicə müddətindən sonra əlamətlər 
keçməyibsə, həkiminizə məlumat verin.
Əgər siz aşağıdakı məsləhətlərə əməl etsəniz, müalicə zamanı bu sizin üçün effektiv ola bilər:
Yoluxmuş sahədə qaşınma hissi olarsa, çalışın qaşımayasınız, çünki bu, dəri səthini zədələyə və
infeksiyanın daha da yayılmasına gətirib çıxara bilər.
Zədələnmiş hissəni təmiz və quru saxlayın. 

Öz dəsmalınızı və ya başqa şəxsi əşyalarınızı digərləri ilə paylaşmayın, çünki bu, 
infeksiyanınızın yayılmasına gətirib çıxara bilər.
Dərinin digər sahələrinə infeksiyanın yayılmasının qarşısını almaq üçün preparatın tətbiqindən 
dərhal sonra əlləri yumaq lazımdır.
Əgər Sizdə ayaqda mikoz varsa, unutmayın ki, barmaqların arasını quru saxlamaq lazımdır. 
Göbələk sporlarını və dəri qalıqlarını tökmək üçün corablarınızı qaynar suda yuyun. Əgər 
mümkünsə, ayaq geyimlərinizi hər gün dəyişin.
Klotrimazol Basi ilə təsadüfi təmas zamanı
Təsadüfən Klotrimazol Basi gözə və ya ağıza düşərsə, dərhal su ilə yaxalamaq və həkimə və ya 
əczaçıya müraciət etmək lazımdır.
Əgər Klotrimazol Basinin qəbulunu unutmusunuzsa
Yadınıza düşən anda preparatı istifadə edin və daha sonra müalicəni adi qaydada davam etdirin.
Əgər Klotrimazol Basinin qəbulunu dayandırırsınızsa
Əgər preparatın qəbulu tövsiyə olunmuş vaxtdan daha tez dayandırılarsa, xəstəlik əlamətlərinin 
yenidən meydana gəlməsi mümkündür.
Əgər preparatın istifadəsi ilə bağlı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçınıza 
müraciət edin.

 


Əlavə təsirləri
Digər dərman vasitələri kimi, Klotrimazol Basi preparatının da əlavə təsirləri meydana çıxa bilər, 
lakin bu hal hamıda müşahidə edilməyə bilər.
Klotrimazol Basi istifadəsinin birdən dayandırılması zamanı əgər aşağıdakı əlamətlər özünü 
biruzə verərsə, bu zaman həkiminizə müraciət edin:
- Dəri ekzanteması (qızartı ilə dəri səpgisi)
- Nəfəsalmada və ya udqunmada çətinlik
- Dodaqda, üzdə, boğazda və ya dildə ödem
- Zəiflik, başgicəllənmə və ya huşunu itirmə, hipotenziya
- Ürəkbulanma
Aşağıdakı əlavə təsirlər Klotrimazol Basinin tətbiqi zamanı meydana çıxa bilər:
- Eritema (dəridə qızartı)
- Yüngül yanma hissi, ağrı və ya qaşınma
- Övrə, səpgi
- Ödem (şişkinlik)
- Qıcıqlanma, qabıqvermə
Əgər bu simptomlar dözülməzdirsə, dərhal preparatın istifadəsini dayandırın və həkiminizə
müraciət edin.
Əgər qeyd olunmuş əlavə təsirlər getdikcə kəskinləşərsə və yaxud içlikdə qeyd olunmuş əlavə
təsirlərdən fərqli olan digər hallar müşahidə edilərsə, bununla bağlı həkiminizə və ya əczaçınıza 
müraciət edin.

 


Doza həddinin aşılması
Belə bir hal baş verərsə, adekvat müalicə tədbirlərinin göstərilməsi üçün dərhal xəstəxanaya 
müraciət etmək lazımdır, bu zaman qablaşdırmanı da özünüzlə götürün.

 


Buraxılış forması
Xaricə istifadə üçün krem.
20 və ya 50 q krem, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 


Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaq üçün, orijinal qablaşdırmada və 
uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı tubun/etiketin və qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Tub açıldıqdan sonra preparat maksimum 6 ay ərzində istifadə oluna bilər.


Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.


İstehsalçı
Laboratorios Basi – İndustria Farmaceutica, S.A.
Parque İndustrial Manuel Lourenço Ferreira, lote 15 e 16
3450-232 Mortagua
Portugal.


Tel.: + 351 231 920 250.
Faks: + 351 231 921 055.
E-mail: basi@basi.pt
Marketinq icazəsinin sahibi
Laboratorios Basi – İndustria Farmaceutica, S.A.
Parque İndustrial Manuel Lourenço Ferreira, lote 15 e 16
3450-232 Mortagua
Portugal.


Tel.: + 351 231 920 250.
Faks: + 351 231 921 055.
E-mail: basi@basi.pt