Pharmed
KARSIL 22,5MG N80 TB
KARSİL
Beynəlxalq patentləşdirilməmiş adı: Silymarin
KARSİL Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində silibinin formasında 22,5 mq silimarina ekvivalent 40,9-56,3
mq ala qanqal bitkisinin meyvələrinin quru ekstraktı vardır.
Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, povidon, mikrokristalik (tip 101)
sellüloza, maqnezium stearat, talk, mannitol (krospovidon, polisorbat 80, natrium
hidrokarbonat).
Örtük: sellüloza ftalat asetat, dietilftalat, saxaroza, akasiya kitrəsi, jelatin, talk,
titan dioksid, makroqol 6000, qliserol, qəhvəyi opalyuks AS 26586 (quru
formada) (saxaroza, qırmızı dəmir oksidi, qara dəmir oksidi,
metilparaqidroksibenzoat propilparaqidroksibenzoat).
Farmakoterapevtik qrupu
Hepatoprotektor vasitə.
ATC kodu: A05BA03.
Farmakoloji xüsusiyyətləri
Karsil dərman vasitəsidir, tərkibindəki təsiredici maddə silimarin ala qanqal bitkisinin meyvələrinin
quru ekstraktından alınmışdır.
Silimarin zədələnmiş qaraciyər hüceyrələrində zülalların və fosfolipidlərin sintezini aktivləşdirir,
onların hüceyrə membranlarını stabilləşdirir, sərbəst radikalları birləşdirir (antioksidant təsiri). Onun
əsas təsiri qaraciyər hüceyrələrini alkoqol, dərman preparatları, virus infeksiyaları, sənaye
çirkləndiriciləri kimi müxtəlif amillərin zərərli təsirlərindən qorumaqdır. Qaraciyər hüceyrələrinin
zədələnməsi zamanı onların daha tez bərpasına kömək edir.
İstifadəsinə göstərişlər
• Alkoqolun, dərmanların uzunmüddət qəbulu, xroniki intoksikasiyalar nəticəsində qaraciyərin toksik
zədələnmələrinin simptomatik müalicəsi.
• Qaraciyərin xroniki iltihabı xəstəliklərinin və qaraciyər sirrozunun kompleks müalicəsi.
Əks göstərişlər
• Təsiredici maddəyə və ya Karsil preparatının köməkçi maddələrindən hər hansı birinə qarşı
allergiya (yüksək həssaslıq).
• 12 yaşdan kiçik uşaqlar (istifadəsinin kifayət qədər klinik təcrübəsi olmadığına görə).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər Sizdə hormonal pozğunluqlarla (uşaqlığın, yumurtalıqların və ya süd vəzisinin şiş törəmələri,
prostat vəzinin şişləri kimi) müşayiət olunan xəstəliklər varsa Karsil tabletlərini qəbul etməzdən əvvəl
müalicə həkimi ilə məsləhətləşmək lazımdır.
Karsil tabletlərinin istifadəsi qaraciyərin zədələnmə vaxtı pəhrizi və ya alkoqoldan çəkinməni əvəz edə
bilməz.
Karsil preparatının bəzi tərkib hissələri haqqında vacib məlumatlar
− Preparatın tərkibində köməkçi maddə kimi buğda nişastası vardır. Seliakiyası olan insanlar üçün
təhlükəli deyildir. Buğdaya allergiyası olan pasiyentlər (seliakiyadan fərqlənən) bu dərmanı qəbul
etməməlidir.
− Karsil tabletlərinin tərkibində laktoza monohidrat vardır. Həkiminiz Sizdə bəzi şəkərlərə qarşı
dözümsüzlüyün olduğunu bildirmişdirsə, bu dərman preparatını qəbul etməzdən əvvəl məsləhət
üçün ona müraciət edin.
− Tabletin örtüyünün tərkibində metilparahidroksibenzoat və propilparahidroksibenzoat vardır. Onlar
allergik reaksiyalar (ola bilər ki, ləng gedişli) törədə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və yaxın zamanlarda qəbul etdiyiniz digər dərman preparatları haqqında (o cümlədən
reseptsiz buraxılan) həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur.
Karsil hamiləliyin qarşısını alan peroral vasitələrin və əvəzedici hormonal müalicəsi vaxtı istifadə
olunan dərman preparatlarının effektivliyini azalda bilər.
Diazepam, alprazol, ketokonazol, lovastatin, vinblastin preparatlarının eyni zamanda qəbulu preparatın
təsirini gücləndirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstənilən preparatı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin.
Hamiləlik və laktasiya dövründə Karsil preparatını yalnız tibbi göstərişlərə görə və ana üçün fayda döl
üçün preparatdan istifadə riskindən yüksək olduqda qəbul etmək olar.
Nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Karsil nəqliyyat vasitələrini idarə etmək və maşınlarla işləmək qabiliyyətinə mənfi təsir göstərmir.
İstifadə qaydası:
Karsil dərman vasitəsini hər zaman içlik vərəqədə olan təlimatlara tam əsaslanaraq qəbul edin.
Karsil tabletlərini kifayət qədər maye ilə içərək daxilə qəbul edirlər.
Böyüklər: ağır hallarda ilk doza gündə 3 dəfə – 6 tablet.
Yüngül hallarda və dəstəkləyici doza kimi – gündə 2-3 dəfə 2 tablet.
12 yaşdan kiçik uşaqlarda istifadəsi: bu dərman preparatının bu yaşda istifadəsi haqqında kifayət
qədər məlumat olmadığına görə 12 yaşdan aşağı uşaqlarda onun istifadəsi tövsiyə olunmur.
Əgər Sizin şikayətləriniz qalarsa, məsləhət üçün həkiminizə müraciət edin. Müalicə kursunun müddəti
Sizin həkiminiz tərəfindən müəyyən edilir.
Karsilin qəbulunu unutduqda
Bir dozanın qəbulunu buraxdıqda onu mümkün qədər tez qəbul edin. Növbəti dozanı qəbul etmək
üçün vaxt demək olar ki, çatdıqda, onu adi doza kimi qəbul edin. Buraxılan dozanı kompensasiya
etmək üçün ikiqat doza qəbul etməyin. Dərman preparatının qəbulunu müalicə həkiminizin təyinatı
üzrə davam etdirin.
Bu dərman preparatının qəbulu ilə bağlı istənilən əlavə suallar meydana çıxdıqda, həkiminizə və ya
əczaçıya müraciət etməyiniz xahiş olunur.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, Karsil preparatı da, hamıda olmasa da, əlavə təsirlərə səbəb ola bilər.
Karsil tabletləri yaxşı həzm olunur.
Çox nadir hallarda (hər 10000 haldan birindən azında) qaşınma və səpmələr kimi dərinin allergik
reaksiyaları və ya anafilaktik şok mümkündür (tənəffüsün çətinləşməsi və başgicəllənmə ilə müşayiət
olunan ağır allergik reaksiya).
Nadir hallarda (hər 10000 haldan 1-dən 10-a qədərində) mövcud vestibulyar pozğunluqların
güclənməsini və ishal müşahidə etmək olar.
Naməlum hallarda (mövcud məlumatlar əsasında tezliklərə qiymət vermək mümkün deyil) anafilaktik
şok müşahidə olunur (kəskin allergik reaksiya çətin nəfəs alma və başgicəllənmə ilə), ürəkbulanma,
qusma, qaz yaranmasıyla dispeptik pozğunluqların meydana çıxması, iştahanın itməsi mümkündür.
Əlavə təsirlərdən istənilən biri ciddiləşərsə və ya bu içlik vərəqədə təsvir edilməyən hər hansı digər
əlavə təsir meydana çıxarsa, lütfən, bu haqda həkiminizi və ya əczaçını məlumatlandırın.
Doza həddinin aşılması
Lazım olduğundan yüksək doza qəbul etdikdə həkiminizə müraciət edin. Doza həddinin aşılması
zamanı mədə yuyulması, aktivləşdirilmiş kömürün qəbulu, simptomatik terapiya həyata keçirilə bilər.
Buraxılış forması
10 örtüklü tablet, PVX plyonka/alüminium folqa blisterdə. 8 blister içlik vərəqə ilə birlikdə karton
qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.