Pharmed
KALSI XLORID 5% 100ML MEHLUL
KALSİUM XLORİD, 5%; 10% daxilə istifadə üçün məhlul
KALSİUM XLORİD tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 5 q və ya 10 q kalsium xlorid vardır.
İstifadəsinə göstərişlər
Kalsiuma yüksək tələbat (hamiləlik, laktasiya, orqanizmin boyatma periodu), müxtəlif mənşəli və lokalizasiyalı qanaxmalar (ağ ciyər, mədə-bağırsaq, burun, uşaqlıq və s.), allergik xəstəliklər və təzahürləri (zərdab xəstəliyi, ö vrə xəstəliyi, gicişmə, Kvinke ödemi), bronxial astma, spazmofiliya, alimen tar distrofik ödem, tetanus, ağ ciyər vərəmi, raxit və osteomalyasiya, qurğuşun sancısı, hipoparatireoz, hipokals iemiya, damarların yük sək keçiriciliyi (hemorragik vaskulit, şüa xəstəliyi), pa renximatoz hepatit, toksik hepatit, nefrit, eklampsiya, maqnezium duzları, oksalat və flüor turşuları ilə zəhərlənmələr, ekzema, psoriaz, paroksizmal mioplegiyanın hiperkaliemik forması, doğuş fəaliyyətinin zəifliyi, iltihabi və ekssudativ proseslər (pnevmoniya, plevrit, adneksit, endometrit və s.).
Əks göstərişlər
Hiperkalsiemiya, ateroskleroz, trombozlara meyillilik.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizmləri idarəetmə zamanı ehtiyatlı olmaq lazımdır.
KALSİUM XLORİD istifadə qaydası və dozası
5-10%-li məhlulu daxilə gündə 3 dəfə yeməkdən sonra hər dəfə böyüklərə 10-15 ml, uşaqlara isə 5-10 ml təyin edilir.