PharmEd

Herba Flora

İmmunotea

İMMUNOTEA


 İmmunotea Tərkibi:


Exinaseya otu, itburnu meyvəsi, şirin biyan kökü, böyük bağayarpağı yarpağı, qara
gəndalaş çiçəyi, cirə meyvəsi, aptek çobanyastığı çiçəyi.


 
İmmunotea İstifadəsi:


1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq.
dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.)
yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. 
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq.
dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan)
yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. 
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq.
dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan)
yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. 
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su
tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200
ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.


Qəbul müddəti 14 gündür.

 

Buraxılış forması: 
25 filtr-bağlama, karton qutuda.


Saxlanması:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır. 


Saxlanma müddəti 2 ildir.


İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu, 
Qobu ŞTQ,Güzdək yolunun üstü.
TŞ AZ 1400297541.002-2019