Pharmed

HILAK FORTE 30ML MEHLUL

HİLAK FORTE

 

HİLAK FORTE Tərkibi

Təsiredici maddə: 100 ml məhlulun (dadsız/albalı dadlı) tərkibində vardır: maddələr mübadiləsinin sulu substratı Escherichia coli DSM 4087* 24,9481/ 24,9481 q maddələr mübadiləsinin sulu substratı Enterococcus faecalis DSM 4086* 12,4741/ 12,4741 q maddələr mübadiləsinin sulu substratı Lactobacillus acidophilus DSM 4149* 12,4741/ 12,4741 q maddələr mübadiləsinin sulu substratı Lactobacillus helveticus DSM 4183* 49,8960/ 49,8960 q * substratın tərkibində laktoza vardır. Köməkçi maddələr:dinatrium fosfat heptahidrat, süd turşusu, fosfor turşusu, limon turşusu monohidrat, kalium sorbat, dikalium fosfat, natrium saxarinat, natrium siklamat, krem aromatizatoru, albalı aromatizatoru, təmizlənmiş su. pH: 3,0-3,4. Təsviri Şəffaf sarımtıl-qəhvəyi rəngli, xarakterik karamel qoxulu, turş dadlı məhluldur.

 

Farmakoterapevtik qrupu

Diareya əleyhinə vasitə.

ATC kodu: A07FA.

 

Farmakoloji xüsusiyyətləri

Hilak forte bağırsaq mikroflorasının tarazlığını tənzimləyir və onun tərkibini normallaşdırır. Hilak fortenin tərkibinə daxil olan normal mikrofloranın mübadilə məhsullarının hesabına preparat bağırsağın normal mikroflorasını bioloji yolla bərpa edir və bağırsağın selikli qişasının fizioloji və bioloji funksiyasının saxlanmasına imkan verir. İstifadəsinə göstərişlər - Meteorizm, diareya, qəbizlik kimi həzm sisteminin ümumi problemləri; - antibiotiklərlə, sulfonilamidlərlə və şüa terapiyası ilə müalicə dövrü və ondan sonra; - qaraciyər metabolizminin pozulması; - aşağı turşuluqla törədilən mədə-bağırsaq simptomları; - xroniki atrofik qastroenterit (“qoca bağırsaq”); - iqlim dəyişkənliyilə əlaqədar mədə-bağırsaq pozuntusu (xüsusilə daha isti iqlimli ölkələrə getdikdə); - xroniki bağırsaq intoksikasiyası ilə törədilən ürəkbulanma, qan dövranının pozulması, yüngül yorğunluq və s. kimi simptomlar; - ekzema və ya övrə kimi xroniki allergik xəstəliklər.

 

Əks göstərişlər

▪ Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;

▪ 2 yaşa qədər uşaqlar;

▪ yüksək temperaturla və nəcisdə qanla kəskin diareya

▪ laktaza/izomaltaza defisiti, laktoza dözümsüzlüyü, qlükoza-qalaktoza malabsorbsiyası.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yüksək temperaturla və ya nəcisdə qanla kəskin diareya kimi daha ciddi simptomlar olduqda və ya diareya 2 gündən artıq davam etdikdə, eləcə də mədə-bağırsaq sistemində baş verən daha uzun müddətli və ya naməlum simptomalr aşkar edildikdə, həkimə müraciət etmək lazımdır. Bir qayda olaraq, nəcisdə qan aşkar edildikdə və ya o ishal və qan dövranının pozulması ilə müşayiət edildikdə, 2 gündən artıq davam edən diareya zamanı həkimlə məsləhətləşmək lazımdır. Diareya zamanı, xüsusilə uşaqlarda və yaşlı şəxslərdə, maye və elektrolitlərin itkisini bərpa etmək daha vacib terapevtik tədbirdir. Digər məlumat Bu dərman vasitəsinin istifadəsi, yalnız dəstəkləyici xarakter daşıyır və xəstəlik zamanı digər effektiv terapevtik vasitələrə, yalnız əlavə qismində təyin edilə bilər. Əsasən diareya zamanı Hilak forte itirilən mayenin bərpası üçün vacib olan müalicəni və bərk qidadan müvəqqəti imtina (“çay fasiləsi”) kimi digər tədbirləri əvəz etmir. Hilak forte böyüklərə, yeniyetmələrə və 2 yaşdan yuxarı uşaqlara təyin edilir. Bu preparatın tərkibində laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlüyü, irsi laktaza çatışmazlığı və ya qlükoza və qalaktoza malabsorbsiyası kimi nadir xəstəliyi olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antasidlərlə eyni vaxtda istifadə edilməsindən çəkinmək lazımdır. Hilak forte turş pH nəticəsində südün çevrilməsinə səbəb olur. Bu səbəbə görə onu südlə və ya süd məhsulları ilə istifadə etmək olmaz. Uyuşmazlığı İstifadə edilmir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

İnsan üçün potensial risk məlum deyil, belə ki, Hilak fortenin hamilə qadınlarda və laktasiya dövründə istifadəsi üzrə müvafiq epidemioloji məlumatlar yoxdur. Hamiləlik və laktasiya dövründə Hilak fortenin istifadəsi zamanı fayda/risk nisbətinin fərdi qiymətləndirilməsi vacibdir.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Hilak forte avtomobil idarə etmək və avadanlıqla işləmək qabiliyyətinə təsir etmir.

 

HİLAK FORTE İstifadə qaydası və dozası

Dozalanması Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr Başlanğıc doza gündə 3 dəfə 40-60 damcıdır. 2 yaşdan yuxarı uşaqlar Başlanğıc doza gündə 3ədəf 20-40 damcıdır. Kəskin simptomlar zəiflədikdən sonra dozanı başlanğıc dozanın yarısına qədər azaltmaq olar. Anamnezində yüksək turşuluğu və tez-tez qıcqırması olan pasiyentlərə sutkalıq dozanı 3-dən artıq ayrı dozaya bölmək məsləhət görülür. İstifadə qaydası İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. Preparat yeməkdən əvvəl və ya qida qəbulu zamanı maye (məsələn, su, çay, portağal şirəsilə, südlə olmaz) ilə qəbul edilir. Hilak forte preparatının qəbul müddəti məhdud deyil. Əlavə təsirləri Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təsnif edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda (≥ 1/10000 - < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Mədə-bağrsaq pozuntular Nadir hallarda – yüngül mədə-bağırsaq pozulmaları. Dəri və dərialtı toxuma pozuntuları Nadir hallarda - dəridə selikli qişada ümumi hiperhəssaslıq reaksiyaları yarana bilər. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Qeydiyyatdan sonra ehtimal edilən əlavə təsirlər barədə məlumatın verilməsi böyük əhəmiyyət kəsb edir. Bu, preparatın fayda/risk nisbətinin müntəzəm monitorinqinin aparılmasına imkan verir. 

 

Doza həddinin aşılması

Zəhərlənmə halları məlum deyil.

 

Buraxılış forması

30 ml və ya 100 ml məhlul damcısalan dozatorlu və plastik burulan qapaqlı tünd şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.