Pharmed
GEPARIN 100 IU 25GR MELHEM (NIJFARM)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
___________________ 2023-cü il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HEPARİN MƏLHƏMİ xaricə istifadə üçün məlhəm
HEPARIN OINTMENT
Beynəlxalq patentləşdirilməmiş adı: Heparin sodium + Benzocaine + Benzylnicotinate
Tərkibi
Təsiredici maddələr:1 q məlhəmin tərkibində 100 BV natrium heparin (0,833 mq natrium
heparinin aktivliyi 120 BV/mq), 40 mq benzokain, 0,8 mq benzilnikotinat
vardır.
Köməkçi maddələr: qliserol, vazelin, stearin turşusu 50, şaftalı yağı, emulqator №1,
metilparahidroksibenzoat, propilparahidroksibenzoat, təmizlənmiş su.
Təsviri
Ağ rəngdən sarımtıl çalarlı ağ rəngə qədər məlhəmdir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün birbaşa təsirli antikoaqulyant vasitə + digər preparatlar.
АТC kodu: C05BA53.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsiri tərkibinə daxil olan komponentlərin xüsusiyyətlərilə əlaqədar olan, xaricə istifadə üçün
kombinəedilmiş preparatdır. Heparin birbaşa təsirli antikoaqulyant olub, ortamolekullu heparinlər
qrupuna aiddir. Xaricə istifadə zamanı yerli antikoaqulyant, ekssudat əleyhinə, mülayim iltihab
əleyhinə təsir göstərir. Trombinin yaranmasını blokada edir. Heparin iltihab prosesini azaldır və
antikoaqulyant təsir göstərir, mikrosirkulyasiyanı dolayı yolla yaxşılaşdırır ki, bu da hematomaların
və trombların aradan qalxması prosesinə və toxumaların ödeminin azalmasına səbəb olur.
Benzilnikotinat periferik vazodilatasiya vasitəsidir, mikrosirkulyasiyanın yaxşılaşmasına səbəb
olur. Heparinin nüfuz etməsinin yaxşılaşdırılması üçün adyuvant qismində istifadə edilir.
Benzokain yerli ağrıkəsici təsir göstərir. Natrium ionları üçün hüceyrə membranının keçiricilik
qabiliyyətini azaldır, kalsium ionlarını membranının daxili səthində yerləşən reseptorlardan çıxarır,
sinir impulslarının keçməsini blokada edir. Hissi sinir uclarında ağrı impulslarının yaranmasına və
onların sinir lifləri ilə keçməsinə mane olur.
Farmakokinetikası
Heparin dərinin səthindən əhəmiyyətsiz dərəcədə sorulur. Plazma züllaları ilə birləşməsi 95%-dək,
paylanma həcmi 0,06 l/kq-dır. Plasentaya və ana südünə nüfuz etmir. Endotel hüceyrələri və
mononuklear-makrofaqal sistemin hüceyrələrilə intensiv şəkildə tutulur, qaraciyər və dalaqda
toplanır. Qaraciyərdə N-desulfamidazanın və trombositlərin daha sonrakı mərhələsində heparinin
metabolizminə qoşulan heparinazasının iştirakı ilə metabolizə olunur. Desulfatlaşmış molekullar
böyrəklərin endoqlikozidazasının təsiri altında kiçik molekullu fraqmentlərə çevrilir.
Yarımxaricolma dövrü (T1/2) 1-6 saat (orta hesabla 1,5 saat); piylənmə zamanı, qaraciyər və/və ya
böyrək çatışmazlığı zamanı artır; ağciyər arteriyasının tromboemboliyası, infeksiyalar, bədxassəli
şişlər zamanı azalır. Əsasən qeyri-aktiv metabolitlər şəklində böyrəklər vasitəsilə xaric olunur.
Hemodializ vasitəsilə xaric olmur.
Benzilnikotinat dərinin bütün qatlarına nüfuz edir. Sistem qan dövranına praktik olaraq daxil
olmur.
Benzokain xaricə istifadə zamanı praktik olaraq, absorbsiya olunmur.
İstifadəsinə göstərişlər
Səthi venaların tromboflebiti, səthi periflebit; dərialtı hematoma; postinyeksion və postinfuzion
flebit; səthi mastit; lokalizə olunmuş infiltratlar və ödemlər, travmalar və əziklər (o cümlədən, əzələ
toxumasının, vətərlərin, oynaqların); xarici babasil, doğuşdan sonrakı babasil düyünlərinin iltihabı;
limfödema (fil xəstəliyi), limfangit.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; zədələnmiş nahiyənin dəri səthlərinin
tamlığının pozulması (əsasən açıq infeksiyalı yaralar, xoralı-nekrotik proseslər); 1 yaşa qədər
uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Qanın laxtalanma sisteminin pozulması, trombositopeniya.
Heparin məlhəminin geniş nahiyələrdə uzun müddət istifadəsi və eyni zamanda qanın laxtalanma
sisteminə və/və ya qanyaratmaya təsir edən peroral dərman vasitələrinin qəbulu zamanı laxtalanma
vaxtına və protrombin vaxtına nəzarət etmək lazımdır.
Hamilə qadınlarda və 65 yaşdan yuxarı qadınlarda uzun müddətli müalicə kursuna ehtiyac olduqda
və zədələnmə sahələri geniş olduqda da analoji nəzarət məsləhət görülür.
İrinli proseslər zamanı açıq yaralara sürtmək olmaz.
Dərin venoz trombozu zamanı məlhəmin istifadəsi məsləhət görülmür.
Digər dərman preparatları ilə qarşılıqlı təsiri
Məlhəmi qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP), tetrasiklinlərlə, H1-histamin
reseptorlarının blokatorları ilə eyni vaxtda təyin etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir.
Heparin plasentar baryerdən keçmir və ana südü ilə ifraz olunmur. Preparatın digər
komponentlərinin ana südünə nüfuz etməsi barədə məlumat yoxdur. Heparin məlhəmini hamiləlik
və laktasiya dövründə (ana südü ilə qidalanma), yalnız o zaman istifadə edilir ki, ana üçün
gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
mənfi təsir etmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Məlhəm nazik təbəqə ilə zədələnmiş nahiyəyə çəkilir (diametri 3-5 sm olan
sahəyə 0,5-1 q (2-4 sm məlhəm) hesabı ilə) və dəriyə ehtiyatla hopdurulur. Məlhəm iltihab
əlamətləri aradan qalxanadək, orta hesabla 3-7 gün ərzində hər gün gündə 2-3 dəfə istifadə edilir.
Daha uzun müddətli müalicə kursunu keçirmək imkanı həkim tərəfindən müəyyən edilir.
Xarici babasil düyünlərinin trombozu zamanı rektal tamponlar istifadə edilir, məlhəm bez və ya
kətan parçaya çəkilir ki, bu da bilavasitə tromblanmış düyünlərin üzərinə qoyulur və fiksə edilir.
Məlhəmə hopdurulmuş tampon arxa girişə daxil edilir. Məlhəm hər gün, simptomlar aradan
qalxanədək orta hesabla 3-14 gün ərzində istifadə edilməlidir.