Pharmed
GALIUM-HEEL 1,1ML N5 AMP
QALİUM-HEL N, əzələdaxili, dərialtı, dəridaxili, venadaxili inyeksiya üçün məhlul
QALİUM-HEL N tərkibi
Təsiredici maddələr: 1,1 ml (= 1,1 q) həcmində 1 ampulun tərkibində: Galium aparine D3 0,44 mq; Galium mollugo D3 0,44 mq; Sedum acre D3 0,55 mq; Sempervivum tectorum ssp. tectorum D4 0,55 mq; Clematis recta D4 0,55 mq; Thuja occidentalis D3 0,55 mq; Caltha palustris D3 0,55 mq; Ononis spinosa D4 0,55 mq; Juniperus communis D4 0,55 mq; Hedera helix D4 0,55 mq; Echinacea D5 0,55 mq; Phosphorus D8 0,55 mq; Aurum metallicum D10 0,55 mq; Apis mellifica D12 0,55 mq; Acidum nitricum D6 0,55 mq; Urtica urens D3 0,22 mq; Calcium fluoratum D8 0,55 mq; Argentum metallicum D8 0,55 mq; Betula pendula D2 0,55 mq.
İstifadəsinə göstərişlər
Qeyri-spesifik müdafiə mexanizminin aktivləşməsi üçün, xüsusən də xroniki xəstəliklərdə.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya əhəmiyyətsiz dərəcədə az təsir edir.
QALİUM-HEL N istifadə qaydası və dozası
Digər təyinat yoxdursa, standart doza: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 ampul həftədə 1-3 dəfə. Uşaqlar 2-5 yaş ½ ampul həftədə 1-3 dəfə. 6-11 yaş ⅔ ampul həftədə 1-3 dəfə. Kəskin və ya başlanğıc doza Böyüklər (12 yaşdan yuxarı uşaqlar): Gündəlik 1 ampul, sonra isə standart doza ilə davam edilir.
Uşaqlar 2-5 yaş Gündəlik ½ ampul, sonra isə standart doza ilə davam edilir. 6-11 yaş Gündəlik ⅔ ampul, sonra isə standart doza ilə davam edilir. İstifadə qaydası Galium-Heel N inyeksiya üçün məhlul d.a., d.d., ə/d və ya v/d yolla yeridilir. Şüşə ampulun açılma qaydası Ampulu əlinizdə tutun.
Açılma təlimatını dəqiqliklə izləyin. Şüşə ampulu kəsmək lazım deyil. Bucaq altında ampulun başını tutun, və ampulun yuxarı hissəsinə vuraraq məhlulu aşağıya doğru çalxalayın. Sonra rəngli nöqtə olan hissədən ampulun yuxarı hissəsini qırın.
Artıq qalan hissələr atılmalıdır.