Pharmed

FORMASAN 30 ML DAMLA

FORMASAN, daxilə qəbul üçün damcı

FORMASAN tərkibi

Təsiredici maddələr: 30 ml damcının tərkibində vardır: Acidum formicicum D6 – 7,5 ml Acidum formicicum D12 – 7,5 ml Acidum formicicum D30 – 7,5 ml Acidum formicicum D200 – 7,5 ml 1ml = 40 damcı Preparatın tərkibində 50,6 həcm %-i etil spirti vardır.

İstifadəsinə göstərişlər

Formasan əzələ və oynaq revmatizminin, ekzema, bronxial astma və allergiyaların homeopatik müalicəsi üçün xüsusi effektiv preparatdır.

Əks göstərişlər

Preparata və tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq. Bu preparatın tərkibində 50,6 həcm % -i etil spirti vardır. Bu qaraciyər xəstəlikləri, alkoqolizm, epilepsiya, beyin zədələnməsi, hamiləlik zamanı və uşaqlarda sağlamlığa zərər vura bilər. Digər preparatların təsiri zəifləyə və ya yüksələ bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə, uşaqlarda istifadəsi haqqında kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından, Formasan damcısı yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

FORMASAN istifadə qaydası və dozası

Digər təyinat yoxdursa Daxilə qəbul üçün: gündə 1-3 dəfə 5-20 damcı. Müalicə müddəti: Müalicə müddəti həkim tərəfindən təyin edilir.