Pharmed
FLUKONAZOL 150MG N1 (VYETNAM)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
___________________ 2023-cü il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FLUKONAZOL tabletlər
FLUCONAZOLE
Beynəlxalq patentləşdirilməmiş adı: Flukonazole
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 150 mq flukonazol vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, povidon, natrium
kroskarmelloza, maqnezium stearat.
Təsviri
Ağdan tam ağ rəngə qədər, iki tərəfdən qabarıq və hamar, yumru formalı tabletlər.
Farmakoterapevtik qrupu
Sistemli istifadə üçün göbələk əleyhinə vasitələr. Triazol törəmələri.
ATC Kodu: J02AC01
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Triazol sinifindən göbələk əleyhinə flukonazol – ergosterolun sintezi üçün lazım olan göbələk
fermentlərinin güclü və seçici inhibitorudur. Onun təsirinin əsas mexanizmi, ergosterolun göbələk
biosintezində ayrılmaz mərhələsi olan və sitoxrom P450 vasitəçiliyi ilə göbələk 14-alfa-lanosterol-
demetilləşdirilməsinin süstləşməsidir. 14 alfa-metil-sterolların yığılması sonrakı göbələk hüceyrə
membranla ergosterol itkisi ilə əlaqələndirilir və flukonazolun göbələk əleyhinə aktivliyinə cavabdeh
ola bilər. Flukonazol, sitoxrom P450 göbələk fermentlərinə qarşı, məməlilərin müxtəlif sitoxrom
ferment sistemlərinə nisbətən daha seçici effekt göstərir.
İn vitro həssaslıq
Flukonazol in vitro ən çox rast gəlinən Candida növlərinə (C. albicans, C. parapsilosis, C. tropicalis
daxil olmaqla) qarşı göbələk əleyhinə aktivlik göstərir.
C. glabrata flukonazola qarşı geniş diapazonlu həssaslıq göstərir, C. krusei isə ona qarşı rezistentdi.
Həmçinin, in vitro flukonazol həm Cryptococcus neoformans və Cryptococcus gattii, həm də
endemik kif göbələklərə qarşı Blastomices dermatitidis, Coccidioides ımmitis, Histoplasma
capsulatum və Paracoccidioides brasiliensis aktivlik göstərir.
Farmakokinetik/farmakodinamik qarşılıqlı əlaqə
Heyvanlar üzərində aparılan tədqiqatlarında MIC dəyərləri ilə Candida spp-nin törətdiyi
eksperimental mikozlara qarşı effektivlik arasında korrelyasiya var. Klinik tədqiqatlarda AUC və
flukonazol dozası arasında təxminən 1:1 nisbətində xəttli asılılıq müşahidə edilir.
Müqavimət mexanizmləri
Candida spp. azol göbələk əleyhinə vasitələrə qarşı bir sıra davamlılıq mexanizmlərinə malikdir. Bu
müqavimət mexanizmlərindən biri və ya bir neçəsi əmələ gələn göbələk ştamlarının flukonazola qarşı
yüksək minimal inhibitor konsentrasiyaları (MIC) göstərdiyi bilinir ki, bu da in vivo və klinik
cəhətdən effektivliyə mənfi təsir göstərir.
Adətən həssas Candida növlərində ən çox rast gələn davamlılıq inkişaf mexanizmi, ergosterol
biosintezinə məsul olan azol hədəf fermentlərini əhatə edir. Davamlılığa mutasiya, ferment ifrazının
artması, dərman axını mexanizmləri və ya kompensasiya yollarının inkişafı səbəb ola bilər.
C. albicans-dan fərqlənən Candida növləri ilə superinfeksiya halları bildirilmişdir, onlar tez-tez təbii
olaraq flukonazola qarşı qeyri-həssasdırlar (məsələn, C. krusei). Belə hallarda alternativ göbələk
əleyhinə terapiya tələb oluna bilər. Bəzi daxili davamlılıq (C. krusei) və ya Candida növlərində
(C.auris) əmələ gələn davamlılıq mexanizmləri tamamilə tədqiq olunmayıb.
Farmakokinetikası
Absorbsiyası
Flukonazol peroral tətbiq edildikdə yaxşı sorulur və dərmanın qanın plazmadaki səviyyəsi və sistemli
biomənimsənilməsi, dərmanın venadaxili tətbiqi ilə əldə edilən flukonazolun qan plazmasındakı
səviyyəsinin 90%-dən çoxdur. Preparat peroral tətbiq edildikdə qidanın eyni zamanda qəbulu
sorulmaya təsir göstərmir. Qan plazmasında pik konsentrasiyası dərman qəbul etdikdən 0,5-1,5 saat
sonra əldə edilir. Dərmanın qan plazmasında konsentrasiyası doza mütənasibdir. Yüklü dozanı ilk
gündə istifadə etdikdə 90% səviyyəsində tarazlıq konsentrasiyası müalicənin ikinci günündə qeyd
edilir və adi gündəlik dozadan iki dəfə çoxdur.
Paylanması
Paylanma həcmi orqanizmdə suyun təxminən ümumi tərkibinə bərabərdir. Plazma zülalları ilə
bağlanması azdır (11-12%). Flukonazol orqanizmin tədqiq olunan bütün mayelərinə yaxşı nüfuz edir.
Ağız suyunda və bəlğəmdəki flukonazolun səviyyəsi qan plazmasındaki konsentrasiyasına bənzəyir.
Göbələk meningiti olan xəstələrdə serebrospinal mayedə flukonazolun səviyyəsi qan plazmasındakı
konsentrasiyasının 80%-ə çatır.
Dəridə zərdab konsentrasiyalarından daha yüksək olan flukonazol konsentrasiyaları buynuz təbəqədə,
epidermis, dermis və tərdə əldə edilir. Flukonazol buynuz təbəqədə yığılır.
Biotranformasiyası
Flukonazol az dərəcədə metabolizə olunur – flukonazolun yalnız 11%-i dəyişdirilmiş şəklində sidiklə
xaric olunur. Flukonazol CYP2C9 və CYP3A4 izoenzimlərinin selektiv inhibitorudur və həmçinin
CYP 2C19 izofermentin inhibitorudur.
Xaric olması
Flukonazolun qan plazmasından yarım xaricolma dövrü təxminən 30 saat təşkil edir. Dərman
vasitəsinin çox hissəsi böyrəklərlə xaric olunur və tətbiq olunan dozanın 80%-i sidikdə dəyişməz
olaraq aşkar edilir. Flukonazol klirensi kreatinin klirensi ilə mütənasibdir. Dövriyyədə olan
metabolitlər müəyyən edilməyib. Dərman vasitəsinin qan plazmasından uzun yarım xaricolma dövrü,
vaginal kandidozunda dərmanı bir dəfə qəbul etməyə, həmçinin digər göstəricilərdə dərman
vasitəsinin həftədə 1 dəfə istifadəsinə imkan verir.
Xəstələrin xüsusi kateqoriyalarında farmakokinetikası.
Böyrək çatışmazlığı
Ağır böyrək çatışmazlığı olan xəstələrdə (yumaqcıq filtrasiya dərəcəsi < 20 ml/dəq) yarımxaricolma
dövrü 30 saatdan 98 saata qədər artır. Buna görə bu kateqoriyalı xəstələrdə flukonazolun dozası
azalmalıdır. Flukonazol hemodializ, daha az dərəcədə intraperitoneal dializ yolu ilə xaric olunur. 3
saat davam edən hemodializ seansı qan plazmasında flukonazolun səviyyəsini təxminən 50% azaldır.
Yaşlı xəstələr
Yaşlı xəstələrdə farmakokinetikadakı dəyişikliklər böyrək funksiyasının parametrlərindən asılıdır.
Laktasiya dövründə farmakokinetikası
Müvəqqəti və ya daimi olaraq körpələrini əmizdirməyini dayandıran on laktasiya dövründə olan
qadının iştirak etdiyi farmakokinetik tədqiqatda, flukonazolun 150 mq dozada birdəfəlik qəbulundan
sonra 48 saat ərzində plazma və ana südündəki flukonazol konsentrasiyaları qiymətləndirilmişdir.
Flukonazol ana südündə ananın qan plazmasındakı konsentrasiyanın təxminən 98%-də orta
konsentrasiyada aşkar edilmişdir. Ana südündə orta pik konsentrasiyası dozanın yeridilməsindən 5,2
saat sonra 2,61 mq/l idi. Körpələr üçün flukonazolun orta pik süd konsentrasiyasına əsaslanan təxmin
edilən sutkalıq dozası (orta süd qəbulu 150 ml/kq/gün) gündə 0,39 mq/kq təşkil edir ki, bu da yeni
doğulmuş körpələr üçün tövsiyə olunan dozanın təxminən 40%-ni təşkil edir (<2 həftəlik yaşında) və
ya selikli qişa kandidozu üçün tövsiyə olunan uşaq dozasının 13%-ni təşkil edir.
İstifadəsinə göstərişlər
Flukonazol aşağıdakı göbələk infeksiyaların müalicəsi üçün göstərişdir.
Flukonazol aşağıdaki hallarda böyüklərdə müalicə üçün göstərişdir:
kriptokokk meningiti;
koksidioidomikoz;
invaziv kandidoz;
ağız-udlaq kandidozu, qida borusu kandidozu, kandiduriya, dəri və selikli qişaların xronik kandidozu
daxil olmaqla selikli qişaların kandidozu;
yerli stomatoloji gigiyena vasitələri effektsiz olduqda xroniki atrofik kandidoz (protezlərin istifadəsi
nəticəsində yaranan kandidoz);
yerli terapiya uyğun olmadıqda kəskin və ya təkrarlanan vaginal kandidoz;
yerli terapiya uyğun olmadıqda kandidoz balanit;
dermatomikozlar, o cümlədən pəncə mikozu, hamar dəri, qasıq dermatomikozu, əlvan dəmrov,
sistemli terapiya uyğun olmadıqda dərinin kandidoz infeksiyaları;
dermatofit onixomikoz, digər dərmanların istifadəsi mümkün olmadıqda.
Flukonazol aşağıdaki hallarda böyüklərdə profilaktika üçün göstərişdir:
qayıtma riski yüksək olan xəstələrdə kriptokokk meningitinin təkrarlanması;
qayıtma riski yüksək olan İİV-ə yoluxmuş xəstələrdə ağız-udlaq və ya qida borusu kandidozunun
təkrarlanması;
vaginal kandidozun qayıtma tezliyini azaltmaq üçün (ildə 4 və ya daha çox epizod);
uzunmüddətli neytropeniya xəstələrində kandidoz infeksiyaların qarşısının alınması (məsələn, kimya
terapiyası alan hematoloji bədxassəli xəstəlikləri olan xəstələrdə və ya hemopoetik kök hüceyrənin
transplantasiyası həyata keçirilmiş xəstələrdə).
Flukonazol vaxtında anadan gələn yenidoğulmuşlara, körpələrə, yaslı yaşında olan uşaqlara, 0-17
yaş arası uşaqlar və yeniyetmələr üçün göstərişdir:
flukonazol selikli qişaların kandidozunun (ağız-udlaq və ya qida borusu kandidozu), invaziv
kandidozu, kriptokok meningitini müalicə etmək və immuniteti zəif olan xəstələrdə kandidoz
infeksiyaların qarşısını almaq üçün istifadə olunur. Flukonazol, qayıtma riski yüksək olan uşaqlarda
kriptokokk meningitinin təkrarlanmasının qarşısını almaq üçün dəstəkləyici müalicə kimi istifadə
edilə bilər.
Terapiya kulturasiya və digər laborator müayinələrin nəticələri bilinməzdən əvvəl başlaya bilər; lakin
bu nəticələr əldə edildikdən sonra infeksiya əleyhinə terapiya müvafiq olaraq tənzimlənməlidir.
Göbələk əleyhinə vasitələrin düzgün istifadəsi üzrə rəsmi təlimatlar nəzərə alınmalıdır.
Əks göstərişlər
Flukonazola, digər azol birləşmələrinə və ya dərmanın digər komponentlərinə qarşı yüksək həssaslıq;
Flukonazoldan gündə 400 mq və daha yüksək dozada dəfələrlə istifadə edən xəstələrdə flukonazol və
terfenadinin eyni vaxtda istifadəsi (təkrar istifadənin qarşılıqlı təsirinin öyrənilməsinin nəticələrinə
əsasən);
Flukonazol və QT intervalını uzadan və CYP3A4 fermenti (məsələn, sisaprid, astemizol, pimozid,
kinidin və eritromisin) ilə metabolizə olunan digər dərmanların eyni vaxtda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Baş nahiyəsindəki kəmərvari dəmrov:
Flukonazol uşaqlarda dermatomikozun müalicəsi üçün tədqiq edilmişdir. Grizeofulvindən üstün
olmadığı göstərildi və ümumi müvəffəqiyyət nisbəti 20%-dən az idi. Buna görə flukonazol
dermatomikoz üçün istifadə edilməməlidir.
Kriptokokkoz
Flukonazolun digər lokalizə olunmuş kriptokokkozunun (məsələn, ağciyər və ya dəri kriptokokozu)
müalicəsində effektivliyinə dair dəlillər məhduddur, buna görə də bu cür xəstəliklərin müalicəsi üçün
dozalanma rejimi üçün heç bir tövsiyə yoxdur.
Dərin endemik mikozlar
Flukonazolun parakoksidioidomikoz, limfa-dəri sporotrixoz və histoplazmoz kimi digər endemik
mikozların müalicəsində effektivliyinə dair dəlillər məhduddur, buna görə də bu cür xəstəliklərin
müalicəsi üçün doza rejimi üçün heç bir tövsiyə yoxdur.
Sidikçıxarıcı sistemə təsiri
Dərman böyrək funksiyasının pozulması ilə xəstələrdə ehtiyatla istifadə olunur.
Böyrəküztü çatışmazlıq
Ketokonazolun böyrəküstü çatışmazlığa səbəb olduğu bilinir və nadir hallarda olsa da, bu həmçinin
flukonazola aid oluna bilər. Prednizonun eyni vaxtda müalicəsi ilə əlaqəli böyrəküstü çatışmazlığı.
Hepatobiliar sistemi
Flukonazol qaraciyər funksiyasının pozulması olan xəstələrə ehtiyatla təyin olunmalıdır.
Flukonazol, ilk növbədə ciddi yanaşı gedən xəstəlikləri olan pasiyentlərdə ölümcül nəticələr daxil
olmaqla nadir hallarda ciddi qaraciyər toksikliyi ilə əlaqələndirilmişdir.
Flukonazol ilə əlaqəli hepatotoksiklik hallarında, ümumi sutkalıq doza, müalicənin davametmə
müddəti, xəstənin cinsi və ya yaşı ilə dəqiq bir əlaqə müşahidə edilməmişdir.
Flukonazolun hepatotoksikliyi adətən terapiya dayandırıldıqdan sonra geri dönür.
Flukonazoldan terapiya zamanı qaraciyər funksiyasının testlərində normadan kənara çıxması inkişaf
etdirən xəstələr daha ciddi qaraciyər zədələnməsinin yaranması üzrə diqqətlə müşahidə olunmalıdır.
Xəstəyə ciddi qaraciyər xəstəliklərini (ciddi asteniya, iştahsızlıq, davamlı ürək bulanması, qusma və
sarılıq) göstərən simptomlar barədə məlumat verilməlidir. Bu vəziyyətdə flukonazol ilə müalicəni
tədricən dayandırıb, həkimə müraciət etmək lazımdır.
Ürək-damar sisteminə təsiri
Flukonazol daxil olmaqla bəzi azollar elektrokardiogramda QT intervalının uzanması ilə
əlaqələndirilir. Flukonazol istifadə edərkən çox nadir hallarda QT intervalının uzanması və "piruet"
tipli paroksizmal mədəcik taxikardiya halları bildirilmişdir. Bu cür məlumatlar, ürəyin struktur
pozğunluqları, elektrolit mübadiləsinin pozulması və QT intervalına təsir edən digər dərmanların eyni
vaxtda istifadəsi kimi bir çox risk faktorunun birləşməsi ilə ağır xəstəlikləri olan pasiyentlərə aiddir.
Dərman aritmiya riski olan xəstələrdə ehtiyatla istifadə olunur. Sitoxrom P450 CYРЗА4 fermentinin
vasitəsi ilə metabolizə olunan və QT intervalını uzadan dərmanlarla eyni vaxtda istifadəsi əks
göstərişdir.
Dermatoloji reaksiyalar
Flukonazolun istifadəsində bədxassəli eksudativ eritema (Stivens-Conson sindromu) və toksik
epidermal nekroliz (Layel sindromu) kimi eksfoliativ dəri reaksiyalarının inkişafı nadir hallarda
bildirilmişdir. QİÇS xəstələri bir çox dərman istifadə edərkən ağır dəri reaksiyalarının inkişafına daha
çox meyillidirlər.
Flukonazolun istifadəsi ilə əlaqələndirilə bilən səpgilər əmələ gələrsə, səthi göbələk infeksiyası olan
xəstələrdə dərmanın istifadəsi dayandırılmalıdır. Flukonazolun istifadəsi ilə əlaqələndirilə bilən
səpgilər meydana gəldikdə, invaziv/sistemli göbələk infeksiyası olan xəstələrin vəziyyəti diqqətlə
izlənilməli və bullöz səpgilər və ya polimorf eritema inkişaf edərsə, dərmanın istifadəsi dayandırılır.
Hiperhəssaslıq reaksiyaları
Flukonazolu istifadə etdikdə nadir hallarda anafilaktik reaksiyaların əmələ gəlməsi barədə məlumat
verilmişdir.
Sitoxrom P450 sisteminə təsiri
Flukonazol CYP2C9 ferment güclü inhibitoru və CYРЗА4 fermentin orta dərəcədə inhibitorudur.
Flukonazol həmçinin CYP2C19 fermentinin inhibitorudur.
CYP2C9, CYP2C19 və CYP3A4 iştirakı ilə metabolizə olunan dar bir terapevtik pəncərəsi olan
dərmanların və flukonazolun eyni vaxtda istifadəsində xəstələrin vəziyyətinin ciddi monitoringi
aparılmalıdır.
Terfenadin
Flukonazolun gündə 400 mq-dan aşağı dozalarda və terfenadinin eyni vaxtda qəbulu diqqətlə nəzərət
olunmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsirləri
Flukonazolun və aşağıdakı dərmanların eyni vaxtda istifadəsi əks göstərişdir.
Sisaprid, astemizol, pimozid, xinidin, eritromisin: yuxarıda göstərilən dərmanların və flukonazolun
eyni vaxtda istifadəsi QT intervalının uzanmasına, "piruet" tipli paroksismal mədəcik taxikardiyasına
və nəticədə qəfil ölümə səbəb ola bilər. Bu dərmanların kombinə şəklində istifadəsi əks göstərişdir.
Terfenadin: terfenadinlə eyni vaxtda gündə 200 mq dozada flukonazol tətbiq edildikdə, QT
intervalının uzanması aşkar edilmədi. Flukonazolun sutkada 400 mq və daha yüksək dozada
terfenadinlə eyni vaxtda istifadəsi qan plazmasında onun səviyyəsini əhəmiyyətli dərəcədə artırır ki,
bu da QT intervalının uzanması nəticəsində yaranan ağır ürək aritmiyalarına səbəb ola bilər.
Flukonazolun gündə 400 mq-dan aşağı bir dozada terfenadinlə eyni vaxtda istifadəsi zamanı xəstənin
vəziyyəti diqqətlə yoxlanmalıdır.
Flukonazolun sutkada 400 mq dozada terfenadinlə eyni vaxtda istifadəsi əks göstərişdir.
Amiodaron: flukonazolun amiodaronla eyni vaxtda istifadəsi amiodaronun metabolizminin inhibə
olunmasına səbəb ola bilər. Amiodaronun istifadəsi ilə QT intervalının uzanması arasında əlaqə
müşahidə edildi. Flukonazol və amiodaronun eyni vaxtda istifadəyə əks göstərişdir.
Flukonazolun və aşağıdakı dərmanların eyni vaxtda istifadəsi tövsiyə edilmir.
Halofantrin: flukonazol, CYP3A4 inhibə edərək qan plazmasında halofantrin konsentrasiyasının
artmasına səbəb ola bilər. Bu dərmanların eyni vaxtda istifadəsi potensial olaraq kardiotoksikliyin
inkişafına (QT intervalının uzanması, "piruet" tipli paroksismal mədəcik taxikardiyası) və nəticədə
qəfil ürək ölümünə səbəb ola bilər. Bu dərmanların kombinasiya şəklində istifadəsindən çəkinmək
lazımdır.
Flukonazolun və aşağıdakı dərmanların eyni vaxtda istifadəsi ehtiyatlılıq və dozaya düzəliş tələb edir.
Digər dərmanların flukonazola təsiri
Sümük iliyi transplantasiyası üçün eyni vaxtda qida istehlakı, simetidin, antasidlərin istifadəsi və ya
bütün bədənin daha da soyulması flukonazolun oral istifadəsi ilə udulmasına klinik cəhətdən
əhəmiyyətli təsir göstərmir.
Qarşılıqlı təsirlər üzrə tədqiqatlar göstərdi ki, flukonazolun peroral istifadəsi zamanı eyni vaxtda qida
qəbulu, simetidinin, antasidlərin istifadəsi və ya sümük iliyi transplantasiyası üçün bütün bədənin
şüalanması flukonazolun absorbsiyasına klinik əhəmiyyətli təsir etmir.
Rifampisin: flukonazol və rifampisinin eyni vaxtda istifadəsi AUC-nin 25% azalmasına səbəb oldu
və flukonazolun yarım xaricolma dövrünü 20% azaltdı. Dərman vasitələrinin eyni vaxtda istifadəsi
ilə flukonazolun dozasının artırılması tələb oluna bilər.
Hidroxlorotiazid: farmakokinetik qarşılıqlı əlaqənin tədqiq olunmasında, flukonazol ilə müalicə
olunan sağlam könüllülərdə hidroxlorotiazidin eyni vaxtda çoxsaylı istifadəsi qan plazmasında
flukonazolun konsentrasiyasını 40% artırdı. Bu cür qarşılıqlı əlaqə parametrləri eyni vaxtda
diuretikləri qəbul edən xəstələrdə flukonazolun dozalanma rejimində dəyişiklik tələb etmir.
Flukonazolun digər dərman vasitələrinə təsiri
CYP2C9 və CYP3A4 tərəfindən metabolizə olunan dərmanlar: flukonazol, CYP2C9 fermentinin və
orta dərəcədə CYP3A4 fermentinin inhibitorudur. Həmçinin, flukonazol CYP2C19 fermentinin
inhibitorudur. CYP2C9 tərəfindən metabolizə olunan digər birləşmələr, o cümlədən, cəzahir
bənövşəsi alkaloidləri, alfentanil, kalsium kanallarının blokatorları, everolimus, sirolimus (həmçinin
P-qlikoproteinin inhibə edilməsi ilə), takrolimus, qeyri-steroid iltihab əleyhinə maddələr (məsələn,
naproksen, lornoksikam, meloksikam, diklofenak, flurbiprofen), sakvinavir (həmçinin P-qlikoproteini
inhibə etməklə) flukonazol ilə eyni vaxtda istifadə edildikdə qan plazmasında onların
konsentrasiyasının artma riski mövcuddur.
Kalsium kanallarının blokatorları: bəzi kalsium antaqonistləri (nifedipin, isradipin, amlodipin və
felodipin) CYP3A4 fermenti tərəfindən metabolizə olunur. Flukonazol potensial olaraq kalsium
kanallarının blokatorlarının sistem ekspozisiyasını artıra bilər. Əlavə reaksiyaların yaranmasının
monitoringi tövsiyə olunur. Qan plazmasında qıfotu alkaloidlərinin konsentrasiyasının artması
(məsələn, vinkristin və vinblastin) neyrotoksik təsirlərin inkişafına səbəb olur. Takrolimus
səviyyəsinin artması nefrotoksiklik ilə əlaqələndirilir. Bu cür dərman birləşmələrini ehtiyatla istifadə
etmək lazımdır, xəstələrin vəziyyətini diqqətlə yoxlamaq lazımdır. Flukonazolun fermentlər üzərində
inhibəedici təsiri, uzun yarımxaricolma dövrü səbəbindən tətbiq edildikdən sonra 4-5 gün davam edir.
Flukonazol və sakvinavir/ritonavir birləşməsi arasındakı qarşılıqlı təsirlər tədqiq olunmayıb, buna
görə onlar daha da nəzərə çarpan ola bilər.
HMQ-KoA-reduktaza inhibitorları: CYP3A4 (atorvastatin və simvastatin) tərəfindən metabolizə
olunan flukonazol və HMQ-KoA-reduktaza inhibitorlarının və ya CYP2C9 (fluvastatin) tərəfindən
metabolizə olunan HMQ-KoA-reduktaza inhibitorlarının eyni vaxtda istifadəsi miopatiya və
rabdomioliz riskini artırır. Dərmanların eyni vaxtda istifadəsi zamanı xəstənin vəziyyətinin miopatiya
və rabdomioliz simptomları ilə əlaqədar diqqətli monitoringi və qan plazmasında kreatinkinaza
səviyyəsinin monitorinqi tövsiyə olunur.
Kreatinkiaza səviyyəsinin əhəmiyyətli dərəcədə artması və miopatiya/rabdomioliz diaqnozu və ya
şübhəsi halında, HMQ-KoA- reduktaza inhibitorların istifadəsi dayandırılmalıdır.
Vorikonazol, zidovudin, karbamazepin, metadon, rifabutin, selekoksib, siklosporin, fenitoin
(venadaxili): flukonazolun və yuxarıda göstərilən dərmanların eyni vaxtda istifadəsi Cmax (fenitoin
üçün Cmın) və sonuncuların AUC-ni artırır; dərmanlar birlikdə istifadə edilə bilər, yuxarıda göstərilən
dərmanların dozasının qan plazmasında konsentrasiyaya görə düzəldilməsi şərtilə. Flukonazol
karbamazepinin metabolizminı zəiflədir və qan zərdabında karbamazepinin 30% artmasına səbəb
olur. Karbamazepindən toksiklik təzahürlərinin inkişaf riski var. Karbamazepinin konsentrasiya səviyyəsindən və dərmanın təsirindən asılı olaraq dozasına düzəliş tələb oluna bilər. Flukonazol və
rifabutinin eyni vaxtda istifadəsində üveitin əmələ gəlməsinin halları barədə məlumat verilmişdir.
Rifabutinin toksik təsirinin simptomları nəzərə alınmalıdır. Fenitoinin toksik təsirinin inkişaf
etməməsi üçün qan zərdabındaki fenitoin konsentrasiyasının monitorinqi aparılmalıdır.
Tofasitinib: tofasitinibin təsiri CYP3A4 orta dərəcədə və CYP2C19 güclü inhibə (məsələn,
flukonazol) ilə nəticələnən dərmanlarla eyni vaxtda tətbiq edildikdə artır. Buna görə tofasitinib
dozasını bu dərmanlarla kombinə edildiyi halda gündə bir dəfə 5 mq-a endirmək tövsiyə olunur.
Azitromisin: 18 sağlam könüllünün iştirak etdiyi açıq randomizə edilmiş üçtərəfli çarpaz tədqiqat,
azitromisin və flukonazolun bir-birlərinin farmakokinetikasına təsirini, eyni zamanda 1200 mq və
800 mq dozada peroral birdəfəlik istifadəsi ilə qiymətləndirdi. Aralarında heç bir əhəmiyyətli
farmakokinetik qarşılıqlı təsir aşkar edilmədi.
Alfentanil: alfentanilin 20 mkq/kq dozada və flukonazolun 400 mq dozada sağlam könüllülərdə eyni
vaxtda istifadəsi zamanı, ehtimal edilir ki, CYP3A4 inhibə səbəbindən AUC10 ikiqat artımı müşahidə
olunmuşdur. Alfentanilin dozasına düzəliş tələb oluna bilər.
Amitriptilin/nortriptilin: flukonazol amitriptilin/nortriptilinin təsirini artırır. Dərmanların eyni vaxtda
istifadəsində kombinə olunmuş terapiyanın əvvəlində və 1 həftədən sonra 5-nortriptilin və/və ya S-
amitriptilinin konsentrasiyasına nəzarət etmək və lazım olduqda dozalarını tənzimləmək tövsiyə
olunur.
Amfoterisin B: preklinik tədqiqatlar zamanı normal immunitetlə yoluxmuş heyvanlarda və azalmış
immunitetlə yoluxmuş heyvanlarda flukonazol və amfoterisinin eyni vaxtda istifadəsi aşağıdakı
nəticələrə gətirib çıxardı: C. albicans sistemli infeksiyasında kiçik bir additiv göbələk əleyhinə effekt,
Cryptococcus neoformans kəllədaxili infekasiyasında qarşılıqlı əlaqənin olmaması və A.fumigatus
sistemli infeksiyasında iki dərmanın antaqonizmi; bu nəticələrin klinik əhəmiyyəti məlum deyil.
Antikoagulyantlar: digər azol göbələk əleyhinə vasitələrin istifadəsində olduğu kimi, flukonazol və
varfarinin eyni vaxtda istifadəsi zamanı protrombin vaxtının uzanması ilə birlikdə qanaxma
(hematomalar, burun qanaxması, mədə-bağırsaq qanaxması, hematuriya və melena) inkişaf halları
bildirilmişdir. Flukonazol və varfarin eyni vaxtda istifadəsində protrombin vaxtının ikiqat artması
müşahidə olunmuşdur, ehtimal ki, bu varfarin metabolizminın CYP2C9 vasitəsilə inhibə edilməsi ilə
əlaqədardır. Dərmanların eyni vaxtda istifadəsində protrombin vaxtının diqqətlə monitoringi və lazım
olduqda – varfarin dozasının tənzimlənməsi tövsiyə olunur.
Qısa təsirli benzodiazepinlər (məsələn, midazolam, triazolam): flukonazolun midazolamın peroral
tətbiqindən sonra təyini midozolamın konsentrasiyasının əhəmiyyətli dərəcədə artmasına və
psixomotor təsirlərin artmasına səbəb oldu. Dərmanların eyni vaxtda istifadəsi zamanı xəstənin
vəziyyətinin monitoringi və benzodiazepinlərin dozasının azaldılması tövsiyə olunur.
Flukonazolun 200 mq dozada və midazolamın 7,5 mq dozada peroral şəkildə eyni vaxtda istifadəsi
AUC-nin artmasına və yarımxaricolma dövrünün müvafiq olaraq 3,7 və 2,2 dəfə artmasına səbəb
oldu. Flukonazolun gündə 200 mq və 0,25 mq dozada triazolamın peroral istifadəsi AUC və
triazolamın yarım xaricolma dövrün müvafiq olaraq 4,4 və 2,3 dəfə artmasına səbəb oldu. Flukonazol
və triazolamın eyni vaxtda istifadəsində triazolamın təsirlərinin güclənməsi və uzanması müşahidə
edilmişdir.
Vitamin A: transretinol turşu (A vitamininin turşulu forması) və flukonazoldan eyni vaxtda istifadə
edən xəstədə, flukonazolun ləğv edilməsindən sonra keçib gedən beyin psevdotumoru şəklində
mərkəzi sinir sistemindən (MSS) əlavə reaksiyaların əmələ gəlməsi barədə məlumat verilmişdir.
Dərman vasitələri mərkəzi sinir sisteminin əlavə təsirləri riskini nəzərə alaraq eyni vaxtda istifadə
edilə bilər.
Lozartan: flukonazol, lozartanın metabolizmasını aktiv metabolitinə (E-3174) qədər inhibə edir ki,
bu da lozartan tətbiq edildikdə angiotensin II reseptorlarına qarşı antaqonizmin böyük hissəsinə səbəb
olur. Xəstələrdə qan təzyiqinin monitorinqini aparmaq tövsiyə olunur.
Peroral kontraseptivlər: flukonazol və kombinə edilmiş peroral kontraseptivin çoxsaylı tətbiqi ilə
bağlı 2 farmakokinetik tədqiqat aparılmışdır. Flukonazolun 50 mq dozada istifadəsində hormonların
səviyyəsinə təsir yox idi, flukonazolun gündə 200 mq dozada istifadəsində etinilestradiolun AUC-da
40% və levonorgestrelin 24% artması müşahidə edildi. Bu, flukonazolun göstərilən dozalarda təkrar
istifadəsinin kombinə edilmiş peroral kontraseptivin effektivliyinə təsir göstərə bilməyəcəyini
göstərir.
Prednizon: prednizonun istifadəsi fonunda qaraciyər transplantasiyasından sonra xəstədə flukonazol
terapiyasının üç aylıq kursunun dayandırılmasından sonra meydana gələn kəskin böyrəküstü
vəzisinin qabıq təbəqəsinin çatışmazlığı inkişaf etdiyi bildirildi. Flukonazolun dayandırılması,ehtimal ki, prednizon metabolizmasının sürətlənməsinə səbəb olan CYP3A4 aktivliyinin artmasına
səbəb oldu. Flukonazol dayandırıldıqdan sonra böyrəküstü vəzisinin qabıq təbəqəsinin
çatışmazlığının inkişafının qarşısını almaq üçün xəstələrin vəziyyətinin monitorinqi tövsiyə olunur.
Sülfonil sidikcövhəri törəmələri: flukonazolun eyni vaxtda istifadəsində sağlam könüllülərdə peroral
sulfonil sidikcövhəri törəmələrinin (xlorpropamid, glibenklamid, glipizid və tolbutamid) yarım
xaricolma dövrü uzadıldı. Qlükoza səviyyəsinin monitorinqi və lazım olduqda flukonazolun dozasına
düzəliş tövsiyə olunur.
Teofillin: dərmanların qarşılıqlı təsiri üzrə tədqiqatında 200 mq flukonazolun 14 gün ərzində istifadəsi
qan plazmasında teofillinin orta klirensinin 18% azalmasına səbəb oldu. Teofillini yüksək dozalarda
istifadə edən və ya digər səbəblərdən teofillinin toksik təzahürlərinin yüksək inkişaf riski olanlara
teofillinin toksik təsirinin inkişaf əlamətlərini aşkar etmək üçün müşahidə etmək tövsiyə olunur.
Toksiklik əlamətlər əmələ gələrsə, dərman vasitəsinin qəbulu ləğv edilməlidir.
Fentanil: fentanil və flukonazolun qarşılıqlı təsiri səbəbindən fentanil intoksikasiyasının bir ölümcül
hadisəsi bildirilmişdir. Tədqiqatlar flukonazolun fentanilin xaric olunmasını əhəmiyyətli dərəcədə
ləngitdiyini göstərdi. Fentanil konsentrasiyasının artması tənəffüsün zəifləməsinə səbəb ola bilər.
Dərmanların eyni vaxtda istifadəsində xəstənin vəziyyətinin monitoringi və lazım olduqda fentanilin
dozasına düzəliş tövsiyə olunur.
Siklofosfamid: siklofosfamid və flukonazolun eyni vaxtda istifadəsi qan zərdabında bilirubin və
kreatinin səviyyəsinin artmasına səbəb olur. Qan zərdabında bilirubin və kreatinin konsentrasiyasının
artması riski nəzərə alınmaqla dərmanlar eyni zamanda istifadə edilə bilər.
Metadon: flukonazol qan zərdabındaki metadon konsentrasiyasını artıra bilər. Metadon və
flukonazolun eyni vaxtda istifadə etdikdə metadon dozasına düzəliş tələb oluna bilər.
Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP): flukonazol ilə eyni vaxtda istifadə edildikdə,
flurbiprofenin Cmax və AUC, yalnız flurbiprofenin istifadəsi ilə əlaqəli göstəricilərlə müqayisədə
müvafiq olaraq 23% və 81% artmışdır. Eynilə, flukonazolun rasemik ibuprofen (400 mq) ilə eyni
vaxtda istifadəsində Cmax və AUC farmakoloji cəhətdən aktiv izomer S(+)-ibuprofen, yalnız rasemik
ibuprofenin istifadəsi ilə bu cür hallarla müqayisədə müvafiq olaraq 15% və 82% artmışdır.
Xüsusi tədqiqatlar aparılmasa da, flukonazol potensial olaraq CYP2C9 (məsələn, naproksen,
lornoksikam, meloksikam, diklofenak) tərəfindən metabolizə olunan digər QSİƏP-ın sistem
ekspozisiyasını artıra bilər. QSİƏP ilə əlaqəli əlavə reaksiyaların və toksik təzahürlərin monitorinqi
tövsiyə olunur. QSİƏP dozasına düzəliş tələb oluna bilər.
İvakaftor: mukovissidoz transmembran keçiricilik tənzimləyicisinin gücləndiricisi olan ivakaftorla
yanaşı istifadə ivakaftor ekspozisiyasını 3 dəfə, hidroksimetilivakaftor (M1) isə 1,9 dəfə artırır.
Flukonazol və eritromisin kimi orta CYP3A inhibitorlarını eyni vaxtda istifadə edən xəstələr üçün
ivakaftor dozasının gündə bir dəfə 150 mq-a endirilməsi tövsiyə olunur.
Hamiləlik və ya laktasiya dövründə istifadəsi
Hamiləlik
Müşahidəli bir araşdırma, ilk trimesterdə flukonazol alan qadınlarda spontan abort riskinin artdığını
göstərdi. Üç və ya daha çox ay ərzində koksidioidomikoz zamanı flukonazolu yüksək dozalarda
(gündə 400-800 mq) qəbul edən anaların körpələrində çoxsaylı anadangəlmə anomaliyalar
(braxisefaliya, qulaq displaziyası, nəhəng ön əmgək, bud sümüyünün əyriliyi və mil-bazu sinostozu)
barədə məlumat verilmişdir. Flukonazolun istifadəsi ilə bu hallar arasındakı əlaqə müəyyən
edilməmişdir.
Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyi göstərdi.
Hamiləlik dövründə xüsusi ehtiyac olmadıqda flukonazolun adi dozaları və flukonazoldan qısa
müddətli müalicə kursları istifadə edilməməlidir.
Həyat üçün təhlükəli infeksiyaların müalicəsi istisna olmaqla, hamiləlik dövründə yüksək dozada
flukonazol və/və ya uzun müddətli flukonazol müalicəsi tətbiq edilməməlidir.
Laktasiya dövrü
Flukonazol ana südünə keçir və qan plazmasından daha az konsentrasiyaya çatır.
150 mq flukonazolu birdəfəlik qəbul etdikdən sonra ana südü ilə qidalanma davam etdirilə bilər.
Təkrar istifadədən sonra və ya yüksək dozada flukonazolu qəbul etdikdən sonra ana südü ilə
qidalanma tövsiyə edilmir.
Fertillik
Flukonazol dişi və erkək siçovulların fertilliyinə təsir göstərməmişdir.
Nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə edərkən reaksiya sürətinə təsiretmə
qabiliyyəti
Flukonazolun nəqliyyat vasitələrini idarə etmək və ya digər mexanizmlərlə işləmək qabiliyyətinə
təsiri ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Xəstələrə dərmanı istifadə edərkən başgicəllənmə və
ya qıcolma ehtimalı barədə məlumat verilməlidir. Belə simptomlar əmələ gəldikdə nəqliyyat
vasitələrini və ya digər mexanizmləri idarə etmək tövsiyə edilmir.
İstifadə qaydası və dozası
Doza göbələk infeksiyasının xarakteri və ağırlığından asılı olmalıdır. Dərmanın təkrar istifadəsi lazım
olarsa, göbələk infeksiyasının aktivliyinin klinik və laborator təzahürləri yox olana qədər
infeksiyaların müalicəsi davam etdirilməlidir. Müalicənin kifayət dərəcədə olmayan müddəti aktiv
yoluxucu prosesin yenidən başlamasına səbəb ola bilər.
Böyüklər
Kriptokokk meningiti: dərman vasitəsi ilk gün 400 mq dozada, sonrakı günlərdə 200-400 mq dozada
istifadə olunur. Həyati təhlükəli infeksiyalarda sutkalıq doza 800 mq-a qədər artırıla bilər. Müalicənin
davametmə müddəti 6-8 həftədir.
Yüksək riskli xəstələrdə kriptokokk meningitinin təkrarlanmasının qarşısını almaq üçün: dərman
gündə 200 mq dozada məhdudiyyətsiz müddət ərzində istifadə olunur.
Koksidioidoz: dərman gündə 200-400 mq dozada istifadə olunur. Bəzi infeksiya formalarının,
xüsusən də meningitin müalicəsi üçün sutkalıq doza 800 mq-a qədər artırıla bilər. Müalicənin
davametmə müddəti xəstənin vəziyyətindən asılı olaraq 11-24 ay və ya daha çox.
İnvaziv kandidozlar: dərman ilk gündə 800 mq dozada, sonrakı günlərdə 400 mq dozada istifadə
olunur. Müalicənin davametmə müddəti, adətən, qan kulturunun ilk mənfi nəticələrindən sonra və
kandidemiya əlamətlərinin ləğv olmasında 2 həftə təşkil edir.
Selikli qişaların kandidozu
Ağız-udlaq və qida borusunun kandidozu: dərman vasitəsi ilk gündə 200-400 mq, sonrakı günlərdə –
100-200 mq dozada istifadə olunur. Ağız-udlaq kandidozu halında müalicənin davametmə müddəti
7-21 gündür (remissiya əldə edilənə qədər), lakin ağır immune çatışmazlığı olan xəstələr üçün artırıla
bilər, qida borusunun kandidozu halında yükləyici doza ilk gündə 200-400 mq, dəstəkləyici doza 100-
200 mq/sut, müalicənin davametmə müddəti 14-30 gündür (remissiya əldə edilənə qədər), lakin ağır
immun defisitli xəstələr üçün artırıla bilər;
Yüksək inkişaf riski olan xəstələrdə ağız-udlaq və ya qida borusunun kandidozun qayıtmasının
qarşısını almaq üçün: zəif immuniteti olan xəstələr üçün dərman vasitəsi sutkada 100-200 mq dozada
və ya 200 mq dozada həftədə 3 dəfə məhdudiyyətsiz istifadə olunur;
Kandiduriya: dərman vasitəsi sutkada 200-400 mq dozada istifadə olunur. Müalicənin davametmə
müddəti 7-21 gündür, lakin ağır immun defisitli xəstələr üçün artırıla bilər
Dərinin və selikli qişaların xroniki kandidozu: dərman vasitəsi sutkada 50-100 mq dozada istifadə
olunur. Müalicənin davametmə müddəti 28 gündür, lakin infeksiyanın ağırlığından və növündən və
ya immunitetin azalmasından asılı olaraq artırıla bilər.
İİV-ə yoluxmuş xəstələrdə selikli qişanın kandidozunun qayıtmasının profilaktikası, hansılarda
qayıtma riski yüksəkdir
Ağız-udlaq kandidozu: gündə bir dəfə 100-200 mq və ya 200 mq həftədə 3 dəfə – xroniki
immunosupressiya ilə xəstələr üçün müddətsiz dövr;
Qida borusunun kandidozu: gündə bir dəfə 100-200 mq və ya 200 mq həftədə 3 dəfə – xroniki
immunosupressiya ilə xəstələr üçün müddətsiz dövr.
Genital kandidoz
Kəskin vaginal kandidoz, kandidoz balanit: dərman vasitəsi 150 mq dozada birdəfəlik istifadə olunur.
Qayıdan vaginal kandidoz (ildə 4 və ya daha çox hal) və onun profilaktikası: dərman vasitəsi 150 mq
dozada 1dəfə 3 gündən bir (1-ci gün, 4-cü gün və 7-ci gün) istifadə olunur. Bundan sonra, 6 ay ərzində
həftədə bir dəfə 150 mq dəstəkləyici dozada tətbiq edilir.
Dermatomikozlar
Pəncə mikozu, hamar dəri mikozu, qasıq dermatomikozu, dərinin kandidoz infeksiyaları: dərman
vasitəsi həftədə 1 dəfə 150 mq dozada və ya sutkada 1 dəfə 50 mq dozada istifadə olunur. Müalicənin
davametmə müddəti – 2-4 həftə, pəncə mikozu halında – 6 həftəyə qədər;
Əlvan dəmrov: dərman vasitəsi həftədə bir 1 dəfə 300-400 mq dozada istifadə olunur. Müalicənin
davametmə müddəti – 1-3 həftə;
Dermatofit onixomikoz: dərman vasitəsi həftədə 1 dəfə 150 mq dozada istifadə olunur. Müalicə
yoluxmuş dırnaq yerində sağlam dırnaq böyüyənə qədər davam etdirilməlidir. Əllərdə və ayaqların
baş barmaqlarında sağlam dırnaqların böyüməsi üçün adətən müvafiq olaraq 3-6 ay və 6-12 ay
lazımdır. Lakin, xəstələrdə dırnaqların böyümə sürəti fərqli ola bilər və yaşdan asılı ola bilər. Uzun
müddətli xroniki infeksiyaların uğurlu müalicəsindən sonra dırnağın forması bəzən dəyişir.
Uzun müddətli neytropeniya ilə xəstələrdə kandidoz infeksiyaların profilaktikası: dərman vasitəsi
200-400 mq dozada istifadə olunmalıdır. Müalicə gözlənilən neytropeniya yaranmasından bir neçə
gün əvvəl başlamalı və neytrofillərin sayının 1000/mm3
-dən çox artmasından sonra 7 gün ərzində
davam etdirilməlidir.
Yaşlı xəstələr
Dərman vasitəsinin dozası böyrəklərin vəziyyətindən asılı olaraq seçilməlidir.
Böyrək çatışmazlığı olan xəstələr
Birdəfəlik tətbiq zamanı dozaya düzəliş tələb olunmur. Böyrək funksiyasının pozulması olan xəstələr
(uşaqlar da daxil olmaqla) dərman vasitəsini təkrar istifadə edərkən müalicənin ilk günündə
göstərişlərdən asılı olaraq dərmanı 50-400 mq dozada istifadə etmək lazımdır. Bundan sonra
(göstərişlərdən asılı olaraq) sutkalıq doza kreatinin klirensindən asılı olaraq təyin olunur. Müntəzəm dializdə olan xəstələr hər dializdən sonra tövsiyə olunan dozanın 100%-ni almalıdırlar.
Dializ aparılmadığı gün xəstə kreatinin klirensindən asılı olaraq düzəldilmiş bir doza almalıdır.
Qaraciyər çatışmazlığı
Qaraciyər funksiyasının pozulması olan xəstələr haqqında məlumatlar məhduddur, buna görə də
qaraciyər funksiyası pozulmuş xəstələrə flukonazol ehtiyatla təyin olunmalıdır.
Uşaqlar
Uşaqlarda gündə 400 mq təşkil edən maksimal dozanı artırmaq olmaz. Böyüklərdə oxşar
infeksiyalarda olduğu kimi, müalicənin davametmə müddəti də klinik və mikoloji reaksiyadan
asılıdır.
Flukonazol birdəfəlik sutkalıq doza şəklində qəbul olunur.
Böyrək funksiyasının pozulması olan uşaqlar üçün dərmanın dozası aşağıda göstərilmişdir. Böyrək
çatışmazlığı olan uşaqlarda flukonazolun farmakokinetikası tədqiq olunmayıb.
Yeniyetmələr (12-17 yaş)
Çəkidən və pubertal inkişafdan asılı olaraq, dərmanı təyin edən həkim hansı dozanın (böyüklər və ya
uşaqlar üçün) ən uyğun olduğunu müəyyən etməlidir. Klinik məlumatlar uşaqlarda flukonazol
klirensinin böyüklərdən daha yüksək olduğunu göstərir. Müqayisə edilə bilən sistemli nəticələri əldə
etmək üçün böyüklər üçün 100, 200 və 400 mq dozalar uşaqlarda 3, 6 və 12 mq/kq dozalara uyğundur.
Uşaqlarda genital kandidozda istifadənin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Buna
baxmayaraq, genital kandidozun müalicəsi lazım olduqda, doza böyüklərin üçün doza ilə eyni
olmalıdır.
Vaxtında doğulmuş yenidoğulmuşlar (0-27-ci günə qədər):
Yenidoğulmuşun orqanizmi flukonazolu ləng xaric edir.Dərman vasitəsi daxilə qəbul edilir. Qida qəbulundan asılı olmayaraq tabletlər tam şəkildə
udulmalıdır.
Əlavə təsirləri
Ən çox (>1/10) aşağıdaki əlavə reaksiyalar barədə məlumat verilmişdir: baş ağrısı, qarın ağrısı, ishal,
ürəkbulanma, qusma, səpgi, alaninaminotransferaza (ALT), aspartataminotransferaza (AST) və
qələvi fosfatazanın səviyyələrinin artması.
Əlavə reaksiyaların başvermə tezliyini qiymətləndirmək üçün aşağıdakı təsnifat istifadə olunur: çox
tez-tez (1/10), tez-tez (1/100 və <1/10), bəzən (1/1000 və <1/100), nadir hallarda (1/10000 və
<1/1000) çox nadir hallarda (<1/10000), tezlik məlum deyil (mövcud məlumatlara əsasən
qiymətləndirmək mümkün deyil).
Uşaqlar
Uşaqların iştirakı ilə aparılan klinik tədqiqatlar zamanı əlavə reaksiyalarının tezliyi və xarakteri və
laborator analizlərinin nəticələrinin normadan kənar olması böyüklərdə qeyd edilənlər ilə
tutuşdurulmuşdur.
Doza həddinin aşılması
Flukonazolun doza həddinin aşılması nəticəsində hallüsinasiyaların və paranoidal davranışların
əmələ gəlməsi barədə məlumat verilmişdir.
Müalicə: simptomatik dəstəkləyici terapiya və lazım olduqda - mədənin yuyulması. Flukonazol,
əsasən, sidiklə xaric olur, buna görə sürətləndirilmiş diurez dərmanın xaric olunmasını sürətləndirə
bilər. 3 saatlıq hemodializ seansı qan plazmasında flukonazol səviyyəsini təxminən 50% azaldır.
Buraxılış forması
1 tablet blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°С-dən yüksək olmayan temperaturda, orijinal qutusunda, quru və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərtləri
Resept əsasında buraxılır.
İstehsalçı
Medipharco Pharmaceutical JSC, Vietnam.
08 Nguyen Truong to street-Phuoc Vinh ward-Hue city, Vietnam.
Qeydiyyat vəsiqəsinin sahibi
Ukrfarmexport LLC, Ukraine.
02225, Kyiv, Saburova 19, house 3, Ukraine.