Pharmed
FENKAROL 50MG N15 TB
FENKAROL
Beynəlxalq patentləşdirilməmiş adı: Quifenadine
FENKAROL Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq, 25 mq və ya 50 mq xifenadin hidroxlorid vardır.
Köməkçi maddələr:10 mq və 25 mq tabletlər: saxaroza, kartof nişastası, kalsium stearat.
50 mq tabletlər: saxaroza, kartof nişastası, modifikasiya olunmuş qarğıdalı
nişastası, kalsium stearat.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün digər antihistamin vasitələr.
ATC kodu: R06AX31.
Farmakoloji xüsusiyyətləri
Xifenadin hidroxlorid histaminin orqanizmin orqanlarına və orqanlar sisteminə təsirini zəiflədərək,
allergiya əleyhinə təsir göstərir. Bu qrupun digər klassik preparatlarından fərqli olaraq, xifenadin
hidroxlorid ikiqat təsir mexanizminə malikdir, o periferik toxumalarda H1-histamin reseptorlarını
blokada edir, eləcə də diaminoksidaza (histaminaza) fermentini aktivləşdirir, beləliklə toxumalarda
histaminin səviyyəsini azaldır. Bu, digər antihistamin vasitələrin effektiv olmadığı müalicədə
xifenadinin daha effektiv olduğunu izah edir.
Xifenadin hidroxlorid mədə-bağırsaq traktından tez sorulur və 30 dəqiqədən sonra orqanizmin
toxumalarında aşkar edilir. Qan plazmasında maksimal konsentrasiyaya 1 saatdan sonra çatır.
Qaraciyərdə metabolizmə uğrayır. Metabolitlər və dozanın dəyişilməmiş hissəsi, əsasən, sidik və
ödlə 48 saat ərzində xaric olunur.
İstifadəsinə göstərişlər
Pollinoz, kəskin və xroniki övrə, allergik rinit, allergik konyunktivit, angionevrotik ödem,
dermatozlar (ekzema, neyrodermit, dəri qaşınması və s.), dərman vasitələrinin və
ya qida məhsullarının qəbulu ilə əlaqədar allergik reaksiyalar.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləliyin ilk 3 ayında istifadəsi əks göstərişdir, eləcə də hamiləliyin qalan dövrlərində də istifadə
etmək məsləhət görülümr.
Laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək-qan damar sisteminin, mədə-bağırsaq traktının, qaraciyər və/və ya böyrəklərin ağır
xəstəlikləri zamanı ehtiyatla istifadə etmək lazımdır.
Tabletlərin tərkibində saxaroza vardır. Preparatı fruktozaya qarşı nadir irsi dözümsüzlüyü,
qlükoza/qalaktoza malabsorbsiyası və ya saxaraza/izomaltaza çatışmazlığı olan pasiyentlərdə
istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Xifenadin hidroxlorid alkoqolun və yuxugətirici vasitələrin mərkəzi sinir sisteminə zəiflədici
təsirini gücləndirmir.
Xifenadin zəif M-xolinoblokadaedici təsirə malikdir, lakin mədə-bağırsaq traktının motorikasının
zəiflədiyi zaman ləng sorulan preparatların (məsələn, dolayı təsir göstərən antikoaqulyantlarkumarinlər) mədə-bağırsaq sistemindən absorbsiyası güclənə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin ilk 3 ayı və laktasiya dövründə istifadəsi əks göstərişdir. Eləcə də hamiləliyin qalan
dövrlərində də istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Sürətli fiziki və ya psixi reaksiyalar tələb edən fəaliyyət növü ilə (nəqliyyat sürücüləri və s.) məşğul
olan şəxslərə preparatın sedativ təsirinin olub-olmamasını yoxlamaq üçün qısa müddətli qəbulunu
təyin etmək (qısamüddətli təyinat yolu ilə) lazımdır.
Sedativ təsir təzahür edən şəxslərə nəqliyyat vasitələrini və təhlükəli mexanizmləri idarə etmək
məsləhət görülmür.
FENKAROL İstifadə qaydası və dozası
Fenkarol yeməkdən dərhal sonra daxilə qəbul edilir.
Fenkarol 25 mq tabletlər və Fenkarol 50 mq tabletlər
Böyüklər:
25-50 mq gündə 2-4 dəfə. Maksimal sutkalıq doza 200 mq-dır.
Yeniyetmələr (12-18 yaş)
25 mq gündə 2-3 dəfə qəbul edilir.
Müalicə kursunun müddəti 10-20 gün təşkil edir. Ehtiyac olduqda, kurs təkrarlanır.
Fenkarol 10 mq tabletlər (uşaqlar üçün)
3 yaşa qədər uşaqlarda dərman vasitəsini, yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək
olar.
2-3 yaşlı uşaqlara 5 mq (½ tablet) gündə 2-3 dəfə təyin edilir.
3-7 yaş uşaqlarda 10 mq (1 tablet) gündə 2 dəfə.
7-12 yaş uşaqlarda 10-15 mq (1-1 ½ tablet) gündə 2-3 dəfə.
Yeniyetmələrə (12-18 yaş) 25 mq-lıq Fenkarol tabletlərini qəbul etmək məsləhət görüıür.
Məsləhət görülən sutkalıq dozanı 4 qəbula bölmək olar.
Müalicə kursunun müddəti 10-15 gün təşkil edir. Ehtiyac olduqda müalicə kursunu
təkrar etmək olar.
Fenkarol 2 yaşa qədər uşaqlarda istifadə üçün nəzərdə tutulmamışdır.
Preparatən qəbulu unudulduqda, bunu xatırlayan kimi tableti qəbul etmək lazımdır, lakin növbəti
qəbulun vaxtı yaxınlaşdığı zaman qəbul etmək olmaz. Heç vaxt ikiqat doza qəbul etmək olmaz.
Əlavə təsirləri
Digər dərman vasitələri kimi Fenkarol da əlavə təsirlərə səbəb ola bilər, lakin bunlar hər pasiyentdə
təzahür etmir.
Əlavə təsirlərin tezliyi:
çox tez-tez – 10 pasiyentdən 1 və ya daha çoxunda;
te-tez-10 pasiyentdə 1 nəfərdən az, 100 pasiyentdə 1 nəfərdən çox;
bəzən-100 pasiyentdə 1 nəfərdən az, 1000 pasiyentdə 1 nəfərdən çox;
nadir hallarda-1000 pasiyentdə 1 nəfərdən az, 10000 pasiyentdə 1 nəfərdən çox;
çox nadir hallarda-10000 pasiyentdə 1 nəfərdən az;
məlum deyil (əldə olan məlumatlara görə tezliyi müəyyən etmək mümkün deyil).
Tez-tez-ağızda quruluq.
Bəzən-başağrı, yuxululuq, dozanın azaldılması və ya preparatın ləğv edilməsi zamanı keçib gedən
həzm pozuntusu (ürəkbulanma, qusma).
Əlavə təsirlərin təzahürü, xüsusilə təlimatda qeyd edilməyən hallar zamanı həkimə müraciət etmək
vacibdir.
Doza həddinin aşılması
Doza həddinin aşılmasına şübhə olduqda, həkimə müracıət etmək lazımdır.
Yüksək dozalar selikli qişalarda quruluğa, başağrıya, qusmaya, qarın nahiyəsində ağrıya və
dispepsik təzahürə səbəb ola bilər.
Müalicəsi:
Orqanizmin əsas funksiyalarına simptomatik və dəstəkləyici terapiya təmin edilməlidir. Spesifik
antidotu yoxdur.
Buraxılış forması
Fenkarol 10 mq
10 tablet konturlu-yuvalı qablaşdırmada (blisterdə). 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton
qutuya qablaşdırılır.
Fenkarol 25 mq
10 tablet konturlu-yuvalı qablaşdırmada (blisterdə). 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Fenkarol 50 mq
15 tablet konturlu-yuvalı qablaşdırmada (blisterdə). 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton
qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.