PharmEd

Pharmed

FEMINITI N6 SAM

FEMINITY

 


Tərkibi

Təsiredici maddə: 1 şamın tərkibində 300 mq metronidazol, 100 mq mikonazol nitrat, 
 48,80 mq neomisin sulfat, 4,40 mq polimiksin B sulfat, 15 mq 
 asiya sentellası vardır.

Köməkçi maddələr: laktoza, vitepsol H.

 

Təsviri

Ağımtıl maddə ilə dolu agımtıl, oval formalı yumşaq vaginal kapsullardır.

 

Farmakoterapevtik qrupu

Kombinəedilmiş antibakterial, antiprotozoy və göbələkəleyhinə vaginal dərman vasitəsi.

ATC kodu: G01AF20.

 

Farmakoloji xüsusiyyətləri

FEMİNİTİ vaginal şamın tərkibində olan metronidazol antiprotozoy, mikonazol antifungal, polimiksin 
və neomisin antibakterial, sentella isə yerli regenerator təsir gosterir. Metronidazol 5-nitroimidazol 
qrupuna aid olub, Gardnerella vaginalis, Trichomonas vaginalis, Giardia intestinalis, anaerob 
grammüsbət və qrammənfi mikrofloraya qarşı aktivdir. Təsir mexanizmi mikroorganizmlərin DNT-də
nuklein turşularının sintezini inhibə etməsi ilə bağlıdır. Mikonazol isə dermatomisetlər və maya 
göbələklərinə qarşı effektiv olub, funqisid və funqistatik təsiri göbələk membranı erqosterollarının 
biosintezini pozması ilə əlaqədardır. Polimiksin polipeptid quruluşlu antibiotikdir, qrammənfi 
bakteriyalara – Esherichia coli, Shigella spp, Salmonella spp, Pseudomonas aeruginosa qarşı 
bakterisid təsir göstərir. Neomisin aminqlikozidlərin əksər qrammənfi və qrammüsbət bakteriyalara –
Esherichia coli, Shigella spp, Proteus spp, Staphylococcus aureus, Streptococcus pneumoniae, 
Mycobacterium tuberculosi-sə qarşı bakterisid aktivdir. Asiya sentellası – aktiv maddəsi olan 
aziatikozidlər hesabına selikli qişanın reepitelizasiyasını sürətləndirir, vaginal eroziv nahiyənin 
sağalmasını tezləşdirir, kollagen və fibroblast hüceyrələrinə regenerativ təsir edir, damar divarını 
möhkəmləndirir, lokal mikrosirkulyasiyanı yaxşılaşdırır.

 

İstifadəsinə göstərişlər 

Müxtəlif mənşəli (bakterial, göbələk, trixomonad) spesifik və qeyri-spesifik vulvovaginitlər. 
Trixomonad vaginiti.
Vulvovaginal, servikovaginal kandidoz.

 

Əks göstərişlər 

Bu dərman vasitəsinin hər hansı komponentinə və ya imidazol törəmələrinə qarşı yüksək həssaslıq. 
Hamiləliyin I trimestri. Laktasiya dövrü. Qan xəstəlikləri, epilepsiya və ya MSS-nin funksional 
xəstəlikləri zamanı əks göstərişdir.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri 

Bu dərman vasitəsinin istifadəsi cinsi yolla ötürülən xəstəliklərin yaranma riskini aradan qaldırmır. 
Şam əsasının tərkibində olan maddələr qoruyucular və ya vaginal kontraseptiv diafraqmalar kimi 
lateks məhsulları zəiflədə bilər: ona görə də müalicə müddətində onların istifadəsi tövsiyə olunmur. 
Müalicə zamanı və 48 saat sonra müddətində spirtli içkilər gəbul etmək olmaz. Trixomoniozu olan 
xəstələrin cinsi partnyorları da eyni zamanda müalicə almalıdır.
Ağır qaraciyər çatışmazlığı zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Lokal istifadə zamanı tərkib komponentləri cüzi sorulsa da aşağıda sadalanan hallar nəzərə alınmalıdır. 
Alkoqol: disulfiram istifadəsinə bənzər psixotik hallar. Peroral antikoaqulyantlar: antikoaqulyant 
təsirin yüksəlməsi. Fenobarbital: metronidazolun plazmada səviyyəsinin artması, Fenitoin: fenitoinin 
plazma səviyyəsinin yüksəlməsi və metronidazolun plazmada səviyyəsinin azalması mümkündür. 
Litium: litiumun plazma səviyyəsinin yüksəlməsi və toksikliyinin artması mümkündür.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Vaginal absorbsiya əhəmiyyətli dərəcədə olmasa da, hamiləliyin I trimestrində və laktasiya dövründə

bu dərman vasitəsinin istifadəsi əks göstərişdir. 

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Feminiti preparatı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək 
qabiliyyətinə təsir etmir.

 

İstifadə qaydası və dozası

6-10 gün müddətində hər axşam bir vaginal şam yatmazdan əvvəl uşaqlıq yoluna dərinə yeridilir. 
Müalicə müddəti həkim tərəfindən müəyyən edilir.
18 yaşdan aşağı uşaqlarda istifadə olunmamalıdır.

 

Əlavə təsirləri

Feminiti müalicəsi zamanı əlavə təsirlər müşayiət oluna bilər. Vaginal şamın tərkibində olan 
metronidazolun dozasından asılı olaraq aşağıdakı əlavə təsirlər müşahidə oluna bilər: tez-tez rast gələn 
(>1%): baş ağrısı, qaşınma, ürəkbulanma, dismenoreya, səpgi, süd vəzilərində ağrı hissi.
Nadir rast gələn (<1%): ümumi allergik reaksiyalar, uşaqlıq qanaxmaları.
Həzm pozğunluğu: anoreksiya, qəbizlik, qusma, dispepsiya, MSS-ə: depressiya, başgicəllənmə və
yuxusuzluq.
Tənəffüs sisteminə: astma, rinit. 
Dəriyə və dəri artımlarına: səpgi, tərləmə, övrə.
Sidik-cinsiyyət sisteminə: vaginal yanma, qaşınma və qıcıqlanma, sidiyəgetmənin pozulması, axıntı,
aybaşı qanının artması, böyrək infeksiyaları, tez-tez sidiyəgetmə.

 

Doza həddinin aşılması

Əgər doza həddindən çox qəbul olunarsa, ürəkbulanma və qusma, qarın ağrısı, diareya, qaşınma, ağız 
nahiyəsində metal dadı, başgicəllənmə, paresteziya, leykopeniya, sidiyin tündləşməsi kimi effektlərə
rast gəlinə bilər. Doza həddinin aşılması zamanı simptomatik müalicə və yardımçı tədbirlərdən istifadə
olunur.

 

Buraxılış forması

6 vaginal şam blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti

15-30°C temperaturda, quru, qaranlıq, rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq 
lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

Dr. Lazar y Cia. S.A.Q.e İ.
Av.Velez Sarsfield 5855.
Munro, Pcia de Buenos Aires, Argentina.