PharmEd

Pharmed

FASTUM 25MG 50GR GEL

FASTUM® GEL    2,5 % xaricə istifadə üçün gel FASTUM®

 

Beynəlxalq patentləşdirilməmiş adı: Ketoprofen

 

Tərkibi
Təsiredici maddə:  1 q gelin tərkibində 0,025 q (2,5 % ) ketoprofen vardır.
Köməkçi maddələr: karbomer, etanol, neroli aromatizatoru, lavandin aromatizatoru, trietanolamin,
təmizlənmiş su.

 

Təsviri
Qatı konsistensiyalı, rəngsiz və ya demək olar ki, şəffaf, ətirli geldir.

 

Farmakoterapevtik qrupu
Fastum® gelin tərkibinə ketoprofen adlanan dərman preparatı daxildir ki, bu da qeyri-steroid iltihabəleyhinə prerparatlar (QSİƏP) qrupuna aiddir.

 

Farmakoloji xüsusiyyətləri
Fastum® gel preparatı iltihabı və ağrı hissini azaldır.
ATC kodu: M02AA10.

 

İstifadəsinə göstərişlər
Fastum® gel preparatı revmatik və ya travmatik mənşəli əzələ, sümük və ya oynaq ağrıları
zamanı yerli müalicə üçün istifadə olunur: məsələn, zədələnmələrdə, bağların zədələnməsində, əzələlərin zədələn-məsində, boyun əzələlərinin rigidliyində, lümbaqo zamanı.

 

Əks göstərişlər
-    Pasiyentdə əvvəllər ketoprofenə, tiaprofen turşusuna, fenofibrata, UB-blokatorlara və ya parfumeriya məhsullarına qarşı allergiyanın yerli təzahürləri olduqda;
-    pasiyentdə əvvəllər fotosensibilizasiya reasksiyaları olduqda;
-    təsiredici maddə olan ketoprofenə və ya Fastum® gel preparatının tərkibində olan hər hansı komponentinə qarşı yüksək həssaslıq (bax: “Tərkibi”);
-    pasiyentdə tiaprofen turşusuna, asetilsalisil turşusuna, digər QSİƏP-ə və ya ağrının
yüngülləşdiril-məsi və ya iltihabın aradan qaldırılması üçün nəzərdə tutulan dərman preparatına qarşı yüksək həs-saslıq (allergiya). Allergiya simptomlarına fitverici tənəffüs (astma), burundan ifrazatlar (rinit) aiddir;
-    pasiyentdə fenofibrata (qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün istifadə olunan dərman preparatı) qarşı yüksək həssaslıq;
-    gel ilə müalicə müddətində və müalicə dayandırıldıqdan sonra 2 həftə ərzində preparat yeridilən dəri nahiyələri günəş şüalarının və ya solyarilərin UB-şüalarının təsirinə məruz qalmamalıdırlar;
-    zədələnmə əlamətləri, məsələn, ekzema, akne, infeksion proses və ya açıq yaralar, olan dəri nahiyələrində geli istifadə etmək olmaz;
-    hamiləliyin üçüncü trimestri (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).
Hər hansı dəri reaksiyaları, o cümlədən, preparatın tərkibində oktokrilen (oktokrilen -
şampunlar, taraşdan sonra istifadə olunan gellər, duş üçün gellər, dəri kremləri, dodaq boyaları, dərinin qocalmasını ləngidən kremlər, makiyajın təmizlənməsi üçün vasitələr, saç spreyləri kimi, qocalmanı ləngitmək xüsusiyyətlərinə malik, bir sıra kosmetik və gigiyenik məhsulların komponentidir) olan məhsullar ilə birlikdə istifadəsi ilə əlaqəli dəri reaksiyalarının inkişaf
etməsi, meydana çıxdıqda, Fastum® gel preparatının istifadəsini dərhal dayandırmaq lazımdır.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda Fastum® gel preparatının istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır:
-    ürək, qaraciyər və ya böyrək fəaliyyətinin zəifləməsi olduqda, Fastum® gel preparatının
istifadəsinə başlamazdan əvvəl həkimi məlumatlandırmaq lazımdır: böyrəklərin zədələnməsi ilə əlaqəli sistem reaksiyaların inkişaf etməsi barədə bəzi məlumatlar var;
-    dəri üzərində səpgilər əmələ gəldikdə Fastum® gel preparatının istifadəsini dayandırmaq lazımdır;
-    hər hansı dəri reaksiyaları, o cümlədən, preparatın tərkibində oktokrilen olan məhsullar ilə birlikdə istifadəsi ilə əlaqəli dəri reaksiyaları meydana çıxdıqda, Fastum® gel preparatının
istifadəsini dərhal dayandırmaq lazımdır;
-    iltihablaşmış, zədələnmiş və ya infeksiyalaşmış dəri üzərinə Fastum® gel preparatını çəkmək olmaz;
-    gözlərə, ağıza, buruna, anal və cinsi orqanlara yaxın nahiyələrə Fastum® gel preparatını çəkmək olmaz;
-    hava və su keçirməyən sarğılarla birlikdə istifadə etmək olmaz (yəni, preparatın istifadə
nahiyəsini bintlə sarımaq, örtmək, plastik sarğı materialından istifadə olunan sarğılar vasitəsi ilə bağlamaq olmaz).
Xroniki rinitlə, xroniki sinusitlə və/və ya burun polipləri ilə birlikdə astmadan əziyyət çəkən pasiyentlərdə, aspirinə və/və ya QSİƏP-a qarşı allergiyanın inkişaf etmə riski, digər insanlara nisbətən, daha yüksəkdir.
Zaman keçdikcə kontakt dermatit və fotosensibilizasiya reaksiyalarının inkişaf etmə riski ilə əlaqədar, tövsiyə olunan müalicə müddətini aşmaq olmaz.
Preparatın çox miqdarlarının istifadə olunması, hiperhəssaslıq və astma kimi sistem effektlərin meydana çıxmasına gətirib çıxara bilər.
Uşaqlar
Uşaqlarda ketoprofen gelin istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməyib.
Günəş şüalarından və solyarilərdən qorunma
Fastum® gel preparatı çəkilən dəri nahiyələrinə günəş şüalarının (hətta dağınıq işığın) və ya ultrabənövşəyi şüalanmanın təsiri nəticəsində, potensial ağır dərəcəli dəri reaksiyaları
(fotosensibilizasiya) inkişaf edə bilər. Bu səbəbdən aşağıdakı tədbirləri görmək lazımdır:
-    dərinin fotosensibilizasiyasının inkişaf etməsinin qarçısını almaq üçün, gel ilə müalicə
 müddətində və və müalicə dayandırıldıqdan sonra iki həftə ərzində preparat çəkilən dəri nahiyələrini geyim vasitəsi ilə örtmək lazımdır;
-    Fastum® gel preparatını istifadə etdikdən sonra, hər dəfə əlləri təmiz yumaq lazımdır.

    Müalicə müddətində və müalicə dayandırıldıqdan sonra 2 həftə ərzində preparat çəkilən dəri nahiyələri günəş şüalarının və ya solyarilərin UB-şüalarının təsirinə məruz qalmamalıdırlar.

 

Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Hal-hazırda və ya yaxın keçmişdə digər dərman preparatları, o cümlədən, daxilə qəbul edilən
antikoaqulyantlar (qanı durulaşdırmaq üçün dərman preparatıarı) istifadə edilmışdirsə, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Bu, həmçinin, aptekdən reseptsiz buraxılan
dərman preparatlarına aiddir. Göstərilən tələb onunla əlaqədardır ki, Fastum® gel digər dərman preparatlarının təsirini dəyişə bilər. Bundan başqa, bəzi digər dərman preparatları da Fastum® gelin təsirini dəyişə bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatdan istifadə etmək olmaz. Bu, uşağın sağlamlığına təsir göstərə bilər.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Fastum® gel preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

İstifadə qaydası və dozası
Göstərilən dərman preparatını hər zaman, içlik vərəqədə izah edilmiş göstərişlərə və ya həkimin və ya əczaçının göstərişlərinə müvafiq dəqiq qəbul etmək lazımdır. Hər hansı şübhə olduqda,
həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Tövsiyə olunan doza
5-10 sm uzunluğunda gel zolağını gündə 1-3 dəfə zədələnmiş nahiyəyə çəkmək lazımdır. Qapağı burub açmaq və qapağın əks tərəfində olan iti uc vasitəsi ilə alüminium mempranı yarmaq lazımdır.

Yaşı 12-dən aşağı olan uşaqlarda istifadə olunması
Uşaqlarda istifadə təcrübəsi məhdud olduğu üçün tövsiyə olunmur.
Fastum® gel preparatını necə və hansı nahiyələrə çəkmək olar
Fastum® gel preparatı yalnız xaricə istifadə etmək üçün nəzərdə tutulur.
Geli zədələnmiş nahiyənin üzərinə yüngül masaj hərəkətləri ilə yaymaq lazımdır. İstifadə etdikdən dərhal sonra əlləri yumaq lazımdır.
Dərman preparatının həddindən çox miqdarlarını istifadə etmək olmaz, geli nazik təbəqə ilə çəkmək lazımdır.
Fastum® gel preparatının istifadə müddəti
Fastum® gel preparatını yalnız qısa müalicə kursları ilə istifadə etmək olar.
Xəstəlik vaxtaşırı kəskinləşdikdə və ya xəstəliyin gedişində hər hansı dəyişikliklər müşahidə olunduqda, həkimə müraciət etmək lazımdır.
Fastum® gel preparatını ardıcıl 10 gündən artıq istifadə etmək olmaz.
Xəstəliyin simptomları 10 gün müddətində saxlanılarsa, həkimə müraciət etmək lazımdır.
Dəri reaksiyalarının (kontakt dermatit və fotosensibilizasiya) riski ilə əlaqədar olaraq, Fastum® gel preparatını tövsiyə olunan dövrdən artıq istifadə etmək olmaz.
Əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

 

Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu təsirlər hər pasiyentdə müşahidə olunmur.
Hər hansı dərman preparatlarının yerli istifadəsi zamanı olduğu kimi dəri üzərində allergik
reaksiyalar inkişaf edə bilər. Çox nadir hallarda, Fastum® gel preparatının çəkilmə nahiyəsinə günəş şüalarının təsiri nəticəsində şiddətli dəri reaksiyaları meydana çıxa bilər. Daha sonra
preparatın istifadə sahələrindən kənara çıxa bilən, yerli dəri reaksiyaları barədə məlumatlar var.
Nadir hallarda, yayılmaq qabiliyyətinə malik və ümumiləşdirilmiş xüsusiyyət əldə edə bilən bullyuoz və ya fliktenulyoz ekzema kimi, daha şiddətli reaksiyalar baş verə bilər.
İltihabəleyhinə dərman preparatlarının digər sistem effektləri (hiperhəssaslıq, mədə-bağırsaq
traktında və böyrəklərdə baş verən pozğunluqlar), təsiredici komponentin dəri vasitəsi nüfuzetmə qabiliyyətindən asılıdır və beləliklə, preparatın təsiri çəkilən gelin miqdarından, preparat çəkilən səthin sahəsindən, dəri örtüklərinin tamlığlndan, müalicənin davametmə müddətindən və okklyuzion sarğıların istifadəsindən asılıdır.
Aşağıda sadalanan əlavə təsirlərdən hər hansı meydana çıxdığı halda, Fastum® gel preparatının istifadəsini dayandırmaq və bu barədə həkimi məlumatlandırmaq lazımdır.
Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən 1-də müşahidə oluna bilər): eritema, qaşınma, ekzema, dəri üzərində yanğı hissi.
Nadir hallarda baş verən əlavə təsirlər (1000 pasiyentdən 1-də müşahidə oluna bilər): fotosensibilizasiya reaksiyası – bullyoz dermatit, övrə, fotosensibilizasiya reaksiyası.
Çox nadir hallarda baş verən əlavə təsirlər (1000 pasiyentdən 1-dən azında müşahidə oluna
bilər): kontakt dermatit, angionevrotik ödem, böyrək çatışmazlığının dərinləşməsi, peptik xora, mədə-bağırsaq qanaxması, diareya, anafilaktik reaksiyalar, yüksək həssaslıq reaksiyaları.
Yaşlı pasiyentlərdə qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı əlavə reaksiyalar daha çox meydana çıxa bilər.
Mövcud içlik vərəqədə izah edilən təlimatlara riayət etdikdə, əlavə təsirlərin baş vermə riski aşağı düşür.
Mümkün əlavə reaksiyalar barədə məlumatlar
Hər hansı əlavə təsirlər meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir.
Əlavə təsirlər barədə məlumat verdikdə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.

 

Doza həddinin aşılması
Fastum® gel preparatından xaricə (dəri üzərinə) istifadə etdikdə, qana çox az miqdar preparat keçir. Bu səbəbdən, doza həddinin aşılmasının hər hansı təzahürlərlə müşayiət olunmasının ehtimalı çox azdır.

 

Buraxılış forması
30 q, 50 q və ya 100 q gel, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda bütün ölçüdə tubalar olmaya bilər.

 

Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Heç bir dərman preparatını kanalizasiyaya və ya məişət tullantıları ilə birlikdə atmaq olmaz.
Lazım olmayan dərman preparatının utilizasiyası barədə məlumatı əczaçıdan almaq lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.
 

Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

 

Qeydiyyat vəsiqəsinin sahibi və istehsalçı
A. Menarini Menyufekçerinq Locistiks end Servizis S.r.l. Via Sette Santi, 3.
50131 Florensiya, İtaliya.

 

Səlahiyyətli nümayəndə

Berlin-Hemi AQ. Qliniker Veq 125.
12489 Berlin, Almaniya.