Pharmed
FARMATEKS 18,9MG N10 VAG SAM
FARMATEKS
Beynəlxalq patentləşdirilməmiş adı: Benzalconium chloride
FARMATEKS Tərkibi
Təsir edici maddə: 1 suppozitoriyanın tərkibində 37,8 mq banzalkonium xloridin 50%-
li sulu məhlulu (18,9 mq benzalkonium xloridə müvafiqdir) vardır.
Köməkçi maddələr: hidroksipropilsellüloza, bərk piy “Witepsol S 51”.
Farmakoterapektiv qrupu
Yerli istifadə üçün kontraseptiv vasitə.
ATC kodu: G02BB.
Farmakoloji xüsusiyətləri
Farmakodinamikası:
Benzalkonium xlorid eyni vaxtda həm spermisid və həm də antiseptik təsir göstərir.
Spermisid təsiri, təsiredici maddənin spermatozoidlərin membranına dağıdıcı təsiri ilə izah
olunur. Spermatozoidlərin məhv olması 2 mərhələdə gedir: əvvəl quyruq, daha sonra isə
başlıq parçalanır ki, bu da yumurta hüceyrənin zədələnmiş spermatozoidlə mayalanmasını
qeyri-mümkün edir. Effekt suppozitoriyanın uşaqlıq yoluna yeridilməsindən 5 dəqiqə sonra
yaranır.
Farmateks preparatının qəbulu hamiləliyin yaranma riskini azaldır, lakin hamiləliyi tam
ləğv etmir.
Uşaqlıq yolunun normal mikroflorasına təsir etmir (eləcə də Doderleyn çubuğuna).
Farmateks menstrual siklə, libidoya və fertilliyə təsir etmir.
İn vitro benzalkonium xlorid Neisseria gonorrhoeae, Chlamydia spp.,Trichomonas vaginalis,
Herpes simplex (tip2), Staphylococcus aureusa törədicilərinə münasibətdə aktivdir.
Mycoplasma spp. –yə təsir etmir və Gardnerella vaginalis, Candida albicans, Haemophilus
ducreyi, Treponema pallidum-a zəif təsir göstərir.
Farmakokinetikası:
Benzalkonium xloridin uşaqlıq yolunun selikli qişasindan absorbsiyası çox aşağıdır. Selikli
qişanın səthindən preparat adi su ilə yuyunma zamanı və normal fizioloji ifrazatlarla xaric
olur.
İstifadəsinə göstərişlər
Reproduktiv yaşda olan qadınlar üçün yerli kontrasepsiya, əsasən də:
-hormonal kontraseptivlərin yaxud uşaqlıqdaxili kontrasepsiyanın istifadəsinə əks göstərişlər
artdıqda;
-doğuşdan sonrakı dövrdə, laktasiya dövründə; hamiləliyin pozulmasından sonra;
-menopauzaya yaxın dövrdə;
-qeyri-müntəzəm cinsi əlaqələr zamanı;
-əlavə təyin olunmuş yerli kontrasepsiya məqsədilə vaginal diafraqma, servikal qapaq, yaxud digər uşaqlıqdaxili kontraseptivlərin, əsasən də QSİƏP-in (qeyri-steroid iltihabəleyhinə
preparatlar) uzunmüddətli qəbulu zamanı.
-əlavə təyin olunmuş kontrasepsiya məqsədilə peroral hormonal kontraseptivlərin qəbulunun gecikdirilməsi və ya ötürülməsi zamanı. Belə hallarda hər iki kontrasepsiya metodundan istifadə etmək məsləhət görülür (menstrual siklin qalan günlərinə qədər uzadılması).
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq,vaginit,uşaqlıq yolunun və uşaqlıq boynunun
selikli qişasının xoralanması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər Farmateks düzgün istifadə edilərsə hamiləlikdən qorunmaq üçün effektiv preparatdır.
Lakin qeyd etmək lazımdır ki,yerli spermisid kontrasepsiya metodu həmişə hormonal kontrasepsiya,uşaqlıqdaxili kontraseptivlər,diafraqma,servikal qapaq yaxud prezervativlə müqayisədə
daha az effektivdir.
Cinsi akta 2 saat qalmış və ondan 2 saat sonra cinsiyyət orqanlarını sabun ilə yumaq qadağandır,
belə ki sabun Farmateks preparatının təsiredici maddəsini dağıdır.
Xarici cinsiyyət orqanlarının yuyulması hər iki cinsi tərəfdaş üçün yalnız adi su ilə həyata keçirilməlidir. Uşaqlıq yolunun şırınqa ilə yuyulması cinsi aktdan 2 saat sonra olmalıdır.
Uşaqlıq yoluna yeridilmiş Farmateks preparatının kontraseptiv təsirini azaltmamaq üçün vanna
qəbul etmək,dənizdə,su hovuzlarında çimmək olmaz.
Vacib hallarda vaginal istifadə üçün preparatlarla müalicədə müalicə kursunun sonunadək
Farmateks preparatının istifadəsini müvəqqəti dayandırmaq lazımdır.
Bu kontrasepsiya metodu insanı immunçatışmazlığı virusu ilə yoluxmadan və cinsi yolla ötürülən infeksiyalardan qorumur.Bu xəstəliklərdən qorunmaq üçün baryer kontrasepsiya metodu-prezervativdən istifadə olunur.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
İntravaginal istifadə olunan istənilən vasitə preparatın spermisid təsirini azalda bilər. Təsiredici
maddə -benzalkonium xlorid sabunun təsiri ilə dağılır,ona görə də sabunun hətta az miqdarda
belə cinsiyyət orqanlarını yumaq üçün istifadəsi məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik:
Preparat kontraseptiv olduğundan hamiləlik vaxtı qəbul edilmir.
Hamiləliyin erkən vaxtlarında bu spermisidin təsadüfi qəbulu zamanı dölə hər hansı bir mənfi
təsir müşahidə edilməmişdir.
Laktasiya:
Ana südünə zəif nüfuz edir və mənfi nəticələr müşahidə olunmur.Preparat laktasiya dövründə
istifadə oluna bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə heç bir məlumat yoxdur.
FARMATEKS İstifadə qaydası və dozası
Vaginal istifadə üçündür.
Suppozitoriya cinsi akta 5 dəqiqə qalmış arxası üstə uzanmış vəziyyətdə uşaqlıq yoluna (dərinə)
yeridilir.Preparatın təsir müddəti 4 saatdır.Hər bir təkrar cinsi əlaqədən öncə mütləq yeni suppozitoriya yeridilməlidir.
Əlavə təsirləri
Allergik reaksiyalar, kontakt dermatit,uşaqlıq yolunun yaxud cinsi tərəfdaşın cinsi orqanının
qaşınma və yanma (göynəmə) hissi, ağrılı sidik ifrazı.
Bu təzahürlərin meydana çıxması zamanı Farmateks preparatının qəbulunu dayandırmaq
lazımdır.
Təlimatda göstərilən əlavə effektlərdən hər hansı biri dərinləşərsə, yaxud təlimatda göstərilməyən hər hansı əlavə effektlər meydana çıxarsa həkimə məlumat verin.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeydə alınmayıb.
Buraxılış forması
Vaginal suppozitoriyalar.
5 suppozitoriya, aşağısıxlıqlı polietilenlə örtülmüş stripdə.
1 və ya 2 strip içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.