PharmEd

pharmed

FARINGOSEPT 10MG N20 TB

FARİNQOSEPT 10 mq sıxılmış sorma tabletlər
FARINGOSEPT®


Beynəlxalq patentləşdirilməmiş adı: Ambazone monohydrate


Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq ambazon monohidrat vardır.
Köməkçi maddələr:şəkər, laktoza monohidrat, kakao, povidon K 30, stearin turşusu, vanilin.


Təsviri
Yastı silindrik formalı, tam kənarı bütov, səthi piqmentli qəhvəyi rəngli sıxılmış sorma
tabletlərdir.


Farmakoterapevtik qrupu
Orofaringeal nahiyədə istifadə üçün dərman vasitələri. Antiseptiklər.
ATC kodu: R02AA01.


Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Ambazon xüsusilə streptokoklara və pnevmokoklara, ağız boşluğunun və yuxarı tənəffüs
yollarının infeksiyalarının inkişafında xüsusilə əhəmiyyətli olan patogen mikroorqanizmlərə
qarşı təsirli olan aktiv antiseptikdir.
Ambazon orta dərəcədə stafilokokk əleyhinə təsirə malikdir. Bu dərman vasitəsi həzm
sistemində disbakterioza səbəb olmur.


Farmakokinetikası
Farinqosept 10 mq-lıq sorma tabletlərinin farmakokinetikası haqqında məlumat yoxdur.
Klinikayaqədərki təhlükəsizlik məlumatları
Birdəfəlik doza qəbulu zamanı toksikliyə dair qeyri-klinik tədqiqatlar göstərmişdir ki,
ambazonun birdəfəlik peroral yolla qəbulundan sonra DL50 1000 mq/kq təşkil etmişdir.
Qeyri-klinik tədqiqatlar ambazonun sitotoksik, mutagen və klastogen potensialının olmadığını
göstərmişdir.


İstifadəsinə göstərişlər
Ağız boşluğunun və udlağın kəskin infeksion xəstəliklərinin (faringit, gingivit, angina),
tonzilektomiyadan sonra böyüklərdə, yeniyetmələrdə və 14 yaşdan böyük uşaqlarda yanaşı
müalicə üçün.


Əks göstərişlər
- Ambazon və hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq.
- 3 yaşınadək uşaqlarda istifadəsi.
- Qalaktozaya qarşı dözümsüzlük, Lapp-laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza
malabsorbsiyası olan pasiyentlərdə istifadəsi.


Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Təhlükəsizlik haqqında məlumat kifayət qədər olmadığından, Farinqosept 10 mq-lıq sorma
tabletlərinin 14 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur.
Fruktozaya qarşı irsi dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiya sindromu, saxaraza-izomaltaza çatışmazlığı olan pasiyentlər Farinqosept 10 mq-lıq sorma tabletlərinin tərkibində şəkər
olduğu üçün istifadə etməməlidirlər.
Farinqosept 10 mq-lıq sorma tabletlərinin tərkibində laktoza olduğu üçün, qalaktozaya qarşı
dözümsüzlük, Lapp-laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan
pasiyentlər bu preparatı qəbul etməməlidirlər.
Tərkibində şəkər olduğu üçün şəkərli diabet xəstələrinin bu dərman vasitəsini istifadə etməməsi
tövsiyə olunur. Şəkərin enerji dəyəri laktoza ilə eynidir: 3,94 kkal/qram (16,5 KJ/qram).


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farinqosept 10 mq-lıq sorma tabletlərinin digər dərman vasitələri ilə qarşılıqlı təsiri
bildirilməmişdir.


Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamiləlik və ana südü ilə qidalandırma zamanı ambazonun istifadəsi ilə bağlı nəzarət edilən
klinik tədqiqatlar mövcud deyil. Bununla belə, hamiləlik dövründə ambazonun istifadə olunduğu
pasiyentlərdə heç bir arzuolunmaz reaksiya və ya dölə zərərli təsirlər bildirilməmişdir.
Farinqosept 10 mq-lıq sorma tabletləri hamiləlik dövründə yalnız terapevtik fayda döl üçün
potensial riskdən daha yüksək olduqda təyin edilir.


Laktasiya dövrü
Ambazonun ana südü ilə xaric olub-olmaması məlum olmadığından, ana südü ilə qidalanma
zamanı istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Yenidoğulmuşlar/körpələr üçün riski
istisna etmək mümkün deyil. Ana südü ilə qidalanmanın dayandırılması və ya Farinqosept 10
mq-lıq sorma tabletləri ilə müalicənin dayandırılması barədə qərar, laktasiyanın və ana üçün
müalicənin faydasını nəzərə almaqla qəbul edilməlidir.


Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Farinqosept 10 mq sorma tabletləri nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri
idarəetmə qabiliyyətinə təsir göstərmir.


İstifadə qaydası və dozası
Böyüklər
Farinqosept 10 mq-lıq sorma tabletlərin tövsiyə olunan dozası 3-4 gün müddətində gündə 3-5
tabletdir ( 30-50 mq ambazon).
Uşaqlar və yeniyetmələr
14-18 yaşlı yeniyetmələr tövsiyə olunan doza 3-4 gün müddətində gündə 3 dəfə 1 ədəd
Farinqosept 10 mq-lıq sorma tabletidir (30 mq).
Dozanın artırılması terapevtik effekti artırmır.


Qəbul qaydası
Farinqosept sorma tabletləri udulmamalıdır, yalnız ağız boşluğunda yavaş-yavaş tam sorulana
qədər saxlanmalıdır. Farinqosept 10 mq-lıq sorma tabletləri yeməkdən sonra ( 15-30 dəq) qəbul
olunur; qida, su və preparatın qəbulu arasında 2-3 saat interval saxlanmalıdır.


Əlavə təsirləri
İmmun sistemi pozğunluqları
Postmarketinq təcrübəsindən angioödem, övrə, qaşınma, üz nahiyəsinin qızarması və yayılmış
səpgilər daxil olmaqla yüksək həssaslıq reaksiyaları bildirilmişdir.
Mədə-bağırsaq pozğunluqları
Postmarketinq təcrübəsində ambazon qəbul edən bir pasiyentdə tüpürcəyin rənglənməsi halı
bildirilmişdir.


Şübhəli əlavə təsirlər haqqında məlumat
Dərman preparatının qeydiyyatından sonra şübhəli əlavə təsirlər haqqında məlumat mühümdür.
Pasiyentdə dərman vasitəsinə ciddi əlavə təsirin aşkar olunması və ya bu bölmədə təsvir
olunmamış yeni əlavə təsirin yaranması zaman Milli Farmakoloji Nəzarət sistemi ilə müvafiq
olaraq xəbər verməyinizi xahiş edirik.
Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət şöbəsi AZ1065, Azərbaycan Respublikası; Bakı
şəh., C.Cabbarlı küç., 34.
Faks: (+99412) 596-07-16
Tel.: (+99412) 596-05-20 \ daxili 169
Qaynar xətt (+99412) 596-07-12
Mob.Tel.: (+99450) 246-93-84
Elektron poçt : pv@pharma.az


Doza həddinin aşılması
Faringosept 10 mq-lıq sorma tabletlərinin doza həddinin aşılması halı bildirilməmişdir.
Çox yüksək dozada Faringosept 10 mq-lıq sorma tabletləri qəbul edildikdə, qusma və (və ya)
mədə yuyulması tövsiyə olunur.
Ambazon üçün heç bir antidot yoxdur.


Buraxılış forması
10 tablet Al/PVX-PE-PVDX şəffaf, rəngsiz və ya şəffaf qəhvəyi blisterdə. 1 və ya 2 blister içlik
vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, original qablaşdırmada saxlayın.


Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.


İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
S.C. Terapia S.A.
Str. Fabricii nr.124, Cluj-Napoca, Romania.