PharmEd

Pharmed

ESPUMIZAN-L 40MG 30ML EMULSIYA

TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
 
 “___”__________ 2019-cu il
 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Göstərilən dərman preparatının istifadəsinə başlmazdan əvvəl içlik vərəqəni sona qədər oxumaq 
lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib.
Bu preparatı bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının 
təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. 
Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. 
Əlavə məlumat və ya məsləhət tələb olunduqda, əczaçı ilə məsləhətləşmək lazımdır. 
Hər hansı əlavə təsir meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, 
istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə də aiddir. 
“Əlavə təsirlər” bölməsinə bax. 
Pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya daha da pisləşdikdə, həkimə müraciət etmək 
lazımdır. 
ESPUMİZAN® L 40 mq/ml daxilə qəbul edilən emulsiya 
ESPUMISAN® Lİstifadəsinə göstərişlər
Espumizan® L preparatı aşağıdakı hallarda istifadə olunur: 
- qazların əmələ gəlməsinin yüksəlməsi nəticəsində, məsələn, qarın köpü (meteorizm), qarın 
nahiyəsində həddindən artıq dolğunluq hissi və həmçinin, yenidoğulmuşlarda müşahidə olunan 
sancılar (üçaylıq sancılar) kimi, mədə-bağırsaq traktında baş verən funksional pozğunluqlar 
zamanı simptomatik müalicə üçün; 
- qarın boşluğu orqanlarının müayinələrinin aparılmasına hazırlıq məqsədi ilə, məsələn, 
rentgenoqrafiya, USM (ultrasəs müayinəsi) və qastroskopiya zamanı; 
- yuyucu vasitələrlə (səthi-aktiv maddələrlə) zəhərlənmələr zamanı köpüksöndürücü vasitə 
şəklində. 
Pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya daha da pisləşdikdə, həkimə müraciət etmək 
lazımdır. 
Əks göstərişlər
Espumizan® L preparatını aşağıdakı hallarda istifadə etmək olmaz:
- simetikona və ya göstərilən dərman preparatının tərkibində olan hər hansı digər komponentlərə 
(“Tərkibi” bölməsində qeyd olunan) qarşı allergiya müşahidə olunduqda. 
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Espumizan® L preparatının istifadəsinə başlamazdan əvvəl, məsləhət almaq üçün həkimə və ya 
əczaçıya müraciət etmək lazımdır. 
Mədə-bağırsaq traktında baş verən pozğunluqlara dair şikayətlər az müddət əvvəl başladıqda 
və/və ya xroniki olduğu halda, şikayətlərin səbəbini və həmçinin müalicə tələb edən mümkün 
xəstəlikləri aşkar etmək məqsədi ilə, həkimə müraciət etmək lazımdır. 
Espumizan® L preparatının tərkibində sorbit vardır. Pasiyentdə bəzi şəkər növlərinə qarşı 
dözümsüzlüyün mövcudluğu müəyyən edildiyi halda, bu dərman preparatının istifadəsinə 
başalamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır. 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə heç bir məlumat yoxdur. 
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Espumizan® L preparatının istifadəsi üçün heç bir məhdudiyyət 
yoxdur. 
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsiri
Xüsusi ehtiyat tədbirlərinin aparılması tələb olunmur. 
İstifadə qaydası və dozası
Bu preparatı bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının 
təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. 
Hər hansı şübhə yaranarsa, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. 
Dozalanması 
Tövsiyə olunan doza 
Qazların əmələ gəlməsinin yüksəlməsi nəticəsində mədə-bağırsaq traktında baş verən funksional 
pozğunluqlar zamanı simptomatik müalicənin aparılması məqsədi ilə istifadə olunur. 
Qarın köpü (meteorizm), qarın nahiyəsində həddindən artıq dolğunluq hissi və həmçinin, 
yenidoğulmuşlarda müşahidə olunan sancılar (üçaylıq sancılar) 
Yaş Dozalanması damcılarla (ml) İstifadə tezliyi
Beynəlxalq patentləşdirilməmiş adı: Simeticone
Tərkibi
Təsiredici maddə: 25 damcı (1 ml) emulsiyanın tərkibində 40 mq simetikon vardır. 
Köməkçi maddələr:makroqol stearat, qliserin monostearat, karbomerlər, banan aromatizatoru,
 kalium asesulfam, sorbit məhlulu, natrium xlorid, natrium sitrat, natrium 
 hidroksid, sorbin turşusu, təmiz su. 
Təsviri
Aşağı özlülüyə malik ağ-süd rəngli emulsiyadır.
ATC kodu: A03AX13.
Farmakoloji xüsusiyyətləri
Espumizan® L preparatının tərkibinə daxil olan təsiredici maddə – simetikon – mədə-bağırsaq 
traktında baş verən pozğunluqlar zamanı müalicə vasitəsi kimi istifadə olunan preparatdır; 
köpüksöndürücü təsirə malikdir və diaqnostik tədqiqatlar zamanı köməkçi vasitə şəklində 
istifadə olunur. 
Preparatı bütün yaş qruplarında istifadə etmək olar. 
Preparatın təsiredici maddəsi – simetikon – mədə-bağırsaq traktının qida kütlələrində və selikdə 
qaz qovuqcuqlarını parçalayır. Azad olan qazlar bağırsaq divarları tərəfindən udula bilər və ya 
bağırsağın hərəki aktivliyi hesabına orqanizmdən xaric oluna bilər.

İstifadəsinə göstərişlər
Espumizan® L preparatı aşağıdakı hallarda istifadə olunur: 
- qazların əmələ gəlməsinin yüksəlməsi nəticəsində, məsələn, qarın köpü (meteorizm), qarın 
nahiyəsində həddindən artıq dolğunluq hissi və həmçinin, yenidoğulmuşlarda müşahidə olunan 
sancılar (üçaylıq sancılar) kimi, mədə-bağırsaq traktında baş verən funksional pozğunluqlar 
zamanı simptomatik müalicə üçün; 
- qarın boşluğu orqanlarının müayinələrinin aparılmasına hazırlıq məqsədi ilə, məsələn, 
rentgenoqrafiya, USM (ultrasəs müayinəsi) və qastroskopiya zamanı; 
- yuyucu vasitələrlə (səthi-aktiv maddələrlə) zəhərlənmələr zamanı köpüksöndürücü vasitə 
şəklində. 
Pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya daha da pisləşdikdə, həkimə müraciət etmək 
lazımdır. 
Əks göstərişlər
Espumizan® L preparatını aşağıdakı hallarda istifadə etmək olmaz:
- simetikona və ya göstərilən dərman preparatının tərkibində olan hər hansı digər komponentlərə 
(“Tərkibi” bölməsində qeyd olunan) qarşı allergiya müşahidə olunduqda. 
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Espumizan® L preparatının istifadəsinə başlamazdan əvvəl, məsləhət almaq üçün həkimə və ya 
əczaçıya müraciət etmək lazımdır. 
Mədə-bağırsaq traktında baş verən pozğunluqlara dair şikayətlər az müddət əvvəl başladıqda 
və/və ya xroniki olduğu halda, şikayətlərin səbəbini və həmçinin müalicə tələb edən mümkün 
xəstəlikləri aşkar etmək məqsədi ilə, həkimə müraciət etmək lazımdır. 
Espumizan® L preparatının tərkibində sorbit vardır. Pasiyentdə bəzi şəkər növlərinə qarşı 
dözümsüzlüyün mövcudluğu müəyyən edildiyi halda, bu dərman preparatının istifadəsinə 
başalamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır. 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə heç bir məlumat yoxdur. 
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Espumizan® L preparatının istifadəsi üçün heç bir məhdudiyyət 
yoxdur. 
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsiri
Xüsusi ehtiyat tədbirlərinin aparılması tələb olunmur. 
İstifadə qaydası və dozası
Bu preparatı bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının 
təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. 
Hər hansı şübhə yaranarsa, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. 
Dozalanması 
Tövsiyə olunan doza 
Qazların əmələ gəlməsinin yüksəlməsi nəticəsində mədə-bağırsaq traktında baş verən funksional 
pozğunluqlar zamanı simptomatik müalicənin aparılması məqsədi ilə istifadə olunur. 
Qarın köpü (meteorizm), qarın nahiyəsində həddindən artıq dolğunluq hissi və həmçinin, 
yenidoğulmuşlarda müşahidə olunan sancılar (üçaylıq sancılar) 
Əlavə təsirləri
Bu günə qədər Espumizan® L preparatının istifadəsi ilə əlaqəli əlavə təsirlər müşahidə olunmamışdır.
Əlavə təsirlər barədə məlumatların verilməsi
Hər hansı əlavə təsir meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, 
istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. 
Preparatın əlavə təsirləri barədə məlumat verməklə, göstərilən dərman preparatının təhlükəsizliyi 
barədə daha çox məlumat toplamaq mümkündür. 
Doza həddinin aşılması
Espumizan® L preparatının istifadəsi nəticəsində zəhərlənmə halları məlum deyil. 
Espumizan® L preparatının təsiredici maddəsi – simetikon – mədə-bağırsaq sistemində köpüyü 
müstəsna olaraq fiziki yolla parçalayır. Bioloji və kimyəvi baxımdan, simetikon tamamilə qeyri-
aktiv maddədir. Bu səbəbdən, preparatın istifadəsi nəticəsində zəhərlənmə ehtimalı demək olar 
ki, istisna olunur. Espumizan® L preparatından hətta çox miqdarda istifadə etdikdə belə, preparat 
problemsiz qəbul olunur. 
Buraxılış forması
30 ml emulsiya, şüşə flakonda. 1 və ya 3 flakon içlik vərəqə ilə birlikdə karton qutuya 
qablaşdırılır.
50 ml emulsiya, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Bazarda bütün ölçülərdə qablaşdırmalar olmaya bilər. 
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Heç bir dərman preparatını çirkab sularına və ya məişət tullantılarının içərisinə atmaq olmaz. 
Lazım olmayan dərman preparatının qalıqlarının utilizasiyası barədə əczaçı ilə məsləhətləşmək 
lazımdır. Bu tədbirlərin aparılması, ətraf mühitin qorunmasına kömək edir.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Qablaşdırma açıldıqdan sonra, preparatın stabilliyinə dair qeyd: qablaşdırma ilk dəfə açıldıqdan 
sonra, Espumizan® L preparatı 6 ay müddətində stabildir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Berlin-Hemi AG. 
(Menarini Qrup). 
Qliniker Veq 125. 
12489 Berlin. 
Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Berlin-Hemi AG. 
(Menarini Qrup).
Qliniker Veq 125. 
12489 Berlin. 
Almaniya.