Pharmed
ERIBENZ 30/50MG 20GR GEL
ERIBENZ İstifadə Təlimatı
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“____”___________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ERİBENZ xaricə istifadə üçün gel
ERYBENZ®
Beynəlxalq patentləşdirilməmiş adı: Benzoyl Peroxide Erythromycin
Tərkibi:
Təsiredici maddə: benzil peroksid tubu: 1 q gelin tərkibində 142,8 mq benzoil peroksid;
eritromisin tubu: 1 q gelin tərkibində 60 mq eritromisin vardır.
Köməkçi maddələr: benzil peroksid tubu: etanol (96 %), hiproloza, limon yağı, metil salisilat, butilhidroksianizol, natrium hidroksid və yaxud limon turşusu, təmizlənmiş su; eritromisin tubu: hiproloza, butilhidroksianisol, etanol 96%.
Təsviri:
Ağdan bej rəngə qədər yumşaq geldir.
Farmakoterapevtik qrupu:
Sizanaqələyhinə preparat
ATC kodu: D10AF52
İstifadəsinə göstərişlər:
Eribenz gelin tərkibində 5 % Benzoil peroksid və 3% Eritromisin vardır.
Eribenz sizanaqların müalicəsində istifadə olunan preparatdır.
Əks göstərişlər:
Əgər sizdə benzoil peroksidə, eritromisinə yaxud preparatın tərkibindəki hər hansı bir inqredientə qarşı hiperhəssaslığınız varsa, bu halda Eribenzi istifadə etməyin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Eritromisinlə əlaqəli psevdomembranoz kolit haqda məlumat verilmişdir.
Eribenz yalnız yerli istifadə olunmalıdır. Preparatın gözə, buruna, ağız boşluğuna və digər selikli qişaların üzərinə düşməsinə imkan verilməməlidir.
Sarışın və dərisi qabıqlanan insanlar müalicənin əvvəlində sutkada bir dəfə, axşam istifadə etməlidirlər.
Eribenz saçları və boyanmış saçları rəngsizləşdirə bilər.
Antibiotiklərlə birlikdə istifadəsi dözümlülük yarada bilər. Həkimlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Digər sizanaq əleyhinə preparatlarla birlikdə istifadədə qıcıqlanma reaksiyalarına ehtiyatla yanaşın.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Təhlükəsizliyi müəyyən olunmamışdır. Yalnız həkim göstərişi ilə istifadə olunur.
Pediatriyada istifadəsi:
Uşaqlarda istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini idarəetməyə təsiri:
Eribenzin heç bir təsiri yoxdur.
İstifadə qaydası və dozası:
İstifadədən əvvəl hər iki tubiki xüsusi qabda qarışdırın. Qaşıqla homogen gel alınana kimi qarışdırın. Qarışıq istifadəyə hazırdır.
Xəbərdarlıq: Tubiklər ayrı-ayrılıqda istifadə edilməməlidir.
Qarışdırıldıqdan sonra 2 ay müddətində istifadə oluna bilər.
Gel səhər və axşam zədələnmiş sahəyə tətbiq olunur. Dəri əvvəl yuyulur və qurudulur. Gel nazik qatla sürtülür və massaj edilir. Əllər yuyulmalıdır.
Əgər dozanın istifadəsini unutmusunuzsa:
Xatırlayan kimi sürtün. İkiqat doza istifadə etməyin. Həkimlə məsləhətləşmədən dayandırmayın.
Əlavə təsirləri:
Dəridə quruluq, övrə, sifət ödemi, eritema, kontakt dermatit, işığa həssaslıq, yağlanma, yanğı, qaşınma, iltihab. Əgər əlavə təsirlər varsa, həkimə müraciət edin.
Doza həddinin aşılması:
Yerli istifadə olunduğu üçün qeydə alınmayıb.
Buraxılış forması:
20 q gel tubda. 2 tub, plastik şpatel və qab, içlik vərəqə ilə karton qutuda.
Saxlanma şəraiti:
25ºC-dən aşağı temperaturda və uşaqların əli çatmadığı yerdə saxlayın.
Qarışdırıldıqdan sonra 2-8ºC temperaturda 2 ay.
Yararlılıq müddəti:
3 il. Bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti:
Resept əsasında.
İstehsalçı:
Help SA. Pedini İoanninon, İoannina, 45501, Yunanıstan.
Dərman vasitəsinin lisenziya sahibi:
Verisfield (UK) LTD, Birləşmiş Krallıq. 8 Vyronos str. & Gytheiou, 15231, Athens, Yunanıstan.