PharmEd

Pharmed

ERBINOL 1% 20ML SPREY (WORLD MEDISIN)

ERBİNOL 

Beynəlxalq patentləşdirilməmiş adı: Terbinafine

 

ERBİNOL Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10,08 mq terbinafin hidroxlorid vardır . Köməkçi maddələr: propilenqlikol, makroqol 300, etanol 96%, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu

Xaricə istifadə üçün göbələkəleyhinə preparat.

ATC kodu: D01AE15.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:Terbinafin allilamin qrupuna aid göbələkəleyhinə preparatdır, göbələkəleyhinə geniş təsir spektrinə malikdir. Təsir mexanizmi göbələklərin hüceyrə membranında sterinlərin biosintezinin erkən mərhə-ləsinin spesifik zəiflədilməsi ilə əlaqədardır. Bu erqosterinin çatışmazlığına və skvalenin hüceyrə daxilində toplanmasına gətirib çxarır ki, bu da göbələk hüceyrələrinin məhv olmasına səbəb olur. Terbinafinin təsiri göbələklərin hüceyrə membranlarında skvalenepoksidazanın inhibə edilməsi yolu ilə həyata keçirilir. Bu ferment P450 sitoxrom sisteminə aid edilmir, bu səbəbə görə Erbinol hormonların və ya digər dərman vasitələrinin metabolizminə təsir etmir. Terbinafin dermatofitlərə, maya göbələyinə bənzər göbələklərə və kif göbələklərinə, bəzi dimorf göbələklərə qarşı təsir göstərir. Kiçik konsentrasiyalarda dermatofitlərə (Trychophyton rubrum, Trychophyton mentagrophytes, Trychophyton verrucosum, Trychophyton violaceum, Trychophyton tonsurans, Microsporum canis, Epidermophyton floccosum), kif göbələklərinə (o cümlədən Aspergillus, Cladosporium Scopulariopsis brevicaulis) qarşı funqisid fəallığa malikdir. Candida cinsindən olan kif göbələklərinə təsiri (əsas etibarilə Candida albicans ) göbələk növündən asılı olaraq, funqisid və ya funqistatik ola bilər. Yerli istifadə zamanı terbinafin həm də Pityrosporum orbiculare (Malassezia furfur) –kəmərvari (əlvan) dəmrov törədicisinə qarşı aktivdir.

Farmakokinetikası: Xaricə istifadə zamanı preparat dərinin dermal qatından sürətlə keçir və buynuz qatda, dırnaq və saçlarda toplanır, absorbsiyası 5%-dən azdır, əhəmiyyətsiz dərəcədə sistem təsir göstərir. Xaricə istifadə zamanı dərman vasitəsinin ana südünə keçməsi ehtimalının potensial mümkünlüyü istisna olunmur.

 

İstifadəsinə göstərişlər

- Dərinin göbələk infeksiyaları: Trychophyton spp., o cümlədən Trychophyton rubrum, Trychophyton mentagrophytes, Trychophyton verrucosum, Trychophyton violaceum, Microsporum canis və Epidermophyton floccosum dermatofitlərinin törətdiyi ayaq pəncələrinin mikozu, qasıq epidermofiti (tinea cruris), bədənin hamar dərisinin göbələklə zədələnmələri (tinea corporis);

- Malassezia furfur ilə törənən əlvan dəmirov.

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yaşlı şəxslərdə: Erbinolun dozalanma rejiminin dəyişdirilməsi tələb edilmir. Preparatın gözün, burunun, ağızın selikli qişasına düşməsindən çəkinmək lazımdır. Sprey gözə düşdüyü halda, onu çoxlu miqdarda su ilə yaxşıca yumaq və davamlı qıcıqlanma olduqda, həkimə müraciət etmək lazımdır. Erbinolun sprey forması zədələnmiş nahiyələrə ehtiyatla püskürdülməlidir, belə ki, onun tərkibində olan spirt qıcıqlanmaya səbəb ola bilər. Erbinolla müalicə zamanı təkrar yoluxma (çamaşır, ayaqqabı vasitəsilə) ehtimalının qarşısını almaq məqsədilə ümumi gigiyena qaydalarına riayət etmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Terbinafinin sprey formasının digər dərman vasitələri ilə qarşılıqlı təsiri təsvir edilməyib.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə terbinafinin istifadəsinin təhlükəsizliyi barədə məlumatların olmaması ilə əlaqədar olaraq, preparat, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda istifadə edilən bilər. Laktasiya dövründə preparatdan istifadə edildikdə, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi: Preparatın uşaqlarda istifadə təcrübəsi məhduddur, bu səbəbə görə 12 yaşa qədər uşaqlarda preparatı istifadə etmək məsləhət görülmür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mnfi təsir etmir.

 

ERBİNOL İstifadə qaydası və dozası

Yalnız xaricə istifadə edilir. Preparatı istifadə etməzdən əvvəl zədələnmiş nahiyələri təmizləmək və qurutmaq lazımdır. Preparat zədələnmiş dəriyə və ona yaxın nahiyələrə onların yaxşı nəmlənməsi üçün kifayət edəcək miqdarda püskürdülür və yüngülcə sürtməklə dəriyə hopdurulur. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Göstərişlərdən asılı olaraq sutkada 1 və ya 2 dəfə istifadə edilir. Müalicənin davametmə müddəti göstərişlərdən və xəstəliyin gedişinin ağırlığından asılıdır. Ayaq pəncələrinin, bədənin gövdə hissəsinin, baldırların dermatomikozu zamanı 1 həftə ərzində gündə 1 dəfə istifadə edilir. Əlvan dəmrov zamanı istifadənin orta davametmə müddəti 1 həftə gündə 2 dəfə təşkil edir. Xəstəliyin klinik təzahürünün azalması, adətən müalicənin ilk günlərində qeyd edilir. Qeyrimüntəzəm müalicə və ya preparatla müalicənin vaxtından əvvəl dayandırılması, residivə səbəb ola bilər. Müalicəyə başladıqdan bir həftə sonra yaxşılaşma əlamətləri qeyd edilmədiyi halda, diaqnozu təsdiq etmək lazımdır.

 

Əlavə təsirləri

Püskürdüldüyü nahiyədə qızartı, qaşınma və ya yandırma hissi, lakin bu əlamətlər nadir hallarda müalicənin dayandırılmasına səbəb olur. Nadir hallarda: müalicənin dayandırılmasını tələb edən allergik reaksiyalar.

 

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması barədə məlumat verilməmişdir.

 

Buraxılış forması

Xaricə istifadə üçün 20 ml-lik sprey, püskürdücü və örtük-qapaqla təchiz edilmiş polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.