PharmEd

Pharmed

ENTEROJERMINA 5ML N10 FLK

TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “___”__________ 2018-ci il
 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Enterojermina preparatının tibbi istifadəsinə dair qısa məlumat (pasientlər üçün)
Preparatın qəbuluna başlamazdan əvvəl içlik vərəqəni diqqətlə oxuyun. Əlavə suallarınız 
yarandığı halda müalicə həkiminizlə məsləhətləşin. Bu dərman preparatını digər şəxslərə
verməyin, hətta onlarda sizdə olan simptomlara bənzər simptomlar qeyd olunduğu halda. İçlik 
vərəqəni birdə oxumaq ehtiyacı yarana bilər, bu səbəbdən vərəqəni özünüzdə saxlayın.
ENTEROJERMİNA daxilə qəbul etmək üçün suspenziya
ENTEROGERMINA
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 5 ml məhluun tərkibində antibiotiklərə qarşı polirezistent olan 2 mlrd 
 Basillus clausii sporları vardır.
Köməkçi maddə: təmizlənmiş su.
Təsviri
Xüsusi iyə malik opalessent ağımtıl mayedir.
Farmakoterapevtik qrupu
İshaləleyhinə mikroorqanizmlər.
ATC kodu: A07FA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
ENTEROJERMİNA – bu dərman preparatı Bacillus clausii sporalarının suspenziyasından 
ibarətdir. Bacillus clausii patogen təsiri olmayan bağırsaqların normal sakinidir. Kimiyəvi və
fiziki agentlərə qarşı yüksək davamlığına görə peroral qəbulu zamanı Bacillus clausii sporaları 
zədələnməmiş şəkildə mədə şirəsinin turş baryerini keçib və burada metabolik aktiv olan 
vegetativ hüceyrələrə çevrilir. 
Bacillus clausii fəaliyyəti nəticəsində ENTEROJERMİNA-nın qəbulu müxtəlif etiologiyalı 
dismikrobioz prosesində dəyişilmiş bağırsaqlarda mikrofloranın bərpasına səbəb olur. Bundan 
əlavə Bacillus clausii müxtəlif vitaminlərin, xüsusən B qrupu vitaminlərinin yaranmasına malik 
olduğuna görə ENTEROJERMİNA antibiotiklərlərin və kimiyaterapevtik maddələrin təsiri 
nəticəsində əmələ gələn disvitaminozun normallaşmasına səbəb olur. Clausii metabolik aktivliyi

ilə əlaqədar İNTEROJERMİNA qeyri-spesifik antigen və antitoksik effektin alınmasına səbəb 
olur.
Bundan əlavə, antibiotiklərə qarşı süni yaranan yüksək heterogen davamlılıq antibiotiklərin 
(xüsusən geniş spektrli təsiri olan) selektiv təsiri nəticəsində bağırsaq mikroflorasının 
dəyişməsinin qarşısını almaq üçün və ya onun tarazlığının bərpası üçün müalicəvi bazisin 
yaranmasına səbəb olur.
Antibiotiklərə qarşı bu rezistentliyin nəticəsində ENTEROJERMİNA antibiotiklərin iki 
dozasının arasında fasilə zamanı təyin oluna bilər.Antibiotikə rezistentlik penisilln, sefalosporin, 
tetrasikllin, makrolid, aminoqlikozid, novobiosin, xloramfenikol , tiamfenikol, linkomisin, 
izoniazid, siklosporin, rifampisin preparatlarına, nalidiks və pipemid turşularına aiddir.
İstifadəsinə göstərişlər
Bağırsaq disbakteriozunun (dismikrobiozun) və sonrakı endogen disvitaminozun müalicə və
profilaktikası.
Antibiotiklə və ya kimyəvi vasitələr ilə müalicə nəticəsində dəyişikliklərə uğrayan bağırsaq 
mikrolorasının bərpasına dair aparılan müalicə.
Körpələrdə və kiçik yaşlı uşaqlarda intoksikasiya və ya bağırsaq disbakteriozuna (dismikrobio-
zuna) və disvitaminoza xas olan kəskin və xroniki mədə-bağırsaq pozulmaları.
Əks göstərişlər
Təsiredici maddəyə və ya preparatın hər hansı digər tərkib hissəsinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Antibiotik ilə müalicə zamanı preparat antibiotik qəbulu arasında olan fasilələr zamanı qəbul 
edilməlidir (məsələn, antibakterial preparatın qəbulundan 2-3 saat sonra)
Enterojermina flakonlarında gözə görünən hissəciklərin mövcud olması Bacillus clausii 
sporlarının aqreqatları ilə bağlı ola bilər ki, bu da preparatın hər hansı bir dəyişikliyə uğraması 
demək deyil.
İstifadədən qabaq flakonu çalxalayın.
YALNIZ DAXİLƏ QƏBUL ETMƏK ÜÇÜN! İNYEKSİYA ŞƏKİLİNDƏ İSTİFADƏ 
EDİLMƏMƏLİDİR!
PREPARAT İÇİLMƏLİDİR!
Digər yeridilmə üsulu ilə qəbul edilməməlidir!
Dərman vasitəsinin düzgün qəbul edilmədiyi halda anafilaktik şok kimi ağır allergik reaksiya-
ların inkişafı mümkündür.
Flakon açılandan sonra preparat saxlanılmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə bu preparatın istifadəsi əks göstəriş deyildir.
İstifadə qaydası və dozası
YALNIZ DAXİLƏ QƏBUL ETMƏK ÜÇÜN.
İNYEKSİYA ŞƏKLİNDƏ İSTİFADƏ EDİLMƏMƏLİDİR!
PREPARAT İÇİLMƏLİDİR!
DİGƏR YERİDİLMƏ ÜSULU İLƏ QƏBUL EDİLMƏMƏLİDİR!
Dozası
Böyüklər
Həkim tərəfindən digər dozalama təyin olunmadığı halda gündə 2-3 flakon.
Preparatın birdəfəlik dozasının (1 flakon) qəbulları arasında 3-4 saatlıq fasilə olmalıdır.
Körpələr (3 həftəlikdən sonra) və uşaqlar üçün
Həkim tərəfindən digər dozalama təyin olunmadığı halda gündə 1-2 flakon. Preparatın gündəlik 
dozası gündə 1 flakon təşkil etdiyi halda preparat gündə 1 dəfə qəbul edilir (1 flakonun

möhtəviyyatı bütöv qəbul edilir). Gündəlik doza 1 flakondan artıq olduğu halda preparatın 
birdəfəlik dozasının (1 flakon) qəbulları arasında tövsiyə olunan fasilə 3-4 saat təşkil etməlidir.
Müalicə həkimi preparatın digər dozalamalarını istifadə edərək pasiyentin vəziyyətindən asılı 
olaraq digər gündəlik dozanı tövsiyə edə bilər.
İstifadə qaydası
Flakonu digər flakonlardan ayırın. Flakonu çalxalayın. Flakonun yuxarı hissəsini saat əqrəbi 
istiqamətində çevirib qopardın. Flakonun tərkibini şirinləşdirilmiş suya, südə, çaya və ya 
portağal şirəsinə boşaldıb için.
Əlavə təsirləri
Postmarketinq tədqiqatlarda aşağıda qeyd olunan mümkün əlavə təsirlər aşkarlanmışdır:
səpgi və övrə kimi allergik reaksiyalar.
Dəri və dərialtı piy təbəqəsinin xəstəlikləri: angionevrotik ödem. 
Doza həddinin aşılması
Bu vaxta qədər doza həddi aşılmasının klinik əlamətləri qeydə alınmayıb.
Digər dərman preparatları ilə qarşılıqlı təsiri 
Digər dərman preparatları ilə yanaşı istifadəsi nəticəsində meydana çıxan qarşılıqlı təsir məlum 
deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsir göstərmir.
Buraxılış forması
5 ml suspenziya, flakonda. 10 və ya 20 flakon içlik vərəqə ilə birlkdə karton qutuya 
qablaşdırılır.
Saxlanma şəraiti
30°C -dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti btdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərtləri
Reseptsiz buraxılır.
İstehsalçı
Sanofi S.P.A., İtaliya.