Pharmed
Enterojermina 2B N12 kapsul
ENTEROJERMİNA kapsullar
ENTEROGERMINA
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 1 kapsulda antibiotiklərə qarşı polirezistent olan 2 mlrd Basillus clausii
sporları vardır.
Köməkçi maddələr: kaolin, mikrokristallik sellüloza (E 460), maqnezium stearat (E 470);
kapsulun tərkibi: jelatin, titan dioksid (E171), təmizlənmiş su.
Farmakoterapevtik qrupu
İshaləleyhinə mikroorqanizmlər.
İstifadəsinə göstərişlər
Bağırsaq disbakteriozunun (dismikrobiozunun) və sonrakı endogen disvitaminozun müalicə və
profilaktikası.
Antibiotiklə və ya kimyəvi maddələrlə müalicə nəticəsində dəyişikliklərə uğrayan bağırsaq
mikroflorasının bərpasına dair aparılan müalicə.
Uşaqlarda intoksikasiya və ya bağırsaq disbakteriozuna (dismikrobiozuna) və disvitaminoza xas
olan kəskin və xroniki mədə-bağırsaq pozulmaları.
Əks göstərişlər
Təsiredici maddəyə və ya preparatın hər hansı bir digər tərkib hissəsinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə bu preparatın qəbulu əks göstəriş deyildir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri.
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Daxilə qəbul üçün nəzərdə tutulub.
Dozalama
Böyüklər üçün: gündə 2-3 kapsul. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə həkimi digər
gündəlik doza tövsiyə edə bilər.
Birdəfəlik dozanın (1 kapsul) qəbulu arasında 3-4 saatlıq fasilə olmalıdır.
6 yaşdan yuxarı uşaqlar: gündə 1-2 kapsul. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə həkimi
digər gündəlik doza tövsiyə edə bilər.
Gündəlik doza 1 kapsul təşkil etdiyi halda preparat gündə 1 dəfə qəbul olunmaıldır. Gündəlik
doza 1 kapsuldan çox olduğu halda preparatın birdəfəlik dozasının (1 kapsul) qəbulu arasında
fasilə 3-4 saat təşkil etməlidir.
İstifadə qaydası
Kapsul su və ya digər içki ilə içilir. Uşaqlarda kapsulun qəbulu ilə çətinlik yaşandığı halda
preparatın suspenziya formasından istifadə edilməlidir.
Buraxılış forması
12 kapsul, PVX/PVDX/Al blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlidə karton qutuya
qablaşdırılır.
Saxlanılma şərtləri
30°C -dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazıımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərtləri
Reseptsiz buraxılır.
İstehsalçı
Sanofi S.p.A., İtaliya (Sanofi S.p.A., İtaly).