Pharmed
ENTEROJERMINA 2B N12 CAP
ENTEROJERMİNA
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
ENTEROJERMİNA Tərkibi
Təsiredici maddə: 1 kapsulda antibiotiklərə qarşı polirezistent olan 2 mlrd Basillus clausii sporları vardır. Köməkçi maddələr: kaolin, mikrokristallik sellüloza (E 460), maqnezium stearat (E 470); kapsulun tərkibi: jelatin, titan dioksid (E171), təmizlənmiş su.
Farmakoterapevtik qrupu
İshaləleyhinə mikroorqanizmlər.
ATC kodu: A07FA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: ENTEROJERMİNA – bu dərman preparatı Bacillus clausii sporalarının suspenziyasından ibarətdir. Bacillus clausii patogen təsiri olmayan bağırsaqların normal sakinidir. Kimiyəvi və fiziki maddələrə qarşı yüksək davamlılığına görə peroral qəbulu zamanı Bacillus clausii sporaları zədələnməmiş şəkildə mədə şirəsinin turş baryerini keçib və burada metabolik aktiv olan vegetativ hüceyrələrə çevrilir. Bacillus clausii fəaliyyəti nəticəsində ENTEROJERMİNA-nın qəbulu müxtəlif etiologiyalı dismikrobioz prosesində dəyişilmiş bağırsaqlarda mikrofloranın bərpasına səbəb olur. Bundan əlavə Bacillus clausii müxtəlif vitaminlərin, xüsusən B qrupu vitaminlərinin yaranmasına səbəb olduğuna görə ENTEROJERMİNA antibiotiklərlərin və kimiyaterapevtik maddələrin təsiri nəticəsində əmələ gələn disvitaminozun normallaşmasına səbəb olur. Clausii metabolik aktivliyi ilə əlaqədar İNTEROJERMİNA qeyri-spesifik antigen və antitoksik effektin alınmasına səbəb olur. Bundan əlavə antibiotiklərə qarşı süni yaranan yüksək heterogen davamlılıq antibiotiklərin (xüsusən geniş spektrli təsiri olan) selektiv təsiri nəticəsində bağırsaq mikroflorasının dəyişməsinin qarşısını almaq üçün və ya onun tarazlığının bərpası üçün müalicəvi bazisin yaranmasına səbəb olur. Antibiotiklərə qarşı bu rezistentliyin nəticəsində ENTEROJERMİNA antibiotiklərin iki dozasının qəbulu arasında fasilə zamanı təyin oluna bilər.Antibiotikə rezistentlik penisilln, sefalosporin, tetrasikllin, makrolid, aminoqlikozid, novobiosin, xloramfenikol , tiamfenikol, linkomisin, izoniazid, siklosporin, rifampisin preparatlarına, nalidiks və pipemid turşularına aiddir.
İstifadəsinə göstərişlər
Bağırsaq disbakteriozunun (dismikrobiozunun) və sonrakı endogen disvitaminozun müalicə və profilaktikası. Antibiotiklə və ya kimyəvi maddələrlə müalicə nəticəsində dəyişikliklərə uğrayan bağırsaq mikroflorasının bərpasına dair aparılan müalicə. Uşaqlarda intoksikasiya və ya bağırsaq disbakteriozuna (dismikrobiozuna) və disvitaminoza xas olan kəskin və xroniki mədə-bağırsaq pozulmaları.
Əks göstərişlər
Təsiredici maddəyə və ya preparatın hər hansı bir digər tərkib hissəsinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Antibiotik ilə müalicə zamanı preparat antibiotikin qəbulları arasında fasilələr zamanı qəbul edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə bu preparatın qəbulu əks göstəriş deyildir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri.
Təsir göstərmir.
ENTEROJERMİNA İstifadə qaydası və dozası
Daxilə qəbul üçün nəzərdə tutulub. Dozalama: Böyüklər üçün: gündə 2-3 kapsul. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə həkimi digər gündəlik doza tövsiyə edə bilər. Birdəfəlik dozanın (1 kapsul) qəbulu arasında 3-4 saatlıq fasilə olmalıdır. 6 yaşdan yuxarı uşaqlar: gündə 1-2 kapsul. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə həkimi digər gündəlik doza tövsiyə edə bilər. Gündəlik doza 1 kapsul təşkil etdiyi halda preparat gündə 1 dəfə qəbul olunmaıldır. Gündəlik doza 1 kapsuldan çox olduğu halda preparatın birdəfəlik dozasının (1 kapsul) qəbulu arasında fasilə 3-4 saat təşkil etməlidir. İstifadə qaydası: Kapsul su və ya digər içki ilə içilir. Uşaqlarda kapsulun qəbulu ilə çətinlik yaşandığı halda preparatın suspenziya formasından istifadə edilməlidir.
Əlavə təsirləri
Preparatın istifadəsi zamanı meydana çıxan səpgi və övrə kimi allergik reaksiyalara dair məlumatlar mövcuddur.
Doza həddinin aşılması
Bu vaxta qədər doza həddinin aşılmasının klinik əlamətləri qeydə alınmayıb.
Digər dərman preparatları ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə yanaşı istifadəsi nəticəsində meydana çıxan qarşılıqlı təsir məlum deyil.
Buraxılış forması
12 kapsul, PVX/PVDX/Al blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlidə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərtləri
Reseptsiz buraxılır.