pharmed
ENTEROFURIL 200MG N16 CAP
ENTEROFURİL® 100 mq; 200 mq bərk jelatin kapsullar ENTEROFURYL®
Beynəlxalq patentləşdirilməmiş adı: Nifuroxazide
Tərkibi
100 mq-lıq kapsullar
Təsiredici maddə: 1 kapsulda 100 mq nifuroksazid vardır.
Köməkçi maddələr: qarğıdalı nişastası, saxaroza, sellüloza tozu, maqnezium stearat.
Örtük: titan dioksid (E171), xinolin sarısı (E104), azorubin (E122), Ponso (E124), jelatin.
200 mq-lıq kapsullar
Təsiredici maddə: 1 kapsulda 200 mq nifuroksazid vardır.
Köməkçi maddələr: qarğıdalı nişastası, saxaroza, sellüloza tozu, maqnezium stearat.
Örtük: titan dioksid (E171), sarı dəmir oksidi (E172), jelatin.
Təsviri
100 mq-lıq kapsullar
İçərisində sarı rəngli qranul olan sarı rəngli bərk kapsullardır.
200 mq-lıq kapsullar
İçərisində sarı rəngli qranul olan qəhvəyiyə bənzər rəngli bərk kapsullardır.
Farmakoterapevtik qrupu
Diareyaəleyhinə preparatlar. Mikrob və iltihabəleyhinə preparatlar. Digər antimikrob vasitələr. Nifuroksazid.
ATC kodu: A07AX03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Nifuroksazid nitrofuran törəməsi olub, mədə-bağırsaq sisteminin infeksiyalarının müalicəsi üçün istifadə edilən geniş spektrli antibakterial maddədir. Bağırsaq infeksiyasını törədən bakteriyaların hüceyrəsində dehidrogenazaların aktivliyini, tənəffüs zəncirini, trikarbon turşusu tsiklini və digər biokimyəvi prosesləri ləngidir. Nifuroksazid mikrob hüceyrəsinin membranını dağıdaraq mikroorqanizmlər tərəfindən toksinlərin ifrazını azaldır. Nifuroksazid Campylobacter jejuni, Escherihia coli, Salmonella spp., Shigella spp., Clostridium perfringens, Vibrio cholerae, Vibrio parahaemolytique və Staphylococcus spp. qarşı yüksək aktivdir.
Nifuroksazid Citrobacter spp., Enterobacter cloacae və Proteus indologenes qarşı zəif aktivdir. Klebsiella spp., Proteus mirabilis, Providencia spp. və Pseudomonas spp. nifuroksazidə qarşı davamlıdırlar.
Nifuroksazid bağırsaq mikroflorasının tarazlığını pozmur. Kəskin bakterial diareyalarda bağırsaq
eubiozunu bərpa edir. Nəticədə bakterial enterotrop virus infeksiyalarında superinfeksiyanın əmələ gəlməsinin qarşısını alır.
Farmakokinetikası
Nifuroksazid daxilə qəbul edildikdən sonra mədə-bağırsaq traktından sorulmur, bağırsaq boşluğu hüdudlarında yerli təsir göstərir. Nifuroksazid mədə-bağırsaq traktından 20% dəyişilməmiş halda, qalan hissəsi isə kimyəvi dəyişilmiş halda xaric olur.
İstifadəsinə göstərişlər
Kəskin bakterial diareya (ümumi vəziyyətin pisləşməsi, hərarət, intoksikasiya əlamətləri olmayan vəziyyətlərdə).
Əks göstərişlər
• Nitrofuran törəmələrinə və ya dərmanın digər tərkib hissələrinə qarşı yüksək həssaslıq.
• 6 yaşadək uşaqlar.
• Fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza-izomaltaza çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Diareyanın müalicəsi zamanı rehidratasiya nifuroksazid terapiyası ilə yanaşı aparılmalıdır. Bakterial diareyalar zamanı ümumi sistem zədələnmə əlamətləri (ümumi vəziyyətin pisləşməsi, hərarət, intoksikasiya və ya infeksiya) olarsa, sistem antibakterial vasitələrin istifadəsi haqqında həkimlə məsləhətləşmək lazımdır. Hiperhəssaslıq əlamətləri (təngnəfəslik, qaşınma) baş verdikdə nifuroksazid ilə müalicə dayandırılmalıdır. Nifuroksazidlə müalicə aparıldığı zaman spirtli içkilər qəbul etmək olmaz.
ENTEROFURYL® 100 mq bərk kapsullar
Hər bir ENTEROFURYL® 100 mq bərk kapsulda 36 mq saxaroza vardır. Uyğun olaraq birdəfəlik doza (bir kapsulda) 0,0030 “çörək vahidi” (ÇV), birdəfəlik doza kimi qəbul edilən iki kapsulda isə 0,0060 “çörək vahidi” (ÇV) vardır. Sutkalıq olaraq böyüklər və 6-18 yaş arası uşaqlar üçün iki kapsuldan gündə 4 dəfə qəbul edən zaman “çörək vahidi” – 0,024 (ÇV) təşkil edir, uşaqlar üçün gündə 3 dəfə iki kapsul qəbul edən zaman isə “çörək vahidi” – 0,018 (ÇV) təşkil edir.
Jelatin kapsulların tərkibində olan azorubin (E 122) və koşenil qırmızı (E 124) allergik reaksiyalar törədə bilər.
ENTEROFURYL® 200 mq bərk kapsullar
Hər bir ENTEROFURYL® 200 mq-lıq bərk kapsulda 68 mq saxaroza vardır. Uyğun olaraq birdəfəlik dozanın (bir kapsul) tərkibində 0,0056 “çörək vahidi” (ÇV) vardır. Sutkalıq olaraq böyüklər və 6-18 yaş arası uşaqlar üçün gündə 4 dəfə iki kapsul qəbul edən zaman “çörək vahidi” – 0,0224 (ÇV) təşkil edir, uşaqlar üçün gündə 3 dəfə bir kapsul qəbul edən zaman isə “çörək vahidi” – 0,0168 (ÇV) təşkil edir.
Digər xəbərdarlıqlar
Bu dərman vasitəsinin tərkibində saxaroza vardır. Saxaroza dözümsüzlüyü (nadir irsi xəstəlik), qlükoza-qalaktoza malabsorbsiyası və saxaroza-izomaltaza çatışmazlığı olan xəstələrdə istifadəsi tövsiyə edilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
ENTEROFURYL® 100 mq, 200 mq bərk kapsulları disulfiram reaksiyasına səbəb olan və ya MSS-ə tormozlayıcı təsir göstərən dərmanlarla birlikdə istifadə etmək tövsiyə olunmur.
Əgər siz hazırda başqa bir dərman vasitəsi qəbul edirsinizsə və ya son vaxtlar qəbul etmisinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlar üzərində tədqiqatlar zamanı teratogen effekt müşahidə olunmamışdır.
Klinik tədqiqatlar nifuroksazidin hamilələrdə istifadəsi zamanı inkişaf qüsurları və ya fetotoksik effekt verməsi barədə göstəricilər təqdim etməyiblər.
Ona görə də ehtiyat tədbiri olaraq nifuroksazidi hamilələrə istifadəsindən çəkinmək lazımdır. Laktasiya dövründə qısamüddətli istifadəsi mümkündür. Həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
ENTEROFURYL® 100 mq, 200 mq bərk kapsullar nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Oral istifadə üçün nəzərdə tutulmuşdur.
ENTEROFURYL® 100 mq bərk kapsullar
6-18 yaş arası uşaqlar: gündə 3-4 dəfə 6-8 saatlıq fasilə ilə 200 mq nifuroksazid (2 kapsul). Ümumi sutkalıq doza 600-800 mq nifuroksazid təşkil edir.
Böyüklər: gündə 4 dəfə 6 saatlıq fasilə ilə 200 mq nifuroksazid (2 kapsul). Ümumi sutkalıq doza 800 mq nifuroksazid təşkil edir.
ENTEROFURYL® 200 mq bərk kapsullar
6-18 yaş arası uşaqlar: gündə 3-4 dəfə 6-8 saatlıq fasilə ilə 200 mq nifuroksazid (1 kapsul). Ümumi sutkalıq doza 600-800 mq nifuroksazid təşkil edir.
Böyüklər: gündə 4 dəfə 6 saatlıq fasilə ilə 200 mq nifuroksazid (1 kapsul). Ümumi sutkalıq doza 800 mq nifuroksazid təşkil edir.
Müalicə müddəti 5-7 gündür, 7 gündən artıq davam etməməlidir.
Əgər müalicənin ilk 3 günü ərzində yaxşılaşma müşahidə olunmarsa, həkiminiz ilə məsləhətləşin.
Dərman vasitəsini təlimata uyğun qəbul edin.
Ehtiyac olarsa, dərman vasitəsini qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin.
Əlavə təsirləri
Təsadüfi hallarda dəri səpgisi, övrə, Kvinke ödemi, anafilaktik şok kimi allergik reaksiyalar baş verə bilər.
Hər hansı əlavə təsir müşahidə etdikdə, dərhal həkiminizlə əlaqə saxlayın.
Doza həddinin aşılması
ENTEROFURYL® 100 mq, 200 mq bərk kapsullar ilə zəhərlənmə hallarına rast gəlinməmişdir. Rast gəlinərsə, simptomatik müalicə aparılmalıdır.
Buraxılış forması
ENTEROFURYL® 100 mq-lıq bərk kapsullar
10 kapsul blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
ENTEROFURYL® 200 mq-lıq bərk kapsullar
8 kapsul blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Bosnalijek, Pharmaceutical and Chemical Industry JSC, Bosnia and Herzegovina.
Jukiceva 53, Sarayevo 71000, Bosniya və Herseqovina/ Jukiceva 53, Sarajevo 71000, Bosnia and Herzegovina.