Pharmed
ENGISTOL N50 TB
ENGİSTOL
ENGİSTOL Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Vincetoxicum hirundinaria D6 75 mq, Vincetoxicum hirundinaria D10 75 mq, Vincetoxicum hirundinaria D30 75 mq, Sulfur (kükürd) D4 37,5 mq, Sulfur D10 37,5 mq. Köməkçi maddələr: maqnezium stearat.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Digər terapevtik məhsullar
ATC kodu:V03AX.
İstifadəsinə göstərişlər
Qrip və digər şübhəli virus infeksiyalarında qeyri-spesifik müdafiə mexanizmini aktivləşdirmək üçün.
Əks göstərişlər
Preparatın tərkibində olan bir və ya bir neçə komponentə qarşı allergiya (yüksək həssaslıq).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu preparatın tərkibində laktoza var. Əgər sizdə bəzi şəkərlərə dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl öz həkiminizlə məsləhətləşin. Əgər simptomlar davam edərsə və ya pisləşərsə həkimlə və ya əczaçı ilə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksik təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə müalicə həkimi ilə məsləhətləşin.
ENGİSTOL İstifadə qaydası və dozası
Adi hallarda gündə 3 dəfə 1-3 tableti ağızda həll edərək qəbul etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, bu homeopatik preparat da əlavə təsirlərə səbəb ola bilər, lakin bu hamıda müşahidə olunmur. Ayrı-ayrı hallarda keçici dəri reaksiyaları (məs., səpgi, qaşınma və ya eritema) və mədə-bağırsaq şikayətləri (məs., abdominal ağrı və ya diskomfort) bildirilmişdir.
Buraxılış forması
50 və ya 250 tablet, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.