PharmEd

pharmed

EKZODERIL 1% 15GR KREM

EKZODERİL

Beynəlxalq patentləşdirilməmiş adı: Naftifine

 

EKZODERİL Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq naftifin hidroxlorid vardır. Köməkçi maddələr: natrium hidroksid, benzil spirti, sorbitan stearat, setil palmitat, setil spirti, stearil spirti, polisorbat 60, izopropilmiristat, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu

Xaricə istifadə üçün digər göbələk əleyhinə vasitələr, naftifin.

ATC kodu: D01AE22.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası: Ekzoderil mikozlar zamanı xaricə istifadə üçün nəzərdə tutulmuşdur və tərkibində təsiredici maddə naftifin vardır. Naftifinin funqisid təsiri skvalen-epoksidaza fermentinin sintezinin ləngidilməsi vasitəsilə erqosterolun (membran komponentinin) sintezinin blokadasına əsaslanır. İn vitro şəraitdə naftifin aşağıdakı mikroorqanizmlərə qarşı funqisid təsir nümayiş etdirir: Trichophyton spp., Microsporon spp., Epidermophyton floccosum. Naftifin maya (Candida species), kif (Aspergillus species) və digər (e.g. Sporothrix schenkii) göbələklərə qarşı orta dərəcədə aktivdir. O, həmçinin tez-tez göbələk infeksiyaları ilə müşayiət olunan qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı antibakterial təsir göstərir. Klinik istifadə zamanı naftifinin iltihab əleyhinə təsiri qeyd olunmuşdur ki, bunun hesabına iltihab əlamətləri, xüsusən qaşınma tezliklə aradan götürülmüşdür. Farmakokinetikası: Dəriyə sürtülmə zamanı dozanın yalnız 4%-i absorbsiya olunur. Bu səbəbdən sistem ekspozisiyası çox aşağıdır. Plazmada və sidikdə naftifin iz şəklində (cüzi miqdarda) aşkar olunur.

 

İstifadəsinə göstərişlər

Naftifinə həssas törədicilərin yaratdığı göbələk infeksiyalarının yerli müalicəsi.

● Qaşınma ilə və ya qaşınma olmadan dərinin və dəri büküşlərinin göbələk infeksiyaları (tinea manum, tinea pedum, tinea corporis, tinea inguinalis).

● Dırnaqların göbələk infeksiyaları (onixomikozlar).

● Dəri kandidozları.

● Kəpəklənən dəmrov (pityriasis versicolor). Göbələk əleyhinə preparatların müvafiq təyinolunma və istifadəsi üzrə rəsmi milli rəhbərlikləri nəzərə almaq lazımdır.

 

Əks göstərişlər

Naftifinə, benzil spirtinə və ya preparatın hər hansı digər köməkçi maddəsinə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı yara səthinə sürtmək olmaz. Ekzoderil krem oftalmologiyada istifadə üçün nəzərdə tutulmamışdır. Preparatın tərkibində setil və stearil spirtləri var ki, bunlar yerli dəri reaksiyaları yarada bilirlər (məsələn, kontakt dermatit). 1 q kremin tərkibində konservant qismində10 mq benzil spirti var. Ekzoderili digər xaricə istifadə edilən preparatlar ilə qarışdırmaq olmaz, belə ki, konsentrasiyasının azalması hesabına təsiredici maddənin effektivliyi kifayət qədər olmaya bilər. Krem fototoksik deyildir və fotohəssaslıq yaratmır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman preparatları ilə və ya alkoqol ilə qarşılıqlı təsiri qeyd olunmayıb.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

İndiyə qədər naftifinin hamilə qadınlarda istifadəsinə dair kifayət qədər təcrübə yoxdur və ya çox məhdud şəkildədir. Heyvanlar üzərində aparılan tədqiqatlar birbaşa və ya dolayı reproduktiv toksikliyini nümayiş etdirməmişdir. Ehtiyat məqsədilə hamiləlik və laktasiya dövründə Ekzoderil preparatının istifadəsindən qaçmaq lazımdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlumatlar daxil olmamışdır.

 

EKZODERİL İstifadə qaydası və dozası

Ekzoderil dəri və ya dırnaqlarda yalnız xaricə istifadə olunur. Dozalanma: Dərinin göbələk infeksiyalarının müalicəsi üçün gündə bir dəfə, dırnaq infeksiyalarının müalicəsi üçün- gündə iki dəfə istifadə olunur. Zədələnmiş dərini və onu əhatə edən sahələri təmizləmək, yaxşıca qurutmaq, daha sonra yüngülcə massaj hərəkətləri ilə kremi sürtmək lazımdır. Uşaqlar və yeniyetmələr: uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə naftifinin təhlükəsizliyi və effektivliyi sübut olunmayıb (kifayət qədər təcrübə yoxdur). Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr: dozanın korreksiyası tələb olunmur. Yaşlı xəstələr: dozanın korreksiyası tələb olunmur. İstifadə müddəti :Müalicə müddəti: dermatomikozlarda – 2-4 həftə (lazım gələrsə 8 həftəyə qədər), kandidozlarda – 4 həftə, dırnaqların infeksiyaları zamanı gündə 2 dəfə 6 aya qədər müddət ərzində istifadə etmək lazımdır. Qayıdan infeksiyanın qarşısını almaq üçün preparatın istifadəsini klinik sağalmadan sonra ən azı 2 həftə davam etdirmək lazımdır. Təkrar infeksiyanın profilaktikası üçün lazım olan gigiyenik tədbirlər barədə xəstələri məlumatlandırmaq lazımdır.

 

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyini qiymətləndirmək üçün aşağıdakı təsnifatdan istifadə olunur: çox teztez (≥1/10), tez-tez (≥1/100 <1/10), bəzən (≥1/1000 <1/100), nadir (≥1/10000 <1/1000), çox nadir (<1/10000), tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında hesablamaq mümkün olmur). Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişikliklər Tezliyi məlum deyil: dərinin quruması, qızarması və yandırma hissi. Dəri və dərialtı piy toxuması tərəfindən: Məlum deyil: kontakt dermatit, eritema.

 

Doza həddinin aşılması

Naftifinin xaricə istifadəsi zamanı kəskin doza həddinin aşılmasında həyati təhlükəli vəziyyətlər gözlənilmir. Təsiredici maddənin dəridən əhəmiyyətli olmayan dərəcədə sorulması üçün sistem intoksikasiya az ehtimal olunur. Təsadüfən daxilə qəbulu zamanı müvafiq simptomatik müalicə tövsiyə olunur. Spesifik antidot mövcud deyil

 

Buraxılış forması

Xaricə istifadə üçün krem. 15 q krem, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.