Pharmed
EKSFORJ 5/160MG N28 TB (ISP)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
___________________ 2023-cü il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
EKSFORJ 5 mq/160 mq, 10 mq/160 mq, örtüklü tabletlər
EXFORGE®
Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine + Valsartan
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq və ya 10 mq amlodipinə ekvivalent uyğun olaraq
6,94 mq və ya 13,87 mq amlodipin bezilat, 160 mq valsartan vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, krospovidon A tipi, maqnezium stearat, susuz
kolloidal silisium dioksid, polietilenqlikol (makroqol) 4000, talk, hipromelloza,
titan dioksid (E 171), sarı dəmir oksidi (E 172), qırmızı dəmir oksidi (E 172)
(yalnız 10 mq).
Təsviri
5 mq/160 mq tabletlər: dairəvi formalı, kəsik kənarlı, tünd sarı rəngli, bir tərəfində “NVR” və digər
tərəfində “ECE” naxışı olan örtüklü tabletlərdir.
10 mq/160 mq tabletlər: dairəvi formalı, kəsik kənarlı, açıq sarı rəngli, bir tərəfində “NVR” və digər
tərəfində “UIC” naxışı olan örtüklü tabletlərdir.
Eksforj örtüklü tabletlər bölünən deyil və bərabər dozalara bölünmür.
Farmakoterapevtik qrupu
Angiotenzin II-nin antaqonistləri, dihidropiridin törəmələri (amlodipin) ilə sadə (valsartan)
kombinasiyalar.
ATC kodu: C09DB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Eksforj arterial hipertenziyalı xəstələrdə arterial qan təzyiqinə nəzarət etmək üçün istifadə olunan,
bir-birini tamamlayan mexanizm əsasında təsir göstərən iki antihipertenziv dərman vasitəsinin
kombinasiyasıdır: amlodipin kalsium ionlarının, valsartan isə angiotenzin II (AT-II) reseptorlarının
antaqonistidir. Bu iki komponentin kombinasiyası nəticəsində yaranan antihipertenziv təsir ayrı-
ayrılıqda bu preparatların antihipertenziv təsirindən daha güclü olur.
Amlodipin
Eksforjun tərkib hissəsi olan amlodipin ürək və damarların saya əzələlərinə kalsium ionlarının
transmembran yolla daxil olmasını tormozlayır. Amlodipinin antihipertenziv effekti damarların saya
əzələlərinə bilavasitə təsiri nəticəsində onların rezistentliyini azaltmaqla, periferik damar tonusunu
və qan təzyiqinin azaltmasına əsaslanır. Eksperimental məlumatlara görə amlodipin kalsium
kanallarının həm dihidropiridin, həm də qeyri-dihidropiridin birləşmə sahələri ilə birləşir. Ürək və
damarların saya əzələlərinin yığılması hüceyrəxarici kalsium ionlarının bu hüceyrələrin daxilinə
xüsusi kanallarla daxil olmasından asılıdır.
Hipertenziyası olan xəstələrdə amlodipinin müalicəvi dozada təyinindən yaranan vazodilatasiya həm
oturaq, həm də uzanmış vəziyyətdə qan təzyiqini azaldır. Davamlı qəbul zamanı arterial qan
təzyiqinin bu cür azalması ürək vurğularının tezliyində, yaxud plazmada katexolaminlərin
səviyyəsində əhəmiyyətli dəyişikliklə müşayiət olunmur. Təsir həm cavan və həm də yaşlı
xəstələrdə plazma konsentrasiyalarına müvafiq olur. Normal böyrək funksiyası olan xəstələrdə
amlodipinin müalicəvi dozaları renal damar müqavimətinin azalmasına və qlomerulyar süzülmə
səviyyəsinin yüksəlməsinə, həmçinin proteinuriyasız və ya süzülən fraksiyanın dəyişməsi olmadan
plazmanın effektiv böyrək axınına gətirir.
Amlodipinlə müalicə qəbul etmiş, mədəciklərin normal funksiyası olan xəstələrdə sakit vəziyyətdə
və yüklənmə zamanı ürək funksiyasının hemodinamikasının nəticələri dP/dt və ya sol mədəcik və
diastolik təzyiqə və ya həcminə qarşı nəzərəçarpan təsiri olmadan ürək indeksinin bir qədər
yüksəlməsini göstərdi. Hemodinamik müayinələrdə intakt heyvanlarda və insanlarda müalicəvi
dozaların istifadəsində, hətta β-blokatorlarla birlikdə yeridilmə zamanı mənfi inotrop effekt aşkar
olunmayıb. Sağlam heyvanlar və insanlarda amlodipin sinoatrial düyün və atrioventrikulyar
keçiricilik funksiyasını dəyişmir.
Klinik tədqiqatlarda arterial hipertenziya və stenokardiyası olan xəstələrə amlodipin β-blokatorlarla
birgə təyin edildikdə EKQ parametrlərində patoloji effektlər müəyyən edilmir. Amlodipinin xronik
stabil stenokardiya, vazospastik stenokardiya və angioqrafik təsdiqlənmiş koranar arteriyaların
xəstəliklərində dəyərli preparat olması göstərilir.
Valsartan
Valsartan oral qəbul edilən, güclü təsirə malik, angiotenzin-II (AT-II) reseptorlarının aktiv və
spesifik antaqonistidir. O, seçici olaraq angiotenzin-1 (AT1) subtipinə təsir edir ki, bu da
angiotenzin-II-nin məlum fəaliyyətinə reaksiya verən reseptordur. Valsartanla AT1 reseptorlarının
blokadası nəticəsində AT-II-nin plazmada səviyyəsinin artması blokada olunmamış AT2
reseptorlarını stimullaşdıra bilər. Valsartan AT1 reseptorlarına qismən aqonist aktivlik nümayiş
etdirmir və AT2 reseptorlarına nisbətən AT1 reseptorlarına daha çox (20 000 dəfə) affinliyə malikdir.
Valsartan angiotenzin-I-i angiotenzin-II-yə çevirən və bradikininin səviyyəsini azaldan kininaza- II
kimi tanınan angiotenzin çevirici fermenti (AÇF) tormozlamır. AÇF-i tormozlamadığından və
bradikinin, yaxud P substansiyasının potensial təsir etməsinə səbəb olmadığından, angiotenzin-II
antaqonistlərinin təyininin öskürəklə müşayiət olunması ehtimalı çox azdır. Klinik tədqiqatlarda
valsartanın tətbiqini AÇF preparatları ilə müqayisə etdikdə, quru öskürəyin baş verməsi ilə bağlı
kifayət qədər böyük fərq (P<0,05) müşahidə olunub: belə ki, valsartanla müalicə alanlarda bu rəqəm
2,6% olduğu halda, AÇF-lə müalicə alanlarda 7,9% olmuşdur. Klinik tədqiqatlarda sınaq
qruplarında valsartan qəbul edənlərdə 19,5%, tiazid diuretiki qəbul edənlərdə 19,0% və müqayisə
üçün AÇF qəbul edənlərdə 68,5% quru öskürək halları (P<0,05) müşahidə edilmişdir. Valsartan
kardiovaskulyar tənzimlənmədə vacib sayılan dəmir ionları kanallarını, yaxud hormonal reseptorları
blokadaya almır və ya onlarla birləşmir.
Hipertenziya ilə əlaqədar xəstələrə valsartan təyin edilməsi arterial qan təzyiqini aşağı salmaqla
yanaşı nəbzin tezliyinə təsir etmir.
Bir çox xəstələrdə birdəfəlik oral doza təyin olunduqda, antihipertenziv aktivlik 2 saat ərzində
başlayır və qan təzyiqinin maksimal enməsi 4-6 saat ərzində əldə olunur. Təyin olunduqdan sonra
antihipertenziv təsir 24 saat davam edir. Təkrar təyin olunma müddətində qan təzyiqinin maksimum
enməsi 2-4 həftə ərzində əldə olunur və uzunmüddətli müalicənin əsasını təşkil edir. Valsartanın
istifadəsinin birdən dayandırılması rikoşet hipertenziya ilə, yaxud digər əlavə effektlərlə özünü
göstərmir.
Valsartanın təyini nəticəsində xronik ürək çatışmazlığı (Nyu-York Ürək Assosiasiyası [NYHA]
təsnifatına əsasən II-IV siniflər) olan xəstələrin xəstəxanaya yerləşdirilmə tezliyinin kifayət qədər
azalması göstərilir. Faydası ən çox AÇF inhibitorları və β-blokatorların heç birini qəbul etməyən
xəstələrdə özünü daha qabarıq göstərmişdir. Valsartanın təyini nəticəsində, həmçinin, miokard
infarktından sonra sol mədəcik disfunksiyası, yaxud sol mədəcik çatışmazlığı olan klinik stabil
xəstələrdə kardiovaskulyar ölümün azaldığı göstərilir.
Valsartan/Amlodipin
1400 arterial hipertenziyalı xəstə gündə bir dəfə olmaqla Eksforj qəbul edib. Bu kombinə olunmuş
dozanın birdəfəlik qəbulunun antihipertenziv təsiri 24 saat davam etmişdir.
Eksforj (amlodipin bezilat/valsartan) iki plasebo-nəzarət olunan tədqiqatda diastolik qan təzyiqi
≥95 mm c.s. və <110 mm c.s. olan hipertenziyalı xəstələrə təyin edilməklə, öyrənilmişdir. Birinci
tədqiqatda (başlanğıc arterial qan təzyiqi 153/99 mm c.s.) 5 mq/80 mq, 5 mq/160 mq və
5 mq/320 mq dozalarda təyin edildikdə, arterial qan təzyiqi 20-23/14-16 mm c.s. azalmışdır (plasebo
ilə müqayisədə 7/7 mm c.s.). İkinci tədqiqatda (başlanğıc arterial qan təzyiqi 157/99 mm c.s.)
10 mq/160 mq və 10 mq/320 mq dozalarda təyin edildikdə, arterial qan təzyiqi 28/18-19 mm c.s.
azalmışdır (plasebo ilə müqayisədə 13/9 mm c.s.).
Çoxmərkəzli, randomizəedilmiş, ikiqat-kor, aktiv-nəzarət olunan və paralel qruplar üzərində
aparılmış tədqiqatlar göstərmişdir ki, arterial qan təzyiqinin normallaşması (oturaq vəziyyətdə,
tədqiqatın sonunda diastolik arterial təzyiq <90 mm c.s.) yalnız 160 mq valsartan qəbul edən və
arterial qan təzyiqi adekvat nəzarət olunmayan xəstələrlə müqayisədə 10 mq/160 mq
amlodipin/valsartan qəbul edənlərdə 75%, 5 mq/160 mq amlodipin/valsartan qəbul edənlərdə isə
53% olmuşdur. 160 mq valsartan qəbul edən xəstələrlə müqayisədə 10 mq və 5 mq amlodipinin
əlavə olunması sistolik/diastolik qan təzyiqinin müvafiq olaraq 6,0/4,8 mm c.s. və 3,9/2,9 mm c.s.
əlavə olaraq düşməsinə səbəb olmuşdur.
Çoxmərkəzli, randomizəedilmiş, ikiqat-kor, aktiv-nəzarətolunan, paralel qruplar üzərində aparılan
tədqiqatlar göstərmişdir ki, arterial qan təzyiqinin normallaşması (oturaq vəziyyətdə, tədqiqatın
sonunda diastolik arterial təzyiq <90 mm c.s.) yalnız10 mq amlodipin qəbul edən və arterial qan
təzyiqi adekvat nəzarət olunmayan xəstələrlə müqayisədə 10 mq/160 mq amlodipin/valsartan qəbul
edənlərdə 78%, yalnız10 mq amlodipin qəbul edənlərdə isə 67% olmuşdur. 10 mq amlodipin qəbul
edən xəstələrlə müqayisədə 160 mq valsartanın əlavə olunması sistolik/diastolik qan təzyiqinin
müvafiq olaraq 2,9/2,1 mm c.s. əlavə olaraq düşməsinə səbəb olur.
Eksforj aktiv-nəzarət olunan tədqiqatda diastolik qan təzyiqi ≥110 mm c.s. və <120 mm c.s. olan
hipertenziyalı 130 xəstələrdə öyrənilmişdir. Bu tədqiqatda (başlanğıc arterial qan təzyiqi
171/113 mm c.s.) Eksforj 5 mq/160 mq-dan 10 mq/160 mq-a çatdırılması oturaq arterial qan
təzyiqini 36/29 mm c.s. azaltdığı halda, lizinopril/hidroxlortiazidin 10 mq/12,5 mq-dan
20 mq/12,5 mq-a çatdırılması oturaq arterial qan təzyiqini 32/28 mm c.s. azaltmışdır.
Eksforjun iki uzunmüddətli izlənən tədqiqatı bir ildən çox çəkmişdir. Eksforjun birdən kəsilməsi
arterial qan təzyiqinin tez artması ilə müşayiət olunmamışdır. Amlodipin qəbulu ilə arterial qan
təzyiqi adekvat idarə olunduğu halda ödemlər olduqda, kombinəedilmiş müalicə ilə həmin arterial
qan təzyiqi əldə olunmaqla ödemlərin də azalmasına nail olunur.
Farmakokinetikası
Valsartan və amlodipin xətti farmakokinetikaya malikdir.
Amlodipin
Absorbsiyası: amlodipin müalicəvi dozada ayrıca oral təyin olunduqdan sonra, plazmada maksimal
konsentrasiyası 6-12 saat ərzində yaranır. Mütləq biomənimsənilməsi 64-80%-dir. Qida qəbulu
amlodipinin biomənimsənilməsinə təsir göstərmir.
Paylanması: paylanma həcmi təqribən 21 l/kq-dır. İn vitro tədqiqatlarda amlodipin təyin olunmuş
hipertenziyalı xəstələrin plazmasında dövr edən dərmanın təxminən 97,5 %-i proteinlərlə birləşmiş
olur. Amlodipin plasentadan keçir və ana südünə nüfuz edir.
Biotransformasiyası: amlodipin qaraciyərdə (təxminən 90%) qeyri-aktiv metabolitlərə qədər
metabolizmə məruz qalır.
Orqanizmdən xaric olması: amlodipinin plazmadan eliminasiyası iki fazalı olub, terminal
eliminasiyanın yarımparçalanma dövrü təxminən 30-50 saatdır. Plazmada sabit konsentrasiyası 7-8
gün ardıcıl təyin olunandan sonra əldə edilir. Amlodipinin 10%-i dəyişilməmiş və 60%-i metabolit
şəklində sidiklə xaric olur.
Valsartan
Absorbsiyası: valsartan müalicəvi dozada ayrıca oral təyin olunduqdan sonra, plazmada maksimal
konsentrasiyası 2-4 saat ərzində yaranır. Orta biomənimsənilməsi 23%-dir. Valsartanın parçalanma
kinetikası müxtəlifliyi ilə fərqlənir (t½ α < 1saat və t½ β təxminən 9 saat). Qida qəbulunun valsartana
təsiri təxminən 40% (“konsentrasiya-zaman” əyrisinə [AUC] görə təyin edilir) və plazma
konsentrasiyasını (Cmax) azaldır; baxmayaraq ki, qida qəbulundan 8 saat sonra valsartanın plazmada
konsentrasiyası ac və tox qruplar arasında oxşardır. AUC göstəricisində bu azalma klinik olaraq
müalicəvi təsirin kifayət qədər azalması ilə müşayiət olunmur, ona görə valsartan qida ilə, yaxud
onsuz qəbul edilə bilər.
Paylanması: valsartanın vena daxilinə yeridilməsindən sonra dayanıqlı paylanma həcmi təxminən
17 litrdir: bu da onu göstərir ki, valsartan toxumalarda geniş paylanmır. Valsartan zərdab
proteinlərinə daha çox (94-97%), albumininə isə orta dərəcədə birləşir.
Biotransformasiyası: Valsartan geniş metabolizmə məruz qalmır, ancaq dozanın təxminən 20%-i
metabolizmə uğrayır. Hidroksi metaboliti plazmada aşağı konsentrasiyada (valsartanın AUC
göstəricisinin 10%-dən azı) müəyyən edilib. Bu metabolit farmakoloji olaraq aktiv deyil.
Orqanizmdən xaric olması: valsartan əsasən nəcislə (dozanın təxminən 83%-i) və sidiklə (dozanın
təxminən 13%-i) dəyişilməmiş şəkildə xaric olur. Venadaxili təyin olunandan sonra valsartanın
plazma klirensi təxminən 2 l/saat və böyrək klirensi 0,62 l/saat (ümumi klirensin təxminən 30%-i).
Valsartanın yarımparçalanma dövrü 6 saatdır.
Valsartan/Amlodipin
Eksforjun oral təyinindən sonra plazmada valsartan maksimal konsentrasiyası 3 saat, amlodipinin
maksimal konsentrasiyası isə 6-8 saat ərzində yaranır. Eksforjun absorbsiya genişliyi və tezliyi
valsartan və amlodipinin fərdi təyin olunmuş tabletlərinin biomənimsənilməsinə bərabərdir.
Ayrı-ayrı qrup xəstələrdə farmakokinetikası
Yaşlı xəstələr
Amlodipinin pik plazma konsentrasiyasına çatma vaxtı yaşlı və cavan xəstələrdə oxşardır. Yaşlı
xəstələrdə amlodipinin klirensinin azalmağa meylli olması AUC göstəricisinin və yarımxaricolma
dövrünün artması ilə nəticələnir.
Cavanlarla müqayisədə yaşlılarda valsartanın sistem təsiri bir qədər yüksəlmiş olur, lakin bunun hər
hansı bir klinik əhəmiyyətinin olduğu göstərilməmişdir.
Böyrək funksiyasının pozulması olan xəstələr
Amlodipinin farmakokinetikasına böyrək patologiyalarının əhəmiyyətli təsiri olmur. Müxtəlif
dərəcəli böyrək patologiyası olan xəstələrə valsartanın təsiri ilə (AUC [“konsentrasiya-zaman” əyrisi
altındakı sahə] ilə müəyyənləşmiş) renal funksiya arasında (kreatinin klirensi ilə müəyyənləşmiş)
aşkar qarşılıqlı əlaqə yoxdur. Buna görə yüngül və orta ağırlıqda böyrək patologiyası olan xəstələr
adi ilkin dozanı qəbul edə bilərlər.
Qaraciyər funksiyasının pozulması olan xəstələr
Qaraciyər patologiyası olan xəstələrdə Amlodipinin klirensi azalmış olur və nəticədə preparatın
AUC göstəricisi təxminən 40-60% olur. Orta hesabla, yüngül və orta ağırlıqda xronik qaraciyər
xəstəliyi olanlarda, könüllülər ilə müqayisədə (yaşına, cinsinə və bədən kütləsinə görə seçilmiş),
valsartanın ekspozisiyası iki dəfə çox olur. Bu, qaraciyəri xəstə olanlarda nəzərə alınmalıdır.
İstifadəsinə göstərişlər
Essensial hipertoniyanın müalicəsi.
Əks göstərişlər
Dərman vasitəsinin təsiredici maddələrinə, dihidropiridin törəmələrinə və ya köməkçi
maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq;
Ağır qaraciyər çatışmazlığı, biliar sirroz və ya xolestaz;
Şəkərli diabeti və ya böyrək funksiyasının pozulması (YFS < 60 ml/dəq/1.73m2
) olan xəstələrdə
Eksforjun aliskiren tərkibli dərmanlarla yanaşı istifadəsi;
Hamiləliyin ikinci və üçüncü trimestrləri;
Ciddi hipotenziya;
Şok (kardiogen şok da daxil olmaqla);
Sol mədəciyin çıxış yolunun obstruksiyası (məsələn, hipertrofik obstruktiv kardiomiopatiya və
yüksək dərəcəli aorta stenozu);
Kəskin miokard infarktından sonra hemodinamik cəhətdən qeyri-stabil ürək çatışmazlığı.
İrsi angionevrotik ödem və ya əvvəllər AÇF inhibitorları ilə müalicə zamanı inkişaf etmiş
angionevrotik ödem.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Orqanizmində natrium çatışmazlığı və/və ya dövr edən qan həcminin (DQH) çatışmazlığı olan
xəstələr
Plasebo-nəzarətli tədqiqatlarda Eksforjla müalicə alan fəsadlaşmamış hipertenziyası olan xəstələrin
0.4%-də həddən artıq hipotenziya halı müşahidə edilmişdir. Renin-angiotenzin sistemi aktivləşmiş
xəstələr (yüksək dozada diuretiklər qəbul edən xəstələrdə DQH-nin və/və ya natriumun çatışmazlığı)
angiotenzin reseptorlarının blokatorlarını qəbul edərkən simptomatik hipotenziya baş verə bilər.
Eksforj təyin edilməmişdən əvvəl belə halların korreksiyası lazımdır, yaxud müalicənin
başlanğıcında ciddi tibbi nəzarətin olması məsləhətdir.
Əgər Eksforjun tətbiqi nəticəsində arterial hipotenziya baş verərsə, o zaman xəstə arxası üstə
uzadılmalı və əgər ehtiyac olarsa, venadaxili fizioloji məhlul infuziya olunmalıdır. Müalicə arterial
qan təzyiqi stabilləşənə qədər aparılmalıdır.
Hiperkaliemiya
Əlavə kaliumun, kaliumqoruyucu diuretiklərin, kaliuməvəzedici duzların, eləcə də kalium
səviyyəsinin artmasına səbəb olan dərman preparatlarının (məsələn, heparin və s.) istifadəsi zamanı
ehtiyatlı olmaq və kaliumun səviyyəsini tez-tez yoxlamaq lazımdır.
Böyrək arteriyasının stenozu
Unilateral, yaxud bilateral böyrək arteriyasının stenozu, eləcə də yeganə böyrək arteriyasının
stenozu olan xəstələrdə qanda sidik cövhəri və zərdabda kreatinin artması riski olduğu üçün Eksforj
bu xəstələrdə hipertoniyanın müalicəsi zamanı ehtiyatla istifadə olunmalıdır.
Böyrək funksiyasının pozulması olan xəstələr
Yüngül və orta ağırlıqda böyrək patologiyası olan xəstələrdə Eksforjun dozasına düzəliş edilməsi
tələb olunmur. Ancaq ağır hallarda (kreatinin klirensi <10 ml/dəq) preparatın istifadəsi barədə
məlumat olmadığından, ehtiyatlı olmaq məsləhətdir.
Ağır böyrək çatışmazlığı olan xəstələrdə (YFS <30 ml/dəq) angiotenzin reseptorlarının
antaqonistlərinin, o cümlədən valsartanın və ya AÇF inhibitorlarının aliskirenlə eyni zamanda
istifadəsindən qaçmaq lazımdır.
Böyrək transplantasiyası
Yaxın vaxtlarda böyrək transplantasiyası olunmuş xəstələrdə Eksforjun təhlükəsiz tətbiqi ilə
əlaqədar məlumat yoxdur.
Qaraciyər funksiyasının pozulması olan xəstələr
Valsartanın qaraciyərdə geniş bir şəkildə metabolizmə məruz qalmasına baxmayaraq, onun
eliminasiyası öd vasitəsilə dəyişilməmiş şəkildə baş verir. Qaraciyər patologiyası və öd yollarının
obstruksiyası olan xəstələrə Eksforj təyin olunması xüsusi ehtiyat tələb edir.
Аngionevrotik ödem
Valsartan qəbul edən xəstələrdə angionevrotik ödem, o cümlədən qırtlağın və səs yarığının ödemi
barədə məlumat verilmişdir ki, bu da tənəffüs yollarının obstruksiyasına və/və ya üzün, dodaqların,
udlağın və/və ya dilin ödeminə səbəb olur; bu xəstələrdən bəzilərində əvvəllər digər dərman
preparatlarının, o cümlədən AÇF inhibitorlarının qəbulu zamanı Kvinke ödemi inkişaf etmişdir.
Angionevrotik ödem inkişaf edən xəstələrdə Eksforjun qəbulu dərhal dayandırılmalı və bu preparat
yenidən təyin olunmamalıdır.
Ürək çatışmazlığı olan xəstələr/miokard infarktı keçirdikdən sonra
Ümumilikdə amlodipin də daxil olmaqla kalsium kanallarının blokatorları ağır dərəcəli durğun ürək
çatışmazlığı olan (Nyu-York Ürək Assosiasiyasının (NYHA) təsnifatına görə III-IV funksional
sinif) xəstələrdə ehtiyatla istifadə olunmalıdır.
Böyrək funksiyası, renin-angiotenzin-aldosteron sisteminin aktivliyindən asılı ola bilən xəstələrdə
(məsələn ağır dərəcəli durğun ürək çatışmazlığı olan xəstələr) AÇF inhibitorları ilə və ya
angiotenzin reseptorlarının antaqonistləri ilə müalicə oliquriyaya və/və ya inkişaf edən azotemiyaya,
nadir hallarda isə kəskin böyrək çatışmazlığına (nadir) və/və ya ölümə səbəb olmuşdur. Ürək
çatışmazlığı və ya postinfarkt vəziyyətində olan xəstələrin vəziyyətinin qiymətləndirilməsinə həmişə
böyrək funksiyalarının monitorinqini daxil etmək lazımdır.
Kəskin miokard infarktı olan xəstələr
Amlodipinin başlanğıc dozasının qəbulundan və ya onun artırılmasından sonra stenokardiyanın
pisləşməsi və ya kəskin miokard infarktının inkişafı mümkündür, xüsusilə tac arteriyaların ağır
obstruktiv xəstəliyi olan xəstələrdə.
Aortanın və mitral qapaqların stenozu, obstruktiv hipertrofik kardiomiopatiya
Digər vazodilatatorların istifadəsi zamanı olduğu kimi, aortanın və ya mitral qapaqların stenozu,
həmçinin hipertrofik kardiomiopatiyası olan xəstələrdə xüsusi ehtiyat tədbirlərinə əməl etmək
lazımdır.
Renin angiotenzin sisteminin (RAS) ikiqat blokadası
Angiotenzin reseptorlarının antaqonistlərinin, o cümlədən valsartanın AÇF-in inhibitorları və ya
aliskiren kimi RAS-ı blokada edən digər vasitələrlə birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq
lazımdır.
β-Blokatorların istifadəsinin dayandırılması
Amlodipin β-blokator deyil və β-blokatorların qəbulunun dayandırılması zamanı baş verəcək
təhlükədən qorumur; buna görə β-blokatorların dozası tədricən azaldılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Renin-angiotenzin-aldosteron sisteminə (RAAS) bilavasitə təsir göstərən istənilən digər dərman
vasitəsi kimi Eksforj preparatı hamiləlik dövründə istifadə edilməməlidir. AT-II-nin reseptorlarının
antaqonistlərinin təsir mexanizminə görə döl üçün risk istisna esilmir. Hamiləliyin ikinci və üçüncü
üçaylıqlarında AÇF inhibitorlarının in utero ekspozisiyası zamanı, inkişaf edən dölün zədələnməsi
və ya ölümü müşahidə edilmişdir. Əlavə olaraq, retrospektiv məlumatlarda, AÇF inhibitorlarının
birinci üçaylıqda (trimestrdə) istifadəsi anadangəlmə qüsurlarla assosiasiya edilmişdir. Hamilə
qadınlar səhvən valsartan qəbul etdikləri zaman spontan abort, oliqohidramnionlar və yeni
doğulmuşlarda böyrək disfunksiyası haqqında qeydlər olmuşdur. Amlodipinin hamilə qadınlarda
istifadəsinə dair kifayət qədər klinik məlumat yoxdur. İnsanlarda tövsiyə olunan 10 mq maksimal
dozadan 8 dəfə yüksək doza ilə heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksiklik
müşahidə edilmişdir. İnsanlar üçün potensial riski məlum deyil.
Əgər müalicə zamanı hamiləlik baş verərsə, Eksforj preparatı ilə müalicə dərhal dayandırılmalıdır.
Klinik nəticələr
Xəstəlik əlaqəli ana və/və ya embrion/döl riski
Hamiləlik zamanı müşahidə olunan hipertoniya, analarda pre-eklampsiya, hamiləlik zamanı diabet,
vaxtından əvvəl doğum və doğum əlaqəli fəsadların (məs. Keysəriyyə əməliyyatına zəruriyyət və
post-partum qanaxma) riskini artıra bilər. Hipertoniya bətndaxili inkişaf məhdudluğu və bətndaxili
ölüm riskini artırır.
Döl/neonatal risk
Hamiləliyin ikinci və üçüncü üçaylığında renin-angiotenzin sisteminə təsir edən dərman vasitələrini
qəbul edən hamilə qadınlarda oliqohidramnionlar aşağıdakılarla nəticələnə bilər: anuriya və böyrək
çatışmazlığı ilə nəticələnən dölün böyrək funksiyasının azalması, döldə ağciyər hipoplaziyası, skelet
deformasiyaları, həmçinin kəllə hipoplaziyası, hipotenziya və ölüm.
Angiotenzin reseptor blokatorları (ARB) ilə təsadüfi ekspozisiya olduqda, dölün müvafiq
monitorinqi həyata keçirilməlidir.
Anaları angiotenzin reseptor blokatorları (ARB) ilə müalicə alan körpələr, hipotenziv əlamətlərə
görə müşahidə olunmalıdırlar.
Laktasiya dövrü
Valsartanın insanlarda ana südünə keçməsinə dair məlumat yoxdur. Amlodipinin insanlarda ana
südünə keçməsi müşahidə edilmişdir. Körpələr tərəfindən alınan analardakı doza nisbəti maksimal
15% ilə 3-7%-in interkvartal nisbəti kimi hesablanmışdır. Amlodipinin körpələrə təsiri məlum deyil.
Valsartan siçovullarda südə nüfuz etmişdir. Ona görə də Eksforj preparatının laktasiya dövründə
istifadəsi tövsiyə edilmir.
Reproduktiv potensiala malik kişilər və qadınlar
Renin-angiotenzin-aldosteron sisteminə (RAAS) bilavasitə təsir göstərən istənilən digər dərman
vasitəsi kimi Eksforj preparatı hamiləliyi planlaşdıran qadınlarda istifadə edilməməlidir. RAAS-a
təsir göstərən istənilən preparatı təyin edən həkimlər reproduktiv yaşda olan qadınlara bu
preparatların hamiləlik dövründə potensial riski barədə məlumat verməlidirlər.
Fertillik
İnsanlarda amlodipinin və ya valsartanın reproduktiv funksiyaya təsiri barədə məlumat yoxdur.
Siçovullar üzərində aparılan tədqiqatlar amlodipin və ya valsartanın fertilliyə təsirini əks
etdirməmişdir.
Pediatriyada istifadəsi
18 yaşa qədər uşaqların bu preparatla müalicəsinə dair tədqiqat işi aparılmamışdır. Ona görə də tam
məlumat alınana qədər Eksforjdan uşaqların müalicəsi üçün istifadə edilməsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparatın avtonəqliyyat vasitələrini idarəetmə və potensial təhlükəli mexanizmlərlə işləmə
qabiliyətinə təsirinə həsr olunmuş tədqiqatlar aparılmamışdır. Lakin preparatın qəbulundan sonra
başgicəllənmə və ya zəiflik hissi əmələ gələn xəstələr avtonəqliyyat vasitələrini idarə etməməli və
potensial təhlükəli mexanizmlərlə işləməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Amlodipin
Simvastatin
10 mq amlodipinlə 80 mq simvastatinin yanaşı çoxsaylı dozaları tək simvastatinin qəbul edilməsi ilə
müqayisədə simvastatinin konsentrasiyasının 77% artmasına gətirib çıxarır. Amlodipinlə müalicə
alan xəstələrdə simvastatinin dozasını gündə 20 mq-a qədər məhdudlaşdırmaq tövsiyə olunur.
CYP3A4 inhibitorları
Hipertenziyalı yaşlı xəstələrə gündə 180 mq diltiazemin 5 mq amlodipinlə eyni vaxtda təyin
edilməsi amlodipinin effektinin 1,6 dəfə artmasına gətirib çıxarır. Lakin CYP3A4 fermentinin daha
güclü inhibitorları (məsələn, ketokonazol, itrakonazol, ritonavir) plazmada amlodipinin qatılığını
diltiazemə nisbətən daha böyük dərəcədə artıra bilər. Bu səbəbdən amlodipinlə CYP3A4
inhibitorlarının birgə təyini zamanı ehtiyatlı olmaq lazımdır.
Qreypfrut şirəsi
CYP3A4 fermentinin inhibə edilməsi səbəbindən qreypfrut şirəsi ilə birlikdə təyin edildikdə
amlodipinin təsiri arta bilər. Lakin 20 sağlam könüllüdə 240 ml qreypfrut şirəsi və tək 10 mq dozada
amlodipinin oral qəbulu amlodipinin farmakokinetikasına əhəmiyyətli təsir göstərməmişdir
CYP3A4 induktorları
CYP3A4 induktorlarının amlodipinə kəmiyyət təsiri barədə məlumat yoxdur. Amlodipini CYP3A4-
ün induktorları ilə (məs: rifampisin, hypericum perforatum) birlikdə istifadə etdikdə adekvat klinik
effektə nəzarət etmək lazımdır.
Amlodipinlə monoterapiya zamanı aşağıdakı preparatlarla klinik əhəmiyyətli dərman qarşılıqlı
təsirin olduğu müəyyən edilməmişdir: tiazid diuretikləri, β-blokatorlar, AÇF inhibitorları, uzun
müddətli təsirə malik nitratlar, sublinqval nitroqliserin, diqoksin, varfarin, atorvastatin, sildenafil,
maaloks (alüminium hidroksid geli, maqnezium hidroksid, simetikon), simetidin, antibiotiklər,
peroral hipoqlikemik vasitələr, qeyri-steroid iltihab əleyhinə preparatlar.
Valsartan
Renin angiotenzin sisteminin (RAS) angiotenzin reseptorlarının antaqonistləri, AÇF inhibitorları və
ya aliskirenlə ikiqat blokadası: Angiotenzin reseptorlarının antaqonistlərinin, o cümlədən
valsartanın RAS-ı blokadaya alan digər vasitələrlə birlikdə istifadəsi monoterapiya ilə müqayisədə,
hipotenziya, hiperkaliemiya, böyrək funksiyasının dəyişməsi hallarının artması ilə bağlı olmuşdur.
Eksforj və RAS-a təsir göstərən digər maddələr qəbul edən xəstələrdə arterial təzyiqə, böyrəklərin
funksiyasına və elektrolitlərin səviyyəsinə nəzarət etmək tövsiyə olunur.
Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin klirensi < 30 ml/dəq) angiotenzin
reseptorlarının antaqonistlərinin, o cümlədən valsartanın və ya AÇF inhibitorlarının aliskirenlə eyni
zamanda istifadəsindən qaçmaq lazımdır.
Kalium
Kalium əlavələri ilə, kaliumtutucu diuretiklərlə, kalium tərkibli duzəvəzedicilərlə və ya kaliumun
səviyyəsini yüksəldə bilən digər preparatlarla (heparin və s.) birlikdə istifadə zamanı ehtiyatlı olmaq
tələb olunur. Tez-tez kaliumun səviyyəsinə nəzarət etmək lazımdır.
Siklooksigenaza-2-nin selektiv inhibitorları daxil olmaqla, qeyri-steroid iltihab əleyhinə preparatlar
(QSİƏP)
AT-II-nin antaqonistlərinin QSİƏP ilə eyni zamanda istifadəsi antihipertenziv effektin zəifləməsinə
səbəb ola bilər. Bundan başqa, maye həcmi azalmış (o cümlədən, diuretiklərlə müalicə olunan
xəstələrdə) və ya böyrək funksiyaları pozulmuş ahıl yaşlı xəstələrdə AT-II-nin antaqonistləri ilə
QSİƏP-in eyni zamanda istifadəsi böyrək funksiyalarının pisləşməsi riskinin yüksəlməsinə gətirib
çıxara bilər. Beləliklə, eyni zamanda QSİƏP qəbul edən xəstələrdə müalicənin əvvəlində və ya
xəstələrin valsartanla müalicəsinin dəyişdirilməsi zamanı böyrək funksiyalarına nəzarət etmək
tövsiyə olunur.
Litium
Litium ilə birlikdə AÇF inhibitorları və ya AT-II-nin reseptorlarının antaqonistlərini istifadə etdikdə
litiumun zərdab konsentrasiyasının geriyədönən yüksəlməsi və toksiklik əlamətləri barədə məlumat
olub. Bununla əlaqədar olaraq birlikdə istifadə edildikdə litiumun zərdab konsentrasiyalarının dəqiq
monitorinqinin aparılması tövsiyə edilir. Eyni zamanda diuretik də istifadə edildikdə litiumun
toksiklik riskinin ehtimalı Eksforj preparatı ilə yüksələ bilər.
Nəqledicilər
İnsan qaraciyəri toxumasının in vitro tədqiqinin nəticələri göstərdi ki, valsartan OATP1B1-in
qaraciyər tutulmasının nəqledicisinin və MRP2-nin qaraciyər axını nəqledicisinin substratıdır.
Tutulma nəqledicisinin inhibitorlarının (məs., rifampisin, siklosporin) və ya axın nəqledicisi
inhibitorlarının (məs., ritonavir) eyni zamanda təyin edilməsi valsartanın sistem təsirinin artmasına
səbəb ola bilər.
Valsartanla monoterapiya zamanı aşağıdakı preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsir müəyyən
edilməmişdir: simetidin, varfarin, furosemid, diqoksin, atenolol, indometasin, hidroxlortiazid,
amlodipin, qlibenklamid.
İstifadə qaydası və dozası
Arterial qan təzyiqi monoterapiya ilə adekvat nəzarət edilməyən xəstələr, Eksforj dərman vasitəsilə
kombinə edilmiş müalicəyə keçirilə bilər. Preparatın tövsiyə edilən dozası gündə bir tabletdir. Klinik
göstəriş tələb etdikdə, monoterapiyadan sabit dozalı kombinə müalicəyə birbaşa keçid nəzərə alına
bilər.
Valsartanı və amlodipini ayrı-ayrı qəbul edən xəstələri, rahatlıq üçün tərkibində komponentlərin
eyni dozaları olan Eksforj preparatının qəbuluna keçirmək olar.
Arterial təzyiqin lazımı səviyyəsini əldə etmək üçün bir neçə preparatların istifadəsi tələb olunan
xəstələrə Eksforj preparatı birinci xətt müalicə kimi təyin oluna bilər. Essensial hipertenziyanın
müalicəsi üçün Eksforj preparatı birinci xətt müalicə kimi təyin edildikdə preparatın istifadəsinin
risk/fayda nisbətini qiymətləndirmək lazımdır.
Müalicəyə adətən gündə 1 dəfə 5 mq/80 mq doza ilə başlanılır. Bu doza 1-2 həftə sonra gündə bir
dəfə qəbul edilən 10 mq/320 mq maksimal dozaya (arterial təzyiqə nəzarəti təmin edəcək dozaya
qədər) qədər artırıla bilər. Damardaxili həcmin azalması olan xəstələrdə Eksforjun ilkin müalicə
kimi istifadəsi tövsiyə edilmir. Maksimal doza 10 mq/320 mq-dır.
Amlodipin və valsartan monoterapiya şəklində qida qəbulundan asılı olmayaraq qəbul edildiyi üçün,
Eksorj dərman vasitəsi də qida qəbulundan asılı olmayaraq, su ilə qəbul edilə bilər.
Ayrı-ayrı qrup xəstələrdə dozalanması
Böyrək funksiyasının pozulması olan xəstələr
Yüngül və orta dərəcədə böyrək funksiyasının pozulması olan xəstələrdə Eksforjun dozasına düzəliş
edilməsi tələb olunmur.
Qaraciyər funksiyasının pozulması olan xəstələr
Eksforju qaraciyər çatışmazlığı və ya öd yollarının obstruktiv xəstəlikləri olan xəstələrə təyin
etdikdə ehtiyatlı olmaq lazımdır. Amlodipinin mümkün olan ən kiçik dozası ilə müalicəyə başlamaq
tövsiyə olunur. Ekforjun tərkibində amlodipinin ən kiçik dozası 5 mq təşkil edir.
Uşaqlar (18 yaşa qədər)
Uşaqlarda istifadə zamanı təhlükəsizlik və effektivlik barədə məlumat az olduğu üçün Eksforjdan
uşaqların müalicəsi üçün istifadə edilməsi tövsiyə olunmur.
Yaşlı xəstələr (65 və 65 yaşdan yuxarı )
Yaşlı (65 və 65 yaşdan yuxarı) və cavan xəstələrdə eyni dozalarda istifadə edildikdə preparatın hər
iki komponenti eyni dərəcədə yaxşı mənimsənildiyindən, müalicəyə başladıqda dozaya düzəliş
edilməsinə ehtiyac yoxdur. Amlodipinin mümkün olan ən kiçik dozası ilə müalicəyə başlamaq
tövsiyə olunur. Eksforjun tərkibində amlodipinin ən kiçik dozası 5 mq təşkil edir.
Əlavə təsirləri
Eksforj preparatının təhlükəsizliyi, 5,175 xəstənin (onlardan 2,613-ü valsartanı amlodipinlə
kombinasiyada qəbul etmişdi) iştirakı ilə aparılan 5 nəzarət olunan tədqiqata əsasən
dəyərləndirilmişdir. Preparatın əlavə təsirləri (Cədvəl 1) rastgəlmə tezliyinə əsasən, ən çox rast
gəlinən birinci olmaqla aşağıdakı kimi təsnif edilir:
çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1000, <1/100), nadir hallarda (≥1/10000,
<1/1000), çox nadir hallarda (<1/10000), tək-tək hallar da daxil olmaqla.
Doza həddinin aşılması
Hal-hazırda Eksforjla doza həddinin aşılması haqqında məlumat yoxdur. Valsartanla doza həddinin
aşılmasının əsas simptomu başgicəllənmə ilə müşayiət olunan güclü arterial hipotenziya ola bilər.
Amlodipinlə doza həddinin aşılması, artan periferik vazodilatasiyaya və reflektor taxikardiyaya
gətirib çıxara bilər. Şok və fatal sonluğa qədər inkişaf edən güclü və potensial uzunmüddətli sistem
hipotenziya haqqında məlumat verilmişdir.
Amlodipinlə doza həddinin aşılması ilə əlaqədar klinik cəhətdən əhəmiyyətli hipotenziya, ürək və
tənəffüs funksiyalarının mütəmadi monitorinqi, ətrafların yuxarı qaldırılması və dövr edən maye
həcmi və sidik ifrazına diqqət də daxil olmaqla aktiv kardiovaskulyar tədbirlərin aparılmasını tələb
edir.
Damar tonusunu və arterial təzyiqi bərpa etmək üçün əks göstərişlər olmadıqda damardaraldıcı
preparatdan istifadə etmək olar.
Əgər preparatın qəbulundan çox vaxt keçməyibsə, qusma törətmək və ya mədəni yumaq lazımdır.
Aktivləşdirilmiş kömür, amlodipinin qəbulundan dərhal sonra və ya qəbuldan sonrakı iki saat
ərzində qəbul edilərsə, amlodipinin sorulması xeyli azalar.
Kalsium kanallarının blokadaya alınması ilə bağlı arterial təzyiqin davamlı enməsində kalsium
qlükonatın venadaxili yeridilməsi məqsədəuyğun ola bilər.
Valsartan və amlodipinin hər ikisinin hemodializ yolu ilə xaric olunması ehtimalı azdır.
Buraxılış forması
14 tablet blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºC-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında, rütubətdən qorunan və
uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Siegfried Barbera, S.L., İspaniya
Rondo de Santa Mariya 158,
08210 Barbera de Valles, Barselona, İspaniya.
və ya
Novartis Farma S.p.A