Pharmed
ECOFUCIN 100MG N6 VAG SAM
EKOFUSİN
Beynəlxalq patentləşdirilməmiş adı: Natamycin
EKOFUSİN Tərkibi
Təsiredici maddə: 1 vaginal suppozitoriyanın tərkibində 100 mq natamisin vardır.
Köməkçi maddələr: laktuloza, makroqol qliserilhidroksistearat, kolloidal silisium dioksid, bərk piy.
Farmakoterapevtik qrupu
Kortikosteroidlərlə kombinasiyalar istisna olunmaqla, antimikrob və antiseptik vasitələr. Antibiotiklər.
АТC kodu: G01АА02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Makrolidlər qrupundan olan göbələkəleyhinə polien antibiotikidir. Geniş təsir spektrinə malikdir. Funqisid
təsir göstərir. Natamisin hüceyrə membranlarının sterolları ilə geridönməz şəkildə birləşərək, onların tamlığını
və funksiyalarını pozur və bu, mikroorqanizmlərin məhvinə gətirib çıxarır. Əksər patogen maya göbələkləri,
xüsusilə Candida albicans, həmçinin Torulopsis, Rhodotorula, Aspergillus, Penicillium və dermatofitlər
(Trichophyton, Microsporum, Epidermophyton) natamisinə qarşı həssasdır. Klinik təcrübədə natamisinə qarşı
rezistentlik rast gəlinmir. İn vitro qrammüsbət və qrammənfi bakteriyalara təsir göstərmir.
Farmakokinetikası:
Natamisin sistem təsir göstərmir, belə ki, praktiki olaraq selikli qişa səthindən sorulmur.
İstifadəsinə göstərişlər
Candida albicans göbələkləri tərəfindən törədilən vaginitlər, vulvitlər, vulvovaginitlər.
Əks göstərişlər
Preparatın tərkibindəki maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın istifadəsi zamanı xüsusi ehtiyat tədbirləri tələb olunmur.
Vaginal şamlar bədən temperaturunun təsiri altında sürətlə əriyərək köpüklənən kütlə əmələ gətirir ki, bu da
təsiredici maddənin bərabər paylanmasına səbəb olur. Xroniki və ya residivləşmiş infeksiyalarda yerli müalicə
natamisin preparatının tablet və krem dərman formalarında təyin etməklə tamamlana bilər. Şamlardan istifadə
zamanı cinsi əlaqədən imtina etməyə ehtiyac yoxdur. Lakin, cinsi tərəfdaşların müayinə edilməsi və kandidoz
zədələnmə aşkar edildiyi halda natamisin preparatı ilə müalicə kursu aparılması tövsiyə edilir. Həmçinin,
müalicə müddətində baryer kontraseptivlərin istifadə edilməsini nəzərdən keçirmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Natamisin digər dərman vasitələri ilə qarşılıqlı təsiri qeyd edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ekofusin vaginal suppozitoriyaların hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
EKOFUSİN İstifadə qaydası və dozası
Vaginitlərdə, vulvitlərdə, vulvovaginitlərdə 3-6 gün müddətində 1 vaginal suppozitoriya hər gecə yatmazdan
əvvəl uşaqlıq yoluna dərinə yeridilir. Xəstəliyin simptomları itdikdən sonra müalicəni daha bir neçə gün
davam etdirmək tövsiyə edilir. Müalicə kursunun müddəti fərdi olaraq müəyyən edilir.
Vaginal suppozitoriyanın tətbiqindən əvvəl əllərinizi yuyun və qurudun. Suppozitoriyanı konturlu yuvalı
qablaşmasından azad edin. Uzanıq vəziyyətdə ayaqlarınızı bir qədər yuxarı qaldırın. Suppozitoriyanı uşaqlıq
yoluna mümkün qədər dərinə yeridin. Yarım saat ərzində uzanıq vəziyyətdə qalmağa çalışın. İstifadədən sonra
əllərinizi bir daha yuyun.
Vaginal suppozitoriyaların effektivliyinin mümkün azalmasından və ya yeridilmə ilə bağlı çətinliklərindən
menstruasiya dövründə istifadəsi tövsiyə edilmir.
Candida albicans tərəfindən törədilən vaginitlərin davamlı gedişi zamanı bağırsaqda kandidoz infeksiyasının
sanasiyası üçün əlavə olaraq, natamisin daxilə qəbul üçün tablet formasında (10-20 gün müddətində gündə 4
dəfə 1 tablet) təyin edilir. Cinsi tərəfdaşın cinsiyyət orqanlarının kandidoz zədələnməsinin müalicəsi üçün
natamisin krem şəklində istifadə edilir.
Pediatrik xəstələr:
14 yaşdan kiçik uşaqlarda istifadə olunmamalıdır.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat:
Böyrək/qaraciyər funksiyası pozulmuş xəstələr:
Ekofusin yerli istifadə olunur. Preparatın aktiv maddəsi praktiki olaraq selikli qişa səthindən sorulmur və
sistem təsir göstərmir, buna görə də, böyrək və/və ya qaraciyər funksiyası pozulmuş xəstələrdə doza
tənzimlənməsinə ehtiyac yoxdur.
Yaşlı xəstələr:
Cavan xəstələrdə olduğu kimi eyni dozalarda istifadə edilir.
Bakirələrdə istifadə olunmur.
Daxilə və başqa üsullarla istifadə olunmamalıdır.
Əlavə təsirləri
Natamisin vaginal suppozitoriyalar istifadə zamanı çox nadir (<1/10000) hallarda yerli reaksiyalar (uşaqlıq
yolunda yüngül qıcıqlanma və göynəmə hissi) müşahidə oluna bilər.
Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.
Buraxılış forması
Vaginal suppozitoriyalar, 100 mq.
3 və ya 6 suppozitoriya, polivinilxlorid/polietilendən hazırlanmış konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2
konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.