Pharmed
DUKSET 60MG N28 CAP
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“ _____ ”_____________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DUKSET® 30 mq, 60 mq qastrorezistent kapsullar
DUXET®
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 30 mq və ya 60 mq duloksetinə ekvivalent miqdarda
duloksetin hidroxlorid vardır.
Köməkçi maddələr: neytral pellet ölçü 26 (0,6 – 0,7 mm), hidroksipropilmetilsellüloza 603,
kristallik saxaroza, talk, trietilsitrat, hipromelloza asetat suksinat-LF
(HPMC-AS-LF), 25 %-li ammonium-hidroksid məhlulu, Opadry ağ
02A28361 (hipromelloza (E464), titan dioksid (E171), talk),
30 mq: Opaque tünd göy (qapaq) [FD&C göy 2/indiqokarmin (E132),
titan dioksid (E171), su, jelatin], Opaque ağ (gövdə) [titan dioksid (E171),
su, jelatin].
60 mq: Opaque tünd göy (qapaq) [FD&C göy 2/indiqokarmin (E132), titan
dioksid (E171), su, jelatin], Opaque yaşıl (gövdə) [FD&C göy
2/indiqokarmin (E132), sarı dəmir oksidi (E172), titan dioksid (E171), su,
jelatin].
Təsviri
Kapsulun möhtəviyyatı: ağ və bej pelletlərdir.
30 mq: kapsullar: No: 3 bərk jelatin kapsullar qeyri-şəffaf ağ cisim və qeyri-şəffaf tünd mavi
qapaq ilə.
60 mq: kapsullar: No: 1 bərk jelatin kapsullar qeyri-şəffaf yaşıl cisim və qeyri-şəffaf tünd
mavi qapaq ilə.
Farmakoterapevtik qrupu
Digər antidepressantlar.
ATC kodu: N06AX21.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Duloksetin, serotoninin (5-HT) və noradrenalinin (NA) geriyə tutulmasının inhibitorudur.
O, dofaminin geriyə tutulmasını zəif inhibə edir, histaminergik, dofaminergik, xolinergik və
adrenergik reseptorlara əhəmiyyətli affinliyi yoxdur. Duloksetin heyvanlarda beyinin müxtəlif
sahələrində dozadan asılı olaraq serotoninin və noradrenalinin ekstrasellülyar səviyyələrini
artırır.
Duloksetin, preklinik modellərdə bir çox neyropatik və iltihabi ağrılarda, ağrı sərhədini və
davamlı ağrı modellərində zəiflədilmiş ağrı davranışını normallaşdırır. Duloksetinin ağrıkəsici
effekti, mərkəzi sinir sistemində ağrı ötürücü yolların potensialının azaldılması nəticəsində
təmin olunur.
Klinik effektivliyi və təhlükəsizliyi
Böyük depressiv pozğunluqlar
Duloksetin böyük depressiyanın Psixi Pozğunluqların Diaqnostik və Statistik Təlimatı
kriteriyasına (PPDST) cavab verən 3158 pasiyentin (1285 bir neçə il qəbul edən pasiyent)
iştirak etdiyi klinik proqramda tədqiq olunmuşdur. Duloksetinin effektivliyi, böyük depressiv
pozğunluqlarda, yetkin şəxslərdə, tövsiyə olunan stabil 60 mq dozada gündə bir dəfə üç
randomizə olunmuş ikili kor, plasebo nəzarətli tədqiqatda nümayiş olunmuşdur.
Ümumiyyətlə, duloksetinin yetkin şəxslərdə, gündəlik 60-120 mq dozada, böyük depressiv
pozğunluqlar zamanı effektivliyi 7 randomizə olunmuş, ikili kor, plasebo-nəzarətli
tədqiqatdan 5-də nümayiş olunmuşdur.
Duloksetin 17–bəndli Hamilton Depressiya Qiymətləndirmə Şkalasına (HDQŞ-D) görə
həmçinin (depressiyanın emosional və somatik simptomları daxil olmaqla) plasebo ilə
müqayisədə statistik üstünlük nümayiş etdirmişdir.
Duloksetinlə müalicəyə cavab və remissiya, plasebo ilə müqayisədə statistik əhəmiyyətli
yüksək olmuşdur. Əsas klinik tədqiqatlara daxil olmuş pasiyentlərin yalnız çox az bir
hissəsində ağır depressiya olmuşdur (HDQŞ>25).
Residivin qarşısının alınması tədqiqatında, 12 həftə, gündə 1 dəfə olmaqla, 60 mq
duloksetinlə aktiv müalicəyə cavab verən pasiyentlər, növbəti 6 ay üçün 60 mq gündə 1 dəfə
duloksetin və ya plasebo olmaqla randomizə olunmuşlar. Depressiya residivinin qarşısının
alınması, residivə qədər müddət kimi, birincili qiymətləndirmə zamanı, duloksetin 60 mq
gündə bir dəfə plasebo ilə müqayisədə (p=0,004) əhəmiyyətli üstünlük nümayiş etdirmişdir.
İkili kor 6 aylıq nəzarət müddətində residivlərin rastgəlməsi duloksetin və plasebo üçün
müvafiq olaraq 17 % və 29 % olmuşdur.
Böyük depressiya pozğunluqlarının profilaktikasının öyrənilməsi məqsədi ilə aparılmış 52
həftəlik ikili kor, plasebo kontrollu tədqiqatda, uzunmüddətli remissiya əldə etmiş pasiyentlər,
gündə 60 mq duloksetin və plasebo almaqla 6 aylıq randomizə edilmişlər (p<0,001). Bütün
pasiyentlər əvvəlki açıq müalicə zamanı, 60-120 mq/gün dozada duloksetinlə müalicəyə (28-
34 həftə) cavab vermişlər. Tədqiqatın 52 həftəlik ikili kor fazasında 14,4 % duloksetinlə
müalicə almış pasiyentlər və 33,1 % plasebo ilə müalicə almış pasiyentlər depressiya
simptomlarını yenidən müşahidə etmişlər (p<0,001).
Duloksetinin depressiyalı yetkin pasiyentlərdə, (≥65 yaş) 60 mq gündə bir dəfə effektivliyi
xüsusi tədqiqatda müşahidə olunmuşdur və HDQŞ-D17 şkalası üzrə, plasebo ilə müqayisədə
balların statistik əhəmiyyətli azalması göstərilmişdir. Yetkin pasiyentlərdə, gündə bir dəfə 60
mq dozada duloksetinin qəbulu, eyni dozada duloksetinin yetkin cavan insanlarda qəbulundan
fərqlənməmişdir. Buna baxmayaraq, yaşlı pasiyentlərin maksimal doza (120 mq) qəbul etməsi
haqda məlumatlar məhduddur və buna görə yaşlı pasiyentlərin müalicəsində ehtiyatlı olmaq
tövsiyə olunur.
Generalizəolunmuş həyəcan pozğunluqları
Duloksetin, yetkin şəxslərdə kəskin generalizəolunmuş həyəcan pozğunluqlarının və onların
residivlərinin profilaktikasında, 5 tədqiqatın 5-ində də statistik əhəmiyyətli üstünlük nümayiş
etdirmişdir. Bu tədqiqatların 4-ü ikili kor, plasebo kontrollu, randomizə olunmuşdur.
Duloksetin plasebo ilə müqayisədə Hamilton Həyacanlıq Şkalasının (HHŞ) ümumi ballarının
və Şihan Əlillik Şkalasına (ŞƏŞ) görə qlobal funksional pozulma ballarının yaxşılaşması ilə
statistik əhəmiyyətli üstünlük nümayiş etdirmişdir.
Müalicəyə cavab və remissiya da həmçinin, duloksetin alan qrupda plasebo ilə müqayisədə
daha yüksək olmuşdur. Duloksetin HHŞ ümumi ballarına görə venlafaksinlə müqayisə olunan
effektivlik nümayiş etdirmişdir.
Residivlərin profilaktikası tədqiqatında, duloksetinlə aktiv müalicəyə cavab vermiş
pasiyentlər, növbəti 6 ay ərzində duloksetin yaxud plasebo olmaqla randomizə olunmuşlar.
Gündə bir dəfə, 60-120 mq dozada duloksetin, plasebo ilə müqayisədə (p<0,001) residivlərin
profilaktikası tədqiqatında, residiv yaranana qədər olan müddət nəzərə alınmaqla, statistik
üstünlük nümayiş etdirmişdir.
6 ay ərzində, ikili kor tədqiqatda residivin yaranması, duloksetində 14 %, plaseboda isə 42 %
olmuşdur.
Diabetik periferik neyropatiyanın ağrılı forması
Duloksetinin, diabetik neyropatiyanın ağrılı formasının müalicəsindəki effektivliyi, yetkin
şəxslər arasında (22-88 yaş), 6 ay ərzində, 2 randomizə olunmuş, 12-həftəlik ikili kor, plasebo
nəzarətli tədqiqatda, göstərilmişdir. Böyük depressiv pozğunluqlar diaqnostik kriteriyalarına
uyğun pasiyentlər bu tədqiqatlardan çıxarılmışlar. İlkin nəticə, pasiyentlərin hər gün,
gündəliklərində 11-ballıq Likert şkalasına görə toplanmış, həftədə orta hesabla 24 saat orta
ağrı olmuşdur.
Hər iki tədqiqatda, duloksetin 60 mq gündə bir dəfə və ya 60 mq gündə iki dəfə, plasebo ilə
müqayisədə əhəmiyyətli dərəcədə ağrını azaltmışdır. Bəzi pasiyentlərdə effektivlik, artıq
müalicənin birinci həftəsində aydın görsənirdi. Aktiv müalicə almış bu iki qrup arasındakı
yaxşılaşmalarda statistik əhəmiyyətli fərq olmamışdır. Ən azı 30 % qeyd olunan ağrının
azalması, 40 % plasebo ilə müqayisədə təxminən 65 % duloksetinlə müalicə almış
pasiyentlərdə qeyd olunmuşdur. Uyğun rəqəmlər ən azı 50 % ağrının azalması 50 % və 26 %
müvafiq olaraq olmuşdur. Klinik cavab göstəriciləri (50 % yaxud ağrının daha azalması)
pasiyentlərin müalicə zamanı yuxululuq hiss edib-etməmələrinə görə təhlil olunmuşdur.
Yuxululuq hiss etməyən pasiyentlər üçün, klinik cavab, 47 % duloksetin və 27 % plasebo
qəbul etmiş pasiyentlərdə müşahidə olunmuşdur. Yuxululuq hiss edən pasiyentlərdə klinik
cavab, duloksetin üçün 60 %, plasebo üçün isə 30 % olmuşdur. 60 gün müalicə müddətində
30 % ağrının azalmasını hiss etməyən pasiyentlərin, sonrakı müalicə zamanı da bu səviyyəyə
çatmaları az ehtimal olunur.
Açıq, uzun müddətli nəzarət olunmayan tədqiqatda, 8 həftə ərzində, gündə bir dəfə, 60 mq
dozada, duloksetinlə aktiv müalicəyə cavab verən pasiyentlərdə, ağrının azalması, sonrakı 6
ayda da saxlanmışdır və bu Qısa Ağrı Təsviri (QAT), ağrının 24 saatlıq orta elementi ilə
ölçülmüşdür.
Fibromialgiya
Duloksetinin fibromialgiyaların müalicəsindəki effektivliyi Amerika Revmatoloqlar
Kollecinin fibromialgiya kriteriyalarına uyğun (anamnezdə 3 ay ərzində geniş yayılmış ağrı,
və ya 11 yaxud 18-dən daha çox spesifik sahədə ağrının mövcud olması) yetkin yaşlı
şəxslərdə, iki randomizə olunmuş, ikili kor, plasebo nəzarətli, stabil dozada duloksetin qəbul
edən tədqiqatda nümayiş olunmuşdur. FM-1 tədqiqatı, üç ay müddətində və yalnız qadın
pasiyentlərin iştirakı ilə aparılmışdır. FM-2 tədqiqatı, 6 ay müddətində kişi və qadınların
iştirakı ilə aparılmışdır. Təxminən 25 % iştirakçıda böyük depressiv pozuntu (BDP) diaqnozu
müəyyənləşdirilmişdir. FM-1 və FM-2 tədqiqatlarında ümumilikdə 874 pasiyent iştirak
etmişdir, onlardan 541 (62 %) tədqiqatı başa çatdırmışlar. Başlanğıc ağrı dəyəri, 11-ballıq
dəyər şkalasına görə 0-dan (ağrı yoxdur) 10-qədər (pisləşən ağrı) pasiyentlərdə 6,5 olmuşdur.
Hər iki tədqiqat, duloksetin 60 mq gündə bir dəfə, yaxud 120 mq hər gün (bölünmüş doza
FM-1 tədqiqatda və birdəfəlik gündəlik doza FM-2 tədqiqatında) plasebo ilə müqayisə
olunmuşdur. FM-2 tədqiqatında əlavə olaraq, 6 aylıq tədqiqatın başlanğıc üç ay müddətində
duloksetin 20 mq plasebo ilə müqayisə edilmişdir. Ümumi 354 pasiyent (234 duloksetin, 120
plasebo) FM-1 tədqiqatına və ümumi 520 xəstə (376 duloksetin, 144 plasebo) FM-2
tədqiqatına (5 % kişi, 95 % qadın) daxil olunmuşdur. Gündə 60-120 mq dozada duloksetinlə
müalicə alan orta ağrı dəyərinin, başlanğıc göstəricilərinə görə son nəticələrini statistik
əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır və başlanğıc göstəricilərdən ən azı 50 % azalmış ağrı
dəyəri ilə pasiyent sayını artırmışdır. Ağrının azalması həm Böyük Depressiya Pozuntusu olan
pasiyentlərdə, həm də Böyük Depressiya Pozuntusu olmayanlarda müşahidə olunmuşdur.
Lakin, ağrı dərəcəsinin azalması Böyük Depressiya Pozuntusu olan pasiyentlərdə daha çox
ola bilər. Heç bir tədqiqat 120 mq dozanın, 60 mq doza ilə müqayisədə daha effektiv olmasını
nümayiş etdirməmişdir, və daha yüksək dozalar da daha çox əlavə təsirlərlə və müalicənin
erkən dayandırılması ilə əlaqəli olmuşlar.
Bundan əlavə, gündəlik 60 mq doza duloksetinə cavab verməyən pasiyentlərdə titrasiya
zamanı duloksetinin effektivliyi müxtəlif tədqiqatlarda qiymətləndirilmişdir. İlkin olaraq,
pasiyentlər, gündə bir dəfə 60 mq doza duloksetinlə 8 həftə açıq tədqiqatda müalicə almışlar.
Sonradan, bu fazanı bitirənlər ikili kor, 60 mq gündə bir dəfə yaxud 120 mq gündə bir dəfə
duloksetinlə müalicə üçün randomizə olunmuşlar. 8 həftə müalicə müddətinin sonunda, ağrı
dəyərinin, başlanğıcdan ən azı 30 % azalması olan pasiyentlər, müalicəyə cavab verməyən
pasiyentlər hesab olunmuşlar və bu pasiyentlərdə 60-cı həftənin sonunda müalicə
kriterilərinin əldə olunması ehtimalı kor olaraq 120 mq-a qədər titrlənən pasiyentlərlə, kor
olaraq 60 mq qəbul etməyə davam edən pasiyentlərdən çox olmamışdır.
Xroniki əzələ-skelet ağrısı
Xroniki bel ağrısı tədqiqatlarında
Duloksetinin xroniki bel ağrısında (XBA) effektivliyi, iki ikili kor plasebo nəzarətli
randomizə olunmuş 13 həftə davam edən klinik tədqiqatlarda (XBA-1 tədqiqat və XBA-2
tədqiqat) və 12 həftə müddətində davam edən tədqiqatda (XBA-3) qiymətləndirilmişdir.
XBA-1 və XBA-3 xroniki bel ağrısında duloksetinin effektivliyini nümayiş etdirmişdir.
Tədqiqatlarda iştirak edən pasiyentlərdə radikulopatiya yaxud onurğa kanalı stenozu
əlamətləri olmamışdır.
XBA-1 Tədqiqatı
236 yetkin şəxs (N=115 duloksetinlə, N=121 plasebo ilə) tədqiqatda iştirak etmiş və
bunlardan 182 (77 %) nəfəri müalicənin 13 həftəlik fazasını bitirmişlər. 7 həftəlik müalicədən
sonra, ağrı sindromu 30 %-dən daha az aşağı düşən və gündəlik 60 mq duloksetinlə müalicəni
yaxşı qəbul edə bilən pasiyentlərdə, duloksetinin dozası kor olmaqla, tədqiqatın sonunadək
gündə 120 mq-dək artırılmışdır. Başlanğıcda, pasiyentlər ağrı hissini, rəqəmli dəyərləndirmə
0-dan (ağrı olmadan) 10 (kəskin ağrı) şkalasına görə 6 bal dəyərləndirmişlər. 13 həftəlik
müalicədən sonra, gündə 60-120 mq dozada duloksetin qəbul edən pasiyentlərdə, ağrı
sindromu plasebo ilə müqayisədə əhəmiyyətli dərəcədə azalmışdır. Randomizasiya, qeyri
steroid iltihab əleyhinə (QSİƏP) preparatlar alan pasiyentlər arasında aparılmışdır. Qrupların
daha təhlilli müşahidəsi, pasiyentlərin başlanğıcda hansı QSİƏP almasından asılı olmadığını
göstərdi.
XBA-2 Tədqiqatı
Dörd yüz dörd pasiyent gündəlik stabil, standart dozada duloksetin yaxud plasebo alınması
üçün randomizə olunmuşlar (N=59 duloksetin 20 mq, N=116 duloksetin 60 mq, N=112
duloksetin 120 mq, N=117 plasebo) və bunlardan 267 (66 %) nəfəri, 13 həftəlik müalicəni
sona yetirmişlər.
13 həftəlik müalicədən sonra, duloksetinin üç dozasından heç biri plasebo ilə müqayisədə
statistik əhəmiyyətli fərq nümayiş etdirməmişdir.
XBA-3 Tədqiqatı
Dörd yüz bir pasiyent gündəlik stabil 60 mq dozada duloksetin yaxud plasebo almaq üçün
randomizə olunmuşlar (N=198 duloksetin, N=203 plasebo), və bunlardan 303 (76 %) nəfəri
tədqiqatı bitirmişlər. Başlanğıcda pasiyentlər ağrı hissini, rəqəmli dəyərləndirmə 0-dan (ağrı
olmadan) 10 (kəskin ağrı) şkalasına görə 6 bal dəyərləndirmişlər. 12 həftəlik müalicədən
sonra, gündə 60 mq dozada duloksetin qəbul edən pasiyentlərdə, ağrı sindromu plasebo ilə
müqayisədə əhəmiyyətli dərəcədə azalmışdır.
Osteoartrit zamanı xroniki ağrı tədqiqatları
Osteoartrit zamanı xroniki ağrı sindromunun müalicəsində duloksetinin effektivliyi ikili kor
plasebo nəzarətli randomizə olunmuş 13 həftəlik klinik tədqiqatlarda (Tədqiqat OA-1 və OA-
2 Tədqiqatı) qiymətləndirilmişdir. Hər iki tədqiqatda iştirak edən pasiyentlərə, idiopatik diz
oynağı osteoartrozu diaqnozu, Amerika Rentgenoloqlar Cəmiyyətinin (ACR) kriterilərinə
əsasən, klinik və rentgenoloji olaraq qoyulmuşdur. Randomizasiya, qeyri steroid iltihab
əleyhinə (QSİƏP) preparatlar alan pasiyentlər arasında aparılmışdır. Hər 2 tədqiqatda,
pasiyentlər müalicəyə 1 həftə müddətində, gündə 30 mq olmaqla, duloksetin qəbulundan
başlamışlar. Birinci həftənin sonunda, duloksetinin dozası gündə bir dəfə 60 mq qədər
artırılmışdır. Müalicənin 7 həftədən sonra, gündə bir dəfə 60 mq duloksetin alan pasiyentlər
arasında, OA-1-də olan, müalicəyə qeyri optimal cavab verən pasiyentlərdə (<30 % ağrının
azalması) və 60 mq dozada gündə bir dəfə duloksetini qəbul edə bilən pasiyentlərdə,
duloksetinin dozası 120 mq qədər artırılmışdır. Buna baxmayaraq, OA-2 tədqiqatında, 7
həftəlik müalicədən sonra, müalicə nəticələrindən asılı olmayaraq, bütün pasiyentlər, gündə 1
dəfə 60 mq dozada duloksetin və ya gündə 1 dəfə 120 mq dozada duloksetin qəbul etməklə
yenidən 2 qrupa bölünmüşlər. Plasebo qəbul edən qruplarda pasiyentlər, hər iki tədqiqatda
bütün tədqiqat müddətində plasebo qəbul etmişlər. Hər iki tədqiqatda, effektivlik analizi,
gündə 1 dəfə 60 mq və gündə 1 dəfə 120 mq duloksetin almış qrupların 13 həftəlik,
ümumiləşmiş nəticələrinə əsasən qiymətlədirilmişdir.
OA-1 Tədqiqat
256 pasiyent (N=128 duloksetin, N=128 plasebo) tədqiqatda iştirak etmişdir və onlardan 204
(80 %) nəfəri tədqiqatı sona çatdırmışlar. Başlanğıcda pasiyentlər ağrı hissini, rəqəmli
dəyərləndirmə 0-dan (ağrı olmadan) 10 (kəskin ağrı) şkalasına görə 6 bal dəyərləndirmişlər.
13 həftəlik müalicədən sonra, duloksetin qəbul edən pasiyentlərdə ağrı sindromu, plasebo ilə
müqayisədə əhəmiyyətli dərəcədə azalmışdır. Qrupların daha təhlilli müşahidəsi, pasiyentlərin
başlanğıcda hansı QSİƏP almasından asılı olmadığını göstərdi.
OA-2 Tədqiqat
İki yüz otuz bir pasiyent (N =111 duloksetin, N=120 plasebo) tədqiqatda iştirak etmişdir və
onlardan 173 (75 %) nəfəri tədqiqatı sona çatdırmışdır. Başlanğıcda pasiyentlər ağrı hissini,
rəqəmli dəyərləndirmə 0-dan (ağrı olmadan) 10 (kəskin ağrı) şkalasına görə 6 bal
dəyərləndirmişlər. 13 həftəlik müalicədən sonra, duloksetin qəbul edən pasiyentlərdə, ağrı
sindromu əhəmiyyətli dərəcədə azalmamışdır.
Farmakokinetikası
Duloksetin tək enantiomer şəklində qəbul edilir. Duloksetin konyuqasiyadan sonra, oksidativ
fermentlər (CYP1A2 və polimorf CYP2D6) vasitəsilə, geniş metabolizm olunur. Duloksetinin
farmakokinetikası cins, yaş, siqaret çəkmə və CYP2D6 vəziyyətinə görə, şəxslərarası böyük
müxtəliflik nümayiş etdirir (ümumiyyətlə 50-60 %).
Absorbsiyası
Peroral qəbulundan sonra duloksetin yaxşı sorulur. Qəbulundan 6 saat sonra qanda maksimal
konsentrasiya əldə edir. Per os qəbul zamanı duloksetinin mütləq biomənimsənilməsi 32 %-
80 % arasında dəyişir (orta 50 %).
Qida qəbulu pik konsentrasiyasını 6 saatdan 10 saata qədər uzadır ki, bu da absorbsiya
dərəcəsini azaldır (təqribi 11 %). Bu dəyişikliklərin heç bir klinik əhəmiyyəti yoxdur.
Paylanması
Duloksetinin təxminən 96 % plazma zülalları ilə birləşir. Duloksetin həm albumin həmdə
alfa-1-qlikoprotein turşusu ilə birləşir. Plazma zülalları ilə birləşməsi qaraciyər və ya böyrək
çatışmazlığından asılı deyil.
Metabolizmi
Duloksetin aktiv metabolizmə uğrayır və metabolitlər əsasən sidiklə xaric olunur. Hər iki
sitoxrom P450-2D6 və 1A2, 2 aktiv metabolitin, 4-hidroksi duloksetin qlükuronid konyuqat
və 5-hidroksi sulfat konyuqat, 6-metoksi duloksetinin yaranmasını kataliz edir. In vitro
tədqiqatlara əsaslanaraq, duloksetinin sirkulyasiya edən metabolitlərini farmakoloji cəhətdən
qeyri-fəal hesab edirlər. CYP2D6 zəif metabolizmi olanlar arasında, duloksetinin
farmakokinetikasının öyrənilməsinə yönəldilmiş tədqiqatlar yoxdur. Məhdud məlumatlar
təxmin edir ki, bu pasiyentlərdə, duloksetinin plazma səviyyəsi yüksəkdir.
Eliminasiyası
Duloksetinin yarımxaricolma diapazonu 8-17 saat arasında dəyişir (orta hesabla 12 saat).
Venadaxili yeridildikdən sonra duloksetinin plazma klirensi 22 l/saat-46 l/saat arasında
dəyişir (orta hesabla 36 l/saat). Peroral qəbuldan sonra duloksetinin plazma klirensi 33-261
l/saat arasında dəyişir (orta hesabla 101 l/saat).
Xüsusi populyasiya
Cins
Qadınlar və kişilər arasında farmakokinetik fərqlər müəyyən olunmuşdur (yaranan plazma
klirensi qadınlarda təxminən 50 % aşağı olmuşdur). Klirensin orta dəyişikliyinə əsaslanaraq,
cinsdən asılı farmakokinetik fərqlər, qadınlarda aşağı dozaların istifadəsinə tövsiyələri təsdiq
etmir.
Yaş
Yaşlı və cavan qadınlar arasında farmakokinetik fərqlər müəyyən olunmuşdur (≥65 yaş)
(AUC təxminən 25 % artır və yarımxaricolma müddəti yaşlılarda 25 % daha çoxdur) halbuki
bu dəyişikliklərin miqyası doza düzəlişlərini təsdiqləmək üçün kifayət qədər deyil.
Ümumi tövsiyyə olaraq, yaşlıların müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Böyrək çatışmazlığı
Sağlam şəxslərlə müqayisədə, böyrək çatışmazlığı olan dializli pasiyentlərdə, duloksetinin
maksimal plazma konsentrasiyası və AUC göstəriciləri 2 dəfə yüksək olmuşdur. Zəif və orta
dərəcəli böyrək çatışmazlıqlı pasiyentlərdə duloksetinin farmakokinetikası haqda məlumatlar
məhduddur.
Qaraciyər çatışmazlığı
Orta dərəcəli qaraciyər çatışmazlığı (Çayld Pyu klassifikasiyasına əsasən B), duloksetinin
farmakokinetikasına təsir göstərir. Sağlam şəxslərlə müqayisədə, orta dərəcəli qaraciyər
çatışmazlığı olan pasiyentlərdə, duloksetinin plazma klirensi 79 % aşağıdır, son
yarımxaricolma müddəti 2,3 dəfə daha çox, və AUC 3,7 dəfə yüksəkdir. Orta və ağır dərəcəli
qaraciyər çatışmazlığı olan pasiyentlərdə duloksetinin farmakokinetikası və onun
metabolitləri tədqiq olunmamışdır.
Laktasiya
Duloksetinin təsiri, ən azı 12 həftə doğuşdan sonra, südverən 6 qadında tədqiq olunmuşdur.
Duloksetin ana südündə təyin olunur, və onun ana südündəki konsentrasiyası təxminən
plazmada olan konsentrasiyanın 1/4-ni təşkil edir. Gündə iki dəfə 40 mq dozada qəbulu
zamanı, ana südündə duloksetinin miqdarı təxminən 7 mkq/gün olur. Laktasiya duloksetinin
farmakokinetikasına təsir etmir.
İstifadəsinə göstərişlər
Böyük depressiv pozğunluqların müalicəsi.
Diabetik neyropatiyanın ağrılı formasının müalicəsi.
Generalizəolunmuş həyəcan pozğunluqlarının müalicəsi.
DUKSET® yetkin şəxslər üçün nəzərdə tutulmuşdur.
Əks göstərişlər
Təsiredici maddəyə yaxud preparatın hər hansı bir köməkçi komponentinə qarşı
hiperhəssaslıq.
DUKSET®-in monoaminooksidazanın (MAO) qeyri-selektiv geri dönməyən inhibitorları ilə
birgə istifadəsi əks göstərişdir.
Qaraciyər çatışmazlığı səbəbindən yaranmış qaraciyər xəstəlikləri.
DUKSET® fluvoksaminlə, siprofloksasin yaxud enoksasinlə (yəni, CYP1A2 potensial
inhibitorları) birgə təyin edilməməlidir, belə ki, bu kombinasiya duloksetinin plazma
konsentrasiyasının artması ilə nəticələnir.
Ağır böyrək çatışmazlığı (kreatin klirensi <30 ml/dəq), (xüsusi göstərişlər və ehtiyat tədbirləri
bölməsinə bax).
Nəzarət olunmayan və hipertenziv kriz riski olan pasiyentlərdə, DUKSET® ilə müalicəyə
başlamaq əks göstərişdir (xüsusi göstərişlər və ehtiyat tədbirləri, əlavə təsirlər bölməsinə bax).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Maniakal vəziyyət və qıcolmalar
Anamnezində maniakal hal yaxud bipolyar pozğunluqlar, yaxud qıcolmalar olan pasiyentlərdə
DUKSET® ehtiyatla istifadə olunmalıdır.
Midriaz
Duloksetinin qəbulu ilə əlaqəli midriaz halları qeydə alınmışdır və buna görə gözdaxili təzyiqi
olan yaxud kəskin dar künclü qlaukoma riski olan pasiyentlərdə DUKSET® təyin etdikdə
ehtiyatlı olmaq lazımdır.
Arterial təzyiq və ürək döyüntüləri
Duloksetin qəbul edən bəzi pasiyentlərdə, qan təzyiqinin artması və klinik əhəmiyətli
hipertenziya ilə əlaqəli olmuşdur. Bu, duloksetinin noradrenergik təsirinin nəticəsi ola bilər.
Duloksetinlə hipertenziya krizləri, xüsusən artıq mövcud hipertenziyalı pasiyentlərdə qeyd
olunmuşdur.
Buna görə hipertenziyası məlum olan pasiyentlərdə və/və yaxud digər ürək xəstəliyi
olanlarda, xüsusən müalicənin birinci ayında, arterial təzyiqə nəzarət etmək tövsiyə olunur.
Duloksetin, ürək döyüntülərinin artması riski olan, yaxud yüksək arterial təzyiqi olan
pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Həmçinin, duloksetinin metabolizminə təsir edə
biləcək preparatlarla birgə təyinatı zamanı ehtiyatlı olmaq tövsiyyə olunur (“Digər dərman
vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Duloksetinlə müalicə zamanı davamlı arterial
təzyiqin artması olan pasiyentlərdə, doza azaldılmalı yaxud tədricən dayandırılmalıdır (əlavə
təsirlər bölməsinə bax).
Nəzarət olunmayan hipertenziyası olan pasiyentlərdə duloksetinlə müalicəyə başlanmamalıdır
(“Əks göstərişlər” bölməsinə bax).
Böyrək çatışmazlığı
Duloksetinin plazma konsentrasiyası, hemodializdə olan ağır böyrək çatışmazlıqlı
pasiyentlərdə (kreatinin klirensi <30 ml/dəq) arta bilər. Ağır böyrək çatışmazlığı olan
pasiyentlər üçün məlumat, əks göstərişlər bölməsində verilmişdir. Orta və zəif böyrək
çatışmazlığı olan pasiyentlər üçün məlumatı, dozalanma və istifadə qaydası bölməsində görə
bilərsiniz.
Antidepressantlarla istifadəsi
Antidepressantlarla DUKSET®-i birgə istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Xüsusən,
selektiv geri dönən MAO inhibitorları ilə birgə istifadəsi tövsiyə olunmur.
Dazıotu
Tərkibində dazıotu olan bitki preparatları ilə birgə DUKSET®-in istifadəsi zamanı əlavə
təsirlər arta bilər.
Suisid
Böyük depressiv pozğunluqlar və generalizəolunmuş həyəcan pozğunluqlarında suisid:
Depressiya, suisidal fikirlər, özünə zərər yetirmə və suisid (suisidlə əlaqəli hadisələr) riskinin
artması ilə əlaqəlidir. Bu risk, əhəmiyyətli remissiya yaranana qədər qalır. Əgər yaxşılaşma
müalicənin ilk həftələrində yaranmırsa, pasiyentlər bu yaxşılaşma yaranana qədər diqqətli
nəzarət altında olmalıdırlar. Sağalmanın ilkin mərhələlərində suisid riskinin daha çox olması
ümumi klinik təcrübədir.
DUKSET® təyin oluna biləcək digər psixotik pozğunluqlar da, suisid-əlaqəli hadisələr
riskinin artması ilə əlaqəli ola bilər. Bundan əlavə, bu hallar böyük depressiv pozğunluqlar ilə
yanaşı ola bilər. Ona görə də eyni ehtiyat tədbirləri, böyük depressiv pozğunluqların
müalicəsində və digər psixotik pozğunluqlarda da nəzərə alınmalıdır.
Anamnezində suisidlə əlaqəli hadisələr yaxud müalicədən əvvəl suisidal fikirləri əhəmiyyətli
dərəcədə nümayiş etdirən pasiyentlərdə, suisidal fikirlər yaxud suisidal davranış riski daha da
yüksələ bilər və buna görə də müalicə zamanı onlar diqqətli nəzarət altında olmalıdırlar.
Psixotik pozğunluqlar zamanı antidepressant preparatların istifadəsinin plasebo-nəzarətli
klinik tədqiqatlarının meta-analizi, plasebo ilə müqayisədə, suisidal davranışın yüksək riskinin
25 yaşdan aşağı olan pasiyentlərdə daha yüksək olduğunu göstərmişdir.
Suisidal fikirlər və suisidal davranış, duloksetinlə müalicə müddətində, yaxud müalicə
dayandırıldıqdan dərhal sonra qeyd olunmuşdur (əlavə təsirlər bölməsinə bax).
Pasiyentlər, xüsusən də yüksək risk altında olanlar, dərman preparatı ilə müalicə zamanı,
xüsusən erkən müalicə başlayan dövrdə və sonrakı doza korreksiyası dövründə diqqətli
nəzarət altında olmalıdırlar. Pasiyentlər (və pasiyentlərə qulluq edənlər), suisidal davranış
yaxud fikirlər barədə klinik pisləşmə haqda məlumatlandırılmalıdırlar və davranışlarında
qeyri-adi dəyişikliklər olduqda, dərhal müalicə həkiminə müraciət etməlidirlər.
Diabetik periferik neyropatiyanın ağrılı forması
Eyni farmakoloji təsiri olan (antidepressantlar) digər preparatlarda olduğu kimi, təcrid
olunmuş suisidal fikirlər və suisidal davranış duloksetinlə müalicə zamanı və müalicə
dayandırıldıqdan dərhal sonra qeyd olunmuşdur. Depressiya zamanı suisid risk faktorları ilə
əlaqəli məlumat üçün yuxarı baxın. Həkimlər pasiyentlərin hər hansı suisidal fikirlər yaxud
hisslər yarandığı zaman, istənilən vaxtda xəbərdarlıq etmələri üçün hər bir şəraiti
yaratmalıdırlar.
Uşaqlarda və 18 yaşdan aşağı yeniyetmələrdə istifadəsi
Pediatrik populyasiyada heç bir klinik tədqiqat aparılmamışdır. DUKSET® uşaqların və 18
yaşdan aşağı yeniyetmələrin müalicəsində istifadə olunmamalıdır. Suisidlə əlaqəli davranış
(suisid cəhdləri və suisidal fikirlər) və düşmənçilik (aqressiya, oppozit davranış və hirslilik)
antidepressantlarla müalicə zamanı, plasebo ilə müqayisədə daha çox uşaqlar və yeniyetmələr
arasında müşahidə olunurdu. Əgər klinik cəhətdən müalicəyə ehtiyac varsa və müalicə qərarı
alınarsa, pasiyent suisidal simptomların mövcudluğuna görə diqqətli nəzarət altında olmalıdır.
Bundan əlavə, uşaqlarda və yeniyetmələrdə böyüməyə, yetişkənliyə, koqnitiv və davranış
inkişafına aid uzunmüddətli təhlükəsizlik məlumatları yoxdur.
Hemorragiyalar
Serotoninin intraneyronal geri udulmasının seçici inhibitorları (SİUSİ),
serotoninin/noradrenalinin intraneyronal geri udulmasının seçici inhibitorları (SNİUSİ) və
həmçinin duloksetinlə müalicə zamanı qansızmalar, eksimoz, purpura və mədə-bağırsaq
qanaxmaları kimi qeyri-normal qanaxma halları, qeyd olunmuşdur. Dukset doğuşdan sonrakı
qanaxma riskini artıra bilər. Antikoaqulyantlar və yaxud trombositlərin fəaliyyətinə təsiri
məlum olan tibbi preparatlarla (QSİƏP yaxud asetilsalisil turşusu (ASA)), və qanaxmaya
meyilli pasiyentlərdə duloksetinin qəbulu zamanı ehtiyatlı olmaq məsləhət görülür.
Hiponatriemiya
Duloksetin qəbulu zamanı, plazmada natriumun səviyyəsinin azalması, həmçinin natriumun
110 mmol/l-dən aşağı olduğu hallar qeyd olunmuşdur. Hiponatriemiya, antidiuretik hormon
çatışmazlığı (ADHÇ) səbəbindən də ola bilər. Hiponatriemiya halları çox vaxt yaşlılarda,
xüsusən anamnezində, yaxın zamanlarda maye balansı pozulması olanlar və ya maye balansı
pozulmasına meylli olanlar arasında müşahidə olunmuşdur. Hiponatriemiya riski yüksək olan
şəxslərdə, məsələn qaraciyər sirrozu olan, diuretiklərlə müalicə alan yaşlı pasiyentlərdə və
orqanizmin hipovolemiya şəraitində təyinat zamanı ehtiyatlı olmaq tövsiyyə olunur.
Müalicənin dayandırılması
Ləğvetmə sindromu xüsusən müalicə birdən kəsildikdə, ümumi simptomlarla özünü biruzə
vermişdir (əlavə təsirlər bölməsinə bax). Klinik tədqiqatlarda ləğvetmə sindromu, müalicənin
kəskin dayandırılması zamanı 45 % duloksetinlə müalicə almış pasiyentlərdə və 23 % plasebo
alan pasiyentlərdə müşahidə olunmuşdur.
Ləğvetmə sindromu SİUSİ və SNİUSİ preparatlarının qəbulu zamanı müşahidə edilmişdir və
müalicə müddəti, preparatın dozası və müalicənin necə dayandırılması kimi müxtəlif
faktorlardan asılı olmuşdur. Ən çox qeyd olunan xoşagəlməz hallar “əlavə təsirlər”
bölməsində sadalanmışdır. Ümumiyyətlə, bu simptomlar zəif yaxud orta dərəcədə özünü
biruzə vermişdir; lakin bəzi pasiyentlərdə onların intensivliyi ağır ola bilər. Adətən bu
simptomlar müalicə dayandırıldıqdan bir neçə gün sonra keçib gedir, lakin nadir hallarda
dozanın qəbulunu unutmuş pasiyentlərdə bu simptomlar qeyd olunmuşdur. Ümumiyyətlə, bu
simptomlar zərərsizdir və adətən iki həftə ərzində keçirlər, lakin bəzi pasiyentlərdə bu
əlamətlər daha uzunmüddətli ola bilər (2-3 ay və daha artıq). Buna görə də duloksetinlə
müalicənin doza azaldılaraq tədriclə, (pasiyentdən asılı olaraq) 2 həftə ərzində dayandırılması
məsləhət görülür (dozalanma və istifadə qaydası bölməsinə bax).
Yaşlılar
Yaşlı şəxslərdə böyük depressiv pozğunluqlar zamanı, duloksetinin sutkalıq 120 mq dozada
istifadəsi haqda məlumat məhduddur. Buna görə, yaşlı şəxslərdə maksimal doza ilə müalicə
etdikdə (dozalanma və istifadə qaydası, farmakokinetik xüsusiyyətlər bölməsinə bax) ehtiyatlı
olmaq lazımdır. Yaşlı şəxslərdə, generalizə olunmuş həyəcan pozğunluqlarının müalicəsi
üçün duloksetinin istifadəsi haqqında məlumat məhduddur.
Akatiziya/psixomotor narahatlıq
Duloksetinin istifadəsi akatiziyanın inkişafı ilə əlaqəli olmuşdur, subyektiv olaraq xoşagəlməz
yaxud üzücü narahatlıq və hərəkət etməyə ehtiyacla xarakterizə olunmuşdur, çox vaxt
pasiyentin otura bilməməsi yaxud ayaq üstə dura bilməməsi ilə müşayiət olunmuşdur. Bunun
əsasən müalicənin birinci həftələrində yaranması ehtimal olunur. Bu simptomlar yaranan
pasiyentlərdə, dozanın artırılması zərərli ola bilər.
Duloksetin tərkibli tibbi preparatlar
Duloksetin müxtəlif adlar altında bir neçə göstərişlər üçün istifadə olunur (diabetik neyropatik
ağrının müalicəsi, böyük depressiv pozğunluqlar, generalizə olunmuş təşviş pozuntusu,
fibromialgiya, xroniki əzələ-skelet ağrısı və stress ilə əlaqəli sidiyin saxlanmaması). Bu
preparatların birindən artıq bir biri ilə istifadəsindən qaçmaq lazımdır.
Hepatit/qaraciyər fermentlərin artması
Duloksetinlə müalicə zamanı qaraciyər zədələnmələri halları, qaraciyər fermentlərinin həddən
artıq qalxması (>10 dəfə normal limitdən artıq), hepatitlər və sarılıq daxil olmaqla qeyd
olunmuşdur (əlavə təsirlər bölməsinə bax). Zədələnmə əsasən hepatoselyulyar olmuşdur. Bu
simptomlar əsasən duloksetinlə müalicənin ilk aylarında qeyd olunmuşdur.
Duloksetinin, qaraciyər zədələnməsinə səbəb ola biləcək digər dərman preparatları ilə birgə
təyinatı zamanı ehtiyalı olmaq lazımdır.
Cinsi disfunksiya
SİUSİ/SNİUSİ cinsi disfunksiya simptomları yarada bilərlər (əlavə təsirlər bölməsinə bax).
SUİSİ/SNİUSİ kəsilməsinə baxmayaraq, cinsi disfunksiya simptomlarının davam etməsi
haqqında məlumatlar var.
Saxaroza
DUKSET® kapsullarının tərkibində saxaroza vardır. Fruktozanın sorulması problemi olanlar,
qlükoza-qalaktoza malabsorbsiyası və saxaraza-izomaltaza çatışmazlığı kimi nadir irsi
problemləri olan pasiyentlər, bu preparatı qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Monoaminooksidazanın inhibitorları (MAOI)
Serotonin sindromunun riskinə görə, duloksetin monoaminooksidazanın (MAO), qeyri-
selektiv, geridönməyən inhibitorları ilə kombinasiyada istifadə olunmamalıdırlar, yaxud
duloksetin MAO inhibitorları ilə müalicə dayandırıldıqdan ən azı 14 gün sonra təyin oluna
bilər. Duloksetinin yarımparçalanma dövrünə əsasən, MAO inhibitorları ilə müalicəyə
başlamaq üçün ən azı DUKSET®-lə müalicə dayandırıldıqdan sonra 5 gün keçməlidir (əks
göstərişlər bölməsinə bax).
Moklobemid kimi selektiv geri dönən MAO inhibitorlarında serotonin sindromu riski
aşağıdır. Lakin, DUKSET®-in selektiv geri dönən MAO inhibitorları ilə birgə istifadəsi
tövsiyə olunmur (xüsusi göstərişlər və ehtiyat tədbirləri bölməsinə bax).
CYP1A2 inhibitorları
CYP1A2 duloksetinin metabolizmində iştirak etdiyinə görə, duloksetinin, CYP1A2 güclü
inhibitorları ilə birgə istifadəsi ehtimal ki, duloksetinin konsentrasiyasının yüksəlməsinə
səbəb olur.
Fluvoksamin (gündə bir dəfə 100 mq) CYP1A2 güclü inhibitoru olaraq, aşkar olan
duloksetinin plazma klirensini 77 % azaldır və AUCo-t 6 dəfə artırır. Buna görə DUKSET®
fluvoksamin kimi CYP1A2 güclü inhibitorları ilə birgə qəbul olunmamalıdır (əks göstərişlər
bölməsinə bax).
MSS preparatları
Duloksetinin, MSS-təsirli preparatlarla birgə istifadə olunması, bu bölmədə təsvir olunanlar
istisna olmaqla, sistem olaraq qiymətləndirilməmişdir. Buna görə DUKSET® mərkəzi təsirli
preparatlarla yaxud maddələrlə, alkoqol və sedativ prepapatlar (benzodiazepinlər,
morfinomimetiklər, antipsixotiklər, fenobarbital, sedativ antihistaminlər) daxil olmaqla, birgə
istifadə zamanı ehtiyatlı olmaq məsləhət görülür.
Serotonin Sindromu
Nadir hallarda, serotonin sindromu SİUSİ (paroksetin, fluoksetin) ilə serotoninergik
preparatlar qəbul edən pasiyentlərdə qeyd olunmuşdur. SİUSİ kimi, DUKSET®-in
serotoninergik antidepressantlarla, klomipramin yaxud amitriptilin kimi trisikliklər, dazıotu
(Hypericum perforatum), venlafaksin yaxud triptanlar, tramadol, petidin və triptofan ilə birgə
istifadəsi zamanı ehtiyatlı olmaq məsləhət görülür.
Duloksetinin digər dərman preparatlarına təsiri
CYP1A2 ilə metabolizə olunan preparatlar: duloksetinlə (60 mq gündə 2 dəfə) birgə istifadəsi
zamanı Teofillinin CYP1A2 substratındakı farmakokinetikası əhəmiyyətli dərəcədə dəyişmir.
CYP2D6 ilə metabolizm olunan preparatlar: Duloksetin CYP2D6 zəif inhibitorudur.
Duloksetin 60 mq gündə iki dəfə təyinatı ilə, desipraminin birdəfəlik dozası, CYP2D6
substratı, tək dozası ilə qəbul olunduqda, desipraminin AUC göstəricisi üç dəfə artır.
Duloksetinin (40 mq gündə iki dəfə) birgə istifadəsi tolterodinin (2 mq gündə iki dəfə) stabil
dozada AUC göstəricisini 71 % artırır, lakin onun aktiv 5-hidroksil metabolitinin
farmakokinetikasına təsir etmir və dozalanmada düzəlişlər tövsiyə olunmur. DUKSET®-in
CYP2D6 ilə metabolizə olunan preparatlarla (risperidon, nortriptilin, amitriptilin və
imipramin kimi, trisiklik antidepressantlarla (TSA)), xüsusən də onların terapevtik indeksi
dar olduqda (flekainid, propafenon və metoprolol) birgə təyinatı zamanı ehtiyatlı olmaq
lazımdır.
Peroral kontraseptivlər və digər steroidlər: In vitro tədqiqatların nəticələri göstərmişdir ki,
duloksetin CYP3A katalitik aktivliyinə təsir etmir. In vivo xüsusi dərmanların qarşılıqlı təsir
tədqiqatları aparılmamışdır.
Antikoaqulyantlar və antitrombotik preparatlar: Duloksetinin peroral antikoaqulyantlar yaxud
antitrombotiklərlə birgə təyinatı zamanı, farmakodinamik qarşılıqlı əlaqəyə görə qanaxmanın
riski yüksək olduğundan ehtiyatlı olmaq lazımdır. Bundan başqa varfarinlə duloksetinin birgə
istifadəsi zamanı BNN (Beynəlxalq Normallaşdırılmış Nisbət) göstəricilərinin artması qeyd
olunmuşdur. Buna baxmayaraq, sağlam könüllülər arasında, stasionar şəraitdə duloksetinin
varfarinlə birgə qəbulu, klinik farmakoloji tədqiqatda, BNN-in müalicənin başlanğıcında və
sonunda R-varfarinin və ya S-varfarin formalarının farmakokinetikasında əhəmiyyətli klinik
dəyişikliklər olmamışdır.
Duloksetinin digər preparatlara təsiri
Antasidlər və H2 antaqonistləri: Duloksetinin 40 mq per os alüminium və maqnezium tərkibli
antasidlərlə, famotidinlə birgə istifadəsi, duloksetinin sorulmasına əhəmiyyətli təsir
etməmişdir.
CYP1A2 induktorları: Əhalinin farmakokinetik təhlili göstərmişdir ki, duloksetinin plazma
konsentrasiyası, siqaret çəkənlərdə, siqaret çəkməyənlərlə müqayisədə 50 % aşağı olmuşdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Fertillik
Heyvanlar üzərində aparılan tədqiqatlarda duloksetinin kişi fertilliyinə təsiri yoxdur, lakin
qadınlarda dölə toksiki təsir dozalarında effekti olmuşdur.
Hamiləlik
Hamilə qadınlarda duloksetinin istifadəsinə aid yetəri qədər məlumatlar yoxdur. Heyvanlar
üzərində aparılmış tədqiqatlar, duloksetinin (AUC) maksimal klinik təsirdən aşağı səviyyədə
reproduktiv toksisklik nümayiş etdirdiyini göstərmişlər.
İnsanlarda mümkün ola biləcək potensial riski məlum deyil. Epidemioloji məlumatlara görə,
SİUSİ hamiləlik zamanı, xüsusən hamiləliyin son aylarında istifadəsi, yenidoğulmuşlarda
davamlı ağciyər hipertenziyası (YDAH) riskini artıra bilər. Yenidoğulmuşlarda davamlı
ağciyər hipertenziyası SNİUSİ müalicəsi ilə əlaqələndirilməsə də, duloksetinin təsir
mexanizmi nəzərə alınaraq (serotonin geri tutulmasının inhibə olunması), duloksetinlə
müalicə istisna olunmalıdır.
Digər serotoninergik preparatlarda olduğu kimi, ananın duloksetin istifadəsi zamanı da yaxın
zamanda, yenidoğulmuşlarda ləğvetmə simptomlarını yarada bilər. Duloksetinlə əlaqəli
ləğvetmə simptomlarına hipotoniya, tremor, əsəbilik, qidalandırma çətinliyi, respirator
distress sindrom və qıcolmalar daxildir. Bu halların çox hissəsi ya doğuş zamanı, yaxud
doğuşdan bir neçə gün sonra yarana bilər.
DUKSET®, hamiləlik zamanı, yalnız ana üçün mümkün olan fayda, döl üçün mümkün olan
riskdən üstün olarsa, təyin edilə bilər. Qadınlar duloksetinlə müalicə zamanı hamiləlik
planlaşdırarlarsa və ya gözlənilmədən hamiləlik baş verərsə, müalicə həkimini bu barədə
xəbərdar etməlidirlər.
Laktasiya
Öz uşaqlarına ana südü verməyən, laktasiya dövründə olan 6 pasiyentin öyrənilməsinə
yönəldilmiş tədqiqata əsaslanaraq qeyd etmək olar ki, duloksetin ana südünə çox zəif nüfuz
edir.
Körpə üçün təyin olunmuş doza mq/kq təxminən ana dozasının 0,14 % təşkil edir
(farmakokinetik xüsusiyyətlər bölməsinə bax). Körpələrdə duloksetinin təhlükəsizliyi məlum
olmadığından, DUKSET®-in laktasiya dövründə istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Avtonəqliyyatdan istifadə etməyə yaxud mexanizmləri idarə etməyə aid heç bir tədqiqat
aparılmamışdır. DUKSET® sedativlik və başgicəllənməyə səbəb ola bilər. Pasiyentlər
xəbərdar olunmalıdırlar ki, əgər belə simptomlar sedasiya yaxud başgicəllənmə yaranarsa,
mümkün olan avtonəqliyyat yaxud mexanizmləri idarə etmək kimi təhlükəli işlərdən uzaq
olsunlar.
İstifadə qaydası və dozası
Dozası
Böyük Depressiv Pozğunluqlar
Başlanğıc və tövsiyə olunan dəstəkləyici doza, yemək qəbulundan asılı olmayaraq, gündə bir
dəfə 60 mq təşkil edir. Gündə bir dəfə 60 mq-dan artıq olan dozalar sutkada maksimal 120
mq-dək olan dozalar, təhlükəsizlik baxımından klinik tədqiqatlarda qiymətləndirilmişlər.
Lakin, ilkin tövsiyə olunan dozaya cavab verməyən pasiyentlərdə dozanın artırılması ilə
effektivliyin artması barədə heç bir klinik sübut yoxdur.
Terapevtik cavab adətən müalicədən 2-4 həftə sonra müşahidə olunur.
Stabil antidepressiv cavab alındıqdan sonra, residivin qarşısını almaq üçün bir neçə ay ərzində
müalicəni davam etmək tövsiyə olunur. Duloksetinə cavab verən və anamnezində təkrar
böyük depressiv pozuntu epizodları olan pasiyentlər, sonraki uzunmüddətli müalicəni
gündəlik 60 mq-120 mq doza ilə davam edə bilərlər.
Generalizəolunmuş həyəcan pozğunluqları
Generalizəolunmuş həyəcan pozğunluqları olan pasiyentlər üçün tövsiyə olunan başlanğıc
doza, yemək qəbulundan asılı olmayaraq, gündə bir dəfə 30 mq təşkil edir. Qeyri-kafi cavabı
olan pasiyentlərdə doza, gündə 60 mq-dək artırılmalıdır.
Yanaşı böyük depressiv pozğunluqları olan pasiyentlərdə başlanğıc və dəstəkləyici doza
gündə bir dəfə 60 mq təşkil edir (yuxarıdakı doza tövsiyəsinə də baxın).
Gündə 120 mq-dək olan dozalar, göstərildiyi kimi, effektivdir və təhlükəsizlik baxımından
klinik tədqiqatlarda qiymətləndirilmişlər. 60 mq dozaya kifayət qədər cavabı olmayan
pasiyentlərdə, 90 mq və ya 120 mq-dək dozanın artması məsələsinə baxıla bilər. Dozanın
artması klinik cavaba və dözümlülüyə əsaslanmalıdır.
Stabil cavab alınandan sonra, residivin qarşısını almaq üçün, bir neçə ay ərzində müalicəni
davam etmək tövsiyə olunur.
Diabetik periferik neyropatiyanın ağrılı forması
Başlanğıc və tövsiyə olunan dəstəkləyici doza, qida qəbulundan asılı olmayaraq, gündə 60 mq
təşkil edir. Duloksetinin gündə bir dəfə 60 mq-dan artıq olaraq sutkada maksimal 120 mq-dək
bərabər bölünmüş dozalar şəklində verilməsi, təhlükəsizlik baxımından, klinik tədqiqatlarda
qiymətləndirilmişlər. Duloksetinin plazmada konsentrasiyası yetkin şəxslərarası dəyişkənliyi
göstərir (farmakokinetik xüsusiyyətlər bölməsinə bax). Beləliklə, 60 mq dozaya kifayət qədər
cavab verməyən pasiyentlər, bəzən daha yüksək dozadan fayda ala bilərlər.
Müalicəyə cavab 2 ay sonra qiymətləndirilməlidir. Müalicənin əvvəlində kafi cavab almayan
pasiyentlərdə, bu müddətdən sonra da "+" cavab vermə ehtimalı azdır.
Terapevtik effektə müntəzəm olaraq nəzərət edilməlidir (ən azı üç aydan bir).
Yaşlılar
Yaşlı pasiyentlər üçün yalnız yaşa əsaslanaraq dozalanmaya düzəlişlər etmək tövsiyə
olunmur. Lakin, hər hansı bir preparatda olduğu kimi, yaşlı şəxslərin, xüsusilə də böyük
depressiv pozğunluqların və generalizəolunmuş həyəcan pozğunluqların müalicəsində,
DUKSET® gündə 120 mq təyinatı ilə bağlı məlumatlar məhdud olduğundan, müalicə zamanı
ehtiyatlı olmaq tövsiyə olunur (istifadə zamanı xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirlərinə,
farmakokinetik xüsusiyyətlər bölmələrinə bax).
Uşaqlar və yeniyetmələr
Təhlükəsizliyi və effektivliyi barədə kifayət qədər məlumatlar olmadığından duloksetinin
uşaq və yeniyetmələr üçün istifadəsi tövsiyə edilmir (istifadə zamanı xüsusi xəbərdarlıq və
ehtiyat tədbirləri bölməsinə bax).
Qaraciyər pozğunluqları
DUKSET® qaraciyər çatışmazlığı nəticəsində qaraciyər xəstəlikləri olan pasiyentlərdə istifadə
edilə bilməz (əks göstərişlər, farmakokinetik xüsusiyyətlər bölmələrinə bax).
Böyrək çatışmazlığı
Zəif və orta dərəcəli böyrək çatışmazlığı (kreatin klirensi 30-80 ml/dəq) olan pasiyentlərdə
dozalanmaya düzəlişlər etmək vacib deyil. DUKSET® ağır böyrək çatışmazlığı olan
pasiyentlərdə istifadə edilə bilməz (kreatin klirensi <30 ml/dəq; əks göstərişlər bölməsinə
bax).
Müalicənin dayandırılması
Müalicənin kəskin dayandırılmasına yol verilməməlidir. DUKSET® ilə müalicənin
dayandırılması zamanı ləğvetmə sindromunun qarşısını almaq məqsədilə, doza ən azı bir-iki
həftə ərzində tədriclə azaldılmalıdır (istifadə zamanı xüsusi xəbərdarlıqlar və ehtiyat
tədbirləri, arzuolunmaz təsirlər bölmələrinə bax). Əgər dözülməz simptomlar, dozanın
azalması və ya müalicə dayandırıldıqdan sonra əmələ gələrsə, başlanğıcda müəyyən edilmiş
dozanın bərpa edilməsi məsələsinə baxıla bilər. Daha sonra, həkim daha mərhələli sürətlə
dozanın azaldılmasını davam edə bilər.
Yeridilmə üsulu
Peroral istifadə üçün.
Əlavə təsirləri
a. Təhlükəsizlik profili
Duloksetinlə müalicə zamanı ən çox qeyd olunan əlavə təsirlər ürəkbulanma, başağrısı, ağızda
quruluq, yuxululuq və başgicəllənmədir. Əksəriyyət hallarda, əlavə təsirlərin böyük qismi orta
yaxud zəif ifadə olunmuşdur və adətən müalicənin əvvəlində, hətta müalicə davam etdikdə
belə azalmışdır.
b. Cədvəldə yerləşdirilmiş əlavə təsirlər
Cədvəl 1-də depressiyada, generalizəolunmuş həyəcan pozğunluqlarında və diabetik
neyropatiyanın ağrılı formasının müalicəsi zamanı plasebo-nəzarətli tədqiqatlar
(ümumi 7819 pasiyent daxil olmuş, onlardan 4823 duloksetin və 2996 plasebo qəbul
edən) və spontan əlavə təsirlər haqqında məlumat verilir
Cədvəl 1: Əlavə təsirlər
Rastgəlmə tezliyi: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, <1/10); bəzən (≥1/1 000, <1/100);
nadir hallarda (≥1/10 000, <1/1 000); çox nadir hallarda (≤1/10 000). Onların çoxu müalicənin
ilk aylarında yaranır.
c. Seçilmiş əlavə təsirlərin təsviri
Duloksetinlə müalicənin kəskin dayandırılması (əsasən kəsiləndə), adətən, ləğvetmə
simptomlarının yaranmasına gətirir. Başgicəllənmə, hissiyat pozğunluqları (paresteziya daxil
olmaqla), yuxu pozğunluqları (yuxusuzluq və intensiv yuxular), halsızlıq, yuxululuq, təşviş
yaxud həyacan, ürəkbulanma və/yaxud qusma, tremor, baş ağrısı, qıcıqlanma, diareya,
hiperhidroz və vertiqo ən çox qeyd olunan əlavə təsirlərdir.
Ümumiyyətlə, SİUSİ və SNİUSİ üçün, bu simptomlar orta yaxud mülayimdirlər və öz-özünə
keçib gedirlər; lakin bəzi pasiyentlərdə onlar ağır və/yaxud uzunmüddətli ola bilərlər. Buna
görə məsləhət görülür ki, duloksetinlə artıq müalicə tələb olunmadıqda, dozanın tədricən
azaldılması aparılsın (dozalanma və istifadə qaydası, xüsusi göstərişlər və ehtiyat tədbirləri
bölməsinə bax).
Diabetik neyropatiyanın ağrılı formasında, 12-həftəlik duloksetinlə aktiv müalicə alan
pasiyentlərdə, üç klinik tədqiqatın nəticəsinə görə, qlükozanın az, lakin statistik əhəmiyyətli
artması müşahidə olunmuşdur. HbA1c duloksetinlə və plasebo ilə müalicə alan pasiyentlərdə
stabil olaraq qalmışdır. Bu tədqiqatların 52-ci həftəyə qədər davam edən genişlənmiş
fazasında, həm duloksetin, həm nəzarət qrupunda HbA1c səviyyəsi yüksəlmişdir, lakin orta
yüksəlmə 0,3 % duloksetinlə müalicə alan qrupda daha yüksək olmuşdur. Həmçinin burada
duloksetinlə müalicə alan pasiyentlərdə, acqarına qlükozanın və ümumi xolesterolun zəif
artması olmuşdur, eyni zamanda bu laborator testlər nəzarət qrupunda zəif artma göstərmişdir.
Ürək döyüntüləri korreksiyalaşmış QT intervalı duloksetinlə müalicə alan pasiyentlərdə və
plasebo ilə müalicə alanlarda fərqlənməmişdir. QT, PR, QRS və QTcB göstəricilərində heç
bir klinik əhəmiyyətli fərq duloksetinlə və plasebo ilə müalicə alan pasiyentlərdə müşahidə
olunmamışdır.
ƏLAVƏ TƏSİRLƏR YARANDIQDA HƏKİMİNİZLƏ MƏSLƏHƏTLƏŞİN.
Doza həddinin aşılması
Ayrılıqda və ya digər dərman vasitələri ilə birlikdə, 5400 mq duloksetin dozası ilə, doza
həddinin aşılması halları barədə bildirilmişdir. Əsasən qarışıq doza həddlərinin aşılması
hallarında, həmçinin də duloksetinlə, ancaq təxminən 1000 mq dozada istifadəsi zamanı
ölümlə nəticələnən hallar qeydə alınmışdır. Doza həddinin aşılması əlamətlərinə (duloksetin
ayrılıqda və ya digər dərman vasitələri ilə birlikdə) yuxululuq, koma, serotonin sindromu,
qıcolma, qusma və taxikardiya daxildir.
Duloksetin üçün məlun olan xüsusi antitod yoxdur, lakin serotonin sindromu əmələ gəldiyi
halda xüsusi müalicəyə (məsələn, siproheptadin və/və ya qızdırmasalıcılar kimi) baxıla bilər.
Tənəffüs yollarının keçiriciliyini təmin etmək lazımdır. Müvafiq simptomlar və dəstəkləyici
tədbirlərlə birlikdə ürək və həyat üçün vacib orqanların monitorinqini keçirmək tövsiyə edilir.
Mədənin yuyulması preparatın qəbulundan dərhal sonra həyata keçirildiyi halda və ya
simptomatik pasiyentlərdə təyin oluna bilər. Aktivləşdirilmiş kömür sorulmanın
(absorbsiyanın) məhdudlaşdırılmasında faydalı ola bilər. Duloksetinin böyük paylanma həcmi
var və gücləndirilmiş diurez, dializ və peritoneal dializin faydalı olması az ehtimal edilir.
Buraxılış forması
DUKSET® 30 mq və 60 mq qastrorezistent (mədə şirəsinin təsirinə davamlı) kapsullar: 14
kapsul, şəffaf PVX/PE/PVDX – Al blisterldə. 2 blister (28 kapsul), içlik vərəqə ilə birlikdə
karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 ºC-dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Qeydiyyat vəsiqəsinin sahibi
NOBEL İLAÇ PAZARLAMA VE SANAYİİ LTD. ŞTİ.
Ümraniye 34768 İstanbul/Türkiye.