Pharmed
DIP RILIF 50/30MG 100GR GEL
DİP RİLİF
Beynəlxalq patentləşdirilməmiş adı: İbuprofen/Levomenthol.
DİP RİLİF Tərkibi
Təsiredici maddələr: 1 q gelin tərkibində 50 mq ibuprofen, 30 mq levomentol (mentol) vardır. Köməkçi maddələr: təmizlənmiş su, denaturasiya olunmuş etanol 96%, propilenqlikol diizopropanolamin, karbomer.
Farmakoterapevtik qrupu
Oynaq və əzələ ağrıları zamanı istifadə olunan digər vasitələr.
ATC kodu: М02AX10.
Farmakoloji xüsusiyyətləri
İbuprofen prostaqlandinlərin sintezini inhibə edir, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. Yerli istifadəsi zamanı mentol yayındırıcı təsir göstərir və dəridə hiperemiya törədirr. O, əzələlərdə, vətərlərdə və oynaqlarda ağrının azalmasına səbəb olur. Mentol dəridə sinir uclarına təsir göstərir. Xaricə istifadə olunan gel şəklində ibuprofenin biomənimsənilməsi peroral qəbulu ilə müqayisədə 5%-ə yaxın təşkil edir. Preparatı qəbul etdikdən iki saat sonra İbuprofenin sistem konsentrasiyası maksimuma, təxminən 0,6mkq/ml-ə çatır. Levomentol dəridən sorulduğuna görə qaraciyərə çatır. Levomentolun qaraciyərdə metabolizmi hidroksilləşmə və daha sonra qlükuronidlə konyuqasiya olunmaqla gedir. Levomentolun metabolizm məhsulları böyrəklər vasitəsi ilə çıxarılır.
İstifadəsinə göstərişlər
Əzələ və oynaq ağrılarının, yüngül travmatik zədələnmələr zamanı ödemin yerli simptomatik müalicəsi: bağların dartılması, əzilmələr, idman travmaları. Revmatizm zamanı ağrı sindromunun kompleks müalicəsində istifadə olunur.
Əks göstərişlər
İbuprofenə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, asetilsalisil turşusunun və ya digər QSİƏP-in qəbulu nəticəsində yaranan bronxial astma; ekssudativ dermatit, ekzema, infeksiyalaşmış dəri zədələnmələri, yanıqlar; hamiləlik, laktasiya dövrü, uşaq yaşları (18 yaşa qədər), dəri örtüklərinin tamlığının pozulması. Eyni dəri sahəsində digər yerli istifadə edilən dərman vasitələri ilə birlikdə istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyyat tədbirləri
Əgər Sizdə böyrək xəstəliyi varsa, preparatın istifadəsindən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Açıq yaraya düşməsinin qarşısı alınmaqla, geli zədələnməmiş dəriyə çəkmək lazımdır. Çəkdikdən sonra okklüzion (hava keçirməyən) sarğı qoymaq olmaz! Dərman vasitəsini iltihablı dəri səthinə sürtmək olmaz. Əgər dərman vasitəsini istifadə edərkən dəri səthində səpgi və qıcıqlanma olarsa preparatın istifadəsini dayandırmaq lazımdır. Preparatın gözə və selikli qişalara düşməsinə yol vermək olmaz. Preparatın çoxlu miqdarda uzunmüddətli qəbulu zamanı sistem əlavə təsirlərin inkişaf etməsi riski yaranır. Peroral istifadə üçün ibuprofenin qəbulu artıq mövcud olan böyrək çatışmazlığını dərinləşdirə bilər və ya xora xəstəliyini kəskinləşdirə bilər. Anamnezində böyrəklərin funksiyasının pozulması və ya peptik xorası olan xəstələr DİP RİLİF dərman vasitəsinin istifadəsindən əvvəl həkimə müraciət etmək lazımdır. DİP RİLİF-in tərkibində olan təsiredici maddə ibuprofen - siklooksogenaza sintezinin inhibitorudur və sistem absorbsiya zamanı fertilliyə təsir göstərə bilər. Hamiləliyin baş verməsi problemləri olan qadınların və ya sonsuzluğa görə müayinələrdən keçən qadınların DİP RİLİF istifadə etməsi tövsiyə olunmur. Maksimal qısamüddətli müalicə ərzində minimal effektiv dozanın istifadəsi yolu ilə əlavə təsirlər azaldıla bilər. Əgər dərman vasitəsinin istifadəsi zamanı yaxşılaşma baş vermirsə və ya vəziyyət pisləşirsə, müalicəyə yenidən baxmaq lazımdır. Dərman vasitəsinin tərkibində propilenqlikol var, bu isə dəri qıcıqlanması yarada bilər. DİP RİLİF 18 yaşa qədər uşaqlara istifadə olunmamalıdır. Ehtiyatla Qaraciyər porfiriyası (kəskinləşməsi), mədə-bağırsaq traktının eroziv-xoralı zədələnmələri, qaraciyər və böyrəklərin funksiyasının ağır pozulmaları, xroniki ürək çatışmazlığı, bronxial astma, yaşlılar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aspirin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların birgə qəbulu arzuolunmayan əlavə təsirlərin yaranması riskini artıra bilər. Preparat fotosensibilizasiya yaradan dərman vasitələrinin təsirini gücləndirə bilər. Digər dərman vasitələri ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri təsvir olunmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İbuprofenin hamiləlik dövründə istifadəsi kifayət qədər öyrənilməyib. Heyvanlar üzərində peroral istifadə ilə aparılan tədqiqatlar zamanı teratogen effektlər aşkar edilmədi. İbuprofenin kifayət qədər sistem konsentrasiyası əldə olunduqda hamilə qadınlarda arterial axının (Botalov axını) vaxtsız bağlanması, ananın və yenidoğulmuşların doğuşdansonrakı qanaxma riskinin yüksəlməsi, həmçinin ödemlərin yaranması müşahidə olunmuşdur. Dip Rilf preparatının hamiləlik vaxtı istifadəsi əks göstərişdir. İbuprofen və onun metabolitləri ana südünə keçir. Dip Rilf preparatının ana südü ilə qidalandırma dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərlə idarəetmə qabiliyyətinə təsiri
Yerli istifadə üçün ibuprofenin istifadəsi avtomobil idarəetmə və mexanizmlərlə işləmə qabiliyyətinə təsir göstərmir.
DİP RİLİF İstifadə qaydası və dozası
Xaricə. Böyüklərə və 15 yaşdan yuxarı uşaqlara. Az miqdarda geli (3-5sm) ağrılı nahiyəyə nazik qatla çəkirlər və yüngülcə sürtürlər. Lazım olduğu təqdirdə, hər istifadə arasında 4 saatdan az olmayan intervalı gözləməklə, gündə 3 dəfəyə qədər təkrarlayırlar. Həkim məsləhəti olmadan preparatın istifadəsinin davametmə müddəti 10 gündən artıq olmamalıdır. Daha uzun müddətli istifadəyə ehtiyac yarandıqda həkimlə məsləhətləşmək lazımdır. Əgər əlləriniz müalicə obyekti deyildirsə, DİP RİLİF-in istifadəsindən sonra əllərinizi hər zaman yuyun.
Əlavə təsirləri
Dəri tərəfindən yerli reaksiyalar: səpgi, qaşınma, övrə, dərinin quruluğu, qızartı, yandırma, kontakt dermatit. İbuprofen ilə əlaqədar sistem əlavə təsirlər:
- qeyri-spesifik allergik və anafilaktik reaksiyalar;
- astma, bronxial astmanın kəskinləşməsi, bronxospazm və təngənəfəslik daxil olmaqla, tənəffüs yolları tərəfindən yüksək həssaslıq reaksiyaları, bunlar əsasən dərman vasitəsinin istifadə anında bronxial astma və ya allergik xəstəliklərdən əziyyət çəkən və ya anamnezində bu xəstəlikləri olan xəstələrdə yarana bilər;
- dəri örtükləri tərəfindən müxtəlif pozulmalar (səpgi, qaşınma, övrə, purpura, Kvinke ödemi, daha nadir hallarda bullyoz dermatozlar (toksik epidermal nekroliz, multiformalı eritema), fotosensibilizasiya. Digər sistem əlavə təsirlər ibuprofenin dəridən keçməsi ilə əlaqədar olub və istifadə olunan gelin miqdarından, işlənən səthin ölçüsündən, dəri tamlığının dərəcəsindən, müalicənin müddətindən və okklüzion sarğının istifadəsindən asılıdır. İbuprofenin yerli istifadəsi zamanı çox nadir halda qarında ağrılar, dispepsiya və böyrək çatışmazlığı yaranır.
Doza həddinin aşılması
Yerli istifadəsi zamanı doza həddinin aşılması az ehtimal olunur. İbuprofen ilə bağlı simptomlar: ürəkbulanma, başağrısı, yuxululuq, arterial hipotenziya. Müalicə simptomatikdir. Elektrolit balansının korreksiyası tövsiyə edilir.
Buraxılış forması
Xaricə istifadə edilən gel. 15 q, 50 q və ya 100 q gel, alüminium tublarda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.