pharmed
DIMEKSID 990MG 100ML MEHLUL (RUS)
DİMEKSİD xaricə istifadə olunan məhlul hazırlamaq üçün konsentrat DIMEXID
Beynəlxalq patentləşdirilməmiş adı : Dimethylsulfoxide
Tərkibi
Təsiredici maddə: 100 ml dimetilsulfoksid (dimeksid).
Təsviri
Rəngsiz, şəffaf maye və ya qoxusuz və ya azacıq spesifik qoxuya malik rəngsiz kristallardır. Hiqroskopikdir.
Farmakoterapevtik qrupu
Oynaq və əzələ ağrısı zamanı yerli istifadə üçün digər preparatlar. Dimetilsulfoksid.
ATC kodu: M02AX03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Xaricə istifadə üçün iltihabəleyhinə preparatdır, hidroksil radikallarını inaktivləşdirir, iltihab
ocağında metabolik proseslərin gedişini yaxşılaşdırır. Eləcə də, yerli anesteziyaedici, analgetik və mikrobəleyhinə təsir göstərir; mülayim fibrinolitik aktivliyə malikdir.
Dəridən və selikli qişalardan, mikrob hüceyrələrinin membranlarından (antibiotikə qarşı onların həssaslığını artırır) və digər bioloji membranlardan keçərək, dərman vasitələri üçün onların
nüfuzetmə qabiliyyətini artırır.
Farmakokinetikası
Dimetilsulfoksid məhlulunun dəriyə applikasiyası zamanı 5 dəqiqədən sonra qanda aşkar edilir, 1,5-3 sutka ərzində demək olar ki, dəyişilməmiş səviyyəni qorumaqla, 4-6 saatdan sonra
maksimal konsentrasiyaya çatır. Dimetilsulfoksid dəyişilməmiş və dimetilsulfon şəklində sidiklə və nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
Kompleks terapiyanın tərkibində: dayaq-hərəkət aparatının xəstəlikləri: revmatoid artrit,
ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi), deformasiyaedici osteoartroz (periartikulyar toxumaların zədələnməsi olduqda), reaktiv sinovit, məhdudlaşmış sklerodermiya, düyünlü
eritema, diskoid qırmızı qurdeşənəyi, pəncə mikozları, kelloidli çapıqlar, tromboflebit, alopesiya, ekzema, streptodermiya, qızılyel iltihabı, əzilmələr, vətərlərin dartılması, travmatik infiltratlar,
irinli yaralar, yanıqlar, radikulit, trofik xoralar, akne, furunkulyoz. Dəri-plastik cərrahiyədə - dəri homotransplantların konservləşdirilməsi.
Əks göstərişlər
Dimetilsulfoksidə qarşı hiperhəssaslıq, ağır qaraciyər və/və ya böyrək çatışmazlığı, stenokardiya, ifadəolunmuş ateroskleroz, qlaukoma, katarakta, insult, koma, miokard infarktı, hamiləlik,
laktasiya dövrü, 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bəzi xəstələr nəfəs aldıqda havada sarımsaq iyi hiss edirlər.
Preparatı istifadə etməzdən əvvəl preparata qarşı dözümsüzlük üzrə sınaq aparılmalıdır. Bunun üçün dimetilsulfoksidinin lazımi konsentrasiyalı sulu məhluluna hopdurulmuş pambıq tampon dəri üzərinə yaxılır; hiperemiya və ifadəolunmuş qaşınma, hiperhəssaslığın olmasından xəbər verir.
18ºC və aşağı temperaturda saxlandığı zaman dimetilsulfoksidin kristallaşması baş verir ki, bu da, preparatın keyfiyyətinə təsir etmir. Kristalların əriməsi üçün flakonu su hamamında (suyun temperaturu 60º C-dən yüksək olmamalıdır) ehtiyatla isitmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Etanolun (alkoqol preparatın xaric olmasını tormozlayır), insulinin (preparatın uzun müddət istifadəsi zamanı qan plazmasında qlükozanın miqdarına nəzarət edilir) və digər dərman
vasitələrinin sorulmasını və təsirini gücləndirir.
Heparinlə, antibakterial vasitələrlə, qeyri-steroid iltihabəleyhinə preparatlarla uyuşur. Mikroorqanizmlərin aminoqlikozidlərə və beta-laktam antibiotiklərinə; xloramfenikola, rifampisinə, qrizeofulvinə qarşı həssaslığını artırır.
Ümumi anesteziya üçün orqanizmi dərman vasitələrinə qarşı sensibilizasiya edir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın təlimata uyğun istifadəsi nəqliyyat vasitələrini idarə etməyə və hərəkət edən mexanizmlərlə iş qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir.
Dimetilsulfoksid konsentrat şəklində buraxılır ki, bundan da, istifadəsindən əvvəl applikasiya və ya islatma (yuyulma) üçün lazım olan konsentrasiyada sulu məhlul hazırlanır.
Lazımi konsentrasiyada olan sulu məhlulda tənzif salfetlər isladılır və 20-30 dəqiqə ərzində zədələnmiş nahiyəyə qoyulur. Salfetin üstünə polietilen örtük və pambıq və ya kətan parça qoyulur. Applikasiyanın məsləhət görülən istifadə müddəti 10-15 gündür.
Qızılyel və trofik xoraların müalicəsi zamanı sutkada 2-3 dəfə 30-50%-li məhlul şəklində 50-100 ml istifadə edilir.
Ekzema, streptodermiya zamanı 40-90%-li məhlul ilə kompreslər.
Ağrı sindromu zamanı yerli ağrısızlaşdırma üçün gündə 2-3 dəfə 25-50%-li sulu məhlul kompres şəklində təyin edilir.
Üz nahiyəsinin dərisi və digər yüksək həssas nahiyələr üçün 10-20-30%-li sulu məhlulu istifadə edilir.
12-18 yaşlı uşaqlarda dimetilsulfoksidin 20-30%-li sulu məhlulu istifadə edilir.
Dəri-plastik cərrahiyəsində köçürülmüş auto- və homo dəri transplantların dərisinin üzərinə əməliyyatdan bilavasitə sonra və əməliyyatdan sonrakı günlərdə transplantantın daimi
sağalmasına qədər 10-20%-li məhlullarla sarğılar istifadə edilir.
Dəri homotransplantların saxlanması üçün konservləşdirici mühit kimi Ringer məhlulunda 5%-li məhlul istifadə edilir.
Daha az konsentrasiyalı məhlulları (1-4%) ilə irinli-nekrotik və iltihabı ocaqlar və boşluqlar yuyulması aparılır.
Dimetilsulfoksidin sulu məhlulunun hazırlanması
Dimetilsulfoksidin miqdarı Dimetilsulfoksid hissəsinin miqdarı Su hissəsinin miqdarı
10% 1 9
20% 1 4
25% 1 3
30% 3 7
40% 2 3
50% 1 1
90% 9 1
Əlavə təsirləri
Allergik reaksiyalar, kontakt dermatit, eritematoz səpgi, dəridə quruluq, yüngül yanma, qaşınma ilə dermatit; nadir hallarda bronxospazm.
Təlimatda qeyd edilməyən əlavə təsirlər yarandıqda, preparatın istifadəsini dayandırmaq və həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Dozadan asılı əlavə təsirlərin güclənməsi mümkündür. Belə hallarda dimetilsulfoksadinin
istifadəsini dayandırmaq, zədələnmiş nahiyəni yumaq lazımdır. Mədə-bağırsaq sistemi vasitəsilə təsadüfən zəhərlənmə zamanı dərhal mədəni yumaq vacibdir, bu zaman yadda saxlamaq lazımdır ki, dimetilsulfoksid tez sorulur.
Müalicəsi simptomatikdir.
Buraxılış forması
Xaricə istifadə olunan məhlul hazırlamaq üçün 99%-li konsentrat.
100 ml məhlul, narıncı rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Ünvan/İstehlakçıların iradlarını qəbul edən təşkilat
“Tatximfarmpreparatı” SC, Rusiya Federasiyası.
420091, Tatarıstan Respublikası, Kazan ş., Belomorskaya k., ev 260. Tel.: (843) 571-85-58.
Faks: (843) 571-85-38.
e-mail: marketing@tatpharm.ru