PharmEd

Pharmed

DIKLOFENAK 25MG 3ML N5 AMP

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “___”__________ 2018-ci il

 


Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


DİKLOFENAK inyeksiya üçün məhlul 
DICLOFENAC


Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac 
 
Tərkibi
Təsiredici maddə: 3ml məhlulun tərkibində 75mq diklofenak natrium vardır.
Köməkçi maddələr: benzil spirti, dinatrium edetat, propilenqlikol, natrium bisulfit, inyeksiya 
 üçün su.


Təsviri
Şəffaf, rəngsiz mayedir.


Farmokoterapevtik qrupu 
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).

ATC kodu: M01AB05.

Farmakoloji xüsusiyyətləri 
Fenilsirkə turşusunun törəmələri qrupundan olan iltihabəleyhinə qeyri-steroid preparatdır. İltihab-
əleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirlərə malikdir. Siklooksigenazanı, araxidon zəncirinin 
reaksiyalarını tormozlayır və PQE2, PQF2-alfa, tromboksan A2, prostasiklinin, leykotriyenlərin 
sintezini və lizosomal fermentlərin xaric olunmasını pozur. Trombositlərin aqreqasiyasını 
dayandırır; uzun müddət istifadə etdikdə desensibilizasiyaedici təsir göstərir.
Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicə müddətində preparat oynaq boşluqlarına yaxşı keçir, 
sakitlik və hərəkət zamanı olan oynaq ağrılarını yüngülləşdirir, hərəkətin həcmini bərpa edir, 
oynaqlarda səhər məhdudiyyətini və ödemi azaldır.
Əməliyyat və travmalardan sonra iltihabı proseslər zamanı spontan və hərəkət vaxtı yaranan ağrını 
yüngülləşdirir, yara nahiyəsində iltihablı ödemi azaldır. Kurs mualicə alan poliartritli xəstələrdə
sinovial mayedə və sinovial mayedə və sinovial qişadakı konsentrasiyalar qan plazmasında 
olduğundan çoxdur. İltihabəleyhinə aktivliyi asetilsalisil turşusu, butadion, ibuprofendən artıqdır; 
indometasinlə müqayisədə daha güclü klinik effekti var və xəstələr tərəfindən yaxşı qəbul 
olunması haqqında məlumatlar var. 


İstifadəsinə göstərişlər

• Dayaq –hərəkət aparatının xəstəlikləri (revmatoid artrit, artrozlar, podaqrik artrit, 
bursopatiyalar, enteropatiyalar, deformasiyaedici osteoartroz, sinovitlər və tendosinovitlər, 
mialgiyalar, miozitlər)
• Onurğa sütunun xəstəlikləri (Bexterev xəstəliyi, koksartroz, ankilozlaşdırıcı spondilit, 
spondilyoz, işias, osteoxondroz, bel-oma düyününün zədələnməsi, radikulitlər)
• Revmatizm
• Nevroloji xəstəliklər (nevritlər və nevralgiyalar, miqren tutmaları)
• Travmadan sonrakı ağrılar (sınıqlar, dartılmalar, çıxıqlar, əzilmələr)
• Əməliyyatdan sonrakı ağrılar (tonzilektomiyadan, qarın boşluğu orqanlarında aparılan 
əməliyyatdan, dişlərin çıxarılmasından sonra)
• Menstrual ağrılar (alqodismenoreya). Yumurtalıqların iltihabı (salpinqit və ooforit), 
uşaqlığın, uşaqlıq yolunun, vulvanın iltihabı xəstəlikləri (patogenetik terapiya)
• Böyrək və qaraciyər sancısı 
• LOR – orqanları xəstəliklərinin patogenetik müalicəsi (orta otit, kəskin faringit, kəskin 
tonzillit (angina), sinusitlər, haymorit)
• Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarının patogenetik müalicəsi
• Görmə orqanlarının xəstəlikləri (blefarokonyunktivit, konyunktivit, keratokonyunktivit, 
buynuzlu qişanın zədələnməsi, gözün və hədəqələrin travması)


Əks göstərişləri


• diklofenaka və preparatın komponentlərinə və ya başqa qeyri-steroid iltihabəleyhinə
vasitələrə qarşı yüksək həssaslıq;
• mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi,;
• bağırsağın destruktiv-iltihabi xəstəliyinin kəskinləşmə fazasında;
• qanyaranmanın və ya qanın pozğunluqları;
• “aspirin” bronxial astması;
• porfiriya;
• hamiləliyin son trimestri, laktasiya dövrü;
• 14 yaşa qədər uşaqlar.


Xüsusi göstərişlər və ehtiyat tədbirləri


Preparat anamnezində böyrəklərin, qaraciyərin, MBT xəstəlikləri olan, dispepsik hallarda, 
bronxial astma, arterial hipertenziya, ürək çatışmazlığı zamanı, cərrahi əməliyyatlardan dərhal 
sonra, həmçinin yaşlı xəstələrin müalicəsi zamanı diqqətli olmaq lazımdır. Ürək, qaraciyər və
böyrək funksiyasının çatışmazlığı olan xəstələr nəzarət altında saxlanmalıdır. Uzun müddət 
istifadə etdikdə böyrəklərin, qaraciyərin funksiyalarını və periferik qanın tərkibini nəzarətdə
saxlamaq, nəcisdə gizli qanı yoxlamaq məsləhət görülür. Anamnezində bronxial astma, arterial 
hipertoniya, ürək çatışmamazlığı, qaraciyər, böyrək və mədə-bağırsaq yolu xəstəliyi olanlar 
preparatı ehtiyatla qəbul etməlidirlər.
Heç bir halda venadaxili şırınqa istifadə olunmamalıdır. Müalicə dövründə alkoqol istifadə etmək 
məsləhət deyil.


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri


− Diklofenakın və kaliumqoruyucu diuretiklərin eyni zamanda istifadəsi zamanı qanda 
kaliumun miqdarı arta bilər, ilgək diuretikləri ilə isə onların diuretik effekti azala bilər.

− Eyni zamanda istifadə edildikdə litium və diqoksinin miqdarı arta bilər.
− Metotreksat. QSİƏP metotreksatın proteinlərlə birləşməsini və ya böyrəklərlə xaric 
olunmasını zəiflədir, nəticədə onun plazma miqdarı artır, toksiklik ehtimalı da artır; böyük 
dozada metotreksat infuziyalarından əvvəl və sonra QSİƏP-lə terapiyanı dayandırmaq 
məsləhət görülür.
− Siklosporin- toksiklik ehtimalı artır.
− Asetilsalisil turşusu ilə bir yerdə istifadəsi məsləhət deyildir, çünki iki və daha artıq QSİƏP
birgə təyini qastrointestinal toksikliyin və qanaxma riskini artırır. İki və daha artıq QSİƏP
birgə təyini bir preparatın farmakokinetik profilinə təsir edə bilər, nəticədə terapevtik effekt 
dəyişə bilər və ya əlavə təsirlər riskini artıra bilər. Aspirin diklofenakın 
biomənimsənilməsini azaldır (50%-ə qədər) və diklofenakın qan plazmasındakı miqdarı 
azalır.
− Antikoaqulyantlar, kumarin- və ya indantion- törəmələri və ya heparin və ya trombolitik 
agentlər. Antikoaqulyantlar və trombolitik müalicə alan xəstələr üçün QSİƏP -in 
trombositlərin aqreqasiyasını ləngitməsi və QSİƏP-lə bağlı xoranın yaranması, qanaxma 
ehtimalı təhlükəsi var.
− Qlükoidlərin əlavə təsirlərinin yaranma ehtimalını artırır (mədə bağırsaq qanaxmaları)
− Antidiabetik vasitələr, peroral və ya insulin. QSİƏP bu dərmanların effektini artıra bilər, 
bu zaman antidiabetik vasitələrin dozasını tənzimləmək lazım ola bilər.
− Qanda xinolon törətmələrinin səviyyəsini artırır.
− Sümük beyninin depressantları. QSİƏP-lə bir yerdə istifadəsi zamanı bu preparatların 
leykopenik və trombositopenik effektləri arta bilər; sümük iliyini ingibə edən preparatların 
dozasının tənzimlənməsi qan hüceyrələrinin sayına uyğun aparılır.
− Sefamandol, Sefaperazon, Plikamisin, Valproat turşusu, Kolxisin. Diklofenakla bir yerdə
istifadəsi qastrointestinal və başqa yerlərdə qanaxma ehtimalını artırır.


Hamiləlik və laktasiya dövründə istifadəsi


Hamiləliyin ilk 6 ayında preparat ciddi göstərişlər üzrə və az dozalarda istifadə olunur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Müalicə müddətində psixomotor reaksiyalar zəifləyə bilər.

 

İstifadə qaydası və dozası


• Əzələdaxili inyeksiyalar. 1 ampulun içindəkini gündə 1dəfə dərin əzələdaxili yeridirlər 
(dərialtı və venadaxili şırınqa hec vaxt yeritməyin). Ağır hallarda gündəlik doza sutkada 2 
ampula qədər artırılır (1 inyeksiya başqa- başqa yerlərə) inyeksiyalar arasında 6 saatlıq 
intervalla. Maksimal sutkalıq doza 150mq-dır. Maksimal doza 5 gündən artıq istifadə
olunmamalıdır. 
Ancaq şəffaf məhlul istifadə etmək olar.


Əlavə təsirləri


Mədə-bağırsaq traktındabaş verən pozğunluqlar nadir hallarda ürəkbulanma, eroziv-xoralı
zədələnmələr, qanaxmalar, qaraciyərin funksiyasının pozulması (transaminazanın miqdarının 
artması, sarılıq hepatit).

Nadir hallarda periferik ödemlər və allergik reaksiyalar: qaşınma, dəri səpgisi, ekzema, 
bronxospazm, anafilaktik reaksiyalar ola bilər.
Mərkəzi və periferik sinir sistemində baş verən pozğunluqlar: başağrısı , başgicəllənmə, 
qulaqlarda küy, yuxusuzluq, qıcıqlanma, depressiya və ya yorğunluq hissi, görmənin pozulması 
(diplopiya) ola bilər.
Sidikçıxarıcı sistemdə baş verən pozğunluqlar: nadir hallarda nefrotik sindrom, böyrək 
çatışmazlığı.
Qanyaradıcı sistemdə baş verən pozğunluqlar: leykopeniya, trombositopeniya, aplastik anemiya, 
multiformalı eritema, aqranulositoz, hemolitik anemiya.
Digər: inyeksiya yerində ödem, yerli ağrı və bərkimə, əsasən də yaşlı, şəkərli diabeti olan 
xəstələrdə.


Doza həddinin aşılması


Simptomları: kəskin başağrısı, hərəki oyanıqlıq, başgicəllənmə, qıcolmalar, ürəkbulanma, qusma, 
qanla qusma, diareya, eroziya, xoranın yaranması və qanaxmalar.
Müalicəsi: sürətləndirlmiş diurez. Arterial təzyiqin normallaşdırılması üçün simptomatik terapiya 
aparılır, qıcolmalar zamanı-diazepam, fenobarbital. Hemodializ az effektivdir.


Buraxılış forması

3 ml məhlul, ampulda. 5 ampul içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.


Saxlanma şəraiti

30°C-dən yüksək olmayan temperaturda, qablaşdırmasında və uşaqların əli catmayan yerdə 
saxlamaq lazımdır.


Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı 

“Reyoung Pharmaceutical Co.LTD., P.R.C.”
Lisenziya sahibi 
“Nelson Worldwide AG, Switzerland”.