pharmed
DIKLOFENAK 10MG 30GR MELHEM
DİKLOFENAK
Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac
DİKLOFENAK Tərkibi
Təsiredici maddə: 1 tubda (30 q) 0,3 mq diklofenak natrium vardır. Köməkçi maddələr:dimetilsulfoksid, propilenqlikol, makroqol 1500, makroqol 400.
Farmakoterapevtik qrupu
Xaricə istifadə üçün qeyri-steroid iltihabəleyhinə vasitə
ATC kodu: M02AA15.
İstifadəsinə göstərişlər
Aşağıdakı hallarda ağrının, iltihabın və ödemin yerli simptomatik müalicəsi üçün: - vətərlərin, bağların, əzələ və oynaqların travması, məsələn, bağların dartılması nəticəsində, gərginlikdən sonra kürəkdə ağrı, əzik; - tendinit, “çiyin-əl” sindromu, bursit, periartropatiya kimi yumşaq toxumanın revmatik xəstəliklərinin lokalizasiyalı formaları; - barmaqların oynaqları və ya diz oynağı kimi kiçik və orta ölçülü və səthi yerləşən oynaqların osteoartriti.
Əks göstərişlər
Preparatın istənilən komponentinə, asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) qarşı yüksək həssaslıq, “aspirin” astması, hamiləlik (III trimestr), laktasiya dövrü, 12 yaşa qədər uşaqlar, dəri örtüyünün tamlığının pozulması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yalnız xaricə istifadə edilir. Dərinin zədələnməmiş nahiyəsinə sürtülür, istifadəsindən sonra okklüzion sarğı qoymaq olmaz. Uzun müddət istifadə zamanı və/ya böyük nahiyəyə istifadə etdikdə, sistem əlavə təsirlərin inkişafı riski artır, o cümlədən, qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi müşahidə edilə bilər. Qaraciyər tərəfindən baş verən əlavə təsirlərin inkişafının mümkün riskini minimuma endirmək üçün diklofenak natriumun minimal effektiv dozasını minimal müddət ərzində istifadə etmək lazımdır. Məlhəmin gözlərə, selikli qişalara və ya açıq yaralara düşməsindən çəkinmək lazımdır. Məlhəmin tərkibinə daxil olan propilenqlikol dərinin qıcıqlanmasına səbəb ola bilər. Aşağıdakı hallarda ehtiyatla istifadə etmək lazımdır: qaraciyər porfiriyası (kəskinləşməsi), mədə-bağırsaq sisteminin eroziv-xoralı zədələnməsi, qaraciyər və böyrəklərin funksiyasının ağır pozulması, xroniki ürək çatışmazlığı, bronxial astma, hamiləliyin I və II trimestri.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Fotosensibilizasiyaya səbəb olan dərman vasitələrinin təsirini gücləndirə bilər. Məlum hepatotoksik digər dərman vasitələrilə, məsələn, antibiotiklərlə, epilepsiyaəleyhinə vasitələrlə birlikdə ehtiyatla istifadə etmək lazımdır. Əhəmiyyətsiz sistem absorbsiyası nəticəsində digər dərman vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsiri az ehtimal edilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda istifadəsinin nəzarətedilən klinik tədqiqatları mövcud deyil, bu səbəbə görə diklofenak natrium hamiləlik dövründə istifadə edilməməlidir. Botallov kanalının vaxtından əvvəl bağlanması mümkünlüyündən və doğuş tutmalarının zəifləməsi ehtimalına görə xüsusilə hamiləliyin III trimestrində istifadəsi təhlükəlidir. Laktasiya Yerli istifadə edilən diklofenak natriumun ana südünə nüfuz etməsi barədə məlumat yoxdur. Bu səbəbə görə dərman vasitəsi süd verən analarda istifadə edilməməlidir. Ciddi səbəb olduqda, dərman vasitəsinin təyini süd vəziləri nahiyəsinə sürtülməməlidir, bədənin böyük nahiyəsinin səthinə və uzun müddət istifadə etmək olmaz.
DİKLOFENAK İstifadə qaydası və dozası
Xaricə 2-4 q məlhəm (həcminə görə albalı və ya yunan qozunun ölçüsünə uyğun gəlir və bədən səthinin 400-800 sm2 sahəsinin işlənməsinə kifayət edir) nazik təbəqə ilə iltihab ocağının üzərinə yüngülcə dəriyə hopduraraq, sutkada 2-3 dəfə təyin edilir. Məlhəmi sürtdükdən sonra əlləri yumaq vacibdir (onlar müalicə sahəsi olmadıqda) (əl barmaqlarının artrozu zamanı). Maksimal sutkalıq doza 8 q-dır. Müalicənin müddəti göstərişdən və əldə edilən effektdən asılıdır (məlhəmin effektini gücləndirmək üçün eyni vaxtda diklofenakın digər dərman formalarından istifadə etmək olar). Dərman vasitəsinin 2 həftəlik istifadəsindən sonra həkimlə məsləhətləşmək vacibdir.
Əlavə təsirləri
Tezlik aşağıdakı kimi təyin edilir:çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda (≥ 1/10000 - < 1/1000); çox nadir hallarda (< 1/10000). İmmun sistemdə baş verən pozulmalar Çox nadir hallarda: hiperhəssaslıq reaksiyaları (övrə daxil olmaqla), Kvinke ödemi. Tənəffüs sistemi Çox nadir hallarda: astma. Dəri və dərialtı toxumanın xəstəlikləri Ümumi: səpgi, ekzema, eritema, dermatit (o cümlədən, kontakt dermatit), qaşınma. Nadir hallarda: fotosensibilizasiya, irinli səpgi. Diklofenak natrium dərman vasitəsinin məlhəm formasının yerli istifadəsi zamanı sistem əlavə təsirlərin ehtimalı, preparatın peroral müalicəsi zamanı baş verən əlavə təsirlərin tezliyi ilə müqayisədə azdır. Diklofenak natrium dərman vasitəsi böyük sahələrdə və uzun müddət istifadə edildikdə, sistem əlavə təsirlərin tezliyi tamamilə müstəsna edilə bilməz. Belə hallarda həkimlə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
Məlhəmin applikasiyası zamanı kiçik sistem absorbsiyasını nəzərə alaraq, doza həddinin aşılması az ehtimal edilir. Buraxılış forması 30 q məlhəm, fırlanan qapaqlı alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.